Şeirsiz yaşamaq olmayan yerdə



Yüklə 5,16 Kb.
Pdf görüntüsü
səhifə8/78
tarix16.11.2017
ölçüsü5,16 Kb.
#10428
1   ...   4   5   6   7   8   9   10   11   ...   78

 
31 
QALXIN Kİ, QALXAQ 
 
Ön cəbhə xəttində ayıq-sayıq dayanan əsgərlərimizə 
 
Siz ey bu torpağın ər oğulları, 
mətin insanları, nər oğulları. 
Hələ qarşımızda ağır imtahan, 
hələ çiynimizdə əzablı yük var. 
Qalxın, nərənizdən qızışsın meydan, 
qalxın, zərbənizdən titrəsin dağlar. 
 
Siz ey cəbhə boyu ayıq olanlar, 
gecəni sübhətək oyaq qalanlar, 
gözünüz rəqibdə olsun həmişə, 
əliniz tətikdə olsun həmişə. 
Cəsurlar ölməyə, uduzmağa yox, 
qələbə əzmiylə girir döyüşə. 
 
Siz ey şir biləkli, qartal gözlülər, 
yolundan dönməzlər, kişi sözlülər. 
Rəqib önünüzdə duruş gətirməz, 
əgər qarşısında sipər olsanız. 
Vətən sərhəddindən quş səkə bilməz
siz orda keçilməz çəpər olsanız. 
 
Siz ey and yerimiz, güvənc yerimiz, 
səcdəgah yerimiz, söykənc yerimiz. 
Uyduq hiyləsinə kələkbazların, 
onların istəyi, sevgisi üzdə. 
Marağı ayrıymış bu işbazların, 
ümid də sizədir, qüvvət də sizdə. 
 
Siz ey mələk kimi təmiz əsgərlər, 
övlad, qardaş qədər əziz əsgərlər. 
Sizin çiyninizdə qorunur Vətən, 
sizin adınızla tanınır Vətən. 
Amandı, sıx durun səf sıranızda, 
əsgər gücsüz olsa, tez sınar Vətən. 


 
32
Siz ey ön cəbhədə xidmət edənlər, 
özünü Vətənə qurban deyənlər. 
Kimsə deyə bilməz qurbanlıq sizə, 
qəhrəman oğullar, igid oğullar. 
Bütün bu el-oba qurbandır sizə, 
ey torpaq uğrunda şəhid oğullar. 
 
Siz ey döyüşlərdə ad qazananlar
ayaq izləriylə tarix yazanlar. 
Min ilin tarixi ibrətdir bizə, 
qorunur o yurd ki, qorxmazı çoxsa. 
Qalxın, örnək olun bir-birinizə, 
Allahın izniylə qalxın ki, qalxaq! 
 
 
 
MƏN SARAY ŞAİRİ OLA BİLMƏRƏM 
 
Məni dost-doğmalar qınamasın, qoy, 
tanımır çoxları, tanımasın, qoy. 
Tutduğum yolumu aza bilmirəm, 
fəxriyyə, mədhiyyə yaza bilmirəm. 
İstərəm görünəm olduğum kimi. 
yazam hər misramı duyduğum kimi. 
Süni şan-şöhrətə çəkməyir meylim, 
mənim xarakterim bu cürdü, neynim? 
Öyrəşə bilmərəm yalaq olmağa, 
təhqir uda-uda calaq olmağa. 
Yarınıb pay ummaq-şərəfsiz hünər, 
o hörmət gətirər yaltaqlıq qədər. 
Mənə cah-calalsız bir ömür yetər
könlüm dostluğu da minnətsiz istər. 
Çox gördüm vaxt-bivaxt mədh deyənləri, 
axır xəcalətdə keçdi günləri. 
Ortaya çıxmağa üzü olmadı, 
özü xəcil oldu, sözü qalmadı. 
Şair öz-özünü dərk edən anda 


 
33 
minnət götürməsin Allahından da. 
Hamıya bir baxsa şairin gözü, 
onda heç bir qüvvə sındırmaz bizi. 
Şairlər dünyanın söz sərkərdəsi, 
dinsin avazında, qoy xalqın səsi. 
Mədh deyən şairin özü fəlakət, 
boğazdan yuxarı sözü fəlakət. 
Şeiri söykənmirsə səmimiyyətə, 
demək satılıbdır şair şöhrətə. 
Başını dik tutmur, əyirsə, əlbət 
keçir urəyindən mənsəb, var-dövlət. 
Gərək silkələsin haray şairi, 
mən ola bilmərəm saray şairi! 
Mədh üçün sarayda qalsam, ölərəm, 
harınlardan «ilham alsam», ölərəm. 
Yalandan xəyala dalmaq nə çətin, 
hiyləgər mehriban olmaq, nə çətin! 
Məqsədli ağlaya-gülə bilmərəm, 
mən saray şairi ola bilmərəm. 
Heç yerdə, heç zaman ola bilmərəm, 
əlaman, əlaman, ola bilmərəm! 
 
 
 
KİŞİLİK 
 
Kişilik təkcə güc-qüvvətdə
      comərdlikdə və cəsarətdə deyil. 
Kişilik nə də gözəl surətdə, şux qamətdə 
       və ya şan-şöhrətdə deyil. 
Kişilik həm də işgüzar olmaqdı, 
         fərasətlilikdi, pul qazanmaqdı. 
Kişilik geniş ürəklilikdi, 
         mərhəmətlilikdi, səxavətlilikdi. 
Bunun üçün insan gərək hər yaşında  
         çalışıb pul qazansın 
         həm də onu şövq ilə xərcləməyi bacarsın. 


 
34
Çünki müəyyən yaşdan sonra 
         ətrafı ixtiyar kişidən 
         köməklik və imkan umur. 
Kömək umanlar da bir-iki dəfə ilə 
         usanmır, durmur. 
İxityar kişi olmaq istedadlı, 
elmli, hətta qəhrəman olmaqdan da çətindi. 
Bunun üçün gərək, ən əvvəl, 
         yaxşı qazana biləsən. 
Sonra da səndən köməklik umanların 
         fərqinə varmayasan, 
         bu yaddı, bu doğmadı 
         və ya külfətindi. 
Kişisən hamısına eyni gözlə bax, 
         əzizin kimi dinlə, dindir. 
Bu cür məqamlarda çalış öz içində 
         bütövlük, böyüklük ara. 
Gözlərini yumub, sağ əlini 
         ürəyinin üstünə qoy sonra! 
Əgər ürəyin beyninə səxavət və mərhəmət sevgisi 
         diqtə edə bilirsə, əhsən. 
Demək o anda sən imam, peyğəmbər 
         məqamınacan yüksəlmisən. 
Demək sən də səxavətdə, ədalətdə 
         müdriksən, mürşidsən, öndərsən, dahisən, 
               ətrafın üçün ucalıq mücəssəməsi olan 
                                                          əsl kişisən! 
Eh, əsl kişi olmaq da bir ayrı dərddi, 
             çünki zaman onlara qarşı həmişə sərtdi. 
             əsl kişinin ürəyinə gizli göz yaşı damar. 
Əsl kişi çətin bir kimsədən 
         özü üçün nəsə umar. 
Əsl kişi imkansızlaşanda 
         hamıdan gizlicə, 
         əlini sakitcə 
         ürəyinin üstünə qoyar 
         və ... həyata gözlərini əbədi yumar! 


 
35 
 
 
YERİYİN DÜŞMƏN ÜSTÜNƏ 
 
(Döyüşən əsgərlərimizə) 
 
Savaşda zəfər qazanın. 
Məhəmməd peyğəmbər (s.a və a.s.) 
 
Haydı igidlərim, cürət vaxtıdır, 
yeriyin, yeriyin düşmən üstünə. 
Ya olum, ya ölüm –  qeyrət vaxtıdır, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
Yenə qan içində Turan, qardaşım, 
nə qədər yurd-yuvan viran, qardaşım. 
Düşmənlə üz-üzə duran qardaşım, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
Aldandıq vədlərə, “bu gün-sabaha”, 
vaxt indi bizimçün hər şeydən baha. 
Biz ala bilməsək, qayıtmaz daha
*

yeriyin, yeriyin düşmən üstünə. 
 
Yaşlılar xiffətdən düşdülər dərdə, 
getdi həya, abır, götürüldü pərdə. 
Qız-gəlin o tayda, “qanunsuz ərdə”, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
İndi xalqın güvənc yeri sizsiniz, 
Babəkin, Həzinin biri sizsiniz. 
Bu cansız torpaqda diri sizsiniz, 
yeriyin, yeriyin düşmən üstünə. 
 
 
                                                 
*
 90-ъы иллярин яввялляриндя ермяни ишьалчылары тяряфиндян зябт едилмиш 20% 
яразийя ишарядир. 


Yüklə 5,16 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə