Şəmil Sadiq



Yüklə 1,83 Mb.
Pdf görüntüsü
səhifə25/57
tarix17.11.2018
ölçüsü1,83 Mb.
#80079
1   ...   21   22   23   24   25   26   27   28   ...   57

92 
 
ğına  fikir  vermədən  bir-birilərinin  baxışlarında  ümmana 
qərq olan iki aşiq. İki qumru.  
Deyirlər,  bir-birini  sevən  qumrular  ömürlərinin  axı-
rına  qədər  ayrılmayan  yeganə  varlıqlardır.  Əgər  qumru 
cütlərindən biri ölərsə belə, onlar ömürlərinin sonuna qə-
dər  cütləşməzlər.  Öz  sevdiklərinin  ruhundan  belə  ayrıl-
mazlar. Bunun adı eşqdir. Eşq isə ilk növbədə sədaqət de-
məkdir.  Könüllərin  heç  bir  məcburiyyət  tanımadan  bağ-
ladığı əhd-peymandır. Sədaqət əhd-peymanı...    
– Heç uşaq olmadım mən. Uşaqlığın nə olduğunu heç 
cür xatırlaya bilmirəm.  
– Niyə elə düşünürsən?  
– O qədər kasıb və acınacaqlı bir həyat yaşamışıq ki, 
uşaqlığım bir qayğıkeş kişi kimi keçib. Şuşanın işğalından 
sonra  qaçqın  düşəndə  mənim  cəmi  3  yaşım  vardı.  Evsiz-
eşiksiz, yurdsuz-yuvasız bir körpə, uşaqlığını necə yaşaya 
idi? Uzun illər dəmir yolu vağzallarında vaqonlarda yaşa-
dıq. Nə doğma məhəlləmiz oldu, nə sinif yoldaşlarım, nə 
də  ki  tut  ağacımız...  Onun-bunun  əlinə  baxdıq.  Verdilər 
yedik,  vermədilər  ac  qaldıq.  Altı  yaşımdan  İmişlinin  də-
mir yol vağzalına yaxın olan kənddə tum, beş qəpiklik xo-
ruz  şirnisi  satdım.  Daşaltıdakı  döyüşlərdə  onurğasından 
yaralanan atam düz on il yataq xəstəsi oldu. Əmimin dul 
arvadı  və  anam  məni  və  digər  uşaqları  böyütmək  üçün 
görmədikləri iş qalmadı. Tumu qovurardılar, xoruzu bişi-
rərdilər,  biz  də  aparıb  kənddəki  toylarda  satardıq.  Hər-
dən o günləri yadıma salanda elə ağlamaq istəyirəm... Ba-
laca  və zəif  bir  uşaq... Qabağında yamaqlı bir tum torba-
sı... Göy lentlə sarınmış şampun qapağından stəkan tumla 
dolu vəziyyətdə torbanın içində... Gözlərimin önündə elə 
bil  daş  kimi  asılıb  qalıb.  Bir  dəfə  kəndin  bizdən  böyük 


93 
 
uşaqları aşıqlarını mənə göstərərək başımı qatdılar. Arxa-
dan da bir uşaq ayaqlarımın arasındakı tum torbasını bo-
şaltdı...  Həmin  gün  o qədər  ağladım  ki,  elə  bil  bütün  bə-
dənimdəki su gözlərimdən süzülüb töküldü. Ağır günlər 
yaşadıq. Sonra ordan Ağcabədidəki yataqxanaya koçdük. 
Orda  məktəbə  göndərdilər.  Amma  biz  təsərrüfatla,  mal-
heyvanla məşğul olduğumuz üçün atam xəstə də olsa, qo-
yun-quzu  saxlamağa  meyilli  idi.  Orda  da  qala  bilmədik. 
Bir-iki  ildən  sonra  da  Şəkiyə  gəldik.  Heç  kimin  olmadığı 
ucsuz-bucaqsız  çöldə  məskunlaşdıq.  Həmin  yay  palçıq-
dan  özümüzə  bir  koma  tikdik.  Anam  elə  sevinirdi  ki,  öz 
evimiz olduğuna görə. Axı Şuşadakı o cür şəraitdən sonra 
burda  yaşamaq  ağır  idi  ona.  Yerli  camaatın  əvvəl-əvvəl 
bizə yazıq kimi baxmaları, sonralar özümüzə düzən qur-
maq  üçün  çabamızı  görəndə  bizi  bar-bar  kimi  görmələri 
psixologiyamızı dəyişirdi. Hərdən düşünürəm ki, o çadır-
lardan  mənim  kimi  ağlı  başında  olan  uşaqlar  necə  çıxdı? 
Vağzalda  su  satdığım  vaxtlar  siqaret  çəkməyə  başlamış-
dım.  Yerdən  siqaret  kötüklərini  yığıb  tindəcə  bir-iki  qul-
lab  vurub  atırdıq...  Səncə,  bunlar  uşaqlıqdan  əsər  ola  bi-
lər?  Əslində  soruşsan  ki,  uşaqlıq  necə  olmalıdır  onu  da 
bilmirəm. 
– Ayxan, sən elə bilirsən ki, günü-güzəranı xoş dedi-
yin o varlı balaları uşaqlıq yaşaya bilir? Gör sənin xatırla-
yacağın nə qədər xatirə var. O xatirələr acı da olsa, bu gün 
danışırsan.  Bu  günündən  keçmişə  baxıb  şükür  edirsən. 
Tanrı  o  qədər  əziyyətdən  sonra  sənə  xoş  gün  verib,  xoş 
günə səsləyir. Atan sağalıb, dördüncü kursda oxumağına 
baxmayaraq işləyirsən, qəşəng də pul qazanırsan. Ayağı-
nın altında maşının. Eviniz-eşiyiniz. Maşallah anan da in-


94 
 
di sənin sayəndə istirahət edir. Gəlini də alıb yanına qoy-
san, hər şey tam olar. 
– Əslində, orası elədir. Allahımın sevdiyi bəndəyəm, 
deyəsən.  Səni  də  qabağıma  çıxartmaqla  məni  mükafat-
landırıb onsuz da. Elə anam da səni görmək istəyir.  
–  Niyə  də  Allahın  sevdiyi  bəndə  olmayasan.  Sadə, 
saf,  mədəni,  yaxşılığı  sevən,  ibadətindən  qalmayan,  dua-
larını  əskik  etməyən  birini  Tanrı  niyə  sevməsin  ki.  Məni 
də  namaza,  oruca  öyrətdiyin  üçün  yerin  behişt  olar.  İna-
nırsan, Ayxan, namaz qılandan sonra, elə bil, özümü xoş-
bəxt  hiss  edirəm.  İnsan  yuyunandan  sonra  necə  rahatla-
nırsa, mən də namaz qılandan sonra eləcə ruhum rahatla-
nır.  Sənin  tərifini  verim?  Eyy,  mənə  bax,  hara  getdin  ye-
nə?  Elə  bilirsən  ki,  bizim  uşaqlığımız  xan  balası  kimi  ke-
çib?  Sənə  uşaqlığımdan  danışsam,  ağlayarsan.  Bir  il  baş 
barmağım  ayaqqabımdan  çıxmış  vəziyyətdə  getmişəm 
məktəbə. Amma xatırlayanda o qədər gülürük.  
–  Nə  bilim  eee.  Nəsə  mənim  tərifimi  vermək  istəyir-
din, deyəsən? Maraqlıdır: 
– Sənə baxanda, sadə, mehriban, hər şeyə rahat, bəsit 
yanaşan bir görkəmin var elə bil. Yola verən hardasa, gü-
zəştə  gedən,  yəni  orta  xasiyyətli  biri.  Lakin,  əslində  cox 
dərinsən, səni yaxından tanıyanda, ünsiyyət quranda hər 
şeydə bir xarakter gostərdiyini, düşüncəni, güclü müşahi-
dəni,  mənalardakı  ikinci,  üçüncü,  dördüncü  qatlara  kimi 
gedib  çıxdığını  görmək  olur.  Yəni  görünüşün  kimi    sadə 
və bəsit deyilsən. 
– Sən də məni az təriflə də. İmkan ver, uşaqlığımı xa-
tırlayım.  Yaxşı  dinləyən  və  məni  başa  düşən  tapmışam. 
İmkan verməzsən ki... 


95 
 
–  Yaxşı,  danış.  Qulaq  asıram.  Mən  də  danışacağam. 
Əminin  arvadından  heç  danışmırsan,  o  necə  oldu?  İndi 
necədir?  
–  Rəhmətə gedib keçən il. 
Allah rəhmət eləsin! Nəsə xəstəliyi var idi?  
–  Yox.  Amma  əri  və  iki  oğlu  müharibədə  şəhid  ol-
muşdu.  Ondan  sonra  arvadın  heç  üzü  gülmədi.  Hərdən 
oturub öz-özünə elə ağlayırdı. Onda mən uşaq idim. Qa-
çıb  anama  deyirdim  ki,  bibinin  əlinə  tikan  batıb,  ağlayır. 
Hərdən  də  deyirdi  ki,  gözümə  milçək  girib.  Böyüyəndə 
onu başa düşdüm. Ağlım kəsəndə bir dəfə mənimlə dərd-
ləşdi. Onun gözlərindəki kədər günəşin qürub etdiyi təla-
tümlü  görüntünü  xatırladırdı.  Əzab-əziyyət  elə  bil,  ona 
doğma idi. Bir dəfə ona kömək edib dananı tövləyə salan-
dan sonra arvad daşın üstünə oturub məni də yanında əy-
ləşdirdi. Başımı sığalladı. Dedi: – Kişi balam! Bax mən sə-
nin  kimi  kişi  istəyirəm.  Hərdən  kişilərimin  yoxluğundan 
şikayət edəndə camaat deyir ki, bu arvadın ürəyi kişi istə-
yir. Day demirlər ki, torpaq da kişi istəyir, bağ da kişi istə-
yir, balta da kişi istəyir, odun da kişi istəyir, bazarlıq da, 
inəyi dartmaq da kişi istəyir...  O danışdıqca üzünə baxır-
dım,  qulaq  asırdım  və  onun  gözlərində,  həqiqətən  də, 
əzabın  ən  son  həddini  görürdüm.  Arvad,  doğrudan  da, 
yorulmuşdu.  Turanə,  bunlarla  böyüyən  birinin  uşaqlığı 
ola  bilərdi,  səncə?  Ağlım  kəsəndən  üzlərdə  sevgi  görmə-
mişəm.  Anam  qardaşları  üçün,  nənəm  oğulları  üçün,  bi-
bim əri və oğulları üçün, nə bilim, qonşumuz Fatma bacı 
atası  üçün  ağlayıb.  Atam  da  kədərini  içinə  basaraq  yata-
ğında özü ilə qucaqlaşıb, qardaş dərdiylə yaşayırdı. Hər-
dən  məni  danlayırsan  ki,  elə  bil  cavan  oğlan  deyilsən. 
Vallah,  ola  bilmirəm.  Elə  bilirəm  ki,  əyləncəyə  qapılsam, 


Yüklə 1,83 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə