Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə53/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   57

195 
 
Bizim təşkilatın gücü, sirri məhz bu qan qarışıqlığının 
qorunmasıdır.  Bu  gün  də  dövlətimizin  rəhbərliyində  tə-
miz qanlılar var. Amma qanı qarışıqların da sayı az deyil, 
oğul. İlk işimiz bunu aradan qaldırmaqdır.  
*** 
Kahadan çıxan Arslan ətrafa yaxşıca boylandı. Gizlət-
diyi silahını və digər əşyalarını torpağın altından çıxardı. 
Azərbaycanın üçrəngli bayrağını xüsusi nəvazişlə açdı. O, 
cəld  yaxınlıqdakı  çinar  ağacından  möhkəm  bir  budaq 
qırdı. Bayrağı həmin budağa bağlayıb bir qayanın üstün-
dəki  yarığa  keçirərək  ətrafını  daşlarla  möhkəmləndirdi. 
Bu qaya bütün Cıdır düzünü müşahidə edirdi sanki. Son-
ra da onun qarşısında durub dostlarının ruhunun şad ol-
masını  dilədi  uca  Tanrıdan.  Külək  vurduqca  bayrağın 
dalğalandığını seyr edə-edə oradan uzaqlaşdı.  
İki gün Kosalarda Məhəmmədi gözləsə də, ondan bir 
xəbər çıxmadı. Onun Boqomilla ilə görüşməsini arzulaya-
arzulaya Kosalardan uzaqlaşdı. Əsir düşmüş yurdundan, 
obasından, tarixindən bir qucaq salam və danlaq götürüb 
paytaxta qayıtdı.  
 
23 
 
Arslanın  Dədə Əfəndinin bu fikirlərini xatırlamasına 
səbəb Elçin idi. Çünki əsil türk qanını damarlarında daşı-
yan  Elçin  Arslanı  ölümdən  qurtarmış,  onu  qaçıb  qurtul-
mağa məcbur etmişdi. 
Məhəmməd üsyan edərək onlardan ayrılandan sonra 
Arslan Elçinə kitab haqqında danışmağa çox cəhd etsə də, 
alınmamışdı. Hər dəfəsində də bu kitaba görə Arslana ne-


196 
 
çə  illər  təlim  keçirildiyini  yada  salıb  susmuşdu.  Elçinin 
dərrakəsinə,  dözümlülüyünə  nə  qədər  əmin  olsa  idi  də, 
düşmənin  ondan  daha  qəvi    olduğunu  da  düşünürdü. 
Hər şey ola bilərdi. Məsələn, onlar əsir düşə bilərdilər. El-
çin işgəncələrə dözməyə və ya laboratoriyaların cihazları 
qarşısında dirənməyə aciz ola bilərdi və s. Axı məhz Ars-
lan  yaddaşında  olan  məlumatların  heç  bir  yolla  götürülə 
bilməməsi  üçün  Türkiyədə  xüsusi  cihazlardan  3  aylıq 
müalicə  almışdı.  Onun  yaddaşında  olan  materialları  on-
dan  qeyri-ixtiyari  heç  kim  götürə  bilməzdi.  Bunun  üçün 
elə bir texnika yox idi axı. Türkiyədəki həmin tibbi cihaz-
lar hələ dünyaya məlum deyildi. Beyin qatlarındakı məlu-
matın cihazlar və preparatlar vasitəsi ilə alınmasının qar-
şısını  alırdı.  Bunu  Arslan  istəsə,  deyə  bilərdi,  istəməsə,  o 
seanslardan sonra əldə edilməsi mümkün deyildi. Arslan 
da, sözsüz ki, bunu deməzdi. Heç bir işgəncə onun iradə-
sini sındıra bilməzdi.  
Ona  görə  də  Elçinə  sirr  açmaqdan  vaz  keçdi.  Əgər 
bayrağı  sağ  və  salamat  sanca  bilsə  idilər,  o  zaman  Elçini 
danışdıqları  yerə  yollayıb,  özü  kitab  dalınca  gedəcəkdi. 
Bu,  ən  son  variant  idi.  Amma  buna  gərək  olmadı.  Onlar 
Qaybalılar tərəfdən gəlib Daşaltı istiqamətinə gedəndə er-
məni  hərbi  qüvvələrinin  diqqətindən  yayına  bilmədilər. 
Bunun  da  səbəbi  erməni  əsgərlərin  meyitlərinin  meşəlik-
də tapılması olmuşdu. Şuşa ətrafında axtarışı gücləndirən 
erməni hərbçiləri bir neçə yerdə gizli post qurmuşdular.  
Elçin bir neçə metr öndə getdiyindən erməni əsgərləri 
ilk  olaraq  onu  görmüşdülər.  Qəfildən  sinəsində  snayper 
şüasının  saldığı  qırmızı  nöqtəni  görən  Elçin  “Arslan, 
uzan!”  deyərək  özünü  nazik  bir  ağacın  arxasında  gizlət-
mişdi. Amma bu zaman silahlar işləmiş, meşəni oraq kimi 


197 
 
biçmişdi. Elçin də durmayıb cavab atəşi atmağa başlamış-
dı. Amma Arslana qaçmasını yalvarırdı. Çünki Elçin ağa-
cın  dalından  çıxa  bilmirdi.  Onun  gizləndiyi  yer  seyrək 
meşəlik idi, ağaclar isə çox cavan olduğundan arxalarında 
etibarlı mövqe tutmaq mümkün deyildi.  
 – Arslan, sən mühasirədən çıxmağa çalış! 
 – Narahat olma, Elçin, indi mən snayperi aradan gö-
türərəm, – deyən Arslan gecəgörmə cihazını işə salmışdı. 
Lakin snayperin yerini müəyyənləşdirə bilməsə də, on-on 
beş  erməninin  ağacların  arxasında  gizlənərək  addım-ad-
dım onlara tərəf gəldiyini görmüşdü. Onlardan bir neçəsi-
ni aradan götürsə də, get-gedə yaxınlaşan dəstənin bir az-
dan onları mühasirəyə  alacaqlarını  bilirdi.  Həm  Şuşanın 
bir  neçə  kilometrliyində  olduqlarından,  yəqin  ki,  onlar 
əlavə  kömək  də  istəmişdilər.  Tezliklə  böyük  bir  ordu  ilə 
üz-üzə  gələcəklərinin  fərqinə  varırdı.  O,  Elçini  ordan  çı-
xarmalı idi, lakin bu, heç cür mümkün deyildi. Əgər Elçin 
başını qaldırsa idi, ağacların arasında hərlənərək nişan ax-
taran  snayper  onu  vura  bilərdi.  Elçin  isə  qaranlıqda  heç 
nə görmür, hara gəldi atırdı. Durmadan Arslana yalvarır-
dı  ki,  o,  aradan  çıxsın.  Deyəsən,  hələ  heç  ermənilər  də 
Arslanın  yerini  müəyyənləşdirə  bilməmişdilər.  Konkret 
ona tərəf heç nə atılmırdı. 
– Elçin, mən sağa tərəf gedirəm. Sən yavaş – yavaş ar-
xaya sürün!  
–  Yox,  Arslan,  sən  getməlisən,  mən  bunlarla  bacara-
ram,  məndən  narahat  olma!  Xahiş  edirəm,  sən  get,  sənin 
görəcəyin  işə  minlərlə  mənim  kimi  oğul  qurban  gedə  bi-
lər. 
Arslan  bu  cümləni  tam  dərk  etmədi.  Axı  Elçin  onun 
kimliyindən xəbərsiz idi. O, bunları düşünə-düşünə snay-


198 
 
perin  yerini  müəyyənləşdirmişdi.  Və  tətiyi  çəkmiş,  onu 
susdurmuşdu. Amma arxadan gələn maşın işığı onun bu 
sevincini ürəyində qoymuşdu. Görünür, artıq yardım gə-
lirdi.  Çünki  bir  neçə  dəqiqənin  içində  bu  iki  qorxmaz 
gənc səkkiz-doqquz erməni əsgərini  susdurmuşdu.  Daha 
ermənilər  irəliləmir,  sadəcə,  yerlərində  duraraq  ara-sıra 
atəş  açırdılar.  Pulemyot  da  susmaq  bilmirdi.  Xoşbəxtlik-
dən Elçinin gizləndiyi ağacın yanı çökəklik idi. Elçin Ars-
lanın  geri  çəkilmədiyini  gördükdə,  artıq  özünü  saxlaya 
bilmədi. Çünki hər ikisinin ələ düşməsi və ya öldürülməsi 
faciə idi. Silahların qulaqbatırıcı səsinin arasında var gücü 
ilə  bağırdı.  Bu  bağırtıda  həm  də  pıçıltı  duyulurdu.  Axı  o 
istəmirdi  ki,  burda  iki  nəfər  olduqlarını  ermənilər  bilsin. 
Düzdür,  ermənilər  kömək  istəyəndə  böyük  bir  dəstənin 
olduğunu  ehtimal  etmişdilər.  Amma  Elçin  özü  onları  bir 
müddət dayandıra bilərdi. Ona görə də bağırdı: 
– Qoroğlu, Qoroğlu, axı sənin burdan götürəcəyin xə-
zinə  olmalıdır.  Heç  olmasa  buna  görə  sən  get!  Axı  sənin 
tapacağın  millətimizin  nicatına  yardımçı  olmalıdır.  Axı 
sən bura niyə və nə üçün gəldiyini unutmamalısan! Sənin 
ölməyə və ya əsir düşməyə haqqın yoxdur! Bu ifadələrdə 
böyük bir yalvarış sezilirdi... 
Arslan  bunları  eşidəndə  diksindi,  özünü  itirdi  və  nə 
edəcəyini  bilmədi.  Eşitdiklərinə  inanmaq  istəmirdi.  Bil-
mirdi, Ata ocağının böyüklüyünə, gücünə sevinsin, yoxsa 
özünün  də  xəbəri  olmadığı  məsələlərin  açılmasına  görə 
qəzəblənsin. Bütün bunların yaratdığı çaşqınlıq içində El-
çinin  qumbaralardan  birini  var  gücü  ilə  qabağa  atdığını 
gördü.  Bir  də  bir  neçə  saniyədən  sonra  meşənin  qaranlı-
ğında partlayışın alovları içində bağırtı səslərini eşitdi. El-
çin  artıq  ayağa  durmuş,  pulemyotunun  güllələrini  düş-




Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə