Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə56/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   57

207 
 
şa gəldi. Polkovnik bunu eşidəndə “Millət sağ olsun!” de-
yib zabiti öldürmüşdü. İndi həmin zabitin təəccübdən bə-
rəlmiş gözlərini heç bir zaman unuda bilmirdi. İradəsinin 
güclü olması onun ürəyinə hökm edə bilmirdi.  
İnsan  bəzən günahı  haqqın  bərqərar  olunması  nami-
nə edir. Bu isə günah hesab edilə bilməzdi. Komandir də 
bu vəziyyətdə idi. Əgər hər hansı bir qisas, öfkə hissi yox-
dursa,  bilərəkdən  günahsız  bir  insanı  öldürmək  insana 
yad bir hisdir.  Verilən bütün işgəncələrə baxmayaraq, ko-
mandir  5  hərbçinin  ordudan  qaçması  haqqında  heç  bir 
məlumata malik olmadığını qeyd etdi. Amma özünü mü-
dafiə edəcək çıxışlar da etmirdi. İstintaqı şübhəli tərəfə is-
tiqamətləndirib, prosesi uzadan da elə bu idi.  
Təəssüf  doğuran  odur  ki,  Azərbaycanın  düşmənləri 
yüksək vəzifələrdə yerləşdirilmişdi. Azərbaycan üçün bu 
qədər  dəyərli  bir  insana  heç  bir  sübut  olmadan  ömürlük 
həbs cəzası istədilər. İçdiyi anda daima sadiq olan koman-
dir bu cəzadan heç bir zaman qorxmayıb, hətta buna ha-
zır idi də. Amma ona ağır gələn günahsız ola-ola haqsız-
casına ləkələnməsi idi. Cinayət işinə vətənə xəyanət mad-
dəsi  və  dövlət  əmlakını  mənimsəmə  maddələrinin  başçı-
lıq  etməsi  ona  əzab  verirdi.  Amma  o  susurdu.  Artıq  da-
nışmağın,  içindəki  hirsini  atom  bombası  kimi  partlatma-
ğın vaxtı idi.  
Başlanmış müharibə ola bilsin ki, dünya müharibəsi-
nə gətirib çıxardacaqdı.  Amma bu müharibənin sonunda 
Şimali  və  Cənubi  Azərbaycan  torpaqları  birləşəcək,  Orta 
Asiya  türkləri  öz  müqəddəratlarını  rusların  əlindən  alıb 
müstəqil olacaqdılar. Ukraynadan ayrılan böyük bir Krım 
dövləti qurulacaqdı. Əlli milyonluq Uyğur xalqı öz dövlə-
tini quracaqdı. Bu, əsrlərdir ürəklərdə gün işığı görmədən 


208 
 
yaşayan  Böyük  Turan  arzusu  idi.  Dünyanı  öz  gücü  ilə 
idarə edəcək Turan sevdası...  
 
26 
 
Mavi rəngli işıqlarla bəzədilmiş otaq. Beşguşəli uldu-
zu  xatırladan  bu  otağın  guşələrindən  birində  ağ  geyimli, 
nurlu çöhrəsi ilə sanki ətrafı işıqlandıran ağ saçlı, ağ saq-
qallı bir Dədə öz bəyaz nuru ilə bu fondan ayrılırdı... 
Bu, sanki Dədə Əfəndinin bir həqiqət işığı olduğunu, 
daha doğrusu, həqiqət işığının insan şəklində gözlərə gö-
rünməsi idi. Onun alnı dərin qırışlarla örtülmüşdü. Bu qı-
rışlar  böyük  həyat  təcrübəsi  və  dünya  kədərini  təsvir 
edirdi,  çünki  zamanın  ayaq  izləri  idi.  Gözləri  kölgədən 
güclə  seçilir.  Buna  baxmayaraq,  baxışlarda  böyük  inam, 
qətiyyət aydın görünürdü. Gözlərdəki kölgə isə onları da-
ha da sirli edirdi. Dodaqlarının kip yumulması gözlərdəki 
inamı,  onlardakı  qətiyyəti  qüvvətləndirirdi.  Dədə  Əfəndi 
mənən  müdrik  olduğu  kimi,  analitik  baxımdan  da  çox 
doğru, kamil sifət cizgilərinə malik idi. Onun sifət qurulu-
şuna uyğun düz burnu bu fikri bir daha təsdiqləyirdi. Də-
də Əfəndi ulu bir şaman olduğundan, başında hündür şa-
man papağı vardı. Şaman papağının alnı örtən aşağı his-
səsi ağ, qalan yuxarı hissəsi isə göy rəngdə idi. 
 Gözlərinin içinə diqqətlə baxan olsa idi, sanki dünya-
nın yaradıldığı günü görərdi. Tarixin lap qədim çağlarını 
özündə  gəzdirən  bu  kişi  OdƏrlərin  ağsaqqalı  idi.  Dədə 
Qorqudun  qoyub  getdiklərini,  tövsiyələrini  əsrlərdən  bu 
günə daşıyan əsil ruh adamı idi. Hərəkətlərində bir ağır-
lıq vardı. Sinəsində əbədiyyət rəmzi olan naxış vardı.  Bu 
qədim türk naxışı ölümsüzlüyü əks etdirirdi özündə. Cis-


209 
 
mani  ölümsüzlüyü  yox,  ruhun,  bilginin,  ilahi  nurun 
ölümsüzlüyünə işarə idi.  
Dədələrin Əfəndisi idi bu ağsaqqal... OdƏr dilinin ye-
ganə bilicisi... Açılmamış sirli sözlər üzrə dünyanın, yara-
dılışın  sirrini  oxumağa  çalışan  müdrik  qoca...  Dünya  dil-
lərinin  yaranmasını,  şaxələnməsini,  inkişafını  araşdırırdı. 
Hər sözdə yeni bir məna tapıb, yeni bir gizlin təhrif edil-
miş tarixi öyrənirdi. Sonra da hər il Ulu Şaman məclisində 
bütün türk dünyasında gizlin fəaliyyət göstərən Dədələrlə 
görüşərdi.  Yeni  əldə  etdiyi  faktları  bölüşər,  dünyada  ge-
dən prosesləri şərh edər, Dədələrə ölkələrinin quracağı si-
yasəti və mövqeyi izah edər, OdƏrlərə verəcəyi əmri söy-
ləyərdi.  Artıq  Turan  həqiqətlərinə  yaxınlaşmışdılar.  Hələ 
də  Türkmənistan,  Özbəkistan  kimi  böyük  türk  dövlətlə-
rində istədiklərinə nail ola bilməsəydilər də, yetişdirdiklə-
ri OdƏrlərin yüksək vəzifələrdə yer almalarını təşkil edə 
bilmişdilər.  Yeni  qurulacaq  dünyada  planlar  hazır  idi. 
Amma bu dəfə kimlərinsə dünyanın qurulmasında hege-
monluğuna  imkan  verilməyəcəkdi.  Çünki  neçə  yüz  illik 
zəhmət  bəhrə  verməli  idi.  Onların  ən  böyük  silahı  elm 
olacaqdı, ilahi elm. Dünyanı lərzəyə gətirən məsələ onla-
rın  əldə  edəcəkləri  əsrlərdir  gizlədilmiş  tarix  olacaqdı. 
Bətnində ölü gəzdirən dünyaya onu ya atmağın, ya da di-
riltməyin yolunu göstərəcəkdilər. Bu isə bəşəriyyətin yan-
lış  düşüncələrdən  xilası  demək  idi.  Bu  xilasa  gedən  yol, 
uydurulmuş dinlərin mahiyyətini açmaqdan keçirdi. 
Onun  qarşısında  isə  əlində  kiçik,  amma  çox  qədim 
sandıqça tutmuş Qoroğlu durmuşdu.  Bu, beş OdƏrlə ya-
şam mücadiləsinə çıxan Qoroğlu kodlu Arslan idi. O, sağ 
idi.  Bütün  dostlarının  şəhid  olmasına  baxmayaraq,  o,  və-


210 
 
tənə qayıda bilmişdi. “Xəzinə  qalası” mağarasına girərək 
havasız mağarada gizlədilmiş kitabı götürmüşdü.  
İndi zərrə qədər ümid nişanəsi belə qalmayan Arsla-
nın gözü qarşısında “millət!..”, –  deyib, can verən OdƏr-
lərin  qəbiristanlığı  vardı.  Amma  bu  qəbiristanlıq  sadəcə 
onun ruhuna çökmüşdü. Neçə illərdir ki, yetişdirilməsinə 
baxmayaraq,  artıq  psixoloji  vəziyyəti  çatlamışdı  bu 
OdƏrin. İnandığı bir yol vardı. Amma bu yolda o, qardaş-
larını  itirmişdi.  O,  farağatda  durmuş  əsgər  kimi  başı  dik 
şəkildə gözlərini Dədəyə zilləyərək əlində tutduğu sandı-
ğı təqdim edəcəyinə işarə edən göz hərəkətlərini gözləyir-
di. Artıq səbri tükənmişdi. Neçə gündür ki, qəlbini gəmi-
rən  şübhəni  aradan  qaldıracaq  sualları  yağdırmaq  üçün 
danışmaq  istəyirdi.  Beynini  təmizləmək,  saflaşdırmaq 
üçün Dədə Əfəndinin söhbətlərinə ehtiyacı vardı.  
Dədə Əfəndi ona sandıqçanı masanın üstünə qoyma-
ğı işarə etdi. O, astaca və ağır bir hərəkətlə əbədiyyət na-
xışı ilə süslənmiş sandığı Dədənin qarşısına qoydu. 
Dədə Əfəndi ona həyat dolu baxışlarla baxdı. Bir za-
manlar əlini belə sandıqçaya vurmağa cürət etməyən Də-
də indi sandıqçanı döyünən qəlbinin üstünə qoydu. Göz-
lərini yumdu. Bu sükut bir müddət çəkdi. Arslan bu mən-
zərə qarşısında şəhidlərin ruhu ilə birgə səcdədə idi san-
ki.  Beynində  onu  günlərdən  bəri  yeyib  paraçalayan  sual-
lar  nidaya  çevrilmişdi.  Bu  nidalar  Yer  kürəsinin  qəlbinə 
saplanan bir metal kimi onun qəlbinə saplanmışdı. Nəha-
yət,  Dədənin  gözlərini  açması  bu  ağır  metalın  onun  qəl-
bindən qəfil çıxması kimi oldu.  
Amma  uzaqgörən  Dədə  Əfəndi  Arslanın  əsəbi  oldu-
ğunu hiss etmişdi. Keçirdiyi sarsıntılar, ağır psixoloji trav-
malar onu əldən salmışdı. O, hazırda Arslanın sağlıqlı dü-




Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə