Şəmil Sadiq



Yüklə 2,53 Kb.

səhifə54/57
tarix17.11.2018
ölçüsü2,53 Kb.
1   ...   49   50   51   52   53   54   55   56   57

199 
 
mənin  üstünə  yağış  kimi  yağdırırdı.  –  Arslaaan,  sən  get-
məlisəəəən! –  deyə hayqırıdı. Arslan artıq getməyə məc-
bur idi. Çünki Elçinin dönüşü yox idi. O, birbaşa erməni-
lərin üstünə gedirdi. Bu zaman Şuşanın üstündən projek-
torların  birbaşa  Elçinin  olduğu  nöqtəni  işıqlandırdığını 
gördü.  İşıqlar  ona  doğru  istiqamətlənəndə  Arslan  yerə 
uzandı.  Elçinin  səsi  hələ  də  gəlirdi.  O  dayanmırdı.  Son 
dəfə qurdürəkli Elçinə baxıb, sürünərək geriyə çəkildi. Və 
meşənin dərinliklərinə çəkilib Xəlfəli tərəfə qaçdı.  
Elçin isə onlarla erməni əsgərini öldürəndən sonra ar-
xadan dəyən güllədən sonra yerə yıxılmışdı. Çünki arxa-
dan gələn kömək artıq Elçini görmüş və zərərsizləşdirmə-
yə çalışmışdı. Ona dörd güllə dəysə də, Elçin özünü yıxıl-
mamağa,  vaxtı  daha  çox  uzatmağa  çalışırdı  var  gücü  ilə. 
Həm də o, qəzəbindənmi, illərdir bəslədiyi nifrətindənmi, 
azərbaycanlı  qızların  başına  gətirilənlərin  qisasını  almaq 
hissi  ilə  alışıb  yanmasındanmı  yaraların  ağrısını  hiss  et-
mirdi.  O  artıq  “PK”-nı  yerə  qoyub,  tapançanı  götürmüş-
dü. Ayaqlarının altında can verən və ya artıq ölmüş ermə-
ni  əsgərlərini  tapdalaya-tapdalaya  gecənin  qaranlığında 
yalnız  işığı  yanan  maşına  tərəf  gedirdi.  Onun  istəyi  son 
gücünü  toplayıb  heç  olmasa  bir  ermənini  tutub  əlləri  ilə 
boğmaq  idi.  Güllə  ilə  öldürdükləri  onun  yanğısını  sön-
dürmürdü. Birdən maşından işə düşən “PK” onun arzula-
rını məhv etdi. O, bir neçə saniyəliyə havadan asılı qaldı. 
Qumbaranı  sıxıb  saxladığı  barmaqları  boşaldı,  o  əlindən 
yerə  düşdü.  Amma  Elçin,  hələ  də  ayaq  üstə  idi.  Çünki 
onu havada saxlayan ona dəyən güllələr idi. Bir neçə sani-
yədən sonra partlayan qumbara onun bütün əzalarını və-
tən torpağının gül-çiçəyi kimi yerə səpələmişdi.   


200 
 
Torpaq  üstünə  düşən  Elçinin  bütün  əzaları  torpaqla 
qol-boyun olmuşdu. Artıq onlar dərdləşir və soraqlaşırdı-
lar.   
Yurdu darda görən kimi
Ərdi, gəldi ərən kimi. 
Yar qoynuna girən kimi 
Girdi torpağa bir igid... 
 
24 
 
1982-ci  il.  Naxçıvanın  Ordubad  rayonu.  Düylündə 
Kalbalı  xanın  nəslindən  olan  Hüseyn  xan  Paşa  xan  oğlu 
Kalbalıxanovun  kötücəsi  dünyaya  gəlir.  Bütün  nəsil  bu 
uşağın adının Hüseyn olacağını gözləsə də, nənələri buna 
qəti  etiraz  edir.  Ona  görə  yox  ki,  Hüseyn  xan  repressiya 
qurbanı  olub.  Ona  görə  yox  ki,  şəcərənin  davam  etdiril-
məsinə qarşı idi. Xan qızı ona görə qəti olaraq buna etiraz 
edir ki, uşaq evdə – onların şahidliyi ilə dünyaya gəlmə-
yib.  Xan  qızı  şəcərinin  yaşaması  üçün  əsil  qanın  saflığını 
düşünür. Şumerlərdən süzülüb gələn Kəngərlilər nəslinin 
nümayəndələri  olan  Kalbalı  xan  sülaləsi  Çin  salnamələ-
rində,  Bizans  tarixçilərinin  mənbələrində  həmişə  döyüş-
kən,  işgüzar,  uzun  müddət  aclığa  dözən,  hərbçi,  qonaq-
pərvər, dostluğa sadiq olan, lakin heç vaxt təhqir və inci-
dilməyə  dözməyən,  heç  nəyi  unutmayan  məğrur  və  qü-
rurlu insanlar yetişdirən bu geni həssaslıqla davam etdir-
məsidi. Bunu vərəsənin bütün nümayəndələri bilir və bir-
mənalı olaraq, dərk edirdilər. Ona görə də ailənin ağsaq-
qalı, qadın haqqını Tanrı haqqı kimi qəbul edən türk oğlu 
Adil kişi xan qızının bu fikrini başa düşür və amiranə şə-
kildə  ilk  ovlad  sevgisi  ilə  alışıb  yanan,  nəslin  davamçısı 


201 
 
olan bu uşağın adının Hüseyn olacağını artıq qəbul edən 
Həsən bəyə xan qızının haqlı olduğunu dedi. Əslində Hə-
sən  də  söhbəti  başa  düşmüşdü,  amma  mükafatdan  məh-
rum  olduğu  üçün  bu  fikri  özündən  uzaqlaşdırmağa  çalı-
şırdı.  Amma  xan  nəsli  oldunsa,  ataların  qoyduğu  bütün 
adətlərə birmənalı boyun əyməli idin.  
Xan  qızı  Həsənin  gözündəki  etirazı  gördüyü  üçün 
dedi: 
 – Oğul, bu gün bütün dünyada min illərlə tarixi olan 
Qanklardan  –  Kəngərlilərdən  –  Kalbalıxanlardan  ağız 
dolusu danışılırsa, bu nəslin qanının ləkələnməməsi səbə-
bindəndir.  Genimizi  ləkələmək  istəyən  qüvvələr  çoxdur. 
Biz  bütün  hadisələrə  mərdcəsinə,  soyuqqanlılıqla  yanaş-
malıyıq.  Bu  uşağın  doğulanda  dəyişdirilmədiyinə  kim 
zəmanət verə bilər? Heç kim! 
Bu açıq və iradəli şəkildə verilən suala heç kim cavab 
vermədi.  Hamı  xan  qızının  nəsli  hər  hansı  bir  şübhə  ol-
madan  yaşamasına  qərar  verdiyini  anladı.  Amma  körpə 
Elçinin baxışlarındakı tarixlərin işartısı qanın şərəfli daşı-
yıcısı  olduğunu  göstərirdi.  Başı  qarlı  soylu  dağlar  kimi 
məğrur  görünən  bu  10  günlük  uşaq  yanağındakı  xalı  ilə 
vərəsənin nümayəndəsi olduğunu bar-bar bağırırdı. Bunu 
xan  qızı  da  görmüş,  içindəki  şübhəyə  qalib  də  gəlmişdi. 
Amma yenə də təsadüflərdən xali olmayan həyata şübhə-
si ona qəti qərar verməyə imkan yaradırdı.  
Sonralar Həsən bəyin yoldaşı hamilə olanda xan qızı 
qətiyyətlə tapşırmışdı ki, bütün vasitələrdən istifadə edib 
qadını evdə azad etmək lazımdır. Belə də oldu. Fatma qa-
rının köməyi ilə Həsən kişinin ikinci oğlu xan qızının şa-
hidliyi ilə dünyaya gəlmişdi. Buna görə də heç nəyə şüb-
hə  etmədən  o  uşağın  adını  Hüseyn  qoydular.  Doğrudan 


202 
 
da bütün tayfa etiraf edirdi ki, Hüseyn sanki ulu babaları-
nın özüdür, bir daha yenidən dünyaya gəlib.  
Tumbul kəndi ətrafında yaşayan Hüseyn xan həmişə 
öz  igidləri  ilə  Gilançay  ətrafına  ova  gələrmişlər.  Orduba-
dın  əsrarəngiz  gözəlliyi  onları  məftun  etdiklərindən  Hü-
seyn xan Ordubada köçüb öz ailəsini və nəslinin ona ya-
xın üzvlərini burada yerləşdirir. Həmişə ova gələndə və-
nəndli  dostu  Məhərrəmin  qonağı  olan  Hüseyn  xan  onun 
qızını gördükdə oğlu Adilə bu qızla evlənməyi təklif edir. 
Təklifi isə qısaca olaraq belə olur: 
 – Oğul, Nəsrəddin Tusinin nəslindən olan bu türk qı-
zı  soyu-soyumuzdan  olan  mərd  bir  qıza  oxşayır.  Gözlə-
rindəki azadlıq eşqi, simasındakı nur mənə deyir ki, sizin 
izdivacınız  işıqlı  sabahlar  vəd  edir.  Hüseyn  xan  mövhu-
mat içində yaşayan Azərbaycan xalqının əksər nümayən-
dələrindən fərqli olaraq açıq fikir və düşüncə sahibi idi. O 
bilirdi ki, kişiyə həmişə güclü bir qadın lazımdır. Yeri gə-
ləndə  onunla  döyüşə  getsin,  yeri  gələndə  onu  qorusun, 
masa  başında  kişisinə  ağıllı  məsləhətlər  versin.  Bu  türk 
ənənəsindən  gələn  bir  hal  idi.  At  belində  böyüyən  türk 
qızlarının yerini indi bilgi sahibi olanlar əvəz etmişdi. Hə-
lə o vaxt ərəb, fars, rus dillərini bilən xan qızı atası ilə bir-
gə  yeni  qurulmuş  sovet  hökumətinin  qurduğu  hiyləgər 
planlardan  danışır,  məntiqli  fikirləri  ilə  kişiləri  belə  hey-
ran edərdi. 
Atasının bu fikri, əslində gənc, cüssəli, yaraşıqlı Adi-
lin ürəyindən idi. Sanki neçə vaxt idi atasından bu təklifi 
eşitmək  istəyirdi.  Heç  nədən  çəkinməyən  Adil:  –  “mən 
qızla bu mövzuda danışıb, fikrimi sənə deyərəm” – dedi. 
Sonra Adil qızla söhbət etmiş, atasına hər ikisinin razı ol-
duğunu söyləmişdi. Hüseyn xan da növbəti səfəri tezləş-




Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   57


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə