Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə48/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   44   45   46   47   48   49   50   51   ...   97

2) Dekabrın 2-də Arakül kəndinin silahlı erməniləri Xələfli, Aşıq Məlikli, 
Tatar və Şıxlar kəndinə hücum edərkən 10 evi yandırıb dağıtmış, 2 qadını, 6 kişini 
yaralamış və 10 baş malı tələf etmişlər. 
3) Dekabrın 5-də Qarakollu kəndindən Molla Nəbiyə və başqalarına məxsus 
40-a qədər qoyun oğurlanıb aparlmışdır. 
4) Dekabrın 7-də ermənilər Anş müsəlmanlarının 40 ədəd qoyununu sürüb 
aparmışlar. 
5) Dekabrın 10-da Məhərrəm oğlu Doşuluların və başqalarının 12 baş malı 
aparılmışdır. 
6) Dekabrın 10-da Miryusif Mirhəsən oğlu  Əfəndililərin 12 baş malı 
aparılmışdır. 
7) Dekabrın 15-də Siriklilərin 100 baş malı aparılmışdır. 
8) Dekabrın 18-də ermənilər Məzrə  kəndinə basqın edərək qarovulçu 
İsmayıl Mustafa oğlunu süngülərdən keçirmiş, 40 baş malı aparmış və min manata 
qədər məbləğdə ev əmlakını qarət etmişlər. 
Yanvarda Düdükçü kəndində o kəndin mülkədarı Camal bəyə  və digər 
Vəzirovlara məxsus bütün varidatı  və başqa  şeyləri odun ağzına verdilər, bütün 
əmlaklarını talan edərək 100 min manatdan artıq ziyan vurmuşlar. 
Buna baxmayaraq, Cəbrayıl qəzasının müsəlmanları həmin hadisələri dərin 
hüzn hissi ilə qarşılayır və heç bir fəal hərəkətlərə  əl atmadan özlərini və 
əmlaklarını basqından qorumaq üçün yalnız müdafiə mövqeyi tuturdular. 
Həmin qəzada Qəza Rəisinin  şəhadətinə görə, bu müddət  ərzində 
müsəlmanlar tərəfindən ermənilərə qarşı qanunpozma halı olmamışdır. 
Di gəl ki, ermənilər səbəb olmadan hal-hazırdakı dürüst məlumatlara görə 
bütün erməni quldur dəstələri üçün mənzil-qərargah olan Hadrut kəndində sürətlə 
silahlanırlar. Bundan belə  nəticə  çıxır ki, ermənilər silah və patron 
çatışmazlığından böyük zərər çəkə bilən həmsərhəd müsəlmanlarla ciddi 
toqquşmaya hazırlaşırlar. 
Bu halda, heç bir hökmə tabe olmayan quldur Andranikin iştirakı  və 
ingilislərin, hətta mənəvi də vəhşilikləri haqqında ərzi-halı başa çatdıraraq onu da 
əlavə edirəm ki, tək Zəngəzur qəzasında siyahılarını qoşduğum 105 (yüz beş) kənd 
talan və qəraət edilmişdir. 
(Bundan başqa,  İranla həmsərhəd rayonların müsəlmanları  sərhəd kəndləri 
talan edən, sakinləri öldürən və onların mal-qarasını aparan İran quldur dəstələrinin 
basqınlarına məruz qalırlar). 
Yuxarıda göstərilənləri  ərz edərək Zati-Alinizdən öz əmlakını itirərək 
acınacaqlı  həyat sürən müsəlmanların xilası  və öz həmyerlilərinin başına 
gələnlərdən hələlik möcüzə nəticəsində xilas olanların talan edilməsinin qarşısının 
alınması üçün Sizdən asılı olan bütün tədbirləri görməyinizi itaətlə xahiş edirəm. 
Əlahəzrətmizə ərz etməyi rəva bilirəm ki, mənim fikrimcə Hökumət İngilis 
komandanlığına onların inanmağa öyrəşdikləri və indiyədək dəstəklədikləri xalqı 
ram etməkdən ötrü sözsüz ki, sərəncamlarında olan bütün tədbirləri görmək tələbi 
ilə müraciət etməli və Qafqazdakı müttəfiq ordu komandanının  əsl vəziyyəti 
bilməsinə çalışmalıdır... 


Bununla eynən mən  İran hökumətinin nümayəndələri ilə Xarici İşlər 
Nazirliyi vasitəsilə iranlı quldurların Azərbaycan  ərazisinə basqınları  əleyhinə 
tədbirlərin görülməsi ilə əlaqədar qurulması vəsatətini verirəm. 
Sonda  Əlahəzrətinizdən kəndlilərin təsərrüfatlarını  bərpa etməkdən ötrü 
onları canlı  və  hərəkətsiz  əmlak, toxum və pul yardımı etməklə köməklərinə 
gələrək qaçqın müsəlmanların doğma torpaqlarında məskunlaşmaları barədə 
məsələnin nəzərdən keçirilməsinə sirayət etmənizi xahiş edirəm. 
Əlahəzrətinizin gələcək sərəncamları haqqında (və  mənə etibar edilmiş 
quberniyanın müsəlmanlarının müdafiə haqqında vəsadətinin təmin edilməsi 
barədə) baxəbər olunmağına iltifat göstərmənizi arzuladım. 
 
Qubernator İbrahim ağa Vəkilov, 
Dəftərxana müdiri (imza) 
 
 
GƏNCƏ QUBERNATORU POLKOVNİK 
 İBRAHİM AĞA VƏKİLOVUN ƏRZİ-HALI 
  
Gəncə quberniyası  cənub-şərq qəzalarının yoxlanışı zamanı biixtiyar 
ingilislərin Azərbaycanın vəzifəli  şəxslərinə münasibətinə diqqət yetirməli olduq. 
Tutalım ondan başlayaq ki, ingilislər müsəlmanlar tərəfindən onlara deyilənlərin 
hamısına inanmırlar. Qeyd etmək lazımdır ki, ermənilərin müsəlmanlara  əlləri 
istədikləri kimi çatır, məsələn, Ağdamda buğda və digər məhsullar alarkən, burada 
heç kəs onlara toxunmur. Buna ingilislər inanmırlar. 
Şuşa şəhərində erməni kişi və qadınları  ilə əhatə olunmuş iki ingilis zabiti 
həmsöhbətlərinin bütün dediklərinə inanırdılar.  Şuşada yaşayan ingilislər 
Azərbaycanın hər işinə qarışırlar, belə ki: 1) Şuşa pristavından Xankəndindəki 
anbarlardan Şuşa realnı məktəbi üçün odun verilməsini tələb edir, deyirlər ki, bu 
odun rus hökumətinə  məxsusdur; 2) Quliyev deyilən  Ərzaq Nazirliyinin 
Nümayəndəsini ingilislər həbs edib konvoy altında Şuşaya gətirməyi Pristava təklif 
edirlər; 3) Başqa bir Quliyev də var - Cebrayıl qəzası xalq məktəblərinin müfəttişi. 
Onu da elə həmin zabitlər səbəbini izah etmədən Cəbrayıldan Şuşaya tələb edirlər. 
Qeyd etmək lazımdır ki, Cəbrayıldan Şuşaya və  əksinə gediş-gəliş təqribən 3000 
manata başa gələr; 4) Mayor Gibbon Zəngəzur qəzasının pristavına qatar 
zavodlarından Gorusa aparılan taxılı buraxmaq sərəncamı verir; özü də elə qeyd 
etmək lazımdır ki, qatar zavodlarında müsəlman kəndlərində qarət edilən taxıldan 
başqa taxıl yoxdur; 5) ingilis zabitləri  Şuşa xəzinədarına  Şuşa  şəhərinin 
qorodovoylarına ayda hərəyə 300 manat ayırmaq (onların hərəsinə 150 manat 
düşür) sərəncamı veriblər ki, xəzinədar buna əməl etmişdir; 6) elə həmin zabitlər 
bu xəzinədara xəzinədə bir erməni qəpiyinin də olmasına baxmayaraq tiflə 
mübarizədən ötrü Şuşa səhər Qolovasına 50000 manat ayırmaq sərəncamı veriblər, 
bu pulların manatını Şəhər Qolovası mənim gəlişimə qədər almağa macal tapıb, 45 
min manatın ayrılmasına isə icazə verməmişəm. 
Deyilənlərə görə, zabitlər yuxarıda göstərlən xalq məktəbləri müfəttişi 
Quliyevi ona görə  tələb edir ki, Azərbaycan hökumətini tanımayan erməni 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə