Şəmistan Nəzirli


İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə50/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   46   47   48   49   50   51   52   53   ...   97

İYİRMİNCİ İLDƏ QARABAĞ DÖYÜŞLƏRİ
9
 
 
 1920-ci  il  martın iyirmi ikisində, Novruz bayramı gecəsi Qarabağ 
vilayətinin dağ    yerlərində  məskun ermənilər qiyam edərək “Əskəran keçidi”ni 
tutdular. Bu səbəbdən də  Əskəran cəbhəsinə mirliva Həbib bəy Səlimovun 
komandanlığı ilə qüvvətli bir ordu yeridildi. Aprelin üçündə Azərbaycan ordusu 
ermənilərə qarşı qüvvətli bir hücüm etdi. Əcəba, hansı azərbaycanlı o məsud günü 
xatırlamır?! Ordunun qalibiyyət və intizamı, mənəviyyatı təsvirolunmaz dərəcədə 
fövqəladə idi. Xarici aləm az bir müddət  ərzində  vəsaitsizlik içində bu qədər 
müntəzəm təşkilata malik bir əsgəri qüvvə vücudə gətirdiyimizə heyran qalmışdı. 
Əlahdən bir çoxu duyduğu həyacandan ağlayırdı. 
O gün Azərbaycanın ən şanlı, ən bəxtiyar günü idi. 
 
Polkovnik İSRAFİL bəy,  
“Azərbaycan Ordusu haqqında” 
kitabı 
 
Hərbiyyə naziri Səməd bəy Mehmandarov Əsgəran cəbhəsinə gəlmişdi. Ön 
cəbhədə ölüm-dirim savaşında vuruşan  əsgərləri təbrik edir, onların qələbəsinə 
uşaq kimi sevinirdi. Ordu yaranan gündən üç böyük qələbəsi olmuşdu. 
1919-cu ilin ilk günlərində Zəngəzur erməniləri İrəvan daşnaklarının köməyi 
ilə  qəzanı Azərbaycandan ayırıb Ararat respublikasına birləşdirınək üçün 
azərbaycanlıları qovur və  kəndləri yandırırdılar. Ustəlik də elan eləmişdilər ki, 
Azərbaycan hökumətini tanımaq istəmirlər. Yanvar ayında general-mayor Cavad 
bəy Şıxlinskinin komandanlığı ilə Zəngəzura əsgəri qüvvə yeridildi. 
       Onun komandanlığı ilə piyada diviziyası bir aydan çox inadilı döyüşlər aparıb 
ermənilərin möhkəmləndirilmiş son şığınacağı olan Dağ kəndini də ələ keçirdilər. 
Zəngəzur qəzası yenidən Azərbaycan ərazisində qaldı. 
İkinci qələbə  həmin ilin iyul ayında olmuşdu. Muğanda və  Lənkəranda 
Azərbaycan milli hakimiyyətini tanımaq istəməyən malakan və rus-erməni 
qüvvələri ordumuzun gücü ilə darmadağın edilmişdi. 
Bu gün nazir Səməd bəy Mehmandarovun təbrikə gəldiyi üçüncü qələbə idi. 
1920-ci il martın iyirmi ikisində Novruz bayramı gecəsi ermənilər qiyam edib 
Əskəran keçidini zəbt etdilər. Qiyama İrəvandan gələn daşnak generalı Dro 
Kanayan başçılıq edirdi. 
Azərbaycan Cümhuriyyətinin müdafiə nazirliyi Qarabağı düşməndən xilas 
etmək üçün fövqəladə tədbir hazırladı. Nazir Səməd bəy Mehmandarovun əmrilə 
Əskəran cəbhəsinə qüvvə ayrıldı. Martın iyirmi üçündə Azərbaycan ordusunun 
                                                 
9
 Müstəqil Azərbaycanın yaşaması üçün 1920-ci ilin dəhşətli mart günlərində mənfur daşnakların torpağımıza 
təcavüz etməsi Milli Azərbaycan Ordusunun hər bir əsgərini təpədən dırnağacan silhlandirır. Qısa bir müddətdə 
(martın 22-dən aprelin 3-nə kimi ) xəyanətkar daşnak süvari dəstələrini darmadağın edən Azərbaycanın əsgər və 
zabitləri füsünkar Qarabağı düşməndən geri aldı. İlyarımlıq fəliyyətin dövründə qəhrəman Azərbaycan ordusunun 
üçüncq yürüşü də zəfərlə başa çatdi. – Ş. N.  
“İyirminci ildə Qarabağ döyşləri” sənədli oçerkləində tam artilleriya generalları Səməd bəy Mehmandarovun, 
Əliağa Şıxlinskinin, general –mayor Həbib bəy Səlimovun və polkovnik Bəhram bəy Nəbibəyovun unudulmaz 
xidmətləri yeni arxiv sənədləri əsasinda olunur. – Ş. N. 


əsas hissəsi - iyirmi minə  qədər  əsgər və zabit cəbhəyə göndərildi. O cümlədən 
üçüncü Gəncə, beşinci Bakı, birinci Cövanşir, ikinci Quba polkları general-mayor 
Həbib bəy Səlimovun komandanlığı ilə Yuxarı Qarabağa yola düşdü. Qızğın 
döyüşlər on iki gün ara vermədi. Azərbaycanın cəsur  əsgər və zabitləri ana 
torpağın hər qarışı uğrundu mərdliklə vuruşaraq Şuşa qalasına və Xankəndinə daxil 
oldular. 
Sonuncu iki qələbə Milli ordumuzun ən cəsur generallarından biri Həbib bəy 
Səlimovun mahir komandanlığı ilə qazanılmışdı.  Əslində altınış dörd yaşlı 
hərbiyyə nazirini həyəcana gətirən və Qarabağa təbrikə aparan da general Həbib 
bəyin aprelin səkkizində göndərdiyi raport idi. Cəmisi bir səhifəlik raportu dönə-
dönə oxuyan nazir bir neçə yerdə işarələr qoydu, ürəyində “afərin” sözünü təkrar 
etdi. Səməd bəy istər general, istərsə də nazir olanda da özünü həmişə sıravi əsgər, 
döyüşçü sanırdı. Neçə-neçə müharibənin iştirakçısı kimi o, yaxşı bilirdi ki, 
komandanın əsgərləri döyüş meydanında təbrik etməsi nə deməkdir. Ona görə də 
müavini Əlıağa Şıxlinskiyə: 
-  Əmr hazırlayın,  əvəzimdə nazir vəzifəsində  sən qalırsan, - dedi, - mən 
sabah tezdən Qarabağa döyüşçüləri təbrik etməyə gedirəm. Ancaq, Əliağa, bu 
raportda Həbib bəyin “günümüzün qəhrəmanı” - deyə  təriflədiyi Nəbibəyovu 
nədənsə xatırlaya bilmirəm. 
Azacıq eyhamla gülümsünən Əliağa Şıxlinski: 
- Yadınızdadırmı, - dedi keçən ilin iyun ayında Siz bir neçə gün Yevlaxda 
olanda yenə nazir əvəzi məni təyin etmişdiniz. Onda birinci Cavanşir piyada 
alayının kapitanı Vahid bəy Nəbibəyov raport yazıb hərbi xidmətdən azad 
olunmasını xahiş etmişdi. O, raportunda belə bir cümlə  işlətmişdi: “Səhhətim və 
şərait mənə respublika hökumətinə xidmət etməyə imkan vermir”. Mən də  məhz 
bu cümlədən qəzəblənib Azərbaycan Zabitinin ləyaqətini,  şərəf və  şanını yüksək 
tutmadığına görə yanıma çağırıb onu danladım, xidmətdən azad etməklə bir ay da 
həbs edilməsi barədə əmr verdim. Bir neçə gündən sonra Siz qayıdıb onun qanının 
arasına girdiniz. Səməd bəy Mehmandarov pensnesini silə-silə gülümsündü. 
- Hə, yadıma düşdü, əzizim, indi bildim: ağır təbiətli, uca boy... 
- Bəli, bəli, Sizin nəzərinizdə ağır təbiətli, Mənim fikrimcə tənbəl və bir azda 
yaşı ötmüş Vahid bəy Nəbibəyovudur. Həbib bəyin “günümüzün qəhrəmanı” 
dediyi isə onun kiçik qardaşı podpolkovnik Bəhram bəy Nəbibəyovdur Bəhram 
bəy Birinci Dünya müharibəsində də yaxşı döyüş yolu keçib. Buyurun, xidmət dəf-
tərçəsini istəmisiniz, gətirınişəm. Tanış ola bilərsiniz. 
- Verin, baxım. Nazir podpolkovnik Bəhram bəy Nəbibəyovun çox da böyük 
olmayan, cəmi səkkiz səhifəlik  şəxsi xidmət dəftərçəsinin ilk səhifəsini açıb 
dayandı. 
-  Əliağa, - dedi, unutmamış onu da deyim ki, kapitan Vahid bəy mənim 
yanıma gəldi. Belə raport yazmaqda səhv etdiyini boynuna aldı. Hiss elədim ki, 
uzun müddət milis dəstəsində xidmət etdiyinə görə hərbi nizamnaməni o qədər də 
dərindən bilmir. Bildirdi ki, işlətdiyi cümlədə heç bir qərəzli məqsədi olmayıb. 
Ona inandım. Mən də şəxsən sənin, general Şıxlinskinin nüfuzunun qorunmasına 
ehtiramla yanaşmaq  şərtilə kapitan Nəbibəyovun raportunun üstünə “mən ona 
verdiyim cəzanı bağışlayıram” - cümləsini dərkənar qoydum. Məsuliyyəti öz 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə