Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə58/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

“Dərbənd əhalisi onu sevirdi. Şamaxı təəbələri Fətəli xandan razı idilər. Bakı 
əhalisi, onun vergi, toplamaqla kifayətlənməyib, Bakıya sahib olmasını istəyirdi. 
Fətəli xan Azərbaycanı birləşdirınəyə 1759-cu ildə  Dərbənddən başlamışdı. 
Dərbəndlilər öz xanlarının zəif təbiətindən narazı idilər. Onlar gizlicə Fətəli xanla 
əlaqə saxladılar. Fətəli xan da onlara yardım edərək Dərbəndi aldı”. 
Ayrı-ayrı sənədlər və onun müasirləri olan tarixçilər şahidlik verir ki, Fətəli 
xan hakimiyyəti saxlamaq üçün ilk növbədə güclü qoşun yaratmışdı. Müharibədə 
könüllülərdən, partizan dəstələrindən və birləşmiş nizami qoşun dəstələrindən daha 
çox istifadə olunurdu. 
Müasirləri Fətəli xanı mahir və istedadlı dövlət xadimi kimi xarakterizə 
edirlər. Görkəmli tarixçi Abbasqulu ağa Bakıxanov yazır ki, Fətəli xan öz ağlı, 
səxavəti və bacarığı nəticəsində yüksəlmişdi. O, hakimiyyət başına keçəndən sonra 
ağıllı və çalışqan hakim olduğunu göstərdi; bütün ətrafindakı adamları özünə cəlb 
etdi, düşmənlərinin fəaliyyətini zəiflətdi və ən çətin vəziyyətdən çıxa bildi. 
Azərbaycan hərb tarixində igid sərkərdə kimi xatırlanan Fətəli xan 
Hüseynəli xan oğlu Qubalı 1735-ci ildə anadan olmuşdur. 
Dayaz tədqiqat həmişə çaşqınlığa salıb, hətta bəzi nəsillər və  şəxsiyyətlər 
arasında təfriqə yaradıb. Totalitar Sovet rejimi dağılıb mətbuat azadlığı yaranan 
kimi heç bir məxəzə, mənbəyə əsaslanmayan “qoçaq yazarlar” qol çırınayıb XIX 
əsr klassiklərimizə  və  sərkərdələrimizə hücuma keçdilər. Tariximiz qarşısında 
əvəzsiz xidmətləri olan Abbasqulu ağa Bakıxanova,  İsmayıl bəy Qutqaşınlıya, 
Mirzə Fətəli Axundova, Fətəli xan Qubalıya qara yaxmağa başladılar. Guya onlar 
rus hakimiyyəti dövründə  fəaliyyət göstərməklə torpaqlarımızı ruslara satıblar. 
Belə cızmaqaraçılara “Azərbaycan” qəzetinin 1992-ci il 11 noyabr tarixli sayında 
tarix elmləri doktoru Fəxrəddin Nərimanoğlu tutarlı cavab verdi. O, “Hüseynqulu 
xan kimdir?” məqaləsində haqlı olaraq yazırdı: “Təəccüblü odur ki, indinin özündə 
də  mətbuat orqanlarımızda tarixi şəxsiyyətlərin xidmətlərinin bir kənara 
qoyulduğu, onların adi xətalarının belə şişirdilib göyə qaldırıldığı, bir sözlə, tarixi 
ədalətin unudulduğu yazıları rast gəlinir. Yaxşı olardı ki, yazarlarımız tarixi 
mövzulara müraciət edərkən ayrı-ayrı  ədiblərin bədii  əsərləri ilə yanaşı, tarixi 
mənbə  və  məxəzlərə müraciət edəydilər. Onda əsl həqiqət üzə  çıxardı  və 
oxucularda belə bir yanlış fikir oyanmazdı ki, bizim əsl milli faciəmiz Qubalı 
Fətəli xanın fəaliyyəti ilə bağlıdır. Halbuki tutarlı mənbələr əsasında tarixçilərimiz 
Fətəli xanın kimliyini oxuculara çoxdan çatdırmışlar. Bu danılmaz tarixi həqiqətdir 
ki, o, Azərbaycan ərazisini vahid bir hakimiyyət altında görmək arzusunda idi və 
bu yolda az iş görməmişdi. Məmləkətin az qala üçdə bir hissəsini öz hakimiyyəti 
altında birləşdirən Fətəli xan sözsüz, ayrı-ayrı xanların müqavimətinə  də rast 
gəlmiş, onların bəziləri üzərində qələbə çalmış, bəziləri ilə də dostluq, qohumluq 
münasibətləri yarada bilmişdi. Yeri gəlmişkən, qeyd edək ki, XVIII əsrin ikinci  
yarısında Azərbaycan  ərazisində    ayrı-ayrı xanlıqların bir-birilə  çəkişmələri 
inkaredilməz faktdır. Lakin belə bir çatışmazlıqdan istifadə edib, onları ayrı-
ayrılıqda xarakterizə etmək, birinə obyektiv, digərinə qeyri-obyektiv qiymət 
vermək tarixi hadisələrə, tarixi şəxsiyyətlərə birtərəflı yanaşmağın nəticəsidir. 
Azərbaycanın bugünkü oxucusunun belə bir həqiqəti bilməsi daha düzgün olardı 
ki, XVIII əsrin ikinci yarsında Azərbaycanda Pənahəli xan, Gavad xan, İbrahim 


xan, Məmməd Həsən xan, Hüseynqulu xan və başqaları kimi hakimlər tərəfindən 
dövlətçilik bərpa edilmiş, onilliklər  ərzində qorunub saxlanılmışdır. O ki qaldı 
ayrı-ayrı xanlıqların bəzi qonşu dövlətlərə, o cümlədən Rusiya ilə münasibətlərinə, 
onda gərək biz XVIII əsrin axırlarından başlayaraq bu günə  qədərki tariximizin 
üstündən qələm çəkək. Dünya diplomatiya tarixindən xəbərsizlər yalnız belə 
düşünə bilərlər. Qubalı Fətəli xanı Rusiyaya meyldə günahlandıranlar bilməlidirlər 
ki, son vaxtlar bu dövrlə məşğul olan tarixçi-tədqiqatçılarımız onun Türkiyə ilə də 
yaxınlığını sübut edən dəlillər aşkar etmişlər. Bizə belə gəlir ki, hər bir xalqın tarixi 
şərəfli səhifələrlə yanaşı, uğursuzluqlardan da xali deyildir. Milli faciəmizi tarixin 
ayrı-ayrı anlarında deyil, Allahın bizə  bəxş etdiyi iqtisadi zənginliyimizdə 
axtarmalıyıq ki, bütün bunlar tarix boyu düşmənlərimizin gözlərini 
qamaşdırmışdır”. 
 
*       *       * 
 
1919-cu il yanvarın 3-də Süleyman bəy  Əlisüleyman oğlu  Əfəndiyev 
general-mayor rütbəsilə təltif olunub. Bu, Azərbaycan Respublikasının təltif etdiyi 
ilk milli ordu generalı idi. 
General Süleyman bəy 1864-cü il oktyabrın 5-də  Ağdamda dünyaya 
gəlmişdir.  İlk hərbi təhsilini Yelizavetqrad (indiki Kirovqrad - Ş.N.)  şəhərində 
almışdır. 1899-cu ilin martına kimi eskadron komandiri olan Süleyman bəy 
Əfəndiyevə Kavaler kimi fəxri ad verilmişdir. 
Aprel çevrilişinə kimi Kutaisi quberniyası üzrə baş  nəzarətçi vəzifəsində 
çalışan polkovnik Süleyman bəy xalqımızın maariflənməsində fəal iştirak etmişdir. 
O, tez-tez Qori şəhərindəki seminariyanın Azərbaycan  şöbəsində  təhsil alan 
gənclərə maddi yardım göstərmişdir. 
General-mayor Süleyman bəy Əfəndiyevin çox böyük və danılmaz xidməti 
1917-ci ilin iyul ayından başlayaraq general Əliağa Şıxlinski ilə birgə Azərbaycan 
Milli Ordusunu yaratmaq təşəbbüsüdür. 
Birinci Azərbaycan piyada diviziyasının rəisi, general-mayor Sülyeman bəy 
Əfəndiyev 1919-cu il fevralın 21 -də  səpmə yatalaq xəstəliyindən vəfat etmişdir. 
Vəsiyyətinə görə onu Qazaxda dəfn etmişlər. 
 
*      *     * 
 
1918-ci il yanvarın 9-dan 12-ə dək Şəmkir hadisəsi olub. 
Qafqaz-Türk cəbhəsində sülh bağlandqdan sonra - 1917-ci ilin noyabırından 
başlayaraq bolşevik  əhval-ruhiyyəli rus əsgərləri geri -Rusiyaya qayıdırdı. Yeni 
yaranan ordumuza Tiflisdəki ehtiyat silah anbarından müsəlmanlara heç bir pay 
verilməmişdir. Lakin gürcülər hərbi korpus yaratmaq üçün silah paylarını 
almışdılar. Hətta ermənilər onlara çatacaq külli miqdarda silah payını daşıyıb 
İrəvana aparmışdılar. Ona görə də Gəncədəki “Müsəlman Milli Komitəsi” Qafqaz-
Türk Cəbhəsindən qayıdan rus hərbi eşelonlarının Azərbaycan ərazisindən onların 
gəlib keçəcəyi vaxtı öyrənib həmin günü “döyüş günü” elan etmişdi. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə