Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə57/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   53   54   55   56   57   58   59   60   ...   97

komandiri zabitlərlə birlikdə qüsurları aradan qaldırmağı bacarır. Nəbibəyovun 
qısa müddətdə etdikləri mənə  qəti inam verir ki, ən yaxın vaxtda bu batareyanın 
daha yüksək səviyyədə görəcəyəm. Onun azsaylı zabitlərinə  və kapitan 
Nəbibəyova yorulmaz zəhmətlərinə görə təşəkkür edirəm. 
General-mayor Həbib bəy Səlimovun 1920-ci il martın 29-da Hərbiyyə 
Nazirliyinə göndərdiyi raportdan: 
- Bu gün saat 13-də Xanabadın ucqarı bizim partizanlar tərəfindən alındı. 
Bakı alayı  sıldırım qayalara Daşbaşı yüksəkliyinə yanaşdı: podpolkovnik 
Nəbibəyov ermənilərin təqib edilməsinə uymasaydı  və mövqeləri dəyişməsəydi, 
alayın həmləsi daha uğurlu olardı. 
- Sol cinahda ermənilər  Əsgəranda  ələ keçirdikləri iki pulemyotla əks 
həmləyə keçdilər. Onları Xanabaddan vurub çıxartmağa və qaçmağa məcbur etdik. 
Artilleriya əla atırdı, xüsusən podpolkovnik Bəhram bəy Nəbibəyovun batareyası, 
ancaq təəssüf ki, batareya komandiri özünü cilovlaya bilmir və batareya ilə birlikdə 
döyüşə atılır. 
Qoşunların əhval-ruhiyyəsi əladır, düşmən çoxlu itgi verib, təkcə Xaraşurtda 
60-dək erməni meyidi var. 
 
General Həbib bəy Səlimov.  
Şuşa 10 aprel 1920-ci il 
 
* * * 
 
Podpolkovnik Bəhram bəy Nəbibəyovun üçüncü batareyasının topları 
aramsız döyüşlər apardığına görə tamamilə yararsız hala düşmüşdür. Yaxşı olar ki, 
onlar 1902-ci il nümunəli porşenli toplarla əvəz olunsun. Əlavə batareya qüvvəsi 
göndərməyinizi xahiş edirəm. 
 
General Həbib bəy Səlimov. 
 
Polkovnik Bəhram bəy Nəbibəyovun atası Qasım bəy 1920-ci il aprel 
inqilabına qədər uzun müddət podpolkovnik rütbəsində çar pristavı olmuşdur. 
Yaxşı təhsil almış Qasım bəy on beş il İrandakı rus səfirliyində çalışmış, 1915-17-
ci illərdə isə Türkmənistanda məşhur general A.N.Kuropatkinin qərargahında Şərq 
dilləri üzrə tərcüməçi olmuşdur. 
1930-cu il iyulun 14-də Şəki sakini Məbud Əli oğlu İmamverdiyev üsyanla 
bağlı dindirilərkən demişdi: 
- Keçmiş çar podpolkovniki Qasım bəy Sovet hökumətinin düşmənidir. O, 
bu hökumətə qarşı  əkstəbliğat aparır.  Şəkidə  və Türkmənistanda böyük mülk 
sahibidir. Onun oğlanları Zahid bəy, Bəhram bəy, Vahid bəy və Hüseyn bəy 
həmişə yaxşı vəzifədə olmuşlar. Bunların hamısı keçmiş çar və müsavat ordusunun 
zabiti idilər. Doxsan beş yaşı olmasına baxmayaraq, Qasım bəy yenə  də  hər il 
Türkmənistana gedir, orada icarəyə verdiyi mülkün pulunu alır və gəlir. Camaata 
sələmi ilə pul verib, qazanc əldə edir. Qasım bəy fəhlə-kəndli hökumətinin çox 
təhlükəli düşmənidir. 


Üsyandan sonra silahdaşları ilə son gülləsinə qədər sovet-çekist qoşunları ilə 
vuruşub həlak olan polkovnik Bəhram bəy Nəbibəyovun qardaşlarını da həbs 
edirlər. Otuz səkkiz yaşlı Hüseyn bəyin və altınış yaşlı Vahid bəy Nəbibəyovun 
hərəsinə 1931-ci il martın 2-də 3 il həbs cəzası  kəsilir. Bundan sonra təkcə 
hökumət yanında gözükölgəli olan ziyalı  Nəbibəyovlar ailəsinin yox, həmin 
ərazidə yaşayan yüzlərlə soydaşımız günahlı-günahsız güllələnmişdir. Təkcə üsyan 
yatırılan günü iki yüz iyirmi altı adam həbs olunub, yüz səksən nəfər güllələnib, 
yüz  əlli nəfər yaralanıb, səkkiz yuz altınış beş  nəfər isə tutulub saxlanılıb. Bir 
sözlə, 37-ci ilin qara günlərinin təməl daşı qoyulub. 
Baş Göynük kəndində  ağsaqqal müəllim Yaqub Səmədov mənə belə bir 
əhvalat danışıb: 
...Üsyan yenicə yatırılmışdı. Amma rus əsgərləri kəndlərə doluşur, qarşısına 
çıxan kişiləri, cavan günahsız oğlanları sorğusuz-sualsız güllələyirdilər. Ona görə 
də kişilərin çoxusu qaçıb meşələrdə gizlənmişdi.  Əsgərlər kəndimizə doluşanda 
ağsaqqal həmkəndlimiz Həbibullah  Şabəddinov onların qarşısına çıxır, 
canıyananlıqla: 
- Hara gedirsiniz, - deyir, bəsdi, kənddə kişi qalmadı, hamısını  qırdınız, 
olub-qalanı da meşələrə  çəkilib, siz onları tapa bilməzsiniz. Mən sabah gedib 
kəndə qaytararam. Amma söz verin ki, onlara toxunmayacaqsınız... 
- Aha, demək, sən qoca da üsyançılardan birisən, - deyib, Həbibullah 
Şabəddinovu güllələyirlər. 
Sovet çekistləri günahlı-günahsızı araşdırmadan bir ucdan kimini həbs edir
kimini də güllələyirdilər. 
Şəki üsyanı xalq şairi Bəxtiyar Vahabzadənin uşaqlıq yaddaşında bu gün də 
yaşayır:  
 
- Üsyan yatırıldı, üsyançıların bir hissəsi həbs edilib dərhal güllələndi, bir 
hissəsi də dağlara çəkilib qaçaq oldular. Bizim evimiz şəhərin “Yuxarıbaş” 
məhəlləsində doğın döşündə meşənin içində yerləşdiyindən qaçaqlar qapımızı 
döyür, bizə  və yaxud qoşunlarımıza pənah gətirirdilər. Səhər açılana qədər 
xurcunlarını  ərzaqla doldurub, yenidən dağlara, meşələrə  çəkilirdilər. Qaçaqlara 
yardım edən “düşmən” elan edilib dərhal cəzalandırılırdı. O zaman Şəkidə milis 
rəisi Zahidov familiyalı bir qaniçən idi. Onun hər şeyə səlahiyyəti çatırdı. Qaçağa 
çörək verdiyinə görə Zahidov neçə-neçə  kəndlini məhkəməsiz, sübutsuz 
güllələmişdi. Onların ikisi atamın yaxın dostları idi. Qaçağa yardım göstərmək 
üstündə güllələnənlərdən biri də  şəhərin  ən hörmətli ağsaqqalarından HacıYusif 
Əfəndi idi. Atam onun haqqına danışırdı ki, üzünə güllələnmə aktını oxuyanda o, 
Zahidovdan iki rükət namaz qılmağa icazə istəmişdir. Torpaqla dəstəmaz alıb 
üzünü Zahidova tutmuşdur: 
- Bir xahişim var, məni sinəmdən vurun. 
Dediyi kimi də eləyiblər. 
Qaçağa yardım etmək bəhanəsi ilə həbs olunanlardan biri də atam Mahmud 
ağa oldu. 
Araşdırmalar göstərir ki, Şəki üsyanın başlanmasında bəzi rəsmi hökumət 
adamlarının - çekistlərin, partiya və dövlət adamlarının marağı varmış. 


Sual olunur: məqsəd nə idi? Yalnız və yalnız kimin sovet hökumətini 
istəyib-istəməməsini aşkar etmək və sonra həmin adamları güllələmək. 
Üsyanqabağı Sovet təhlükəsizlik orqanlarının əməkdaşları cildə girib eyni vaxtda 
iki yerə  işləyiblər. Onlar xalq arasında üsyançıları  qızışdırmış, həm də gündəlik 
hadisə və şəxslər barədə danoslar yazıb yuxarılara çatdırmışlar. 
  
 
HƏRB TARİXİMİZDƏ NƏLƏR OLMUŞDUR? 
 
 
Günəşdən rəng alan bir saf qanım var, 
              Mənim də yurdum var, qəhrəmanım varl 
 
Səməd Vurğun 
 
Totalitar sovet rejimi dövründə belə bir səhv fikir vardı ki, ötən  əsrlərdə 
Azərbaycanın görkəmli hərbçiləri olmayıb. Guya ona görə də, bizim hərb tariximiz 
yox dərəcəsindədir. Lakin açılan məxfi qovluqlar, aparılan hərbi-elmi tədqiqatlar 
göstərdi ki, qədimdən-qədim olan xalqımızın mərd sərkərdə  oğulları Azərbaycan 
hərb tarixinin solmaz, yaddan çıxmaz səhifələrini yaradıblar. 
Uzun illər apardığımız axtarışlar sayəsində  məlum olmuşdur ki, 1920-ci il 
aprel çevrilişinə qədər xalqımızın altınış üç general oğlu nizami ordu hissələrində 
xidmət edib. Onların iyirmi iki nəfəri 1918-20-ci illərdə Milli Ordumuzda 
xidmətini şərəflə etmişdir.  
“Hərb tariximizdə nələr olmuşdur?” yazısı da bu ideyanın - faktın təsdiqidir. 
 
*       *     * 
 
Görkəmli Azərbaycan sərkərdəsi Fətəli xan Hüseynəli xan oğlu 1735-ci ildə 
anadan olub, əlli üç yaşında vəfat edib. 1758-ci ildə atası öldükdən sonra iyirmi üç 
yaşında hakimiyyətə gələn gənc Fətəli xan Quba, Dərbənd və Salyan xanlıqlarını 
birləşdirməklə Şərqi Qafqazın qüvvətli hökmdarı kimi tanınmışdır. 
Vahid Azərbaycan naminə 40 min qoşun yaradan Fətəli xan Şamaxı,  Şəki, 
Bakı xanlıqlarını, Car-Balakən azad cəmiyyətini və  Ərəş sultanlığını ittifaqa 
çağırmışdır. Nadir şah  Əfşarın öldürülməsindən sonra xırda xanlıqlara bölünən 
Azərbaycaın müstəqil və abad bir ölkə kimi görmək istəyən Fətəli xan Qubalı 
ittifaqa gəlməyən xanlıqları birləşdirınək üçün silaha əl atmağa məcbur olmuşdur. 
O, 1785-ci ildə Şəki xanlığını, 1787-ci ildə Şamaxı xanlığını və bir az sonra Bakı 
xanlığını özünə tabe etdi. 
Otuz illik silahlı mübarizəsindən sonra Fətəli xan Azərbaycanın  əsas 
xanlıqlarını birləşdirınəyə nail oldu. 
Həmin illərdə (1769-cu ildə) Qafqaza səyahət etmiş akademik S.Q.Qmelin 
igid sərkərdə  Fətəli xan Qubalının xalq arasında böyük ehtirama layiq olduğu 
haqqında iftixarla yazır: 
  


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə