Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə66/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   62   63   64   65   66   67   68   69   ...   97

1866-cı ildə mayor Xanbaba xan Qacar atasının dostu Mirzə  Fətəli 
Axundovun böyük qızı Seyrəbəyimlə ailə qurur. Bu saf, ülvi izdivacdan iki övlad - 
Mələksima adlı qız və Mənsur Mirzə adlı oğul dünyaya gəlir. Altı il sonra - 1872-
ci ildə Seyrəbəyim vəfat edir. İki uşağın anasız qalması Mirzə  Fətəliyə çox ağır 
təsir edir. Onların yad qapazı altına düşməməsi və sevimli kürəkəni Xanbaba xanın 
“xoşəxlaq, savadlı, təmiz cavanlardan biri” olması xatirinə Mirzə Fətəli Axundov 
ikinci qızı Nisə xanımı da bir il sonra ona ərə verir. 
M.F.Axundov 1876-cı il mayın 18-də dostu Manekçi Sahibə yazırdı. 
“Bir oğlumdan başqa bir də Nisə xanım adlı  qızım vardır ki, şahzadə 
Bəhmən Mirzənin oğlu Xanbaba xana ərə vermisən. Qızımın əri bizim imperatorun 
ordusunda xidmət edir. Xoşəxlaq, savadlı, təmiz cavanlardan biridir. Günah işlərin 
və  bəd  əməllərin yanından belə keçməz. Mənim kimi o da şərab içmir, həmişə 
Tiflisdə yaşayır. Öz evimdə ona bir neçə otaqdan ibarət mənzil ayırmışam. 
Qızımdan və haman Xanbaba xandan iki nəvəm vardır”. 
Böyük dramaturqun şəxsi arxivində saxlanan məktubların  əksəriyyətində 
polkovnik Xanbaba xan Qacar belə səmimiyyətlə yad edilir. 
Tiflisdə  dərc olunan “Zarya Vostoka” qəzeti 1926-cı ildə iki gün (11,12 
noyabrda) onun ölümü haqqında birinci səhifədə nekroloq vermişdir: 
“Uzun sürən ağır xəsnəlikdən sonra Şahzadə  Bəhmən Mirzənin oğlu, 
mərhum Mirzə  Fətəli Axundovun kürəkəni polkovnik Xanbaba xan Qacar 
noyabrın doqquzunda vəfat etdi. Cənazə Krılov küçəsindəki üç nömrəli evdən 
götürüləcək. Dəfn mərasimi bir nömrəli müsəlman qəbristanlığında olacaq”.  
Polkovnik  Şahzadə Xanbaba xan Bəhmən Mirzə  oğlu Qacar 1849-cu ildə 
Tiflisdə anadan olmuşdur. 
 

*      * 
 
Podpolkovnik  İbrahim bəy Davatdarov 1851-ci ildə  Bərdənin  Ərəblər 
kəndində anadan olub. 187l-ci ildə ilk zabit rütbəsi alıb, yüz əlli beşinci Quba 
süvari alayı xidmət edib. 1893-cü il fevralın 6-da podpolkovnik rütbəsi ahb. 1877-
78-ci ildə rus-türk müharibəsində  iştirak edib. Həmin müharibədə göstərdiyi 
şücaətə görə 1877-ci ildə dördüncü dərəcəli müqəddəs Vladimir (qılınc və bantla 
birgə), ikinci dərəcəli müqəddəs Stanislav (qılıncla birgə), 1879-cu ildə ikinci 
dərəcəli Müqəddəs Anna (qılıncla birgə) ordenlərilə  təltif olunub. 1884-cü ildə 
əlahəzrət imperatorun təşəkkürünü alıb. 
1902-ci ildə  qəflətən vəfat edən podpolkovnik İbrahim bəy Davatdarovun 
həyat yoldaşı məşhur Qarabağ ziyalısı Əhməd bəy Cavanşirin qızı Həmidə xanım 
idi. Onların iki övladı - qızı Mina xanım (1890 - 1928) və oğlu Müzəffər (1900 - 
1959) Davatdarovlar olub. 1907-ci il iyunun 15-də Həmidə xanım Cavanşir məş-
hur dramaturqumuz Cəlil Məmmədquluzadəyə ərə gedib. 
 

*      * 
 
1918-ci il noyabrın 18-də podpraporşik Xosrov bəy Heydərbəy oğlu 
Şirinbəyov Gəncədəki proporşiklər məktəbini birinci dərəcə ilə bitirib. O, 1896-cı 


il mayın 16-da Şuşa qəzasının Xankəndində zadəgan ailəsində anadan olub. İlk 
təhsilini Qori müəllimlər seminariyasında alıb. 1918-ci il iyunun 30-da Gəncə 
praporşiklər məktəbinə yunker qəbul olunan Xosrov bəy  Şirinbəyov üç ay sonra 
piyada qoşunları yunkeri kursunu bitirib. Əla oxuduğuna və nizam-intizamlı zabit 
olduğuna görə  hərbi məktəbdə saxlanılıb. 1919-cu il yanvarın üçündə  Əlahiddə 
Qazax batalyonuna hərbi xidmətə göndərilib. 
Podpraporşik Xosrov bəy  Şirinbəyov Azərbaycanda aprel çevrilişi 
ərəfəsində Ağstafa stansiyasında hərbi komendant vəzifəsində çalışıb. Bolşeviklər 
gələndən sonra etibarsız müsavat zabiti kimi komendant köməkçisi təyin edilib. 
1936-cı ildə Azərbaycan Sənaye  İnstitutunu bitirən Xosrov bəy  Şirinbəyov 
ömrünün axırınadək neftayırına mühəndisi işləyib. O, 1948-ci ildə Bakıda vəfat 
edib.  
 
*       *       * 
 
1915-ci il noyabrın 28-də Qafqaz cəbhəsində igidliklə döyüşən Sultan bəy 
Hüseynzadəyə ştabs-kapitan rütbəsi verilib. 
1914-cü ildə Birinci Cahan savaşında mərdliklə döyüşən igid zabit Sultan 
bəy Hüseynzadə göstərdiyi qəhrəmanlığa görə imperiyanın yüksək ordenləri ilə 
təltif olunub. Onun döyüş xidmətləri dördüncü dərəcəli müqəddəs Anna, üçüncü 
dərəcəli müqəddəs Stanislav (qılınc və bantla birgə), üçüncü dərəcəli müqəddəs 
anna (qılınc və bantla birgə), ikinci dərəcəli müqəddəs Stanislav (qılıncla birgə), 
dördüncü dərəcəli müqəddəs Vladimir (qılınc və bantla birgə) ordenlərinə layiq 
görülüb. 
1918-ci ildə Azərbaycan Milli Ordusu yarananda onun sıralarında könüllü 
xidmətə başlayan  ştabs-kapitan Sultan bəy Hüseynzadə  həmin il sentyabrın 
səkkizindən  Əlahiddə Azərbaycan korpusunun qərargahında xüsusi tapşırıqlar 
zabiti kimi xidmət edib. 
1918-ci ilin iyun-sentyabr aylarında  Şamaxı, Kürdəmir döyüşlərində 
bolşevik-daşnaklara qarşı  mərdliklə vuruşan Sultan bəy Çoban-Dədə  kəndi 
uğrunda gedən döyüşlərdə kontuziya alıb. 1920-ci ildə birinci Cavanşir süvari 
polkunda ikinci rotanın komandiri olub. Aprel çevrilişindən sonra taleyi məlum 
deyil. 
  
 
PORT-ARTURUN AZƏRBAYCANLl QƏHRƏMANLARI 
 
     1904-1905-ci illərdə Uzaq Şərqdə Port-Artur 
qalası uğrunda döyüşlərin iştirakçısı iki  
sərkərdənin - Əliağa Şıxlinski və Səməd bəy  
Mehmandarovun olduğu oxuculara məlumdur.    
Təəssüfki, onların da həmin illərdəki döyüş yolları 
indiyədək xalqımıza çatdırılmamışdır. Hərb  
tariximizin bu açılmamış səhifələrində  arxiv 
sənədləri əsasında tədqiqat aparanda məlum oldu 


ki, indiyədək adı və xidməti unudulmuş general 
Hüseyn xan Naxçıvanski, şahzadə - general 
Əmir Kazım Mirzə Qacar, Əbədbəy Talışxanov, 
şahzadə - podpolkovnik Əliqulu Mirzə Qacar, 
polkovnik İlyas bəy Ağalarov, Gəray bəy 
Vəkilov, poruçik Ağababa Sadıqov, Zülfüqar 
Bağırbəyov da Port-Artur müharibəsində mərdliklə 
vuruşmuşlar. 
 
Gecə keçirdi, istirahət etməyə hazırlaşırdım.  Birdən telefon zəng çaldı. 
“Belə bivaxt, kimdi görəsən?” - deyə fikirləşib dəstəyi qaldırdım. Zərif səsli bir 
qadm üzrxahlıq edib: 
- Mənə filankəs lazımdır, - dedi. 
- Mənəm, eşidirəm sizi... 
- Gec olduğu üçün bağışlayın, sizi narahat edən Qalina Semyonovna 
Səfərovadır. Telefonunuzun nömrəsini indicə  çətinliklə öyrənə bildim. Tərtib 
etdiyiniz general Əliağa  Şıxlinskinin “Xatirələrim” kitabını  mən də maraqla 
oxudum. Bilirsiniz, sizi niyə narahat elədim? Bizdə 1905-ci ildə  nəşr olunmuş 
“Niva” jurnalının bir illik nömrələri saxlanılır. Orda Əliağa Şıxlinski və Səməd bəy 
Mehmandarov haqqında yazılar var, şəkilləri də  dərc olunub. Amma nədənsə 
Şıxlinski kitabına yazdığınız “İzahlar və qeydlər” bölməsində bu barədə oxuculara 
heç bir məlumat verməmisiniz. 
- Qalina Semyonovna, - dedim, - mənim o mənbədən xəbərim yoxdur. Çox 
sağ olun ki, bu barədə məlumat verdiniz. Günü sabah kitabxanaya gedib... 
- Kitabxanaya niyə,- deyə Qalina Semyonovna etiraz etdi, - məmnuniyyətlə 
jurnalı müvəqqəti istifadə üçün sizə verə bilərəm. 
Ertəsi gün Q.Səfərovanın Bəşir Səfəroğlu küçəsindəki mənzilində görüşüb 
jurnalı birgə vərəqlədik. 
“Niva” jurnalı 1905-ci il dördüncü nömrəsinin yetmişinci səhifəsində Əliağa 
Şıxlinskinin altı nəfər döyüşçü-zabit və iki qadınla birgə çəkilmiş şəklini dərc edib. 
Şəkilaltı yazıda oxuyuruq: 
“Port-Artur müdafiənin igid artilleriya komandiri Əliağa  Şıxlinski Suişin 
kəndinin yaxınlığındakı Drakonovıy Xrebet dağına atəş açaraq yaponların 
hücumunu dəf etmişdir. Podpolkovnik Şıxlinski göstərdiyi rəşadətə görə 
“Müqəddəs Georgi” ordeninin dördüncü dərəcəsinə  təqdim edilmişdir.  Şəkildə 
ortada artilleriya komandiri Əliağa  Şıxlinski, zabit Mixaylov, Şişkin, Karamışev, 
Qyünter, Şuleykin və başqaları”. 
Üçüncü istehkamda olan bu hadisəni illər keçəndən sonra Əliağa  Şıxlinski 
belə xatırlamışdır: 
“Tamamilə açıqda duran toplarının atəşi, hücum edən yapon piyada 
qoşununu geriyə oturtdu. Atışma səsini eşidən polkovnik Mehmandarov general 
Nadeinin yeraltı qazmasından çıxaraq yanıma gəldi. Fikirləşdim ki, 
ehtiyatsızlığıma görə hirslənəcəkdir. Vəziyyətlə tanış olduqdan sonra dedi: 
-Yaxşı eləmisiniz. Birinci batareyanın bir vzvodunu da sizə köməyə 
göndərirəm. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə