Şəmistan Nəzirli



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə67/97
tarix13.11.2017
ölçüsü5,01 Kb.
#9970
1   ...   63   64   65   66   67   68   69   70   ...   97

Mehmandarov tədbir və sərəncamları bəyəndiyini söyləyib, öz məntəqəsinə 
qayıtdı. Bu əməliyyata görə  mən, köhnə orduda qəhrəmanlıq ordeni olan Georgi 
Pobedonessov ordeninə təqdim edildim”. 
Jurnalın həmin səhifəsində  həmyerlimiz Səməd bəy Mehmandarovun da 
şəkli verilib. Haqqında isə belə bir məlumat yazılıb: 
“Yeddinci  Şərqi-Sibir artilleriya briqadasının general-mayoru Səməd bəy 
Sadıq bəy oğlu Mehmandarov Port-Artur müdafiəsindəki qəhrəmanlığına görə 
dördüncü dərəcəli “Müqəddəs Georgi” ordeni ilə təltif olunub”. 
“Niva”nın yetmiş birinci səhifəsində gözəl, zərif naxışlarla işlənmiş bir 
buynuz  şəkli də verilib. Port-Artur döyüşlərinin komandanı general Anatoli 
Mixayloviç Stesselə Zaqatala şəhər cəmiyyəti tərəfindən hədiyyə olunan bu 
buynuz gümüşlə  işlənib.  Şəklin altında oxuyuruq: “Zaqatala şəhər sakinlərindən 
general-adyutant A.M.Stesselə dağ keçisi buynuzunu hədiyyə edirik”. 
“Niva” jurnalı təkcə birillik nömrələrində Azərbaycan xalqının müharibəyə 
könüllü ianə toplarması haqqında və Qafqaz süvari briqadasının tərkibində vuruşan 
oğullarımızın qəhrəmanlığı barədə az da olsa məlumatlar verir. Onu da xatırladaq 
ki, Port-Arturda Ə.Şıxlinski və S.Mehmandarovdan başqa da yapon samuraylarına 
qarşı döyüşən həmyerlilərimiz olmuşdur. General-mayor Əsəd bəy Talışxanov,  
Hüseyn xan  Naxçıvanski,  İbrahim  ağa  Usubov,qvardiya polkovniki Kərim bəy 
Novruzov, polkovnik Davud bəy Yadıgarov, Gəray bəy Vəkilov, poruçik Ağababa 
Sadıqov və hələ adını bilmədiyimiz onlarca başqaları. 
Dövrdən, quruluşdan asılı olmayaraq oğullar həmişə Vətənin əsgərləridirlər. 
Vətən nə vaxt təhlükə qarşısında olarsa, igidlər bir səslə silaha sarılmağa hazırdılar. 
Iyirminci əsr tarixə “nəfəsindən” barıt püskürəndə eloğullarımız da bir səslə ayağa 
qalxıb Vətənin müdafiəsinə gediblər. 
Ötən on doqquzuncu əsrin ortalarında Qarabağ igidlərinin, Şirvan alayının, 
Kəngərli döyüşçülərinin, Qazax süvari dəstələrinin yadellilərə qarşı qeyri-adi 
qəhrəmanlıqlarının  şahidi olan xalqımızın böyük mütəfəkkir oğlu M.F.Axundov 
fəxrlə deyirdi: “doğmamış Qafqazda analar qorxaq”. 
Hələ bir xeyli əvvəl (1828-ci ildə) məşhur rus tarixçisi, general Platon 
Zubov “Gürcüstan və Qafqaz haqqında altı məktub” əsərində yazırdı: 
“Müsəlman süvari alayları haqqında mühakimə yürütmək üçün onları 
döyüşdə görmək lazımdır: bunlar şimşəyi xatırladır, bunlar qəzəblənmiş allahın 
birdən-birə düşmənlər içərisində düşərək ölüm və dəhşət saçan oduna bənzəyirdi. 
Müsəlman alaylarının gözlərim önündə törətdikləri igidlik xariqələrini hələ  də 
heyrətlə yad edirəm... Onlar silahdan çox böyük bir məharətlə istifadə edərək, 
qorxmaz və cəsur süvari kimi döyüşürdülər”. 
Əgər oxucu Aleksandr Stepanovun “Port-Artur”, ya da Trofim Borisovun 
“Port-arturçular” romanlarını mütaliə edərsə, onda görər ki, 1904-cü il dekabrın on 
altısında komandan A.Stessel qalanı yaponlara danışıqsız təslim etmək istəyəndə 
polkovnik S.Mehmandarov və onun zabit heyeti qəti etiraz edərək necə  
əsəbiləşmişdilər. Səməd bəy Mehmandarov və onun zabit heyəti inad edirdilər ki, 
qalanı son nəfəsə  qədər müdafiə etmək lazımdır. Heç kəs biabırçı  vəziyyətdə 
rusiyaya qayıtmaq istəmirdi. 


        - Kapitan, sizin kimi zabitlərə orduda qulluq etmək yaramaz, - Mehmandarov 
onun üstünə qışqırdı. - Siz bizim adımızı korlayırsınız, - deyib yumruğunu havada 
oynatdı. 
- Əlahəzrət, xahiş edirəm, məni təhqirlərdən qoruyasınız, - kapitan Vamezon 
hirsindən pörtmüş halda Stesselə müraciət etdi. 
         - Hər şeydən qabaq sakit olmaq lazımdır, cənablar! Polkovnik Mehmandarov,  
sizi qayda-qanuna riayət etməyə dəvət edirəm. 
Qızğın mübahisələr başlandı, zabitlər iki hissəyə bölündülər: bir neçəsi 
kapitan Vamenzonu, qalanları isə polkovnik Mehmandarovu müdafiə edirdilər” 
(A.Stepanov, “Port-Artur”. səh. 777-778). 
1904-cü il yanvarın 26-da Rus-yapon müharibəsi başlananda polkovnik 
Hüseyn xan Naxçıvanski əksəriyyəti qafqazlılardan təşkil olunmuş ikinci Dağıstan 
süvari alayına komandanlıq edirdi. Hüseyn xanın alayı 1905-ci il yanvarın 14-də 
Lan-Lun-Qou kəndi uğrunda ağır döyüşlər aparmışdır. Bir neçə gün kəndi ala 
bilməyən döyüşçülər mahir komandirin hərbi fəndi ilə dan üzü hücuma keçərək 
sürətli zərbə ilə yaponları  kənddən vurub çıxartmışlar. Bu güclü döyüş  səhnəsi 
məşhur rəssam Mazurovskinin yağlı boya ilə  işlədiyi rəsmdə  əbədiləşmişdir. 
Əsərdə alay döyüşçülərinin qızğın həmləsi və süvari polkovniki Hüseyn xan 
Naxçıvanskinin obrazı ustalıqla işlənmişdir. 
Məşhur rus jurnalist A.Kvitka Port-Arturda müharibə başlananda könüllü 
cəbhəyə getmiş və döyüşlərdə jurnalist-zabit kimi iştirak etmişdir. Müharibə gedə-
gedə “Zabaykalye kazak zabitinin gündəliyi” adlı maraqlı bir əsər yazmışdır. 1908-
ci ildə Sankt-Peterburqda nəşr etdirdiyi həmin kitabda igid eloğlumuz polkovnik 
Hüseyn xan Naxçıvanski haqqında da maraqlı səhifələr var. 
Səhifə 181-də: “Axşam üstü Bensixuda süvari - qvardiyaçı Hüseyn xan 
Naxçıvanskinin təşkil etdiyi ikinci Dağıstan alayı gözlənilir. Alay qafqazlılardan 
və süvari qvardiyasında xidmət edən seçmə zabitlərdən təşkil olunmuşdu. 
...Avanqard tağımının ardınca yüzlərlə adam polk komandiri, onların da 
ardınca uca bir ağacın zirvəsində polkovnik Xan Naxçıvanskiyə  məxsus qızılı 
aypara nişanlı dalğalanan dəstə göründü. Alay cərgələnmiş tağımlarla kalon boyu 
uzanırdı. Biz isə Xanın zabitlərindəki atlara həsədlə baxırdıq. Mən axşam saat onda 
Hüseyn xanı general Lyubavinin yanına ötürüb, evimə qayıtdım. 
Səhifə 245-də: “Dağıstanlıların komandiri Hüseyn xan Naxçıvanski, 
podpolkovnik Byuntiq və knyaz Tumakov heyətimə daxil olanda səhər saat on bir 
olardı. Onlar mənimlə nahar etməyə qaldılar... Hüseyn xanın əsgər və komandirləri 
döyüşlərdə hamıdan seçilirdi. Onları bir şeydə  qınamaq olardı, o da həddindən 
artıq cəsur olmalarında.,.”  
Səhifə 361-də: “Polkovnik Xan Naxçıvanskinin Qafqaz-kazak briqadasının 
cəsurları üç yapon nəqliyyatını məhv etmişlər...” 
İgid həmyerlimiz, polkovnik Hüseyn xan Naxçıvanski yaponlara qarşı 
apardığı döyüş məharətinə görə “Müqəddəs Georgi” və dördüncü dərəcəli, bantlı, 
üstü yazılı qızıl silahla “Müqəddəs Vladimir” və “İgidliyə görə” ordenlərilə təltif 
olunmuşdur. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə