Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə34/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   28   29   30   31   32   33   34   35   36

Ürəyimdə sənə dəyər bu güllə
Ürəyimi nişan alma, sən Allah! 
  
12.11.2002. 
  
LALƏ 
  
Sənin qismətinə gözəllik payı, 
Mənim qismətimə söz düşüb, Lalə! 
Səni görən gündən, görən saatdan 
Qəlbimə bir yeni iz düşüb, Lalə! 
  
Bu gün vurğun könlüm yenə dinibdir, 
Bir yeni şövq ilə cilvələnibdir
Gözündən gözümə nur ələnibdir, 
Odundan sinəmə köz düşüb, Lalə! 
  
Ağıldır, kamaldır, dövlətin- varın, 
Könlünə həmdəmsən bir bəxtiyarın. 
Sənin sorağına sənin Eldarın 
Göyçəli Eldardan tez düşüb, Lalə! 
  
  
GÖNDƏR MƏNƏ 
  
Üzünü belə tut, dağlar gözəli, 


Könlündən keçəni yaz, göndər mənə. 
Üşüyən qəlbimi isitmək üçün 
Bir çınqı qor ələ, köz göndər mənə. 
  
Bir sevda quşuyam, hər işim dastan, 
Min töhmət gəlibdi tanışdan-dostdan. 
Qoynun cənnət bağı, güllü gülüstan, 
Ordan bir bənövşə üz, göndər mənə. 
  
Bir əsmər yanağa, üzə həsrətəm, 
Məni ovsunlayan sözə həsrətəm. 
İşvəyə tamarzı, naza həsrətəm
Bacarsan bir dünya naz göndər mənə. 
  
Vətən əsarətdə, yolları bağlı, 
Dostların ayağı, əlləri bağlı. 
İpək tellərinə telləri bağlı, 
Simləri od saçan saz göndər mənə. 
  
Eldarı eşidib əməl elərsən, 
Hər sözü, söhbəti seçib ələrsən. 
Hər nə göndərərsən özün bilərsən, 
Yubatma sən allah, tez göndər mənə. 
  
16.01.2000. 
  


YADIMDAN ÇIXDI 
  
Gəncliyini xatırladım, 
Bu çağın yadımdan çıxdı. 
İncə beldə üzük gördüm, 
Barmağın yadımdan çıxdı. 
  
Eşqinin nəhrini buldum, 
Qəzəbi, qəhrini buldum. 
Gözünün sehrini buldum, 
Yanağın yadımdan çıxdı. 
  
Baxışlar dindi, danışdı, 
Sev, -dedin, canım alışdı. 
Başım büsənə qarışdı, 
Dodağın yadımdan çıxdı. 
  
Nəzərim qara sataşdı, 
Sinəndə nara sataşdı. 
Tel gördüm gözüm qamaşdı, 
Buxağın yadımdan çıxdı. 
  
Şammanı tağda axtardım, 
Mən səni dağda axtardım. 
Bağçada, bağda axtardım, 
Otağın yadımdan çıxdı. 


  
10.02.2003. 
  
BU AXŞAM 
  
Götür məni öz qapında qul elə, 
Pozma görüm bu ilqarı, bu axşam. 
İnsafa gəl, öz əlimlə dərim qoy, 
Qoynundakı bir cüt narı, bu axşam. 
  
Qollarının arasına al məni, 
Qoynun gülşən, o gülşənə sal məni. 
Kəs nəfəsim, eylə burda lal məni
Mən verirəm, bu qərarı, bu axşam. 
  
Boy görmədim boy içində boyunca, 
Kam almadım vusalından doyunca. 
Yaman gündə, bəd ayaqda qoyunca 
Öldür getsin bu Eldarı, bu axşam. 
  
14.11.2000. 
  
ÜZÜM GƏLMİR 
  
Gözlətmə məni, bağbanım, 
Gözləməyə üzüm gəlmir. 


İmkan versən bir gül üzüm, 
Üz deməyə üzüm gəlmir. 
  
Bülbül bağdan susub gedib, 
Ayağını kəsib gedib. 
Bəxtim məndən küsüb gedib, 
Səsləməyə üzüm gəlmir. 
  
Eldaram, bara gəlmişəm, 
Sən eylə çara, gəlmişəm. 
Xəstəyəm nara gəlmişəm, 
İstəməyə üzüm gəlmir. 
  
3.10.2003. 
  
DƏNİZLƏ SÖHBƏT 
  
Xəzərin sahili, qırçın ləpələr, 
Çırpınıb, çinlənib min məna dedi. 
Mənə bir gözəllik bəxş elə, -dedim, 
Əyləşib yanında bir sonna dedi. 
  
Xumar gözlərinə sataşdı gözüm, 
Qalandı canımda atəşim, közüm. 
İstədim telinə bir şeir düzüm, 
Qorxdum küskün qəlbim oyana dedi. 


  
Sözü pünhan elər göz qanan gözəl, 
Ürəklə oynamaz söz qanan gözəl. 
Şairin gözüylə ovlanan gözəl, 
Gərək həm alışa, həm yana dedi. 
  
Ayın  işığına nurlanan mələk, 
Sulardan od alıb qorlanan mələk. 
Dəniz sularında durlanan mələk, 
Bənzəyir pəriyə, sultana dedi. 
  
Bu dürlü axşamın sərin nəfəsi
Sevgi, məhəbbətdi eşqi, həvəsi. 
Ayın işığında suların səsi 
Gahdan Eldar dedi, gah Rəna dedi. 
  
  
SƏNDƏDİ 
  
Sən hardan biləsən şair könlümün, 
Ovxarlı, kəsərli sözü səndədi. 
Gözlərim süzülən gözümə baxdı, 
Odlanan qəlbimin közü səndədi. 
  
Öz ətri, hüsnü var hər ağ çiçəyin, 
Yasəmən qoxuyur qıvrım birçəyin. 


Minlərlə can alan üzü göyçəyin 
İşvəsi, qəmzəsi, nazı səndədi. 
  
Dağ çəkdin şairin sən sinəsinə, 
Gəl ötmə yanından sən sinə-sinə… 
Bir sirri qoy açım mən özüm sənə
Eldar İsmayılın gözü səndədi. 
  
2005. 
  
  
YAXŞIDIR 
  
Mən belə bilirəm əziz insanlar, 
Bu dünya varının azı yaxşıdır. 
Neçə ki, beş aylıq qarlı qışından 
Bir aylıq çiçəkli yazı yaxşıdır. 
  
Bu cahan mülkünə əzəl binadan, 
Mal üçün, pul üçün bağlanıb nadan. 
Namərdin nanəcib gədə oğlundan 
Mərdin düz ilqarlı qızı yaxşıdır. 
  
Valları dəyişən dönük sözlüdən, 
Daşı parçalayan  yaman gözlüdən... 
Qırmızı kişidən, iki üzlüdən 


Mal üçün əkilmiş pazı yaxşıdır. 
  
Yoxdursa bir kəsdə dəyanət, vicdan 
Etibar gözləmə dar gündə ondan. 
Vəzifə adına yaltaqlanandan 
Zabitə şirvanan tazı yaxşıdır. 
  
Eldar, diqqət yetir sözlərimə sən, 
Artıq çox sınaqlar keçirmişəm mən. 
Vəfasız gözəlin işvələrindən 
Qoca bir qarının nazı yaxşıdır. 
  
  
BİLİNMƏZ 
  
Zalım oğlu tülküdən də tülküdü, 
El içində elə gəzər bilinməz. 
Bir meşəni yandırsa da uf deməz, 
Balta vurar, kökdən üzər bilinməz. 
  
Ha çevrilər, ha qurcuxar yatınca, 
Dinclik bilməz hiylə oxun atınca. 
Üzə gülər fürsət gəlib çatınca, 
Tələ qurar, quyu qazar bilinməz. 
  
Ürəyində külək əsər, qış düşər, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə