Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə35/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   28   29   30   31   32   33   34   35   36

Gülən görsə gözlərindən yaş düşər. 
Xeyir işdən təpəsinə daş düşər 
Elə vurar, elə pozar bilinməz. 
  
Hər nə etsə vicdanını, danlamaz, 
Eldən yeyər, haqqı- salam anlamaz. 
Cır beçə tək xeyir- işə banlamaz, 
Bəd danışar, yaman yazar bilinməz. 
  
Quzğun olur caynağını çalanda, 
Gecə- gündüz fikri- zikri talanda. 
Evlər yıxıb hiylə torun quranda 
Öz işini mərdə yozar bilinməz. 
  
İsti döyər, dəmirini soyutmaz, 
Bir yoldaşı yatıb qalsa ayıltmaz. 
Yalquzaq tək bir erkəclə qayıtmaz, 
Bir sürünün aktın cızar bilinməz. 
  
Saxta dinər, saxta gülər güləndə
Tük tərpətməz bir dahi də öləndə. 
El anlayıb bu hiyləni  biləndə 
El azdırar, elə azar bilinməz. 
  
13.12.78. 
  


BAHALIQ 
  
Bahalanmaya  rəvac verən və ekranlarda xalqın 
 gözünün içinə yalan üfürən bəzi məmurlara üz 
tuturam: -Siz Azərbaycan xalqına, Azərbaycan 
 dövlətinəmi xidmət edirsiniz? 
  
Yenə qiymət qalxdı, dolanmaq çətin, 
Yoxsullar olmasa varlanmaq çətin. 
Sizi nə anlamaq, nə qanmaq çətin
Haqqı mehvərindən tərpədirsiniz. 
Bahalıq sizlərin şərəfi-şanı, 
Xəstə var bir həbə yoxdu gümanı. 
On Şirvan qazanan məzlum insanı 
Yoxsulluq içində çərlədirsiniz. 
Qoruyan kasıbdı daşı-torpağı, 
Bu axşam tüstüsüz qalıb ocağı. 
Gözünüz doymurmu, zalım uşağı, 
Bazarı sağ-sola hərlədirsiniz. 
Varmı bu tamahın sonu həyatda? 
Bir kibrit dəyəri yoxdu manatda. 
Dəvə var ləhləyir ağır yük altda, 
Mayanı, köşəyi nərlədirsiniz. 
Dərdlinin dərdini duyan deyilsiz, 
Bir kəsə bir tikə qıyan deyilsiz. 
Nə qədər yesəniz doyan deyilsiz, 


Xaşal qarnınızı dəbərdirsiniz. 
Nefti biz veririk, bəs, niyə belə? 
Sement ilə daşı demirəm hələ. 
Oğullar baş alıb düşübdü çölə, 
Xalqı söz verməklə girlədirsiniz. 
Çoxunun süfrədə çörəyi yavan, 
Allaha xoşdumu bu qəsd, bu divan? 
Maaşın üstünə qoyub bir "şirvan", 
Bu yandan yüz "şirvan" tərlədirsiniz. 
Qınına təpirsiz söz deyənləri
Çəkirsiz qabağa "döz" deyənləri. 
Sözü üzünüzə düz deyənləri 
Polisin əliylə şərlədirsiniz. 
  
2.11.2004. 
  
NİFRƏTLƏR MƏNGƏNƏSİNDƏ 
  
Vəzifə atəşi yaxacaq dedim, 
Səni adamlıqdan çıxacaq dedim. 
Bəxtinə namərdlik doğacaq dedim, 
Qalmadı bu iyrənc məzkəməsindən. 
  
Haram adiləşdi süzüldü qana, 
Hökmü yetənləri yetirdi cana. 
Hələ danışanda baxasan ona 


Haqqın-ədalətin təntənəsindən. 
  
Şeytanla iblislə yarışa girib, 
Böyüklər yanında tula tək hürüb… 
Haçansa birinə bir kökə verib 
Dil topuğa qoymur sədəqəsindən. 
  
Bu evin get-gəli, vəznəsi ağır, 
Böyüklərdən ötrü qapısı yağır. 
Ədalar püskürür, harınlıq yağır 
Arvadın, uşağın qəhqəhəsindən. 
  
Kimdən çəkinirsə dindirə bilmir, 
Köhnə tanışları endirə bilmir. 
Çalxanır, udduğun sendirə bilmir, 
Söz açır zadəgan təbəqəsindən. 
  
Rüşvəti bilmədi günahı, suçu, 
Pul ilə baş kəsdi bu ünlü qoçu. 
Qardaşı, bacını süzdü gözucu 
Yüksək elitalar mərtəbəsindən. 
  
Vəzifə köç edib zatını seçmir, 
Göylərin, yerlərin qatını seçmir. 
Gözləri ayağı altını seçmir, 
Danışır vəzifə dəbdəbəsindən. 


  
Mayası yoğrulub şeytan şərindən, 
Sarsılası deyil dost qəhərindən. 
Az qalır gözləri çıxsın yerindən, 
Az qalır pırtdasın hədəqəsindən. 
  
Dəyişib dəm-dəsgah, o qurğu-büsat 
Qurtarmır nifrətlər məngənəsindən. 
  
2.01.06. 
  
DƏM TUTAN ADAM 
  
Mənə qohum-qardaş, dost ola bilməz, 
Mənim ürəyimə daş atan adam. 
Yalı azalanda quyruğa dönüb, 
Hökmü yeriyəndə qol çatan adam. 
  
Qanqala gül deyər, gülü dərilməz, 
Saxta təbiəti yola verilməz. 
Əbədi hörmətə layiq görülməz, 
Hay-küylə, yalanla baş qatan adam. 
  
Gah abidlik elər, şeytanlıq elər. 
Bacarsa gündüzü qaranlıq elər, 
Özünün səmtinə yamanlıq elər. 


Arvad zurnasına dəm tutan adam. 
  
Nə bir böyük-kiçik, nə dədə bilməz, 
Zamana göz vurar, vaxt-vədə bilməz. 
Doğma qardaşa da rəhm edə bilməz, 
Qanında xəyanət yaşadan adam. 
  
Od tutub alışsa Kərəm olammaz, 
Göynəyən bir qəlbə məlhəm olammaz. 
Neyləsə Eldara mərhəm olammaz, 
Quru əvəzinə yaş satan adam. 
  
18.01.2006. 
  
MƏNİM XƏBƏRİM YOXDU 
  
Qanqala ot demişəm, 
Çiçək küsübdü məndən
Mənim xəbərim yoxdu. 
  
Mehə könül vermişəm, 
Külək küsübdü məndən, 
Mənim xəbərim yoxdu. 
  
Ulağa at demişəm, 
Eşşək küsübdü məndən, 


Mənim xəbərim yoxdu... 
  
20.08.98. 
  
KİÇİLƏ-KİÇİLƏ 
  
Namərdə ucal dedilər, 
Qalxdı kiçilə-kiçilə. 
Eldə məmurluq axtardı, 
Eldən seçilə-seçilə. 
  
Dəli şeytan at səyirtdi, 
Hiylə odu daş əritdi. 
Saman altdan su yeritdi, 
Üstən keçilə-keçilə. 
  
Eldar, yanan ulduz söndü, 
Bir qəza-qədərə döndü. 
Minnətdən zəhərə döndü, 
Şərbət içilə-içilə. 
  
19..05.04. 
  
ÜZÜMƏ BAXA BİLMƏDİN 
  
Dönüklərdən birinə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə