Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə30/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   26   27   28   29   30   31   32   33   ...   36

Bu qədər şər-böhtan deyə bilməzdi. 
Bu xalqı erməni döyə bilməzdi
Bu xalqı arxadan vurdular, atam. 
  
1993.__KÖHNƏ_KİŞİLƏR___Açıq-saçıq_geyinən_bir_qadın_"köhnə_kiĢilər"__qadınlara_kölə_gözündə_baxırdılar'>8.08.1993. 
  
KÖHNƏ KİŞİLƏR 
  
Açıq-saçıq geyinən bir qadın "köhnə kiĢilər" 
qadınlara kölə gözündə baxırdılar, 
-deyə utanıb-çəkinmədən 
keçmiĢimizə ləkə yaxırdı. 
  
İçində yüz dərdə layla çalardı, 
Qıyıb oyatmazdı köhnə kişilər. 
Adını-sanını, ucalığını 
Namərdlə qatmazdı köhnə kişilər. 
  
Dostluqda, ilqarda oyaq olardı, 
Hər kəsin qəminə ortaq olardı. 
Söz verdi, sözünə dayaq olardı, 
Üstündən ötməzdi köhnə kişilər. 
  
Halallıq olmasa dönərdi yoldan, 
Tamahı uzaqdı dövlətdən, puldan. 
Şoru yağdan baha, bəhməzi baldan, 


Bazarda satmazdı köhnə kişilər. 
  
Bu qüdrət onlara taledən nəsib
İlkin amalları həqiqət, təsib. 
Çəkidə aldadıb, ölçüdə kəsib, 
Kiməsə atmazdı köhnə kişilər. 
  
Namusla oturub, qeyrətlə durub, 
Ömür köhlənini şərəflə yorub. 
Açıq köbəklərlə izdivac qurub 
Xanımı etməzdi köhnə kişilər. 
  
Vətən ürəyində, Vətən dilində
Vətən cücərərdi yanan külündə. 
Qoyub Qarabağı düşmən əlində 
"Ulduz" oynatmazdı köhnə kişilər. 
  
Qadınlar xanımdı, deyildi kölə, 
Var-dövlət dalınca düşməzdi çölə. 
Arvadı buraxıb Dubaydan belə 
Evində yatmazdı köhnə kişilər. 
  
Bu qüdrət, qətiyyət de varmı səndə? 
Yolunu azıbsan dumanda çəndə. 
Dünyanın varını yığıb versən də 
Torpağı satmazdı köhnə kişilər. 


  
Vardı dədələrin özgə aləmi
Halallıq üstündə özülü, himi. 
Rüşvətxor, riyakar məmurlar kimi 
Köhlən oynatmazdı köhnə kişilər. 
  
İnamı, imanı, məsləki seçib, 
İnamı yolunda dünyadan köçüb. 
Haqqın-ədalətin üstündən keçib, 
Nahaqqı tutmazdı köhnə kişilər. 
  
21.04.05. 
  
QEYRƏT GÜNÜDÜ 
  
Bu gün namus günü, mürvət günüdü, 
Qalxın igidlərim, qeyrət günüdü. 
Ölüm-dirim günü, cürət günüdü, 
Şəhidlər qanını yerdə qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
Qarabağ üstündə qara yel əsir, 
Düşmən gözlər ovur, düşmən baş kəsir! 
Şahin ovlağında yarasa gəzir. 
Şahinin qisasın sarda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 


  
Duyan tək yağının namərd işini
Döşəyin yan-yana, qoyun leşini. 
Qaniçən cəlladın çəkin dişini, 
İzini qazıyın, yurda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
Hanı Zəngibasar, hanı Sürməli? 
Bizimdi Zəngəzur, bizimdi, bəli! 
Hay verin, qıy çəkin, keçin irəli! 
Amandı Göyçəni torda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
Yaman bürüyübdü bürkü cahanı, 
Veribdi güdaza mürgü cahanı. 
Vedini, Şuşanı, Kərkicahanı 
Alovda, atəşdə, qorda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
Arxa olun, candan sevin qardaşı, 
Qoy yandırsın qəlbinizdə qor daşı. 
Bir yovşan çöpünü, bir qara daşı. 
Acgöz yalquzağa qurda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
Qoruyun igidlər, hara Vətəndi! 


Sinədə sızlayan yara Vətəndi! 
Bura Azərbaycan, bura Vətəndi! 
Çıxarın düşməni, burda qoymayın! 
Qurtarın Vətəni, darda qoymayın! 
  
1992. 
  
ELƏ BİL 
  
Əsirlər, girovlar öz əməlində, 
Müdirlər dəmində, qaçqın qəmində... 
Hər kəs öz kefində, öz aləmində, 
Elə bil düşmənin ayağı altda 
Qəbirləri qalan bu millət deyil! 
  
Zurnası, qaboyu, dəfi bir yanda, 
Cibi, cibistanı, nəfi bir yanda... 
Şadlığı, sevinci, kefi bir yanda, 
Elə bil yurd yeri xaraba qalan, 
Torpağı zəbt olan bu millət deyil! 
  
Nə külək bilinir, nə od bilinir
Nə yaxın bilinir, nə yad bilinir. 
Nə dərdli bilinir, nə şad bilinir, 
Elə bil obası-oymağı gedən, 
Varı-mülkü talan bu millət deyil! 


  
Var-dövlət hərisi bir də varlanır, 
Yağda böyrəklənir, süddə durlanır. 
Kəlpeysər kişilər elə fırlanır, 
Elə bil qocası, qızı-gəlini 
Qol-qola çatılan bu millət deyil! 
  
Orda Göyçə qərib, bu yanda Şuşa, 
Vedinin harayı Laçınla qoşa... 
Zəngəzur bir oyun, yoxsa tamaşa? 
Elə bil papağı başından düşən, 
Vətəni satılan bu millət deyil! 
  
Sahibsiz qalıbdı məzarımız da, 
Aldathaaldatdı bazarımızda... 
Özümüz özcənə azarımızda, 
Elə bil al qanı daşa çilənib, 
Torpağa qatılan bu millət deyil! 
  
Çılpaq qadınların ekran yarışı, 
Yağır başımızdan mahnı yağışı... 
Barlara dolanda şəhid qarğışı, 
Elə bil namusu tapdağa dönüb, 
Künclərə atılan bu millət deyil! 
  
Bu yerdə yadıma Teymurləng düşür, 


Sultan Həmin kimi bir nəhəng düşür. 
Qələbə soraqlı neçə cəng düşür, 
Elə bil doğudan batıya kimi 
Bir vaxt qılınc çalan bu millət deyil! 
  
1993. 
  
BU TORPAĞI KİM ALACAQ 
  
Ekranların qabağında qovruluram, 
Birdən-birə özüm dönüb 
Öz içimə təpilirəm. 
 Ümidimlə toqqaşıram, 
Çiliklənib sovruluram. 
Çaxmaq çalır fikirlərim, 
Qor götürüb Ürəyimə səpilirəm, 
Alovlanıb, tüstülənib 
Öz içimə təpilirəm. 
Vətən nicat gözləyirkən 
Bir vursındır aləmində. 
Göbək vuran müğənninin 
Açıq ekran yarışında, 
Bu yarışın kef dəmində. 
Yana-yana düşünürəm: 
Ey ilahi, bu dirringi, 
Bu çal-çağır, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə