Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə29/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   25   26   27   28   29   30   31   32   ...   36

  
Haqdan pərdə çəkib  fitnəyə, felə, 
Milçəyi şah qoyub dəvəyə, filə. 
Qızın gözəlini qocaya, şilə, 
Vicdanı, insafı vara yazıbmış! 
  
Hər vərəq, hər sətir min dərd, min bəla, 
Fərmanlar ox atır yazığa, qula. 
Yaltağın süfrəsin şəkərə, bala, 
Mərdin  naharını şora yazıbmış. 
  
Haşa, bu fələyin əlindən haşa
Sevinclə kədəri qoyubmuş qoşa. 
Səyləri, gicləri çəkibmiş başa, 
Aqili, arifi dara yazıbmış. 
  
Toxluğu yetimin boynuna minnət, 
Vətən aşiqinin bəxtinə qürbət. 
İncə barmaqları üzüyə həsrət, 
Qızıldan sırğanı kara yazıbmış. 
  
Eldar, səbrsizəm, biqəraram mən, 
Dünyadan gileyli, könlü zaram mən. 
Elə bilirdim ki, bəxtiyaram mən
Mənim də bəxtimi qara yazıbmış! 
  


  
  
"UNUTQANIQ" DEMƏK QƏBAHƏT BİZƏ 
  
"Biz təmiz bir xalqıq, unutqan  
xalqıq, 
Dosta da, yada da, mehriban 
xalqıq”. 
(Yerli-yersiz bu sözü tez-tez eĢidirik.) 
  
Niyə unutqanıq, görəsən niyə, 
Bəlkə fərsizlikdən doğur bu hillət? 
Başımız yüz daşa dəyəndən sonra 
Haqlımı belə söz desin bu millət?! 
Nəyi unutmuşuq?cavab ver mənə, 
Ürəkdə qovr edən yaramızımı? 
Keçib içimizdə bar-bardaş quran 
Dərin dərdimizi,çaramızımı? 
Dedim unutqanıq,döndüm sözümə, 
Ən böyük günahım sandım bu sözü. 
Düşmən hiyləsinin mənə bəxşişi
Fitvası, öyüdü qandım bu sözü. 
Nəyi unutmuşuq? Cavab ver mənə: 
Əgər toyuğumuz itib unudaq. 
Əgər naşı bir daş atıb unudaq. 
Tufanlı günlərin burulğanında 
Kini-kidurəti unudaq, qardaş, 


Pöhrə ədavəti unudaq, qardaş. 
Amma deməyək ki, unutqanıq biz... 
Söhbət ki, 
Vətəndən, millətdən düşür. 
Vətənin dərdini duymayan igidin 
Kəsəri kütəlir, qeyrətdən düşür. 
"Unutqanıq" sözündə haqlıyıqmı biz, 
Axan qanımızdan söz açmışıqsa, 
Bəlkə bəraətdi "unutqan" sözü 
Çıxan canımızdan söz açmırıqsa, 
İrəvan alındı, Göyçə alındı, 
Bu dərdə tapmamış çara, gedirik. 
Zəngəzur da getdi, Pəmbək də getdi, 
Unuda, unuda hara gedirik?! 
Dünənki qan-qada unudularkən 
Şuşanın, Laçının dərdi töyşüdü. 
Artıb çoxaldıqca soyuqluğumuz 
Vətən soyuqladı, millət üşüdü. 
Gənclər bir suala cavab tapmadı, 
İtən torpaqlardan xəbərsiz onlar. 
Bizim bir haqqımız varmı görəsən, 
Böyüsün bu qədər təpərsiz onlar?! 
Ekranda bir gündə yüz-yüz çal-çağır, 
Çılpaq oyunlara,Vur-sındıra bax. 
Vaxt qalmır görüşək dərdimiz ilə
Belə unudulur doğma Qarabağ! 


"Unutqanıq" sözü unudulmalı, 
Bu söz dilimizdən kənar olmalı! 
Bizi bağışlamaz şəhid olanlar, 
Qaçqına dönənlər,şəhid olanlar. 
Bizi bağışlamaz dağılan kəndlər, 
Od tutan şəhərlər,bərələr-bəndlər. 
Bizi bağışlamaz günahsız qanlar, 
Min il bundan sonra gələn insanlar. 
Dostlara məhəbbət böyük sədaqət, 
Düşmənə məhəbbət,xalqa xəyanət! 
Dostunu-yadını tanıyan millət, 
Heç vaxt çəkə bilməz belə əziyyət. 
Düşməni unutmaq gör bir nə demək, 
Bu söhbət düşmənin özünə kömək! 
Gəl bayraq etməyək "unutqanlığı", 
Varsa sinəmizdə erməni dağı! 
  
7.04.2002. 
  
ŞAH XƏTAİM, YETİŞ DADA 
  
Şah Xətaim, yetiş dada, 
Millətin yaman günüdü! 
Azərbaycan torpağının 
Od tutub yanan günüdü. 
  


Sərhədlər təzdən çəkilir, 
Sən quran bürclər sökülür. 
Vətənin dizi bükülür, 
Haqq-hesab, divan günüdü! 
  
Silahlansın qalib ordun
Yadları yandırsın odun. 
Göyçə adlı oğuz yurdun 
Düşmənə qalan günüdü! 
  
Gəl de sözünü, ay babam, 
Görək üzünü, ay babam, 
Yetir özünü, ay babam, 
Yurdumun talan günüdü! 
  
Sən Eldarın dadına çat, 
Sərkərdəm ol, xalqı oyat. 
Qılıncı qınından çıxart, 
Ay Şahım, aman günüdü! 
  
8.10.1992. 
  
ALLAH EŞQİNƏ 
  
Ər oğullar, cəbhə boyu 
Yürüyün Allah eşqinə. 


Vətən deyib şam-çıraqtək 
Əriyin, Allah eşqinə. 
  
Öyünün öz adınızla, 
Yadlıq edin yadınızla. 
Bu torpağı odunuzla, 
Bürüyün, Allah eşqinə. 
  
Qaniçənlər girib qəsdə, 
Silahlanın dəstə-dəstə. 
Cəsarətlə düşmən üstə 
Yeriyin, Allah eşqinə. 
  
Bu Vətənin çölünü də
Qanqalını, gülünü də, 
Çınqılını, külünü də 
Qoruyun, Allah eşqinə. 
  
Nicat gərək ordumuzdan, 
Xilas olaq dərdimizdən. 
Yağıları yurdumuzdan 
Kürüyün, Allah eşqinə. 
  
18.12.1993. 
  
DÖYƏ BİLMƏZDİ 


  
Bu xalqın gözləri çox zülüm görüb, 
Nə qədər dərd yüklü karvanlar sürüb. 
Bu xalqın başına yüz corab hörüb, 
Aldadıb-aldadıb yordular, atam. 
Yumdu çox gözləri rütbə, dərəcə, 
Bir xeyir vermədi xalqa zərrəcə. 
Yüz hiylə, yüz kələk, yüz fənd-fərəcə, 
Hər kəsə bir tələ qurdular, atam. 
Onlara nə dəxli sürgünün, köçün, 
Çoxunu məzlumda gördülər suçun. 
Öz əhli-əyalı, öz cibi üçün 
Millətin qanını sordular, atam. 
Çəkdirə bilərdik dağı düşmənə, 
İçirə bilərdik ağı düşmənə. 
Satqınlar qoşulub yağı düşmənə 
Günahsız milləti qırdılar atam. 
Dönüb molla oldu bəzi dinsizlər, 
Dəyirman tikdirdi unsuz, dənsizlər. 
"Vətən" - deyə-deyə bu vətənsizlər, 
Vətənin bağrını yardılar, atam. 
Azıb yollarını ağ elədilər, 
Alimə, aqilə lağ elədilər. 
Nadanı şişirdib dağ elədilər
Qananla üz-üzə durdular, atam. 
Yadlar qolumuzu əyə bilməzdi, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə