Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə25/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   21   22   23   24   25   26   27   28   ...   36

Yaxşılığın qabağında yamanlıq durur. 
Yaxşılıq et, yaxşılvarın başı üstündə 
Yamanlığa qəhqəh çəkən insanlıq durur. 
  
05.03.03. 
  
ÖZÜMLƏ SAVAŞDAYAM 
  
Özümlə savaşdayam, özümlə 
Saflaşmaq istəyi, 
Saflaşmaq arzusu ilə 
Aşıb-daşıram. 
Ömrüm boyu 
Özümə ortaq olan 
Nəfs adlı düşmandan 
Qurtarmaq üçün savaşıram. 
Qəzəb, kin, küdurət, 
Məkr adlı şeytandan 
Qurtarmaq üçün savaşıram. 
İçimdəki tufan mənə, 
Fırtına mənə "saflaş" deyir. 
"İnsan oğlu, nə qədər saflaşsan yenə saflaş" 
deyir.Saflaşmaq istəyirəm
Elə buna görə də 
Özümlə savaşa çıxmışam. 
Öz ədalətimi, 


İnsaf və mərhəmətimi 
İçimin divarına sıxmışam. 
İçimdə olan 
Xeyirlə şər üz- üzə. 
Zülmətlə aydınlıq, 
Vüsalla ayrılıq diz-dizə. 
Yaxşını yamandan, 
Doğrunu yalandan 
Qurtarmaq istəyirəm. 
Sevinci kədərin, 
Xeyiri şərin əlindən, 
Aydınlığı  zülmətin, 
Qaranlığın felindən 
Qurtarmaq istəyirəm. 
Saflaşmaq üçün 
Öz dünyamda 
Mizan- tərəzi, 
Bir səbr, qərar olmalıyam. 
Saflaşmaq, 
Durlanmaq üçün 
Ürəyimin içində 
Əbədi bahar olmalıyam. 
Özümlə savaşdayam, 
Qaranlığı boğmaqçün 
Zər saçaqlı günəşdən 
İçimə nur istəyirəm. 


Özüm özümə qalib
Üstün gəlməkdən ötrü 
Tanrıdan sur istəyirəm. 
  
23.03.03. 
  
BİR İGİD İTİRDİK 
  
Ramizin əziz xatirəsinə 
Bəd xəbər başımın üstünü aldı, 
İçimdə bir dəli yel əsib getdi. 
Tüstümü təpəmdən çıxardı mənim, 
Səbri-qərarım, o kəsib getdi. 
Dünya dedikləri ürəyi daşdan, 
Yaxşını-yamanı seçməz bu başdan. 
Ayrıldı tay-tuşdan, qohum-qardaşdan, 
Dağ boyda bir qeyrət, bir təsib getdi. 
Yaxşılıq axtardı, bula bilmədi, 
Necə gəldi xata-bala bilmədi, 
Əcəldən özünü ala bilmədi
Bu gidi dünyadan o küsüb getdi. 
Bir igid itirdik Ramiz adında, 
Bu ağrı bir elin yaşar yadında. 
Yandı anasının həsrət odunda, 
Ana qucağına tələsib getdi. 
  


8.05.2003. 
  
QOŞULMA 
  
Dost olmaq istəyən, lakin onu 
 bacarmayan "dostlara" 
  
Dost deyəndə dost adını uca tut, 
Böhtanlara, yalanlara qoşulma. 
Hər nöqsanı üzə danış, üzə de, 
Topuq daşı atanlara qoşulma. 
  
Zaman bizi sınaq edib, yoxlayıb. 
Əsil dostun təqsirində yox ayıb. 
Yalquzaqtək dişlərini qıcayıb, 
Yolun üstə yatanlara qoşulma. 
  
Tərlanların ovuna çıx, ha ovla. 
Şir ovlanmaz cələ ilə, tilovla. 
Şər qüvvəni öz əlinlə cilovla, 
İki başlı ilanlara qoşulma. 
  
Ocaq sinəm kürələnib, közlənib, 
Çıxan külüm təpələnib, düzlənib. 
Şirin dilin arxasında gizlənib. 
Əqrəb kimi çalanlara qoşulma. 


  
Ər kişilər yamanlığı itirib, 
İblis qapıb bəd əməli götürüb. 
Bir sirrini yüz qapıdan ötürüb, 
Zurna edib çalanlara qoşulma. 
  
Düçar olma töhmətinə Eldarın, 
Tablamazsan hiddətinə Eldarın. 
Gəl qulaq as söhbətinə Eldarın, 
Bizi alıb- satanlara qoşulma. 
  
19.05.2003. 
  
BİR DƏ MƏN 
  
Bu tənhalıq içində 
Bir aləmdi, bir də mən. 
Yerin, göyün altında 
Bir ələmdi, bir də mən. 
  
Piltə donub çıraqda, 
Sözüm susub varaqda. 
Bir qaranlıq otaqda 
Bir qələmdi, bir də mən. 
  
Eldar, dərdi sorulan, 


Eşqinə dar qurulan... 
Külü göyə sovrulan 
Bir Kərəmdi, bir də mən. 
  
25.05.2003. 
  
BU GECƏ YUXUMU DAŞA BASIBLAR 
  
Bu gecə xəyalım oda yüklənib
Bu gecə qəlbimdən zindan asıblar. 
Yoxsa ümidimin səsi təklənib? 
Bu gecə yuxumu daşa basıblar? 
  
Bu gecə sədləri aşıb keçirəm, 
Ölkələr, şəhərlər, kəndlər baş-başa. 
Hər yerdə yaxşını pisdən seçirəm, 
Dünya bir səhnədi, dünya tamaşa. 
  
Bu gecə çox çılğın, kefli məclislər, 
Həddinə sığmayan sevinc görürəm. 
Nə qədər torpağa, qana hərislər, 
Nə qədər güclünü gülünc görürəm. 
  
Hələ qapanmayıb fikrimin gözü, 
Qatı qaranlıqda çırağban olur. 
Qanlı dəryaların sayrışan üzü, 


Bu gecə yuxumun gözünə dolur. 
  
"Hər ömrün bir gecə növbə qisməti", 
Pisliyin yoluna çöysümüş çənəm. 
Bu gecə dünyadan qorxmayın qəti, 
Bu gecə dünyaya keşikçi mənəm! 
  
13.01.86. 
  
ƏLLƏR GÖYƏ UZALI 
  
Əllər göyə uzalı, 
Hamı tanrıdan kömək, 
Bir sədəqə diləyir. 
Hər kəsin bir niyyəti
Hamı haqqa yalvarır. 
Hamı dua eləyir. 
Əkinçi taxıl əkir, 
Üz tutub yaradannan 
Nurlu yağış istəyir. 
Bağban bağın içində 
Tanrıya dua edib 
Bağından bar gözləyir. 
Alverçi bir müştəri, 
Balıqçı tor gözləyir. 
Vəzifəli məmurlar 


Rüşvət verən axtarır. 
Bir şirvandan milyona 
Nə bacarsa qoparır. 
Yol polisi toqquşan 
İki maşın axtarır. 
Qarınqulu müdirlər 
Yağlı aşın axtarır. 
Qəbristandan ötürəm 
Bir budağın üstündə 
Bülbül gülü gözləyir. 
Bir hasarın üstündə 
Əli göydə duada 
Molla ölü gözləyir
Nə təzadlı dünyadı. 
Hərə  bir pay diləyir. 
Aşıq isə evində 
Tanrıdan toy diləyir. 
  
22.09.99
  
GEDƏNİ ÇİYNİMDƏ APARIRAM Kİ... 
  
Bir ağac əkmişəm, çətirli ağac, 
Kiməsə kölgəlik olacaq bir gün. 
Bir çiçək hardasa qayğıya möhtac, 
Qayğını görməmiş solacaq bir gün. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə