Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə28/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   24   25   26   27   28   29   30   31   ...   36

  
SƏNƏMİ QALIB 
  
Mehim olub əsibsən
Könlümə qəm düzübsən. 
Heç olmaya küsübsən, 
Küsmək sənəmi qalıb?! 
  
Bir tutmadın əlimi, 
Gödək etdin dilimi. 
Mənim şair könlümü 
Üzmək sənəmi qalıb?! 
  
Tapdamadın şöhrəti, 
Səni uddu xəlbəti. 
Hörməti, məhəbbəti 
Kəsmək sənəmi qalıb?! 
  
Sinən altı köz, Eldar! 
Dərdini aç, yaz, Eldar! 
Döz deyirlər döz, Eldar 
Dözmək sənəmi qalıb?! 
  
4.03.86. 
  
VAXTIM YOX HƏLƏ 


  
- Niyə işləmirsən? 
- Necə işləyim? 
Vallah iş başımdan 
aşıbdır mənim, 
Hələ yaddan çıxıb 
çörəyim-dənim. 
Hələ iç dünyamın 
içinə keçib, 
Orda çıxış yolu 
arıyıram mən. 
Dilsiz bir sükutun 
qoynuna köçüb, 
Qəlbimdən qüssəni 
darıyıram mən. 
İndi işim də bu
əməlim də bu, 
Fikir qayığında 
tənha qalmışam. 
Sonsuz qayğım da bu, 
əngəlim də bu, 
Qəmin daş boynuna 
mən qol salmışam. 
İşim böhtanları 
dəf eləməkdi, 
Nahaqqı haqq ilə 


boğmaq istərəm. 
Məqsədim bir qəlbə 
nur ələməkdi, 
Zülmə endirməyə 
toxmaq istərəm. 
Bir gürzə ilan tək 
girib marığa, 
Şər hələ yolumdan 
yayınmayıbdır. 
Bu gecə bir qaban 
düşüb qoruğa, 
Gözlərim yuxudan 
ayılmayıbdır. 
Doğrudur ot biçib, 
yer şumlamıram, 
Yol çəkib, daş yonmaq 
çıxıb yadımdan. 
Vallah, iş başımdan 
aşıbdır mənim, 
Çölüm alovlanır 
öz iç odumdan. 
Bir lal sükut ilə 
verib əl-ələ, 
Gizlicə haqq-hesab 
bölüşürəm mən. 
Özgə iş görməyə 


vaxtım yox hələ, 
İçimdə dərdimlə 
güləşirəm mən! 
  
1989
  
XƏTRİNƏ DƏYMƏSİN 
  
Öz daşına özün hədəf 
Gülüm, xətrinə dəyməsin... 
Mürgü yağan sözlərin çox, 
Dilim, xətrinə dəyməsin... 
  
Öz vaxtında oyanmadın, 
Məramında dayanmadın. 
Desəm yerində yanmadın, 
Könlüm, xətrinə dəyməsin... 
  
Mən demirəm təklənibsən, 
Bu nə qəmdi yüklənibsən? 
Daha bəmə köklənibsən, 
Zilim,  xətrinə dəyməsin... 
  
İnandınmı hər yad səsə
Nə qazandın küsə-küsə? 
Hicran adlı yolu kəsə, 


Gəlim, xətrinə dəyməsin... 
  
Çiyninə qoyub başını, 
Niyə çatmısan qaşını? 
Dağlar, qoy bu göz yaşını 
Silim, xətrinə dəyməsin... 
  
Bu nə yurddu Eldar gəzmir? 
-Nə obadı yeli əsmir? 
Ağlım səndən heç nə kəsmir, 
Ölüm, xətrinə dəyməsin... 
  
  
1988
  
NƏ SÖZÜN VAR 
  
Sən babanın 
Kotanını saxlamadın. 
Qılıncını, 
Kamanını saxlamadın. 
Göy məxməri çuxasını, 
Papağını saxlamadın. 
Sən babanın sapandını, 
Çomağını saxlamadın. 
Göylə gəzən kəhərini, 


Bər-bəzəkli yəhərini... 
Gümüş qaşlı 
kəmərini saxlamadın. 
Mən nə deyim... 
Öz işindi, 
Saxlamadın, saxlamadın... 
Bilirəm ki, deyəcəksən: 
- Təzdən kotan əkənikmi? 
Təzdən çuxa tikənikmi? 
Mən nə deyim... 
Öz işindi, 
Saxlamadın, saxlamadın. 
Bəs baban tək 
Təmiz ilqar, əhd-peyman 
Bağlamağa nə sözün var? 
Bəs babandan miras qalan 
o namusu, o qeyrəti 
Saxlamağa nə sözün var?! 
  
1986. 
  
TƏLƏSİRİK 
  
Tələsirik səhər işə, 
Axşam evə. 
Tələsirik, axşam evə 


Səhər işə. 
Nə qəribə qurğudur bu, 
tələsirik biz həmişə. 
Ömür adlı su yolumuz 
çözələnir bax beləcə. 
tələsirik gündüz-gecə. 
Səhər işə, axşam evə... 
Sanarsan ki, bu ömrümüz 
qayğı yüklü ağır dəvə. 
Heç bilmirsən bu nə 
toydu-nə düyündü? 
Düşündükcə görürsən ki, 
bu özü də 
Bir oyundu, 
Bir oyun! 
  
10.02.89. 
  
O YANA 
  
Təcnis Qürbət eldə bilinərmiş yurd dərdi, 
Nə zülümmüş qərib olmaq oy, ana. 
Mən istərdim bu qürbətin oduna 
Kim baisdi, səbəbkardı o yana. 
  
Səfər üstə qorxdum birdən çən gələ, 


Qəfil yerdən yaxam keçə çəngələ. 
Bir səs gəldi bu cığırı çəngələ, 
Yolu azdım, yonum düşdü o yana. 
  
Eldarındı bu soy adı, boy adı, 
Bu çöl-çəmən rəssam çəkən boyadı. 
Torpağımı düşmən qana boyadı, 
Harayladım bəlkə bu xalq oyana. 
  
17.11.2003. 
  
ÖMÜR 
  
Sən sönəndə günəş tək sön
Gəl ay kimi solma, ömür. 
Tufan görmüş palıda dön, 
Vecsiz ulğun olma, ömür. 
  
Din Dilqəmin sazı kimi, 
Yan Kərəmin özü kimi. 
Çox özündən razı kimi 
Boş xəyala dalma, ömür. 
  
Eniş- yoxuş görüb bir yol, 
Sən döşünə döymə bol-bol. 
Əməlinlə qiymətli ol, 


Ucuz şöhrət alma, ömür. 
  
Ürəyini bağla elə, 
Ayım- ilim ötsün belə. 
Görəcəyim çoxdu hələ, 
Yarı yolda qalma, ömür! 
  
10.01.82. 
  
  
YAZIBMIŞ 
  
Oxudum fələyin qanun kitabın, 
Bilmədim insafı hara yazıbmış?! 
Cəllada verdiyi misri qılıncı 
Məzlumun başına "çara" yazıbmış! 
  
Düşdüm min heyrətə gördüyüm zaman
Tamam yalan imiş ədalət, divan. 
Acgöz yalquzağı sürüyə çoban 
Ahunu çöllərdə tora yazıbmış! 
  
Bu fani dünyaya sinəsin gərib, 
Zalimin yoluna xalılar sərib. 
Cənnəti lotuya, babıya verib, 
Hatəm səxalını nara yazıbmış! 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə