Sən məNİ aldada biLMƏZSƏN, DÜnya


Eldaram, varlığım Vətəndir



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   2   3   4   5   6   7   8   9   ...   36

  
Eldaram, varlığım Vətəndir, 
Vətən, Xalqımın oğluyam əzəlki gündən. 
SoruĢma kəndimi, mahalımı sən 
Obam da, elim də Azərbaycandır. 
  
Eldar  İsmayıl  hamımıza  qoynunda   ali  təhsil,  ev-eşik,  bağ-bağça,  ad-san  vermiş,  tarixi 
abidələrimiz ilə zəngin, dünyanın neft akademiyası adlandırılan paytaxtımız Bakıya 42 il bundan 
öncə  heyranlığını  necə  də  gözəl  qələmə  alıb.Doğmadır,  əzizdir  anam  tək  mənə,Bəxş  edib  çox 
nemət,  bəxş  edir  yenə.Qurbanı  olduğum  ana  VətənəSu  ilə  hava  tək  gərəkdir  Bakı!Sağlam 
düşüncə sahibi, vətəninə,  xalqına biganə qala bilməyən, ruhi və əxlaqi yüksəlişdə olan şair bizi 
könül  dünyamıza  qonan  tozları,  çirkləri  vaxtlı-vaxtında  silməyə,  bu  vətənin  hər  bir  guşəsini 
sevməyə çağırır. Eldar  İsmayıl, sən həyatda ikiləşməyi  bacarmırsan, necə görünürsənsə, elə də 
varsan, sən vicdanında pas olmayan, südündə halallıq olan, mənəvi çirkinlikləri mərdliklə görən, 
haqsızlığa hakim olan ədalət keşikçisisən. Sənin üçün Gəncə də, Şamaxı da, Şəki də Vətəndir. 
Vətənə  ana  deyib,  Gəncəyə  -şerimizin  şahı  babamız   şeyx  Nizaminin  ziyarətinə  dədəmiz 
Ələsgərin  salamıyla  gedirsən.Bu  qədim,  möhtəşəm,  ulu  Gəncəyə,O  dağların  qucağından 
gəlmişəmNənəm Məhsətinin ziyarətinəGöyçə gölün qırağından gəlmişəm! Mən Eldaram, Vətən 
adlı  anam  var,Şer-sənət  dünyasında  qalam  var.Ələsgərdən  Nizamiyə  Salam  var,Ələsgərin 
ocağından  gəlmişəm.Quşçuğazlar  yurd-yuvasını,  quşlar  bağçaları-bağları,  üstünə  qonduğu 
zoğları heç vaxt atmaz. Şairim,  doğma evini, dədə məzarını, baba qəbrini atanlar, elini, dilini sa-
tanlar da var, yeri gələndə, lazım olanda əslini-nəslini dananlar da var.Eldar, çək karvanı başımı 
qoyum,İstəməm qürbətdə qışımı qoyum.Anamın qəbrinə başımı qoyum,Atam yatan yerdə ölüm 
bu gecə.Qədim Göyçə gölü sular sonası,Pozulmaz ilqarı, əhdi, vəfası.Eldar, bu yerdədir ömrün 
mənası,Burdan bezmək harda, doymaq hardadı?Sən isə durnalardan xəbər  göndərirsən elimizə-
obamıza,  məndən  də  denən  salam  söyləsinlər  Zorlu  Abdullaya.Qoy  dönüm  sənin  başına,  Gəl 
yuyun gözüm yaşına. Dön bir Səməndər quşuna Sən də mən tək yan, ay durna. Eldar İsmayılın 
poeziyası heç vaxt dərələrin dibində qalmayıb, qartal olub zirvələrdə qıy vurub, dağı-dərəni lər-
zəyə  gətirib.Hər  saxta  alqışa  gərək  dözməsin,  Təpədən  keçməmiş  zirvə  gəzməsin.  Söyüdə, 
qovağa  dodaq  büzməsin,  Palıdı,  çinarı  olmayan  şair.Bu  poeziya  idrakın,  zəkanın  məhsuludur. 
Hansı  şairin  ki,  idrakında  və  düşüncəsində  nizam  yoxdursa,  onun  düzümündə  caizlik  çoxdur. 
Sözün  vəhdətinə  baxın:Eldar,  sənin  sözün  qəzəb  yatırar,  Nanəcib  hər  addım  hiddət 
artırar.Düzlükdən  yapışsa,  ad-san  batırarDüzlükdə  uyğarı  olmayan  şair.Eldar  İsmayıl  poeziyası 
olduğundan  yaxşı  görünməyə  çalışmayıb,  çünki  buna  onun  ehtiyacı  yoxdur.Qədərsizi  sən  nə 
danla,  nə  dannan,Uzaq  gəzdim  saxtakardan,  nadandan.Badalaqla  uduzandan,  udandan,Yaltaq 
dostdan  kənar  kimi  yaşadım.Nə  yaşadım  Eldar  kimi  yaşadım.Hər  yerişim  addım-addım 
soruldu,Gülüşümə  dar  ağacı  quruldu.Türk  deyəndə  şah  damarım  vuruldu,Yenilmədim,  sağlar 
kimi  yaşadım!Nə  yaşadım  Eldar  kimi  yaşadım!"Sən  məni  aldada  bilməzsən  dünya"  Eldar 
İsmayılın  sayca  30-a  qədər  yazdığı  kitablardan  biridir.  Həmişə  özündən  narazı  olan  Eldar 
müəllim  bu  şerləri  mənə  ön  söz  yazmaq  üçün  verdikdə  onların  gənclik  illərinin  məhsulu 
olduğunu  söylədi.Mən  bunları  sətir-sətir  oxuduqdan  sonra  Eldar  İsmayıla  demək  istəyirəm  ki, 
bəsdir  ay  qardaş,  bu  qədər  təvazökarlıq.  Sən  də  məni  aldada  bilməzsən,  bu  şerlərdə  sən  nəyə 
qadir  olduğunu  elə  gənclik  illərindən  sübut  etmisən,  bu  şerlər  sənin  poetik  tərcümeyi-halındır, 
sənin  şerlərin  qovluq  içində  qalıb  növbə  gözləməyiblər,  bənövşə  ətriylə  yar  yolu  gözləyən 
gəlinlərə  hədiyyə  aparılıb.  Nə  dünya,  nə  də  dünyanın  malı  səni  heç  vaxt  aldada  bilməyəcək, 
Eldar  İsmayıl!Zamana  çox  məni  sığala  çəkib,Gah  qabağa  çəkib,  gah  dala  çəkib.Başım  yüz 


müsibət, yüz bəla çəkib,Sən məni aldada bilməzsən dünya!İçimə kül səpib, od bitirmişəm,Ömür 
itirmişəm,  gün  itirmişəm.Mən  səndən  bir  yeyib,  beş  götürmüşəm,Sən  məni  aldada  bilməzsən 
dünya!Səni  və  məni  aldada  bilməyən  bu  dünya  memardır  -  öyrədənlər  və  öyrənənlər  var  - 
öyrədənlər elmlilər, öyrənənlər elmi götürənlərdir, parlaq zəkalar öyrədər, işıqlı ürəklər götürər. 
Kaş  ki,  bu  dünyada  dəvəni  ulağa,  aqili  cahilə  tay  etməyəydilər!Bu  nə  dəmdi,  bu  nə  qəmdi 
bilmirəm,Nəyi  bütöv,  nəyi  kəmdi  bilmirəm…Nə  dünyadı,  nə  aləmdi  bilmirəm,Kimi  kimə  tay 
eləyib bu fələk?!Eldar, qaçma ürəyinin çatından, Çıxmaq çətin ağır  yükün altından…Çox igidi 
çəkib salıb atından,Çox nadanı bəy eləyib bu fələk.Eldar müəllim, oxuduqca doya bilmirəm bu 
poeziyadan, bunlar dağlara söykənən durna gözlü Göyçə gölünün zümrüd qaşlı həzin laylasıdır, 
üfüqə  can  atan  billur  dalğalarıdır,  dodaqlardan  qopan  odlu   bir  ahıdır,  qurşağacan  suya  girib 
özünü dərinlərə  vurub istədiyi  yerdən üzüb çıxan bütöv Azərbaycana, türkçülüyə vurğun olan, 
Vurğun  ilhamlı,  Ələsgər  sevdalı  bir  şairin  qəlbindən  qopub  gələn  səslərdir  və  səslərin 
ahəngindən  yoğrulmuş  qüdrətli  sənət  əsəridir.Ağla  könlüm,  ağla  gözüm,Sinəmdə  dərd  düzüm-
düzüm.Babalardan qalan izim, Qalıbdı düşmən əlində.Dayanıbdı ərşə zülüm,Yanıb bədən, yanıb 
külüm.Durna  gözlü  Göyçə  gölüm,Qalıbdı  düşmən  əlində!Bu  poeziya  cahan  teatrının  qədim 
tamaşalarından xəbər verir, gecənin  qaranlığına işıqdan  yol  salır, qırhaqırda, vurhavurda, bağrı 
kabab  olanların  dadını,  bidadını  bizə  çatdırır.  Budur  sənin  böyüklüyün,  Eldar  İsmayıl!  Halal 
tərəzini əyən daşa bax,Sənin ayağını döyən daşa bax.Özündən özünə dəyən daşa bax,Sən kimdən 
küsürsən,  a  mənim  xalqım?!və  yaxud:Düşmən  yumruğuyla  xalqı  döyənlər,Haram  qoparanlar, 
rüşvət yeyənlər.Yadların dilində səni söyənlərSənin əllərinlə toplayıb sərvət.Of… zavallı millət, 
zavallı millət!Hər misrasında süd işıqlı izlər, kağızlara inci düzüb gövhər, göyün mavi sinəsində 
naxışlar, qədim gündoğanımızda, Azərbaycan deyilən diyarımızda, Göyçə deyilən mahalımızda 
ad  qoymusan,  iz  salmısan  qardaşım,  qandaşım  Eldar  İsmayıl!Torpaq  Azərbaycan,  gül 
Azərbaycan,Dağ-daş  Azərbaycan,  çöl  Azərbaycan.Oba  Azərbaycan,  el  Azərbaycan,Bu  elin, 
obanın  adına şükür.Haqq üçün çarpışan  yüz  kişi varsa birincisi sənsən, vətən deyib  bağıranlar 
varsa  başçısı  sənsən,  Göyçə  deyilən  elimizin  gözü  yaşlı  elçisi  sənsən.Baş  qatma  hər  yetən 
nadana, Eldar,Dön danış dərdini qanana, Eldar.Vətən həsrətiylə yanana, Eldar,Candan yananıyla 
gözəldi Göyçə!Talan oldu bağça-bağın,Olmadı kimsə dayağın!Öl ay Eldar, Ağbulağın…Qalıbdır 
düşmən əlində.Vətən həsrəti ürəyini dağlayan şairim, bizi bölgələrə, məhəllələrə, tayfalara bölən 
qeyrətsizlərə,  namussuzlara  üz  tutub  yaxşı  deyirsən:Bizi  bölgələrə,  məhəllələrə,Bizi  tayfalara 
bölənə lənət.Bizi bütövlüyə, eşqə, hünərə, Birliyə, dirliyə, çəkənə rəhmət.Qoymayacağam ölənə 
kimi  yanasan  Eldar,  aparacağam  səni  Göyçəyə,  bütün  Azərbaycanı  yığıb-tökəcəyəm  Ağbulağa, 
Ələsgər  kişinin  ruhuna,  dədə  Ələsgərin,  Səkinə  ananın  ruhuna,  Aşıq  Pərinin  nəğmələrindən 
dualar oxuyacağam. Sən bu xalqın şairisən, Azərbaycanımızı canından artıq sevən, uğrunda baş 
qoyan,  dərdinə-sərinə  qalan,  könül  rübabını  Vətən  üçün  çalan  vətəndaş  şairimsən:Ay  qardaş, 
eloğlu,  başına  dönüm,Ayım  da,  ilim  də  Azərbaycandır.Mənim  məmləkətim,  ürəyim, 
canım,Ağzımda dilim də Azərbaycandır.Səni bütün Azərbaycan, külli-mahal istəyir. Ələsgər ba-
bamız sağ olsaydı üzündən öpüb sənə xeyir-dua verərdi, boynuna çələng taxardı və deyərdi:       
  
Ġgidlər olmasın məğrur, 
Fəthi-nüsrət xudadandı, 
Bir Allah istəyən Ģəxsi, 
Sevər külli-mahal istər. 
  
Eldar Ġsmayıl, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə