Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   4   5   6   7   8   9   10   11   ...   36

Birdimi, beşdimi belə əşyalar? 
Düzəldən kim olub? Ad alan kimdi? 
Əgər oğulsansa çıxart bir qərar: 
-Doğma olan kimdi? 
Yad olan kimdi? 
Həyatda nə qədər qəribəlik var? 
Biri tapan yerdə biri itirir. 
Kimin əllərindən çıxan naxışlar, 
Gör kimin adına şöhrət gətirir. 
Yenicə ayıldım, duydum elə bil
Gördüm əsil həyat çağlamaqdadır. 
Hünər düzəltməkdə, qurmaqda deyil, 
Hünər qorumaqda, saxlamaqdadır. 
  
11.01.84. 
  
SƏN KİMDƏN KÜSÜRSƏN, A MƏNİM XALQIM 
  
Sən kimi seçirsən, Sən kimi, xalqım?! 
M.Ġsmayıl. 
  
Vətənin ürəyi qanadı belə, 
Görürsən taqəti qalmadı belə... 
Kimdən gözləyirsən imdadı belə? 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  


Düşmənin düşməndi, yağın da yağı, 
Çıxdı bir torpağın neçə ortağı... 
Sənin taleyində şeytan barmağı, 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
"Pravda" nə yazdı, "Vesti" nə dedi? 
Nəydi "Bi-bi-si"nin qəsdi, nə dedi? 
Bizim televizyon əsdi nə dedi... 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
Qoruğu özgəyə gözlədirsənsə, 
Yurdu yurdsuzlara düzlədirsənsə... 
Özün öz dərdini gizlədirsənsə, 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
İgidlər döyüşə təkbətək gedir
Özü ölümünü bilərək gedir. 
Əgər ki, bazarda çəkhaçək gedir, 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
Xoşbəxt o millət ki, dərdi bölübdü, 
Düşməni tanıyıb, dostu bilibdi. 
Bu oyun başına azmı gəlibdi? 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
Halal tərəzini əyən daşa bax


Sənin ayağını döyən daşa bax. 
Özündən özünə dəyən daşa bax, 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
Haqqın bizə baxan gözü kor ikən, 
Yorğan-döşəyimiz dolu qor ikən. 
Arxadan atılan güllə var ikən, 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
Daha yəhərlənsin Qırat əlinlə! 
Köləlik zəncirin qır at, əlinlə! 
Yarat öz ordunu, yarat əlinlə! 
Sən kimdən küsürsən, a mənim xalqım?! 
  
27.02.1992. 
  
ÖLDÜRƏ BİLMƏZSƏN MƏNİ 
  
Budaqdakı son yarpağam, 
Sən dərə bilməzsən məni. 
Qürbətdə yanan çırağam, 
Söndürə bilməzsən məni. 
  
Özümü tənha sanıram, 
Damcıyam damdan damıram. 
Daş üstə bitən mamıram, 


Sildirə bilməzsən məni. 
  
Çalxannam qəmlər gölündə, 
Yuyunnam dərdlər selində 
Vətənim yadlar əlində, 
Güldürə bilməzsən məni. 
  
Qiblədən əsən küləyəm, 
Bu vətənə mən gərəyəm. 
Bir torpağam, bir ürəyəm
Böldürə bilməzsən məni. 
  
Səsləsən Eldarı səslə, 
Qorxutma bir də məhbəslə. 
Ay cəlladım, bu həvəslə 
Öldürə bilməzsən məni. 
  
3.08.93. 
  
OF... ZAVALLI MİLLƏT 
  
Hanı yumruq kimi birliyin hanı? 
Hanı Koroğlutək kürlüyün hanı? 
Xətai zəhimli ərliyin hanı? 
Barı bilirsənmi nədir bu zillət? 
Of... zavallı millət, zavallı millət! 


  
Düşmən yumruğuyla xalqı döyənlər, 
Haram qoparanlar, rüşvət yeyənlər. 
Yadların dilində səni söyənlər 
Sənin əllərinlə toplayıb sərvət. 
Of... zavallı millət, zavallı millət! 
  
Batırsan, çıxırsan alver gölündə, 
Gözlərin qalıbdı satan əlində. 
Oyağın taleyi yatan əlində, 
İtibdir aqilə, alimə hörmət! 
Of... zavallı millət, zavallı millət! 
  
Duzdağa pul səpib, duza çəkiblər
Çoxu daldalayıb, aza çəkiblər. 
Ən ucuz söhbətə, sözə çəkiblər, 
Taledən qismətin yalnız ətalət... 
Of... zavallı millət, zavallı millət! 
  
Şirin vədlər verib quyu qazan kim? 
Yuxunu qatan kim, yuxu yozan kim? 
Sənə can dedikdə dili ozan kim? 
Bunu bilmirsənsə, daha nə söhbət... 
Of... zavallı millət, zavallı millət! 
  
Sənə dözüm verib səni satanlar, 


Sənə "sus" deyiblər divan tutanlar. 
Hansı yolu keçib başa çatanlar? 
Başın nələr çəkib, budur həqiqət! 
Of... zavallı millət, zavallı millət! 
  
Bir yanda kef-damaq, bir yanda savaş, 
Bir kirpikdə sürmə, bir kirpikdə yaş. 
Namuslu adamın qəlbində təlaş, 
Vətənin dərdini duymur biqeyrət, 
Of... zavallı millət, zavallı millət! 
  
Çox vaxt ağıllına "dəli" demisən, 
Nadanın birinə "bəli" demisən, 
Əlinin adına Vəli demisən, 
Nə imiş canında dolaşan zillət?! 
Of... zavallı millət, zavallı millət! 
  
Hanı yumruq kimi birliyin, hanı? 
Hanı Koroğlutək kürlüyün hanı? 
Xətai zəhimli ərliyin hanı? 
Barı bilirsənmi nədir bu zillət? 
Of... zavallı millət, zavallı millət! 
  
25.09.1992. 
  
GÜNLƏR OLAYDI 


  
Şahin kimi səmalarda, 
Süzdüyüm günlər olaydı. 
İlk sevdanın nur gölündə 
Üzdüyüm günlər olaydı. 
  
Dünyanın mənlə qəsdi nə? 
Neylədim dəydi şəstinə?! 
Sevinci sevinc üstünə 
Düzdüyüm günlər olaydı. 
  
Gül idim gül surətinə, 
Məhəbbətin hörmətinə. 
Ayrılığın həsrətinə 
Dözdüyüm günlər olaydı. 
  
Yoxsa daha yaz ötüşüb? 
Nə olub yarpaq bürüşüb? 
Oynamaqdan yorğun düşüb 
Bezdiyim günlər olaydı. 
  
Eldar, itib-batdım harda? 
Hər şey qaldı uzaqlarda! 
Ah nə ola bu dağlarda, 
Gəzdiyim günlər olaydı. 
  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə