Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   7   8   9   10   11   12   13   14   ...   36

YUXU 
  
Bu gecə 
Kəndimizə getmişdim 
Yuxumun qanadlarında... 
Bu gecə 
Xoşbəxt idim 
Fikrimin inadlarında... 
Bu gecə 
Kəndimizə getmişdim 
Babaları, 
Nənələri, 
Qohum-əqrəbanı yoxlamağa. 
Atamın-anamın 
Küskün qəbri üstə uzanıb, 
Hönkür- hönkür ağlamağa. 
Bu gecə ağlayırdım, 
Ağlaya- ağlaya 
Necə də xoşbəxt idim. 
Nə zamandı gəzmədiyim 
Yerləri gördüm. 
Ayrılıqdanmı ağlayırdım? 
Sevincdənmi? 
Bilmirəm! 
Daşımı, 
Qayanımı ağlayırdım? 


Göyçə adlı 
Dəryanımı ağlayırdım? 
Ağlayırdım 
Kəndimizdə qalanlarımı? 
Bir vaxt toyumu edib
Laylamı çalanlarımı? 
Kim mənə nə eləyib? 
Bilmirəm? 
Kim başıma kül ələyib? 
Bilmirəm! 
Bəs nə vaxt biləcəyəm? 
Axır zaman olandamı? 
Dünyanı su alandamı? 
Bu gecə 
Kəndimizə getmişdim. 
Yuxumun dumanıda 
Öz qapı itimizi 
Həyətimizdə gördüm. 
Gözlərində yaş 
Hürə-hürə üstümə gəldi, 
Birə min artdı dərdim. 
Yenə də həyətimizi, 
Qapı-bacamızı gözləyir! 
Bizə tərəf gələn 
Qadanı-balanı izləyir! 
Ay allah, 


Bir tikə kütün 
Qədrini bilən 
Bu itin sədaqətinə bax! 
İtin etibarına, 
İtin məhəbbətinə bax! 
  
1988. 
  
VƏTƏNDƏN SÖZ AÇMAQ ÇƏTİN 
  
Vətən, millət, dil! 
Cəlil Məmmədquluzadə. 
  
Vətəndən söz açıb, danışmaq çətin, 
Vətənin sevgisi, dərdi böyükdür. 
Hardasa, kimləsə barışmaq çətin, 
Vətən ki, beləcə bölük-bölükdür. 
  
Vətən sürüdürmü, qoyun sürüsü
Quldurlar dağıdıb, çəkib apara?! 
Vətən dəridimi, qoyun dərisi, 
Hər qurd ağız atıb çəngə qopara?! 
  
Kimsə öz gərəkli işinə görə, 
Kimsə bir "malades" alıb dinməyib! 
Üzünü bir yana çevirib hərə, 


O biri çarəsiz qalıb dinməyib! 
  
Dinməmək fağırlıq, bəlkə də ölüm, 
Haqqını deyərkən ölmək səadət! 
"Vətən" kəlməsində susubdu dilim
Özümdən özümə böyük xəyanət... 
  
"Vətən" deməyən dil,"Millət" deyərmi? 
"Millət" deməyən dil"Dilim" də deməz! 
Duyğusuz bir ürək "qeyrət" deyərmi? 
Qeyrətsiz bir vicdan "elim" də deməz! 
  
Qorxular nə imiş bir vaxt, bir vədə, 
Bunlar həqiqətmi? Yuxumu görən? 
Dilində danışmaq törəyən hədə, 
Dilində ağlamaq qorxumu görən?! 
  
Sevdim millətimi, sevdim dilimi
Sevdim sevə bilim bütün dilləri! 
Mən sevə bilməsəm doğma elimi, 
Sevə bilərdimmi qardaş elləri?! 
  
Bir dahi göstərir Vətən eşqimi: 
"Özüldu  bir yurda: Vətən, millət, dil! 
"Ömrün son ucuna yetənə kimi, 
Bunları unudan vətəndaş deyil! 


  
10.02. 88. 
  
ANAMI AXTARIRAM 
  
Könlüm intizardadı, 
Gözlərim yollardadı. 
Görən anam hardadı? 
Anamı axtarıram! 
  
Günəş nurun yaxanda, 
Eyvanıma axanda... 
Mən otaqdan çıxanda 
Anamı axtarıram!Ü 
  
stümdən yel əsəndə, 
Soyuq məni kəsəndə... 
Bacılarım küsəndə 
Anamı axtarıram! 
  
Ağlayanda, güləndə, 
Göz yaşımı siləndə... 
Axşam evə gələndə 
Anamı axtarıram! 
  
Bu dağların qaşında, 


Baharında, qışında... 
Bulaqların başında 
Anamı axtarıram! 
  
Kədərlər tufanında, 
Həsrətlər ümmanında... 
Atamın hicranında 
Anamı axtarıram! 
  
Ömrümün hər anında, 
Ürəyimin qanında... 
Anaların yanında 
Anamı axtarıram! 
  
23.11.76. 
  
ŞAİR 
  
Çiçəkdən danışıb, bağdan deməsin, 
Könlündə baharı olmayan şair. 
Qayadan söz açıb, dağdan deməsin, 
Özünün vüqarı olmayan şair. 
  
Hər saxta alqışa gərək dözməsin, 
Təpədən keçməmiş zirvə gəzməsin. 
Söyüdə, qovağa dodaq büzməsin, 


Palıdı, çinarı olmayan şair. 
  
Döşündə döyünsün bir təmiz ürək
Pisə qənim olsun, yazığa kömək. 
Özgə süfrəsindən yazmasın gərək 
Evində naharı olmayan şair. 
  
Elə gəlib keçsin izi itməsin, 
Səsi- sözü qulaqlardan getməsin. 
Əhdə xilafları danlaq etməsin 
Məsləki, ilqarı olmayan şair. 
  
Eldar, sənin sözün qəzəb yatırar, 
Nanəcib hər addım hiddət artırar. 
Düzlükdən danışsa ad- san batırar 
Düzlükdə uyğarı olmayan şair. 
  
30.09.1984. 
  
YORULDUM DAHA 
  
Yenə nə haydasan, ağıllı ağlım, 
Sənə söz deməkdən yoruldum daha. 
Səbrli ol, -dedin hirsimi boğdum, 
Haqqı gizləməkdən yoruldum daha. 
  


Varmı mənim kimi öz həsrətində
Haçandı qalmışam düz həsrətində. 
Haqqımda insaflı söz həsrətində 
Qəzet izləməkdən yoruldum daha. 
  
Yolumda daş-kəsək, başımda duman, 
Bu mərəz nə mərəz, güman nə güman. 
Dodağımda gülüş, içimdə tufan, 
Astar üzləməkdən yoruldum daha. 
  
Taledənmi qismət bəxtimə kədər? 
Ümidim aldanış, sevincim zəhər. 
Tablayım nə qədər, dözüm nə qədər? 
Dərdi düzləməkdən yoruldum daha. 
  
Əgər bu qərarlar baş tutsa, Eldar, 
İlk oxu o sənin  sinənə vurar. 
Axşamlar bir qərar,  sabah bir qərar, 
Qərar gözləməkdən yoruldum daha. 
  
5.10.90. 
  
HEÇ NƏYİMİZ YOXDUR 
  
Hər şeyimiz var, 
Heç nəyimiz yoxdur. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə