Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   9   10   11   12   13   14   15   16   ...   36

Göyçə adlı bir arzu var, dilək var. 
Məndən ötrü Vedibasar, Ağbaba, 
Dərəçiçək, Zəngibasar, Pəmbək var. 
Məndən ötrü Ermənistan yoxdu, yox! 
  
28.05.1993. 
  
AY DURNA 
  
Mən də qərib, sən də qərib, 
Bu dərdimi qan, ay durna. 
Göyçəmizdən keçər olsan 
Şahdağına qon, ay durna. 
  
Ağca güllər yerindisə, 
Göycə göllər yerindəsə, 
Bizim ellər yerindəsə 
Məni orda an, ay durna, 
  
Qoy dönüm sənin başına, 
Gəl yuyum gözüm yaşına. 
Dön bir səməndər quşuna
Sən də məntək yan, ay durna. 
  
Qəbristanı gəz ahəsətə, 
Ruhlar qərib, ruhlar xəstə. 


Qon anamın qəbri üstə, 
Ağla, sızla, can, ay durna. 
  
Eldar çaşqın, həyat zəhər, 
Dünya yalan, ömür qəhər. 
Ağbulaqdan versən xəbər 
Heç də olmaz qan, ay durna! 
  
  
ALLAH AMANATI 
  
Hicran günü əsib getdim, 
Haqsızlıqdan bezib getdim. 
Bulud, səndən küsüb getdim, 
Yellər, Allah amanatı! 
  
Belə uçuş, pərən olmaz
Bu karvanı sürən olmaz. 
Sizi mənsiz dərən olmaz, 
Güllər, Allah amanatı! 
  
Dalğaları incik düşən, 
Qırçınları itkin düşən. 
Sonaları perik düşən, 
Göllər, Allah amanatı! 
  


Dərdi qovdum dərd ölüncə, 
Düşdüm qürbətdə bir küncə. 
Bəlkə gəldim, mən gəlincə, 
Çöllər, Allah amanatı! 
  
Od qılıncın sıyırdılar, 
Məni sürgün buyurdular. 
Ayrılmazdım ayırdılar, 
Yollar, Allah amanatı. 
  
Min illərlə mənli olan, 
Dağda-daşda cığır salan... 
Soyadımla yaşa dolan, 
İllər, Allah amanatı! 
  
Tüstüm gedib, külüm qalıb, 
Məndən ötrü zülüm qalıb. 
Qəbir-qəbir elim qalıb, 
Ellər, Allah amanatı! 
  
  
YAN SAZIM 
  
Bilirsən könlümün üsyan səsini
Yenə qoparmısan min tufan, sazım! 
Göylərin qoynuna bir ün salıbsan, 


Nə bulud görünür, nə duman, sazım. 
  
Yenə yaman tikir, yaman sökürsən, 
Üstünə qor səpib, çınqı tökürsən. 
Kövrək ürəyimi suya çəkirsən 
Bir aman istərəm, bir aman, sazım! 
  
Şirin intizarlı, fərhad vəfalı, 
Sən Dilqəm dərdlisən, Nəcəf cəfalı. 
Yenə havalısan, yaman havalı, 
Dözməz bu halına hər insan, sazım! 
  
Fikrin tər-təzədi, qəmin qocalıb, 
Eşqim də, andım da sənlə ucalıb. 
Sən Xəstə Qasımın dərdini çalıb, 
Gəl belə inləmə ay ozan, sazım. 
  
Eldar, yanan ömür verilməz bada, 
Ürəyin çınqısı sönməz dəryada. 
Kərəm yanan oda, tutuşan oda 
Bu dünya durduqca sən də yan, sazım. 
  
. 
QIŞIN OĞLAN ÇAĞI BİR ÖMÜR BİTƏR 
  
Yaz gələr dağlara 


Gülə bələnər. 
Yay gələr 
Dağlara 
Yağış çilənər. 
Payız bərəkəti 
Axar dağlara. 
Qış da ayaq tutub 
Çıxar dağlara. 
Qış keçər 
Yenidən 
Dağlar gül açar. 
Yay ötüb keçməmiş 
Payız gül açar. 
Yenə də qış gələr, 
Yenə yaz gələr. 
Dağlar dünya boyu 
Beləcə gülər. 
Bir insan ömrünün 
Yazı keçən tək 
Yayı başlayar. 
Payızı ötməmiş 
Qışı başlayar. 
Bu qış nə qurtarar, 
Nə yaza ötər 
Qışın oğlan çağı 
Bu ömür bitər. 


  
  
NEYLƏYƏK 
  
Belə görmək istəməzdim mən səni
Bu taledi, bu bir işdi neyləyək! 
Nə sənlikdi, nə mənlikdi, nə onluq, 
Bu vərdiş də bir vərdişdi, neyləyək! 
  
Zaman atlı, bu köhlənə çatan yox, 
Sona qədər bu yüyəni tutan yox. 
Bu dünyada uduzan çox, udan yox
Bu gediş də bir gedişdi, neyləyək! 
  
Sən getsən də məhəbbətin qalandı, 
Ruhum hər gün başın üstə dolandı. 
Ulu dünya şahlara da yalandı, 
Bu da belə bir gərdişdi, neyləyək! 
  
  
SƏKSƏNİB DÜNYA 
  
Dünyanın beşik dövründən 
Bu gününə kimi, 
İnsanla gülüb dünya. 
İnsanla sevinib, 


Öyünüb dünya. 
Bütün varlıqların şahı insan, 
Ümidi, məqsədi, 
Pənahı insan. 
İnsan ziynət olub 
Yerə, göyə, səmaya. 
İnsan gur işıq olub, 
Bu gecəli, 
Gündüzlü dünyaya. 
İnsan ağıl verib, 
Ağıllı olub. 
Qəlbi nur dəryalı, 
Dili nağıllı olub. 
İnsanla bəzənib, 
Öyünüb dünya. 
Nədənsə inciyib, 
Dəyinib dünya! 
İnsanın bu gün ki, 
Əməllərindən 
Olmaya bir bala 
Diksinib dünya?! 
Olmaya insanın 
Od silahından 
Səksənib dünya?! 
İnsan ağıl verib, 
Ağıllı olub. 


Gərək öz ağlından 
İbrət alaydı! 
Gərək bu ağılsız 
Əməllər üstə 
İnsana bir ağıl 
Verən olaydı! 
  
  
SƏN YANANDA 
  
Nə yanırsan yenə, ürək, 
Həzin-həzin, için-için? 
Sən yanırsan yenə ürək, 
Nə tüstün var nə alovun
Belə yanğı nəyə gərək!! 
Nə yanırsan öz-özünə 
Yeni  şeir, yeni əsər sorağında… 
Nə yanırsan kürə  kimi 
Təzə deyim, təzə bir söz marağında. 
Mən  yan deyim, yanma deyim?! 
Yan, ey ürək, elə yan  kı, 
Bu yanğının qabağında mən baş əyim! 
Bu yanmaq ki, bu  dünyada 
Sənin əzəl, sənin ilkin qismətindir. 
Deyərdim ki,  yanğı  deyil, 
Bunlar sənin şərəfindir, şöhrətindir. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə