Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə16/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   12   13   14   15   16   17   18   19   ...   36

  
  
DEYƏRLƏR 
  
Bağban haqqı danıb, nahaqqı tutsa, 
Qanqala bağçanın gülü deyərlər. 
Qarğa qartal olar arxası olsa, 
Tülküyə dərənin fili deyərlər. 
  
Ürək ürəkdimi duya bilməsə? 
Gözəl gözəl deyil həya bilməsə. 
Bir kəsin taleyi üzə gülməsə 
Nədənsə gətirmir əli deyərlər. 
  
Hamı ürək verər aşıb-daşanda, 
Yol göstərən olmaz yolu çaşanda. 
Bir kamal sahibi yoxsullaşanda 
Lağmata eyləyib dəli  deyərlər. 
  
Söz neylər namusu, arı atmışa, 
Nə təbib, nə dərman vaxtı çatmışa... 
Taleyin hökmüylə bəxti yatmışa 
Cəngavər olsa da ölü deyərlər. 
  
Ətalət köynəyin parçala, Eldar! 
Hər söz budağına söz cala, Eldar! 


Vətən, Vətəni deyib az ağla, Eldar, 
Gözünə Göyçənin gölü deyərlər. 
  
01.10.84. 
  
ZƏRZİBİL 
  
Bir mahal varıydı sazlı, söhbətli, 
Böyüyü- kiçiyi şanlı-şöhrətli. 
Kənd vardı obası-eli hörmətli, 
Dağların döşündə bitən güldü o... 
Göyçə torpağıdı, -Zərzibildi o! 
  
Vurub- tutanları hanı bu yurdun? 
Namərdlik götürməz qanı bu yurdun. 
Canıma bağlıdı canı bu yurdun, 
Mənim göz yaşımı dönüb sildi o... 
Müqəddəs bir eldi, -Zərzibildi o! 
  
Qoynuna öz eli-obası gəlmir, 
Öz doğma övladı, balası gəlmir. 
Gəlmir qulağıma sədası, gəlmir, 
Odlu ürəyimdə bir niskildi o... 
Axarlı-baxarlı -Zərzibildi o!" 
  
Üçdaşlar"dan endim Göyçə düzünə


Bir qəriblik qəmi qondu gözümə. 
Dönüb sual verdim özüm-özümə, 
Məndən ayrı düşüb neçə ildi o... 
Göyçə torpağıdı,  -Zərzibildi o! 
  
İgidi mərd olan, mərdi ər olan, 
Hər ləziz neməti təzə-tər olan. 
Qayası, torpağı, daşı zər olan, 
Bir vədə, bir zaman dürlü eldi o... 
Torpağı ləl olan -Zərzibildi o! 
  
Öz haqqı-sayımı bilməliyəm mən
Yağını yurdundan silməliyəm mən. 
Dedim əzəl-axır gəlməliyəm mən, 
Mənim məqsədimi bilib güldü, o... 
Dedilər Göyçədi, -Zərzibildi o! 
  
26.01.2004. 
  
HAQQ YOLUDUR ONUN YOLU 
  
Dostum Akif  Nəbiyevin 
55 yaĢı münasibətilə 
  
Dağ qoyar dağ üstə əməlləriylə
Təsibin, qeyrəti zirvəsi Akif. 


axşılıq adında bir bağ becərib, 
Göyçənin bu xalqa töhfəsi Akif. 
  
Geniş yollar çəkib, körpülər salıb, 
Qurub yaratdıqca qalxıb,ucalıb. 
Ulu yaradannan, Tanrıdan alıb 
Bu dürlü marağı, həvəsi Akif. 
  
Varlığı kişilik, ərlik qalası, 
Haqqın vergisidi hüsnü, cilası. 
Göy gözlü  Göyçənin şahin balası, 
Şahdağın vüqarı, zirvəsi Akif. 
  
Hər dinən söylədi mərhəmət onda, 
Həqiqət, ləyaqət, sədaqət onda. 
Aradım, axtardım, gördüm ki, sonda 
Bu xalqdan qazanıb bu səsi Akif. 
  
Tutar əllərindən, zorda qalanın, 
Yol azıb boranda, qarda qalanın. 
Çətinə düşənin, darda qalanın 
Məkkə, Mədinəsi, Kəbəsi Akif. 
  
Eldar, haqq yoludur onun bu yolu, 
Əlli beş yaşında uludan ulu... 
Bakıya səs salıb Musanın oğlu, 


Pullu Məhərrəmin nəvəsi Akif. 
  
12.11.05. 
  
OLDU 
  
Bu dünya kimiyə müsibət-kədər
Kimiyə beş günlük kef-damaq oldu. 
Kimiyə meyvəli azad bağça-bağ, 
Kimiyə dabbaqda doğanaq oldu. 
  
Bir sınaq etməmiş yüz sınaq çıxdı, 
Biri qurduğunu o biri yıxdı. 
Kim ki, hökmü ilə milləti sıxdı, 
Dağılıb qurğusu pərvaraq oldu. 
  
Birdimi, beşdimi dünyanın işi? 
Hardan sadalayaq ötüb-keçmişi?! 
Arvad laylasına dəm tutan kişi, 
Motalpapaq oldu, qurumsaq oldu. 
  
Asanmı hər qəlbdə çıraq yandırmaq? 
Namərdə yaraşıb könül sındırmaq. 
Mərdin yaxşılığı qoldan qaldırmaq, 
Pisin yaxşılığı badalaq oldu. 
  


Eldar, hökmünü duy üzə gülənin, 
Özünü-sözünü uca bilənin... 
Torpaq zəbt edənin, torpaq bölənin, 
Axırda özü də toz-torpaq oldu. 
  
  
QOY YANIM, ALIŞIM, DİNCƏLİM BİR AZ 
  
Harayım içimdə səs elər mənim, 
Sevincim qəmimlə bəhs elər mənim, 
Öz odum özümə bəs elər mənim
Qoy yanım, alışım, dincəlim bir az. 
  
Tüstümdən yaşarmaz gözü özgənin, 
Od qoyar canıma sözü özgənin. 
Qızdırmaz qəlbimi közü özgənin, 
Qoy yanım, alışım, dincəlim bir az. 
  
Taleyim od ilə yaranıb əkiz, 
Pərvanə həyatım ömrümə kəniz, 
Eşqimin odunu söndürməz dəniz, 
Qoy yanım, alışım, dincəlim bir az. 
  
Dünyanın fikrini daşımaq nədir? 
Qabarlı sözləri qaşımaq nədir? 
Yananda bilirəm yaşamaq nədir, 


Qoy yanım, alışım, dincəlim bir az. 
  
Fırtına həyatım tufanda rahat, 
Dərdi anlayanda, qananda rahat
Yanmasam narahat, yananda rahat, 
Qoy yanım, alışım, dincəlim bir az. 
  
  
İTİBDİ 
  
Sənsiz pozulubdu tarazım, ana, 
Astalıq da, yeyinlik də itibdi. 
Umduqlarım dəyişibdi yerbəyer, 
İstilik də, sərinlik də itibdi. 
  
Dərya idim istədim ki, öyünüm, 
Rəvadımı bir alışım, bir sönüm?! 
Kimə çatsın bu harayım, bu ünüm? 
Dayazlıq da, dərinlik də itibdi. 
  
Eldar göynər bu qüssəni tapalı, 
Necə açım? Hələ qalsın qapalı... 
Sən günəş tək mehvərindən qopalı, 
Acılıq da, şirinlik də itibdi. 
  
13.01.84. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə