Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə24/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   20   21   22   23   24   25   26   27   ...   36

Özgəni tapmamış özünü axtar. 
  
İnamsız qələbə çala bilməzsən, 
İnamsız bir körpü sala bilməzsən. 
Vətənqə ər oğul ola bilməzsən
Bərkdə əyilməyən dizini axtar. 
Özgəni tapmamış özünü axtar. 
  
Axtara-axtara gəl çıx yollara, 
Millətə arxa ol, insana yara. 
Vətəni evin bil, evintək ara, 
Gözlərə düz baxan gözünü axtar. 
Özgəni tapmamış özünü axtar. 
  
Ağstafa, 18.12.86. 
  
GƏLMƏYƏCƏK 
  
Narınc Xatuna. 
  
Bülbül inciyib budaqdan, 
Bir də gülə gəlməyəcək. 
Gölüm bulanıb nahaqdan, 
Sonam gölə gəlməyəcək. 
  
Bu yaz bir yel əsib-gedib


Haqq-hesabı kəsib gedib. 
Bənövşələr küsüb gedib, 
Bir də belə gəlməyəcək. 
  
Bu nə qışdı durub üzə, 
Sərt çiləni verib bizə. 
Bundan sonra ömrümüzə 
Belə çilə gəlməyəcək. 
  
Yaz Eldardan ötüb, Xatun! 
Payız gəlib yetib, Xatun! 
İtən ömür itib, Xatun! 
Bir də ələ gəlməyəcək! 
  
26.12.86. 
  
YOXLA 
  
Bir nimdaş binaya pənah gətirsən 
Dirəyini yoxla, çatını yoxla. 
Hünər göstərməmiş, öz hünərini, 
Cıdıra çıxmamış atını yoxla. 
  
Təmənna eşqində libas geyənin, 
Bir xeyir görməsə burun əyənin... 
Hələ dost olmamış dostam deyənin, 


Əslini-kökünü, zatını yoxla. 
  
Dostluqda məhəbbət dərmək istəsən, 
Ay Eldar, ağıldan kömək istə sən. 
Palıdı palıd tək görmək istəsən
Torpağın, qayanın qatını yoxla. 
  
29.12.86. 
  
NƏ BİLİM 
  
Dünya məni ala çəkib, 
Yalanını mən nə bilim?! 
Olmaz işin hesabı yox, 
Olanını mən nə bilim?! 
  
Göz üstündə ox görmüşəm, 
Qəlbi düzü çox görmüşəm. 
Söz satanı çox görmüşəm 
Alanını mən nə bilim?! 
  
Səmt küləyi baş alıbdı, 
Çölə-düzə hay salıbdı. 
Yağan bulud boşalıbdı, 
Dolanını mən nə bilim?! 
  


Eldar haqqı seçən-seçib, 
Ölçən-ölçüb, biçən-biçib. 
Ömrümüzdən keçən keçib, 
Qalanını mən nə bilim?! 
  
31.12.86. 
  
YAXŞIDI 
  
Tamahkar yoldaşdan, şərəfsiz dostdan, 
Nə qədər aralı gəzsən yaxşıdı. 
Namussuz, qeyrətsiz, gülünc qohumdan, 
Bir yolluq əlini üzsən yaxşıdı. 
  
İnsan doya bilməz qanan qonşudan
Qonşunun halına yanan qonşudan. 
Deyingən, bədniyyət, yaman qonşudan 
Get-gəli bir dəfə kəssən yaxşıdı. 
  
Sevdasız ömürdən nişanə qalmaz, 
Nanəcib neyləsə yaxşı ad almaz. 
Nadandan, namərddən incimək olmaz, 
Küsəndə kişidən küssən yaxşıdı. 
  
Yaxşılıq havadan asılıb sərsəm, 
Pislik qanad çalır meydanda hər dəm. 


Ay Eldar, nə fikir, nə qüssə, nə qəm, 
Dünya cəfasına dözsən yaxşıdı. 
  
11.12.87. 
  
VƏTƏN SÖZÜ 
  
Nə qədər "Vətən" deyənimiz, 
Nə qədər Döşünə döyənimiz var, qardaş! 
Çox şükür, 
İstiqanlılar artıb çoxalıb. 
"Vətən" sözü, 
 "Vətən" kəlməsi ürəkdən keçib 
qəzetə, kitaba yol salıb. 
Artıb, qardaş, 
Yazanımız, pozanımız: 
"Vətən qeyrətimiz, 
Vətən qanımız". 
Bilmirəm, 
Bu şerlər, yazılar 
Vətən eşqinə yazılıb? 
Bilmirəm!" 
Ana Vətən" sözü şer eşqinəmi yazılıb? 
Bilmirəm! 
Hər necə olsa yazılıb, 
Qoy yazılsın! 


Ancaq uçub-dağılan abidələr 
"Vətən" deyənlərin qəlbindən 
gərək dərd olub asılsın! 
İtib-batan 
Yerlə-yeksan olan abidələr. 
Tez-tez "Vətən" deməyən babalardan 
Qalan abidələr. 
"Canım Vətən" deyənlərin gözü önündə 
məhv olub gedir demək olar?! 
Dilimizlə İşimiz arasında 
Bağışlana bilməyən 
Günahımız var. 
Nə qədər "Vətən deyənimiz var , qardaş! 
Nə qədər Özünü öyənimiz var, qardaş! 
  
21.12.87. 
  
YAXŞILIQ-YAMANLIQ 
  
Yaxşılığa əl uzatsan yanılmamısan, 
Yaxşılıqla yamanlığın mənası bəlli. 
Sən yamanlıq mərəzində anılmamısan, 
Topuq çalar yamanlığın uzanan əli. 
Yaxşılıq et, çay daşını cilala belə, 
Quraqlıqdan yanıb gedən qanqalı suvar. 
Sənə nə var, lələ basdı, ya da ki, şələ, 


Yıxılanı xilas üçün havar sal, havar. 
Yaxşılıq et, əməyinə mən günəş deyim, 
Bir pisliklə bu dünyanı korlamaq olar. 
Ürəyinin istisinə mən atəş deyim, 
Bu ürəklə yer üzünü durlamaq olar. 
Yaxşılıq et, köhnə bağın bağbanı ol sən, 
Arxını çək, suyunu ver bağ dağ olmasın. 
Dönəlgəsi dönənlərin loğmanı ol sən, 
Çalın- çarpaz sinələri dağ-dağ olmasın. 
Yaxşılıqa yamanlıqlar bir şeytan daşı, 
Nə fərqi var atılırsa o hansı əllə? 
Ağıl işi, kamal işi, yoxsa ki, naşı, 
Yamanlığın yaxşılığa vurduğu şillə. 
Yaxşılığa yamanlığın sonucu dəhşət
Vay o gündən yal verənə hürə öz iti. 
Vay o gündən çiliklənə, sına məhəbbət, 
Həzm eləyə bilməmişəm mən bu hilləti. 
Öyrənəndə borca dönür sən edən hörmət, 
Yaxşılığı elə et ki, qazan daşmasın. 
Bir balaca dəyişəndə ərkli səxavət
Bu təmənna qıtlığında ağlı çaşmasın. 
Yaxşılığın sənə düşən son mükafatı, 
Dərd odur ki, pislik edən cəllada çatsın. 
Dərd odur ki, Həmzə gəlib bir də Qıratı 
Hiylə qoxan təmannayla boluya satsın. 
Şər xeyirin, nahaq isə haqqın qəsdində, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə