Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə26/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   22   23   24   25   26   27   28   29   ...   36

  
Əlini mənə ver, əlindən tutum
Sözümlə sözünun dirəyi olum. 
İmkan ver kiminsə heyinə yetim, 
Köməksiz bir kəsin köməyi olum. 
  
Yaxşılıq bir əsa, bir əl ağacı, 
Bir başı səndədi, bir başı məndə. 
Sonku peşmanlığın yox bir əlacı, 
Qovğası səndədi, təlaşı məndə. 
  
Arxı qurumaqdan, seli daşmaqdan, 
Gözləyib qorumaq əlimdən gəlir. 
Nə çıxar kədərdən, qəmdən qaçmaqdan, 
Bir işə yarımaq əlimdən gəlir. 
  
Dərdlini bəladan qurtarıram ki, 
Məni də bəladan qurtaran olsun. 
Gedəni çiynimdə aparıram ki, 
Məni də çiynində aparan olsun. 
  
12.05.2004. 
  
İNCİMİŞƏM 
  
Özgədən mən nə umanam


Haman səndən incimişəm. 
Ürəyim suya çəkilib, 
Yaman səndən incimişəm. 
  
Dost deməyə üzüm yoxdu, 
Səbrim itib, dözüm yoxdu. 
Nadan, sənə sözüm yoxdu, 
Qanan, səndən incimişəm. 
  
Eldar, həyat göz önündə, 
Öz ünündə, öz yönündə... 
Taleyimin bu günündə, 
Zaman, səndən incimişəm. 
  
13.05.04. 
  
DEYİL HƏLƏ 
  
Ana torpaq igidlərin bələyidi, 
Vətən eşqi vətəndaşın ürəyidi. 
Adam var ki, bir ölkənin dirəyidi
Adam var ki, paya demək deyil hələ! 
  
Bu dünyanın iti kəmsiy, atı yorğa, 
Ömür adlı bir nemətin bəxti qovğa. 
Qartal qalxan bir zirvəyə qonar qarğa, 


Bu qarıltı qıyya demək deyil hələ! 
  
Səhra külək, dağlar qarlı, yol dumandı, 
Bu nə gediş, bu nə arzu, nə gümandı... 
Nəri yoxsa ötən karvan nə karvandı? 
Köşək olmaq maya demək deyil hələ! 
  
Kabab bişməz isti közdən qaynamasa
Söz çürüyər hikmət sözdən qaynamasa. 
Çay quruyar bulaq gözdən qaynamasa, 
Damla olmaq dərya demək deyil hələ! 
  
Bir namərdə güzəşt etmək sınmaqdısa, 
Düz deməmək həqiqəti danmaqdısa... 
Çınqı olmaq için-için yanmaqdısa, 
Qəlpə olmaq qaya demək deyil hələ! 
  
Sahibidi hər bir adam öz adının, 
Şahin şahdı hesabına qanadının. 
Qanındadı namus-ismət hər qadının, 
Yaşmaq tutmaq həya demək deyil hələ! 
  
Bu dünyadı, ölçən ölçər, biçən biçər, 
Örkən gec-tez doğanaqdan gəlib keçər. 
Qəriblərin yuxusuna Vətən köçər, 
Sayıqlamaq röya demək deyil hələ! 


  
Söylə Eldar, torpağımız bölük-bölük, 
Xəyanətdən bu Vətənin beli bükük... 
Sənin dünyan, mənim dünyam fərqi böyük, 
Mənim dünyam dünya demək deyil hələ! 
  
7.03.1993. 
  
BU GECƏ BAŞQA GECƏDİ 
  
Bu gecə başqa gecədi, 
Nə qaranlığı var, 
Nə qəmi, kədəri. 
Nə də dolaşıq fikirlərin 
Məndən xəbəri 
Gözlədim sübhə qədər 
Küləklər 
Döymədi qapımı 
Dəli- sərsəri. 
Məni vahiməyə 
Sala bilmədi 
Qaranlıq gecənin 
Qara pərdələri. 
Nə dağı arana, 
Nə aranı dağa daşıdım. 
Səhərəcən 


Şerlərimlə yaşadım. 
Sən demə qaranlıq gecə 
İçimdə boğulubmuş. 
Sən demə 
Gecəni gündüz edən 
Al günəş içimdə doğulubmuş 
  
26.06.2003. 
  
KİŞİ 
  
İnana bilmirəm əsil soy ilə
Çörəyi itirə, yal ana kişi. 
Öz yoxsul süfrənin sənsən ağası, 
Dolanma, yalana-yalana, kişi. 
  
Mənə xoşdur dost sədası, yar adı, 
Az dinəndə çoxluq aza yaradı. 
Hər söhbətin bir qabardı, yaradı, 
Səni əldən salıb yalan, a kişi. 
  
Ey Eldar, sən haqsan, haqqı çəngələ, 
Qoyma insafının üstə çən gələ. 
Hardasa boğazın keçər çəngələ, 
Çox quyruq bulama yalana, kişi. 
  


14.07.04
  
ZAMAN YALAN İÇİNDƏ 
  
Zaman heyrətdədi zaman içində, 
Gərdişin xəlbiri saman içində. 
Xəlbir nə ələyir özü də bilmir
Arpanın adına vələmir deyir. 
Zaman nə eləyir özü də bilmir, 
Bu xəlbir çovdarı ələmir deyir. 
Xəlbir itib-batır saman içində
Zaman boğulmaqda yalan içində. 
Daha yalanlarla yaşayırıq biz, 
Yalanla ölçülür həyat eşqimiz. 
İdarədə yalan, iclasda yalan, 
Hər toyda- düyündə, hər yasda yalan. 
Düz sözün sonunda fəlakət durur
İşsizlik, səfalət, həqarət durur. 
İndi dolanmamız palandan çıxır, 
Palan da qayıdıb yalandan çıxır. 
Yaxına-uzağa, dosta-sirdaşa, 
Arvada-uşağa, qohum-qardaşa, 
Düz söz söyləyəndə ziyan çəkirik, 
Haqqa haqq deyəndə ziyan çəkirik. 
İndi yalanlarla bac alırıq biz, 
Yalan danışanda tac alırıq biz 


Yalandan güc alır vəzifə, hörmət, 
Villalar, maşınlar, böyük, şan-şöhrət. 
Ağa- ağ deməyə öyrənməmişik, 
Dağa dağ deməyə öyrənməmişik. 
Ölüyə sağ demək mükafatımız, 
Küllüyə bağ demək mükafatımız. 
Elə öyrədiblər yalana bizi, 
Yalanla tapırıq çörəyimizi. 
Zaman pıçıldayır: məkan günahkar, 
Məkan haray çəkir: zaman günahkar! 
İçimdən çölümə bir səs süzülür: 
Bu mizan-qurğuya şeytan günahkar! 
Xəlbirə baxıram saman içində, 
Zamana baxıram yalan içində! 
  
5.07.2003 
  
ALDANMA XALQIM 
  
Seçimə gedirsən, 
seçimə, atam, 
Poladı dəmirdən, 
Qızılı misdən, 
Gümüşü bürüncdən 
seçməyə çalış. 
Seçimə gedirsən, 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə