Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə22/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   18   19   20   21   22   23   24   25   ...   36

  
İşıq salan çıraq oldu, 
Şeh götürən yarpaq oldu. 
Gah sevincə qonaq oldu, 
Gah da qəmi seçib getdi. 
  
Öz suyu var hər bulağın, 
Zəri gənclik tər bulağın. 
Dünya adlı bir bulağın 
Şərbətini içib getdi. 
  
Dünya elə tutub qərar
Mənli də var, mənsiz də var. 
Bir də gördün şair Eldar 
Bu dünyadan köçüb getdi. 
  
28.02.2002 
  
QOCALIQMI 
  
Məcnunluğum, dəli eşqim, 
Görən pirlik, ucalıqmı? 
Şama dönüb əriməyim 
Zəiflikmi, bacarıqmı? 
  
Yaxşılar hər kəsə gərək, 


Böyük insan, arxa, kömək. 
Dağ olmamış dağdan demək, 
Böyüklükmü, ucalıqmı? 
  
Ötənlərə nəzər saldım, 
Bu gəl-gedə heyran qaldım. 
Gəncliyimdən xəbər aldım, 
Altmış yaş da qocalıqmı? 
  
22.02.2002. 
  
GÖRÜNÜR 
  
Professor Surxay Musayevə 
  
Ulduz var ki, uldzların içində, 
Gah yaxından, gah uzaqdan görünür. 
Qaranlıqlar pərdə tutur günəşə, 
Aydınlıqlar min çıraqdan görünür. 
  
Ər oğulun ər durumu, ər səsi, 
Hələ durur igidlərin nərəsi. 
Bar yetirən yüz budağın bəhrəsi 
Yaşıl donlu bir yarpaqdan görünür. 
  
İnsan eşqi dalğalanan bir dəniz, 


Bu torpaqda qayıq çəkən bizik, 
biz.Babalardan bizə qalan hər bir iz, 
Miskin gəzən bu torpaqdan görünür. 
  
Eldar, sənsən atəş ömrü yaşayan, 
Bahar ömrü, həm qış ömrü yaşayan. 
Surxay həkim günəş ömrü yaşayan... 
Günəş öncə qarlı dağdan görünür. 
  
13. 03. 2002. 
  
QALASI DEYİL 
  
Dərdini açmağın nə mənası var, 
Bir qəlb ki, səninçün yanası deyil, 
Arifə sirrini eyhamla bildir, 
Nadan yüz söz ilə qanası deyil. 
  
Asıb- kəsib coşma qadın önündə, 
Möhkəm ol, sayıq ol adın önündə. 
Alçalma, əyilmə yadın önündə, 
Bir iş ki, düzəlib olası  deyil! 
  
Əvvəl düşün, sonra danış dərindən, 
Əməl eylə nə söz çıxsa dilindən. 
Peşmanlama var ki, getdi əlindən 


Yenidən yerinə dolası deyil. 
  
Vicdanlı adamdan olar mərhəmət
Yaxşılıq eyləyər, eyləməz minnət. 
Namussuz adama etsən yüz hörmət 
Bir dəfə yadına salası deyil. 
  
Ötür aylar, illər dəyişir zaman, 
Bu gün düşgünləşir dünənki cavan. 
Gec- tez bu hikmətli, gözəl dünyadan 
Eldar gedəsidir, qalası deyil. 
  
20.09.69. 
  
DEMƏ 
  
Demirəm acgöz ol, qorun hər şeyə
Nur verən çıraqdan doymuşam demə. 
Çalış ayaqlardan boylanmayasan, 
Çıxsan uca dağdan doymuşam demə. 
  
Düşmən ol mənasız ötən hər günə, 
Mənalı hər ana sinə gər, sinə. 
Bir ömür əmsən də, soğsan da yenə, 
Bu zümrüd bulaqdan doymuşam demə. 
  


Hər ömrün sevinci min çilid kitab
Sən əsil sevinci əməlinlə tap. 
Atını hayana çapırsansa çap, 
Arandan, yaylaqdan doymuşam demə. 
  
Nüfuzdan salandır bir yersiz gülüş, 
Vəfasız dostlardan uzaq gəz, gen düş. 
Namussuz qohumu nə tap, nə görüş, 
Hatəm ol qonaqdan doymuşam demə. 
  
Dünyanı bir cürə anlayır hərə, 
Torpağdı mənimki uçsam göylərə. 
Bir əsrin arxasın vursan da yerə 
Eldar, yaşamaqdan doymuşam demə. 
  
  
SÖZÜMDƏ QƏLBİMİN QANI YOXDUSA 
  
Sinəsi söz xəzinəsi olan, zər sözün zərgəri, 
əziz dostum professor Ġbadulla Ağayevə. 
  
Könül dəftərimi varaqla, qardaş , 
Korşalan sözləri qarala getsin. 
Düzgümdən mənalar soraqla, qardaş, 
Mənasız misranı korala getsin. 
Könlümdən boy atan xurma ağacı, 


Barı-bəhrəsi nə, budaqdan oxu. 
Orda yazılanlar ömrümün tacı. 
Sən tale yazımı, yarpaqdan oxu. 
Mənim hər misramda canımın odu, 
Kəlməmdə qəlbimin qanı yoxdusa, 
Səsimdə torpağın qoxusu, dadı, 
Sözümün qüdrəti,canı  yoxdusa 
O, sənin dünyanla tən ola bilməz, 
Bu  gündən sabaha yol sala bilməz! 
Tapdanmış kəlmələr dən tutan  deyil, 
Çeynənmiş sözlərə tər deməmisən. 
Sənin söz xəznəndə söz yavan deyil, 
Sən paslı sözlərə  zər deməmisən, 
Bilirsən  nə deyir"yandım" deyənlər. 
Burda yanan kimdi, burda yalan kim? 
Azmı Vətən  deyib  döşə döyənlər? 
Bütöv olan kimdi,saxta olan kim? 
Saxta bir şöhrətin sabahı zülmət, 
İnsanlıq həyatın eşqi əzəli. 
Ünlü alim olmaq Tanrıdan qismət, 
Şəfalı  bir həkim şahdan irəli, 
Sinəndə çağlayan  söz çeşməsimi? 
Hayqıran, kükrəyən dəryamı yoxsa? 
Bu  qüdrət ruhunun öz rişəsimi? 
Səndə səndən ayrı dünyamı yoxsa? 
Sən sinə dəftərim, nurlu aləmim. 


Mənim söz xəzinəm, dürlü aləmim. 
İçində ulduzlu səma gəzdirən 
Uca kəhkəşanım,sirli aləmim. 
Oxu hər əsəri, süzgəcdən keçir
Çör-çöpdən təmizlə, sağlam dən keçir, 
Qoyma yad kəlmələr düşsün qabağa. 
Dişli misraları nəzərdən salar. 
Yanğısız şerimisən at qırağa. 
Atmasan o bizi nəzərdən salar. 
Könül dəftərimi varaqla, qardaş. 
Sonsuz bir həvəslə, maraqla, qardaş. 
Söz sənin yanında ucadan uca, 
Sözü ucuz etmək günahdan gəlir. 
Sən elə mötəbər, elə bir xoca, 
Sənin hər qüdrətin Allahdan gəlir! 
  
25.05.05. 
  
GETMƏ 
  
Elin-obanın sevimlisi, istəkli qohumların istəklisi, mənim üçün 
əvəzolunmaz bir insanı-bibimoğlu Mirələkbər ağanı son mənzilə 
yola salarkən söylənən ağılar. 
  
Sən mənim nur saçan günəşimiydin, 
Cismimdə közlənən atəşimiydin. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə