Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə20/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   16   17   18   19   20   21   22   23   ...   36

  
Kəlməm düyün düşdü, dilim səyridi, 
Qovruldum mənasız sözlər içində. 
Ürəyim qan süzdü, canım əridi, 
Gözümə dikilən gözlər içində. 
  
Ağa qara dedim, gecəyə gündüz, 
Ən miskin ömrümü yaşadım bu gün. 
Mən oldum dünyada hamıdan gücsüz, 
Haqsızlıq şələsi daşıdım bu gün. 
  
Bir dostun sözünü sındırammadım, 
Bir dostun xətrinə yalan söylədim. 
Simurğun lələyin yandırammadım, 
Eşqin səməndini çəkib əylədim. 
  
Baxışlar üstümə töhmət yağdırır, 
Vicdanım önündə donub qalmışam. 
Həqiqət yalana lənət yağdırır, 
Piltəsiz, çıraqsız sönüb qalmışam. 
  
İlahi, sən məni qüsurdan qurtar, 
Xəcalət odunda əritmə məni. 
Ədalət eşqimi özümə qaytar, 
Saxta damarlara yeritmə məni. 
  


İlk dəfə özümlə üz-üzə durub, 
İlk dəfə bir şərə xeyir dedim mən. 
Bir də bu qələtim, bu səhvim üçün
Vicdanım önündə -"xeyir!"-dedim mən. 
  
Sən mənim qanımı öz nurunla yu, 
Ruhumu mehrinlə naxışla, Tanrı! 
Dünyada ən böyük günahımdı bu, 
Günahkar bəndənəm, bağışla, Tanrı! 
  
5.05.05. 
  
KİŞİLƏR 
  
Bərk ayaqda mərd dayanar, mərd durar, 
Hər nə olsa geri dönməz kişilər. 
Genişlikdə lovğalanıb heç zaman 
Yaman günü qaçıb sinməz kişilər. 
  
Təmənnasın bir yol dilə gətirməz, 
Yamanlığı öz üstünə götürməz. 
Yaxşılığı ömrü boyu itirməz 
Quyu qazmaz, hiylə bilməz kişilər. 
  
Haqq yolunda ürəyini oysalar, 
İllər boyu zindanlarda qoysalar. 


Nəsimi tək dərisini soysalar 
Uf eyləyib bir yol dinməz kişilər. 
  
Sinəsində dərya, tufan çağlayar, 
Ürəyində min bir sirri saxlayar. 
Hər bir dərdə için- için ağlayar, 
Alovlanar, yanar, sönməz kişilər. 
  
Ruhdan düşməz aylar, illər ötsə də
Təmkinlidir nə əzaba yetsə də. 
Bir ömürü piyadaca getsə də... 
Namərd atın heç vaxt minməz, kişilər. 
  
Yuxusundan məhəbbətlə oyanar, 
Vicdanının  şəfəqinə boyanar. 
Etibarın zirvəsində dayanar, 
O zirvədən ölər, enməz kişilər. 
  
Eldar, mərdlər namusuna bürünər, 
Müdrikliyi, dəyanəti görünər. 
Dost dedimi, sözü sözə hörülər
Söz verəndə sözün danmaz kişilər. 
  
1977. 
  
BİLMƏZ 


  
Naşı adam telli sazı, 
Vermə qardaş, çala bilməz. 
Ötkün-ötkün dınqıldadar, 
Canıma od sala bilməz. 
  
İgid adam qazmaz quyu, 
Minnət ilə içməz suyu. 
Səxadən kəm ömrü boyu 
Bir yaxşı ad bula bilməz. 
  
Qeyrətsizlər gülər duzsuz, 
Fikri ucuz, özü ucuz. 
Bir hikmətli sözü pulsuz 
Mən sataram ala bilməz. 
  
Sinəmdəki sağlam ürək, 
El yolunda yanar gerçək. 
Nakişiyə boyun əymək 
Eldar, səndə ola bilməz! 
  
14.09.78. 
  
AXTARIN 
  
Zərifliyi gözəllərdə, a dostlar


Rayihəni çiçəklərdə axtarın, 
Kişiliyi insanların qanında, 
Şir gücünü biləklərdə axtarın. 
  
Uca tutun Dədə Qorqud sözünü, 
Dağda gəzin Koroğlunun izini. 
Məhəbbətin alovunu, közünü 
Arzularda, diləklərdə axtarın. 
  
Günlər keçdi, illər sapa düzüldü, 
Neçə yarpaq budağından üzüldü. 
Hansı zaman cərgəniz ki, pozuldu 
Siz Eldarı ürəklərdə axtarın. 
  
  
  
ALLAH, AY ALLAH 
  
"Tütək  səsi"  filmini  çox  sevirəm.  Daha  doğrusu  baxmaqla  doymuram.  Ona  görə 
doymuram  ki,  filmdə  yeri-göyü  titrədən  "Ruhani"  çalınır.  Böyük  aktyorumuz  Məmmədrza 
ġeyxzamanov "Ruhani"nin ürəkləri riqqətə gətirən sədaları altında evinə tərəf qaçır. 
Qaçır,  qaçdıqca  "Ruhani"  qaynayır,  çağlayır,  sel  kimi  kükrəyir,  duyan,  anlayan  hər 
kəsi əl çatmaz, ün yetməz sehirli bir aləmə aparır. 
Öz  "Ruhani"si  ilə  sazın  əfsanəvi  qüdrətinə  əbədi  yaĢarlıq  qazandıran  müqtədir 
sənətkarımız Əli Quliyevə eĢq olsun! 
  
Odlanan sazıyla bu Aşıq Əli 
Ürəyimi çalır, Allah, ay Allah! 


Pərdələr üstündə Dilqəm harayı 
Canıma od salır, Allah, ay Allah! 
  
Süzülən qəhqəhə onun barımı? 
Görən son tufanı, ilk nübarımı? 
Belə bir hökümlə ixtiyarımı 
Əlimdənmi alır, Allah, ay Allah? 
  
Bu səsi-sədanı fələklər duyub, 
Mələklər bu şirin laylaya uyub. 
Şiş dağlar başını çiyninə qoyub 
Xəyalamı dalır, Allah, ay Allah? 
  
Heyrət qarışıbdı haqdan payına, 
Sonalar boy çəkir səs halayına. 
Dünya cavanlaşır simin hayına, 
Saz özü qocalır, Allah, ay Allah! 
  
Eldar yada düşür sazın dilində, 
Ağız dada düşür sazın dilində. 
Möhnət oda düşür sazın dilində, 
Məhəbbət ucalır, Allah, ay Allah! 
  
2.07.1983. 
  
TƏKLƏNMƏKDƏN QORXURAM 


  
Kişnəmə dəli bulud, 
Oynama qızıl şimşək. 
Titrəmə qanlı tufan, 
Hayqırma quduz külək! 
Bilin ancaq həyatda 
Ölüm saçan bu hirsdən, 
Bu hiddətdən qorxuram. 
  
Yaxınlar, yan düşməyin, 
Sizə ehtiyacım var. 
Müdriklər, siz susmayın, 
Sizə ehtiyacım var. 
Bilin ancaq həyatda, 
Ucuz sözlə-söhbətlə 
Yüklənməkdən qorxuram. 
  
Çinar, bir boy ver mənə, 
Səndən sərtlik boylanır. 
Palıd, səndən əzəmət
Vüqar, mərdlik boylanır. 
Bilin ancaq həyatda, 
Vüqarsız bir ağaca 
Söykənməkdən qorxuram. 
  
Ey insanlar, heç kəsə 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə