Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə18/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   14   15   16   17   18   19   20   21   ...   36

Böyük məhəbbətlə,Böyük istəklə 
Dənizə vurğunam əzəlki gündən! 
Dənizdə tapdığım niĢanələrlə 
Elə bil özüm də bir  dənizəm mən! 
  
Təbiət oxşarlıq gətirib bizə, 
Rəngindən gözümə çökübdü bir az. 
Məndən kəsməyibdi səxavətini, 
Hirsindən hirsimə bükübdü bir az. 
Şıltaq ləpələrin pıçıltı payı, 
Qəlbimdə boy atan şerimin səsi! 
Dəniz uğultusu, dəniz harayı, 
Könlümün sahilə üsyan nəğməsi! 
Dənizə vurğunam əzəlki gündən! 
Elə bil özüm də bir dənizəm mən! 
  
Ölü su yığını dalğasız dəniz, 
Dəniz də xoşbəxtdir tufanı ilə. 
Quru bir cəsəddir insan əməlsiz 
İnsan bəxtəvərdi gümanı ilə. 
İnsan da dənizdi tufanı ilə. 
Dənizdə bu güman,Bu tufan ki, var. 
Könlümdə bu tufan,Bu güman ki, var 
Tufandan tufana coşacağıq biz, 
Nə mən öləcəyəm, nə də ki, dəniz! 
  


  
MƏN DƏVƏSİ ÖLMÜŞ ƏRƏBƏM, DƏDƏ 
  
Xurcunu çiynində, dərdi dilində, 
Günahkar dərvişəm, suçlu dərvişəm. 
Olanım-qalanım Göyçə elində, 
Özüm baş götürüb üryan gəlmişəm. 
İtib qəbirlərim, qəbristanlığım, 
Ulu əcdadların izi toz olub. 
Məndən ayrı düşüb aranım-dağım, 
Ömrümün sorağı-səmti pozulub. 
Məni bundan sonra aldada bilməz, 
Bu oğraş zamana, şeytan zamana. 
Mənim bundan sonra ürəyim gülməz, 
Mənə düşman oldu, düşman, zamana. 
Mən dəvəsi ölmüş ərəbəm, dədə, 
Məni öz içimdə əritmək çətin, 
Yurdundan perikmiş qəribəm, dədə, 
  
Bu dərdli ozanı kiritmək çətin! 
İndən sonra nağıllarım quruyar, 
Telli sazım xiffətindən qarıyar. 
Ürək dözməz, fikir altda əriyər, 
Mən dəvəsi ölmüş ərəbəm, dədə! 
  
Daha mənə olan olub, dərd ağır, 


Yağış ötüb, başım üstdən dərd yağır, 
Namərd oyaq, nadan cəllad, mərd fağır, 
Mən dəvəsi ölmüş ərəbəm, dədə! 
  
Dost mürgülü, düşman oyaq, həya yox, 
Bu günahı yuya bilən dərya yox. 
Göyçə yoxsa, məndən ötrü dünya yox, 
Mən dəvəsi ölmüş ərəbəm, dədə! 
  
Mən qurdam, qanımı yalayıb durram, 
Qisas ocağını qalayıb durram. 
Kəfəni boynuma dolayıb durram, 
Mən dəvəsi ölmüş ərəbəm, dədə! 
  
4.02.1992. 
  
BUNA DÜNYA NEYLƏSİN 
  
Biri dedi: kələk dünya! 
Biri dedi: mələk dünya! 
Hər kəs ölçdü bü dünyanı 
Öz bezi, öz arşınıyla. 
Biri dedi: yalan dünya! 
Biri dedi: filan dünya! 
Hər kəs keçdi bu dünyanı 
Öz atı, öz maşınıyla! 


Mən atımı yana çəkib, 
Bu dünyaya bir də baxdım. 
Ömür adlı bir zirvəyə 
Necə gəldim, necə çıxdım?! 
Bu zirvədən bir də baxdım! 
Gördüm elə insanlardı, 
Bu dünyanı daşa tutan. 
Gördüm bizik, biz insanlar, 
Özümüzü yada satan 
Buna bu dünya neyləsin! 
Əgər insan özüdürsə 
Silah alıb,Silah verib, ocaq çatan, 
Buna bu dünya neyləsin! 
Bəli bizik, biz insanlar, 
Dovşan kimi gözü açıq, 
Canavar tək ayıq-sayıq 
Hey ağız-ağıza yatan. 
Buna bu dünya neyləsin! 
Vallah gördüm insanlardı 
Qan axıdıb, ara qatan. 
Kiçik şeytan, böyük şeytan 
Buna bu dünya neyləsin! 
Sən ey mənim pak millətim
Mən görürəm hamı ayıq, 
Hamı sayıq, 
Təkcə sənsən bir başsıza 


Başçı deyib hey dəm tutan. 
Təkcə sənsən hələ yatan! 
Elə budur sənin xatan. 
Buna bu dünya neyləsin? 
  
1991. 
  
NƏYİM QALDI 
  
At oynatdım, güllə atdım, 
Oylaq, səndə nəyim qaldı? 
Ov elədim, ocaq çatdım, 
Ovlaq, səndə nəyim qaldı? 
  
Bağça-bağa sinə gərdim, 
Bağban olub bağ becərdim. 
Əl uzadıb alma dərdim, 
Budaq, səndə nəyim qaldı? 
  
Gəzdim, gördüm, seyran etdim, 
Çiçək üzdüm, çəndə itdim. 
Yaydan qışa köçüb getdim, 
Yaylaq, səndə nəyim qaldı? 
  
Ayrılığın vaxtı çatdı, 
Bu özü də bir həyatdı... 


Odum keçdi, yanğım yatdı, 
Bulaq, səndə nəyim qaldı? 
  
Dünya, sənlə bəhsə girdim, 
Sevinc əkib, qüssə dərdim. 
Bir aldımsa bir də verdim, 
Ortaq səndə nəyim qaldı? 
  
Ömrüm boyu oyağam mən
Bu dünyada qonağam mən. 
Əvvəl-axır torpağam mən... 
Torpaq, məndə nəyin qaldı?! 
  
  
NEYLƏSİN 
  
Hər kəs anlamaz hikməti, 
Duya bilməz məhəbbəti. 
Qanmaq da tanrı qisməti... 
Əgər qanmırsa neyləsin? 
  
Nur düşürmü hər könülə? 
Yol tapmaya şər könülə... 
Könül quşu bir könülə 
Uçub qonmursa neyləsin? 
  


Dağdı təpənin önündə, 
Təpədi dağın ünündə. 
Dostun pərişan günündə 
Qəmdən sınmırsa neyləsin? 
  
Zaman məni sıxan yerdə, 
Dost dayanıb baxan yerdə... 
Qızıl qanım axan yerdə 
Qanı donmursa neyləsin? 
  
Eldar, yaxın baş olanda, 
Küsmə qəlbi daş olanda. 
Nə olar "qardaş" olanda 
Ürək yanmırsa neyləsin?! 
  
22.08.98. 
  
DAHA MƏN 
  
Taleyim beləymiş küsmürəm səndən
Sazda ilgək düşmüş siməm  daha mən. 
Zilim əl çəkməyən zirvədə qalıb, 
Pəs üstə köklənmiş bəməm daha mən? 
  
Gəncliyim bərədən keçib gedibdi, 
Qismətim ayrılıq seçib gedibdi. 


Əvvəlki dövranım köçüb gedibdi, 
Sevinci ərimiş qəməm daha mən. 
  
Məni anmayan dost, nə deyim sənə, 
İnamım qalmayıb dilin deyənə. 
Özüm öz dünyamda Eldaram yenə, 
Sən üçün, görəsən, kiməm daha mən? 
  
  
GƏLƏNƏ KİMİ 
  
Bir tərlan quş olub uçdun əlimdən, 
Mən səni anlayıb bilənə kimi. 
Yenə də ümidlə gözlərəm səni 
Qayıdıb yanıma gələnə kimi. 
  
Bir az da sərgərdən gəzim deyirəm
Qəmi qəm üstünə düzüm deyirəm. 
Yüz əzab olsa da dözüm deyirəm, 
Taleyim üzümə gülənə kimi. 
  
İllər ötüşsə də haman Eldaram, 
Yaxşını, yamanı qanan Eldaram. 
İçimdən alışıb yanan Eldaram, 
Qoy yanım mən elə ölənə kimi! 
  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə