Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə15/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   11   12   13   14   15   16   17   18   ...   36

  
Həqiqətin gur seli
Cəsarətin Kür seli. 
Tofiq adlı nur seli, 
Göyçənin tərlan oğlu. 
  
  
  
BİR GÜN İÇİNDƏ 
  
Doğulduq səhərin ala gözündən, 
Günəşin telinə şərqilər düzdük. 
Yolumuz üstündə gah səma, gah çən, 
Arandan adlayıb dağlarda gəzdik. 
  
Bəzən nağıl deyən, məzhəkə deyən, 
Bir səsin hökmündə qula çevrildik. 
Böyük kürsülərdən döşünə döyən, 
Haramxor əyrini biz doğru bildik. 
  
Əlləşdik, vuruşduq məslək naminə
Bir yandan əkdiksə, bir yandan biçdik. 
Tər-təmiz bir arzu-dilək naminə, 
Odlarda məhəbbət odunu seçdik. 
  
Dağ çapıb, daş qırdıq bir gün içində, 


Zəhmət addım atdı əlimə doğru. 
Nə yıxdıq, nə qurduq bir gün içində? 
Bir gün də yol getdik ölümə doğru! 
  
  
MƏN PEŞİMAN DEYİLƏM 
  
Nə zaman səbəbsiz yerə 
Bir çiçəyi üzdüyümə peşimanam. 
Küsməyimə səbəb yoxkən 
Bir dostumdan küsdüyümə peşimanam. 
Bu gün,sabah deyə-deyə 
günlərin arasında itdiyimə peşimanam. 
Əldə etmək mümkün ikən
Səmərəsiz ötənlərə peşimnam. 
Tapdıqlarımmənimkidi, 
İtənlərə peşimanam. 
Ürəyimin insanlara sevgisindən, duyğusundan… 
Könlümün insanlara qayğısından… 
Bilirəm ki, 
Nə zamansabir adamın əllərindən tutacağam. 
Nə zamansa bir ulduza uçacağam. 
Bunun üçün istərəm ki,öz fikrimin, ayağına əyiləm. 
Bu dünyaya gəldiyimə 
Mən peşiman deyiləm. 
  


  
AĞLADI 
  
Yon çevirdim qarlı dağa 
Zirvə dedim, qaş ağladı. 
Payız boylandı ömrümə, 
Yaz kövrəldi, qış ağladı. 
  
Qüsur görmədim ölçümdə, 
Kənara düşdüm seçimdə. 
Buxarlandı qəm içimdə, 
Gözlərimdə yaş ağladı. 
  
Ürəyimdən od payladım, 
Dərdi çəkib halayladım. 
Durnaları harayladım, 
Göydə uçan quş ağladı. 
  
Solmaqdadı ömrün zəri
Eldar dolanma sərsəri. 
Öz başıma gələnləri 
Daşa dedim, daş ağladı. 
  
2.02.06. 
  
DÜNYA 


  
Soruşdum kim gəlib, kim gedib səndən, 
İtirdi hesabı, həm sayı, dünya. 
Kiminsə haqqında xoş söz demədi, 
Bir yalnız özündən savayı dünya. 
  
Kim uydu dünyanın fitnə-felinə, 
İnandı, aldandı yağlı dilinə. 
Kim ki, var-dövlətin üçdu yelinə 
Onu yola saldı dolayı, dünya. 
  
Ömrün keçən günü nağıldı, getdi, 
Çox pələng dizlilər yıxıldı, getdi. 
Mənəm mən deyənlər dağıldı getdi, 
Çox pozdu pozulmaz halayı dünya. 
  
Sözümü bir səmtə, yönə deyirəm, 
Bu sirri a dünya, sənə deyirəm. 
Eldaram, demişəm,yenə deyirəm, 
Havayı, havayı, havayı dünya! 
  
YAĞIR 
  
Tar nə şirin oxuyur, 
Dodağından şur yağır. 
Bu  musiqi yağışı 


Leysandan da gur yağır. 
  
Bu  məclisdə könül şən, 
Bayatıya qonaq mən… 
Balabanın səsindən 
Ürəyimə nur yağır. 
  
Şimşək ömrüm göydə ax
Bir çaxıbsan, bir də çax 
Sən hələ bir saza  ax, 
Nəfəsindən qor yağır. 
  
  
DEMƏ 
  
Bir çıraq ki, öz dibinə 
İşıq salıb isitmirsə 
O çırağa çıraq demə. 
  
Günəş göydən od tökəndə 
Barmağını göynətmirsə 
O bulağa bulaq demə. 
  
O yaylaq ki, duman adlı 
Ağ örpəyə bürünmürsə 
O yaylağa yaylaq demə. 


  
Yay axşamı göy tüstüsü 
Uzaqlardan görünmürsə 
O ocağa ocaq demə. 
  
  
KİMƏ DEYƏSƏN 
  
Təbib mərhəmətsiz, dərman yararsız, 
Dərdin son ucunu kimə deyəsən? 
Məhəbbət atəşli, canan ilqarsız, 
Möhnətin gücünü kimə deyəsən? 
  
Dəhşətdi insanı insan duymursa... 
Nə deyim qətrəni ümman duymursa... 
Könlündən keçəni zaman duymursa
Tezini-gecini kimə deyəsən? 
  
Tanımaq asanmı "canıyananı", 
Gen günün dostları  dar gündə hanı? 
Əsil saxtakarlıq alıb hər yanı, 
Qəlbinin içini kimə deyəsən? 
  
Eldar, tamah oddur, yanar tamahkar, 
Haqqı hasızlıqdan danar tamahkar. 
Hakim ədalətsiz, suçsuz günahkar, 


Qatilin suçunu kimə deyəsən?! 
  
  
QAYIT 
  
Orda ərənlərin atı oynamır, 
Orda igidlərin qanı qaynamır. 
Daha dost-dostunu darda sınamır, 
Sən Allah bu yoldan, bu yoldan qayıt. 
  
Vətəni cibində görəndən haray
Özgə qapısında hürəndən haray. 
Torpağı düşmənə verəndən haray, 
Sən Allah bu yoldan, bu yoldan qayıt. 
  
Haqqa çatmaq üçün keçərsən oddan, 
Doğmalar göstərrəm betərdi yaddan. 
Halal pul qazanmaq çıxıbdı yaddan 
Sən Allah bu yoldan, bu yoldan qayıt. 
  
  
GÜNDÜZÜM BELƏCƏ, GECƏM BELƏCƏ 
  
Ömrün hər səması bəyazım ola, 
Yolların çətini dayazım ola. 
Hər şerin nidası avazım ola 


Sənət bulağından içəm beləcə... 
Gündüzüm beləcə, gecəm beləcə... 
  
Canımda dünənin sisi, bürküsü, 
Gözümə ümidin axır mürgüsü. 
İtibdir dünyamın köhnə ülgüsü, 
Gərək südü sudan seçəm beləcə... 
Gündüzüm beləcə, gecəm beləcə... 
  
Hörmətim eymənər paxıl içində, 
Heyrətim büdrəməz ağıl içində. 
Ömrüm pardaxlanar nağıl içində, 
İstərəm sədləri keçəm beləcə... 
Gündüzüm beləcə, gecəm beləcə... 
  
Çölümdə tufanam, içimdə sacam, 
Susuz bir səhrada yaşıl ağacam. 
Fikrimin yolunda əriş-arğacam, 
Fikirsiz-xəyalsız heçəm, beləcə... 
  
Gündüzüm beləcə, gecəm beləcə... 
Bu yurda, yurddaşa həmdəm əsgərəm, 
Dərdinə, sərinə məlhəm əsgərəm. 
Hər vətən daşına mərhəm əsgərəm, 
Yenilməz qüdrətəm, gücəm beləcə... 
Gündüzüm beləcə, gecəm beləcə... 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə