Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə12/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   8   9   10   11   12   13   14   15   ...   36

Cibimiz kasad, 
Bazarımız bahalıq olsa da 
Gözümüz toxdur. 
Neyləyək ki, 
İstədiyini yemir, 
İstədiyini geymir 
Evimizdəki arvad-uşaq. 
Yenə də 
Nəğməmiz oxunur, 
Mahnımız səslənir 
Kefimiz kök, 
Damağımız çağ. 
Buna baxmayaraq 
Təmkinimiz 
Səbrimizdən çoxdur. 
Nə gizlədim 
Hər şeyimiz var, 
Əslində isə 
Heç nəyimiz yoxdur... 
  
17.07.90 
  
BU NECƏ ÇİÇƏKDİ 
  
Bu necə çiçəkdi, 
Bu necə güldü 


Günəşin nurundan, 
Ödundan uzaq. 
Bu necə ömürdü
Bu necə həyat 
Gündüzün tamından, 
Dadından uzaq 
.Nə deyim, nə deyim 
Belə bir ömrə? 
Cəmi bir gecədir 
Həyatı onun. 
Bu gül axşam açır, 
Sabahlar solur. 
Belədir varlığı, 
Büsatı onun... 
Cəmi bircə gecə 
Ömrü var onun... 
Axşamlar açılır, 
Sabahlar solur. 
Həyatdır, həyatda 
Gör nələr olur. 
Nə deyim bir gecə 
Yaşayan gülə? 
O da bir həyatdır 
Yaşayır belə! 
  
3.07.1998. 


  
BİLMİRƏM 
  
Dağlardan ayrı düşmüşəm
Dağlara gələ bilmirəm. 
Gözlərimdən axan yaşı 
Vaxt tapıb silə bilmirəm. 
  
İnsan şeytan toyundadı, 
Zaman özcə oyundadı. 
Bu dünya nə oyundadı 
Öyrənib bilə bilmrəm. 
  
Eldara yellər əsməsin, 
Yolsuzlar yolun kəsməsin. 
Əcəl hələ tələsməsin 
Dağlarsız ölə bilmirəm. 
  
3.01.2006. 
  
GÜCÜM ÇATMIR 
  
Qəmli yellər əsib məndən, 
Ay işığın kəsib məndən. 
Zaman özü  küsüb məndən 
Dindirməyə gücüm çatmır. 


  
Ucuz şöhrət toyuq dəni, 
Az deyil xeyir güdəni. 
"Mənəm-mən" deyən gədəni 
Endirməyə gücüm çatmır. 
  
Nadan hikmətdən danışır, 
Şeytan cənnətdən danışır. 
Bivec qeyrətdən danışır, 
Sendirməyə gücüm çatmır. 
  
Başım dünyaya qarışıb, 
İş başımdan aşıb-daşıb. 
Vətən içimdə alışıb, 
Söndürməyə gücüm çatmır. 
  
16.01.06. 
  
KİMİ 
  
Dostum Qəmbər müəllimə. 
Nərmanlı varıydı, Göyçə varıydı, 
Ulu oğuzların ləngəri kimi. 
"Şah dağ"la "Çalmalı" qoşa durardı, 
Göyçə torpağının səngəri kimi. 
  


Bu yerdə əbədi əzəllik gördüm
Qədimlik içində təzəlik gördüm. 
Nə qədər yurd gördüm, gözəllik gördüm, 
Görmədim Göyçənin bənzəri kimi. 
  
Aqili, ahılı sözlü-söhbətli, 
Hər dürlü kəlməsi dürlü, hikmətli. 
Kişilər varıydı dağ təbiətli, 
Bir elin-obanın ləngəri kimi. 
  
Yurd dedim, yer üzü cənnətə döndü, 
Daşı da gözümdə sərvətə döndü. 
Vətən məhəbbəti həsrətə döndü, 
Qaldı dilimizin əzbəri kimi. 
  
Hər vaxt ələ düşməz gərəkli bir dost
Sayqılı, sevgili, ürəkli bir dost. 
Mərhəmdi Eldara istəkli bir dost, 
Əlinin sevimli Qəmbəri kimi. 
  
02.07.2002. 
  
AY DƏDƏ 
  
Hamının böyük alim, istedadlı yazıçı və jurnalist kimi tanıdığı 
Ġsrafil Məmmədov həm də etibarlı dost, müdrik ağsaqqaldır. 


  
Vətənə dönməyə imkan gəzirəm, 
Zaman axtarıram, məkan gəzirəm. 
İçimdə bir dəli tufan gəzirəm, 
İstərəm hoyuma sən çat, ay dədə. 
Bizi mürgülərdən oyat, ay dədə. 
  
Yolumun üstündə cinlər, şeytanlar, 
Əcaib-qəraib vəhşi heyvanlar. 
Hər qaya dibində divlər, qabanlar... 
Bu sehri, tilsimi qır, at, ay dədə. 
Bizi bu qəflətdən oyat, ay dədə. 
  
Bizə gizli deyil düşmən mərəzi, 
Yüz illər görmüşük qəsdi-qərəzi. 
Yenə əyilibdi mizan tərəzi, 
Nəyi anlamasaq, anlat, ay dədə. 
Bizi bu yuxudan oyat, ay dədə. 
  
Məsrəfsiz bir həyat zillət gətirib, 
Ovxarsız cürətim hillət gətirib. 
Torpaq itirməyim töhmət gətirib, 
Bir qeyrət heykəli ucalt, ay dədə. 
Yatıb qalanları oyat, ay dədə. 
  
Yaxın gəl, qətiyyət öyrənək səndən


Millətə məhəbbət öyrənək səndən. 
Etibar, sədaqət öyrənək səndən, 
Ucal, zirvələrə boy at, ay dədə. 
Ağır yuxulardan oyat, ay dədə. 
  
Yurda gedən yolu sən göstər bizə, 
Həm sağı, həm solu sən göstər bizə. 
Kimdi qoç Koroğlu, sən göstər bizə, 
Dolu müəmmadı həyat, ay dədə. 
Bizi yuxulardan oyat, ay dədə. 
  
Qorqudum, Beyrəyim, Qazanım sənsən, 
Müdrik ağsaqqalım, uzmanım sənsən. 
Dərdimi danışan ozanım sənsən, 
Yaz, ulu tarixi ucalt, ay dədə. 
Mənim türk dünyamı oyat, ay dədə! 
  
30.10.2002. 
  
YOXDU, YOX 
  
İnanmaram şeytanların sözünə, 
Bilinməyən o yaxşılıq ölübdü. 
Yağlı dili saxla qalsın özünə, 
O kirvəlik, o qonşuluq ölübdü, 
Məndən ötrü əhdi-peyman yoxdu, yox! 


  
Bu diyarda Xətainin qılıncı, 
Telli sazın şirin dili olubdu. 
Şiş qayalar igidlərin balıncı, 
Bu torpaqda Göyçə gölü olubdu, 
Məndən ötrü burda Sevan yoxdu, yox! 
  
Torpağımız qıyma-qıyma doğranıb, 
Sinəmizə yad gülləsi dəyibdi. 
Bir oba var qədim Qazax yurdunda, 
Babam ona Karvansara deyibdi, 
Məndən ötrü bil İcevan yoxdu, yox! 
  
Zəngəzurun saçlarına düşüb dən, 
Bu fəlakət tariximin inadı... 
Dərələyəz silinərmi tarixdən? 
İrəvandı İrəvanın ilk adı. 
Məndən ötrü bil Yerevan yoxdu, yox! 
  
Qılıncımı vaxtsız qoysam qınına, 
Bağışlamaz torpaq məni, yer məni. 
Gərək yadı mən bələyəm qanına, 
Məndən ötrü bir düşmən var -erməni. 
Məndən ötrü özgə düşmən yoxdu, yox! 
  
Məndən ötrü oğuz dilli min oba


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə