Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   6   7   8   9   10   11   12   13   ...   36

  
Göyçənin üstündə, Əkbər dayoğlu
Yenə də şimşəyi çaxdı dedilər. 
Ərən igidlərin ruhunu sordum, 
Bir qartal zirvəyə qalxdı dedilər. 
  
İlahi haqqımla haqa qovuşdum, 
Bəzən bulud kimi doldum, tutuşdum. 
Sənin hörmətini kimdən soruşdum, 
Şərbət tək qəlblərə axdı dedilər. 
  
Zamanla, həyatla döş-döşə gəldin, 
Xeyir əməllərə həmişə gəldin. 
Sən hansı məclisə, görüşə gəldin, 
O yerdə bir günəş doğdu dedilər. 
Suçumuz yox ikən töhmətə düşdük, 
  
Sonu görünməyən firqətə düşdük. 
Dedim Göyçəmizdən qürbətə düşdük, 
O da bir taledi, baxtdı dedilər. 
  
Eldar, ürəyimi çıraq elədim, 
Sinəmi bu yolda ocaq elədim. 
Nə qədər dost-qohum soraq elədim, 
Nəsibov Əkbərdən yoxdu dedilər. 
  


10.07.05. 
  
NEYLİYİM 
  
Ulu Göyçə, qadan çoxdu, qadanı 
Almıyım neyliyim, alım neyliyim?! 
Baxçamı döyürkən səmum küləyi, 
Solmuyum neyliyim, solum neyliyim? 
  
Düşmən fürsət tapdı açdı min kələk 
Təhqirə, təhdidə tablamır ürək. 
Başıma sən verən daşı, ay fələk, 
Salmıyım neyliyim , salım neyliyim? 
  
Yüz barmaq oynadıb şeytan zərində
Alışıb yanmışam namərd şərində. 
Aqil babaların bu yurd yerində 
Qalmıyım neyliyim, qalım neyliyim? 
  
Ağlayır divar da, daş da, torpaq da. 
Yüz nağıl yaş tökür hər ağ otaqda. 
Elin dar günündə, bu dar ayaqda 
Dolmuyum neyliyim, dolum neyliyim? 
  
Od səpir, alışır yenə zarıncı, 
Yanır Göyçə gölü, o solmaz inci... 


Babam Koroğludan qalan qılıncı 
Çlmıyım neyliyim, çalım neyliyim?! 
  
Eldar bu taleyə, baxta bax deyir. 
Dön bir də Göyçəni döşə sıx deyir, 
Qardaş gəlmə deyir, yağı çıx deyir, 
Qalmıyım neyliyim, qalım neyliyim?! 
  
05.1988 
  
HAYIF SİZİN ÖMRÜNÜZƏ 
  
Hanı qumrun ötmür, dağlar? 
Niyə gülün bitmir, dağlar? 
Səsim sizə yetmir, dağlar, 
Hayıf sizin ömrünüzə... 
  
Ay yolu otlanan, bulaq, 
Lilparı tapdanan, bulaq. 
Dostları atlanan, bulaq, 
Hayıf sizin ömrünüzə... 
  
Köhlən atlar gələr gedər, 
Quzuları mələr gedər. 
Bənövşələr ölər gedər, 
Hayıf sizin ömrünüzə... 


  
Yaylaq, sizə çıxan kimdi? 
O cəlala baxan kimdi? 
Lalə, sizi yığan kimdi? 
Hayıf sizin ömrünüzə... 
  
Yollar, sizlə gələn olmaz
Dərdinizi bölən olmaz. 
Qədrinizi bilən olmaz, 
Hayıf sizin ömrünüzə... 
  
Ay marala qalan çöllər, 
Sonasını gəzən göllər. 
Sazsız-sözsüz qalan ellər 
Hayıf sizin ömrünüzə... 
  
Bumu xeyrim, bumu şərim? 
Başdaşları sətirlərim. 
Ay min illik qəbirlərim, 
Hayıf sizin ömrünüzə... 
  
28.09.89. 
  
QOCALMASIN 
  
Mən çəmənsiz dözəmmərəm, 


Bir ilk bahar qocalmasın. 
Bağ-bağatsız gəzəmmərəm, 
Yaşıl çinar qocalmasın. 
  
Yaradıb qursun təbiət, 
Coşub-çağlasın şeriyyət. 
Bu dünyada saf məhəbbət, 
Təmiz ilqar qocalmasın. 
  
Ömrün-günün bu çağında, 
Qalsa sənin otağında. 
Vətən, sənin qucağında 
Gözlə Eldar qocalmasın. 
  
15.07.86. 
  
HARDADI 
  
Gəz mənim yurdumu, gör bir a qardaş
Belə oba harda, oymaq hardadı? 
Meşələri dolaş, gədiklərdən aş, 
Belə palıd harda, qovaq hardadı? 
  
Bir köhlən belində keç çöldən-çölə, 
Fikir ver çəmənə, çiçəyə, gülə. 
"Cantəpə"də əyləş bir az, gör hələ 


Belə xama harda, qaymaq hardadı? 
  
Şöhrətlidir  "Dürlü bulaq" əzəldən, 
"Pəri bulağ"ına bir toxun hökmən . 
"Ayğır"dan su içsən deyərsən ki, sən 
Belə çeşmə harda, bulaq hardadı?! 
  
Bu yerlər ayrılmaz obadan-eldən, 
"Çalmalı" vüqarı verməmiş əldən. 
"Şah dağ"a yollansan görərsənki sən 
Belə dağ hardadı, yaylaq hardadı?! 
  
Qədim Göyçə gölü sular sonası, 
Pozulmaz ilqarı, əhdi, vəfası. 
Eldar, bu yerdədir ömrün mənası, 
Burdan bezmək harda, doymaq hardadı?! 
  
  
GÖYÇƏ BİR DƏ BAYRAM ETMƏYƏCƏKDİR 
  
Bitdi nağılları, bitdi dastanı, 
Göyçənin nəğməsi kəsildi burda! 
Sonuncu bayatı göz yaşı tökdü, 
Bahar üz tutmadı bu qəmli yurda! 
Təbiət də duydu bu ağır dərdi... 
Göyçə bir də bayram etməyəcəkdir! 


  
Uşaqlar al-yaşıl paltar geyinib, 
Qurşaq atmayacaq bayram payına. 
Yumurta boyanıb, xonça düzəlib, 
Evlər gülməyəcək novruz ayına. 
Bilsin yaxın-uzaq, eşitsin dünya, 
Göyçə bir də bayram etməyəcəkdir! 
  
Qayalar donubdu bu soyuqluqdan, 
Dağların sinəsi dağlı qalıbdı. 
Tütək laylasına yatan dərənin 
Qulağı bu səsə bağlı qalıbdı. 
Buludlar ağlağan, yurd qaşqabaqlı... 
Göyçə bir də bayram etməyəcəkdir! 
  
Bənövşə bir az da boyun bükəcək, 
Küsülü nərgizlər bitməyəcəkdir. 
Bağdaddan Kür üstə gələn durnalar
Göyçənin üstündən ötməyəcəkdir! 
Onlara da çatıb bu zülmün səsi... 
  
Göyçə bir də bayram etməyəcəkdir! 
Ağbirçək nənələr bu novruz ayı, 
Umub-küsənləri qınamayacaq. 
Axır çərşənbədə bacalar pusub, 
Qızlar öz bəxtini sınamayacaq. 


Didərgin düşübsə hər oğlu, qızı 
Göyçə bir də bayram etməyəcəkdir! 
  
Erkəklər kəsilib, plov bişməyib, 
Şişlər çəkilməmiş sönüb manqallar. 
Oğullar bu yurddan aralı düşüb, 
Kül olub gedibdi odlu tonqallar. 
Yaşıl səmənisi cücərməz qalıb... 
Göyçə bir də bayram etməyəcəkdir! 
  
Gözəl "Dərəçiçək", "Qaraqoyunlu", 
İgid Vedibasar, Zəngəzur kimi... 
Böyük Zəngibasar, Dərəələyəz, 
Çuxur cədd adlanan o Çuxur kimi... 
"Qaçqınlar" adında tarix yazacaq
Göyçə bir də bayram etməyəcəkdir! 
  
Bacada yuvalar quran qaranquş, 
Bu il Göyçə deyib getməyəcəkdir! 
Min illər bu yurdun çağlayan sazı, 
Bu yurdda bir daha ötməyəcəkdir! 
Eşit Azərbaycan, eşit, ay anam, 
Ələsgərin sazı dinməyəcəksə 
Göyçə bir də bayram etməyəcəkdir! 
  
  


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə