Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə19/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   15   16   17   18   19   20   21   22   ...   36

  
İNANA-İNANA 
  
Tut dünyanın nəbzini sən
Toxta inana-inana. 
Şahlar taxtdan uzaq düşdü, 
Taxta inana-inana. 
  
Ovu gözdən ötürdüm mən, 
Nə tapdım, nə götürdüm mən. 
Cavanlığı itirdim mən 
Vaxta inana-inana. 
  
Eldar, qəmi seçdi-ömrüm, 
Yazdan qışa köçdü ömrüm. 
Səmərəsiz keçdi ömrüm 
Baxta inana-inana. 
  
26.01.05. 
  
  
MƏNƏM 
  
Taleyimin diləyi nə? 
Qor darıyan bələyi nə? 
Öz eybini ürəyinə 


Bükən varsa o da mənəm. 
  
Hər olay Tanrı hikməti, 
Hər ömrün yüz hekayəti. 
Məndən başqa bu hilləti
Çəkən varsa o da mənəm. 
  
Bülbül çatmasın qaşını, 
Ağrıtmasın öz başını. 
Yurd eşqiylə göz yaşını 
Tökən varsa o da mənəm. 
  
Öz hökmü var bir anın da, 
Yanılan çox gümanında. 
Vətən dərdini canında, 
Əkən varsa o da mənəm. 
  
Mənzil yaxın, mənzil uzaq, 
Olan olacaqdı ancaq. 
Bir qayaya çırpılacaq 
Yelkən varsa o da mənəm. 
  
10.02.05. 
  
DÖNMƏDİN 
  


Hakimlərin hökmü keçdi yanımdan, 
Kərəmsizin qılığına dönmədim. 
Zalımlara qulluq etmək zalımlıq, 
Haqsızların yumruğuna dönmədim. 
  
Şöhrət gördüm qapı-qapı tüyünüb, 
Güclü əldə dəyirmansız üyünüb. 
Mən yaltaqlıq qazancımla öyünüb, 
Sarayların sırtığına dönmədim. 
  
Söylə mənə yox vəzifə uğurun, 
Qoyub səni yanı üstə qürurun. 
Yalan əkib, şər becərən məmurun 
Qanqallamış qoruğuna dönmədim. 
  
Keçmək çətin hər suçlunun suçundan, 
Şər asılıb saxtakarın saçından. 
Saxta şöhrət, ucuz loxma ucundan 
Məmurların quyruğuna dönmədim. 
  
Vətən dedim, oda düşdüm, kül oldum, 
Kərəm deyən, Dilqəm deyən tel oldum. 
Yaradanın dərgahında qul oldum, 
Mən bir şahin buyruğuna dönmədim. 
  
6.02.05. 


  
DOYMAQMI OLUR 
  
 Əziz dostum Ġmdadın 55 yaĢı tamam oldu. 
Günlər gəlib elə keçirĠlləri saymaqmı olur? 
  
Vədə ötür, vaxt dolanır, 
Zamanı duymaqmı olur? 
  
Nahaqqı haqqa calayıb, 
Nadanlar eyləməz ayıb… 
Dost sözünü xırdalayıb 
Yetənə qıymaqmı olur? 
  
Həyat bizə cənnətdimi? 
Şöhrətdimi, töhmətdimi? 
Hər adama qismətdimi, 
Yaxşı ad qoymaqmı olur? 
  
Dünya, səndə gözüm yoxdu, 
Ruhum safdı, nəfsim toxdu. 
Deyiləsi sözüm çoxdu
Aləmə yaymaqmı olur? 
  
Eldar, öyrən bu gərdişi, 
Kişilik mərdlərin işi. 


Əsil bir dost, bir mərd kişi… 
İmdaddan doymaqmı olur?! 
  
9.03.06. 
 
BİZİ BÖLGƏLƏRƏ BÖLƏNƏ LƏNƏT 
  
Tufanlar kükrəyib hay-haray düşsə, 
Əlini əlimə yetir, qardaşım. 
Taledən bəxtinə təzə pay düşsə
Millət təsibini götür, qardaşım. 
Dərdli taleyimiz düyünə düşüb, 
Onu kim açacaq bizdən irəli? 
Düşmən bu torpağın iyinə düşüb, 
Dərdi kim qucacaq bizdən irəli? 
Bizim haqqımıza göz yumur dünya, 
Budur müsəlmana mərhəmət deyir. 
Demokrasiya adlı yalan bir xülya, 
Qanlar tökə-tökə ədalət deyir. 
Bizim qıymalanan ruhumuz üçün, 
Ürəkdən acıyan həmdərdimiz yox. 
Bizim çox ərköyün düşmənlərimiz
Bizim içimizdə namərdimiz çox. 
Görmək istəməyən birliyimizi, 
Didib, parçalayıb bölümə çəkir. 
Çalağan hökmüylə brliyimizi 
Vurub caynağına ölümə çəkir. 


Düşmənə nə deyək, düşməndi elə, 
Bəs adı adımdan olan necolsun? 
Kəmimi car çəkib, gətirib dilə, 
Yaxşıma kölgələr salan necolsun? 
Söhbət, ay qardaşım, kərtənkələdən, 
İlana zəhəri verəndən gedir. 
Bizim içimizə kürəyimizdən 
Əqrəb tək soxulub, girəndən gedir. 
Söhbət içimizi gəmirib duran, 
Bizə gizli-gizli hürəndən gedir. 
Kimdi bizi salan böhtana-şərə? 
Bizi bölgələrə, məhəllələrə, 
Evlərə, tayfaya böləndi onlar, 
Sonda arxamızca güləndi onlar. 
Bizlər də qoşulub yad ağızlara 
Qənim kəsilirik öz-özümüzə. 
Baxmırıq bu zərbə dəyəcək hara
Balta endiririk öz dizimizə. 
Vəzifə hərisi böhtan axtarır, 
Kiminsə adına yaxmaqdan ötrü. 
Hər çirkin əməlin fövqünə varır, 
Kimisə kürsüdən yıxmaqdan ötrü. 
Bizimsə dərdimiz bir dünya qədər, 
Hələ qan verməkdə Şuşa yaramız. 
Qoy desin dəm tutan bəzi gədələr, 
Hanı Xocalı tək ciyərparamız. 


Hanı on məsçidli qoca İrəvan? 
Hanı Ulu Göyçə, Pəmbək, Zəngəzur. 
Bizə tarix boyu tutublar divan. 
Yüz illik itkilər cavabsız durur. 
Bizim bölünməli günümüzmü var? 
Qoyun dərdimizlə əlləşə bilək. 
Tutmayın arxadan qollarımızı, 
Cəllad düşmənlərlə güləşə bilək. 
Bizi bölgələrə, məhəllələrə, 
Bizi tayfalara bölənə lənət. 
Bizi bütövlüyə, eşqə, hünərə, 
Birliyə, dirliyə, çəkənə rəhmət. 
Bizə cibimizdən, şöhrətimizdən, 
Bizə varımızdan, dövlətimizdən, 
Bizə canımızdan, al qanımızdan 
Çox-çox öndə olan böyük cahan var, 
Cahandan irəli Azərbaycan var! 
  
20.03.05. 
  
BAĞIŞLA, TANRI 
  
İlk dəfə ömrümdə yalan danışdım, 
İlk dəfə yamana yaxşı dedim mən. 
Cılız bir həyatla zorən barışdım, 
Təpəyə zirvənin qaşı dedim mən. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə