Sən məNİ aldada biLMƏZSƏN, DÜnya



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə27/36
tarix19.07.2018
ölçüsü0,79 Mb.
#56727
1   ...   23   24   25   26   27   28   29   30   ...   36

mənim qardaşım, 
Ayıq-sayıq olmaq 
vaxtı çatıbdı. 
Sən kimi seçirsən 
tanımalısan, 
Şəkərə, paltara, 
yağlı vədlərə 
İnsansan özünü 
qınamalısan. 
Ağlını, hissini, 
öz iradəni 
Sən öz seçiminlə 
sınamalısan. 
Burda millət eşqi, 
millət təsibi, 
Vətənin gələcək 
taleyi durur. 
"Vətən", "millət" deyib 
hay-haray salan, 
Rüşvətxor, riyakar 
kələyi durur. 
Elə buna görə- 
  
Sən xalqa ürəkdən yanan oğul seç, 
Vətənitn dərdini qanan oğul seç. 
Canını el üçün yonan oğul seç, 


Yağlı dil tökənə aldanma, xalqım. 
  
Təsibsiz bu yükü çəkməyəcəkdi, 
Bu xalqın şumunu əkməyəcəkdi. 
Dünən tikməyibsə, tikməyəcəkdi, 
Bu gün ev tikənə aldanma, xalqım. 
  
Düşməni özünə arxa bilənə
Yaltağa, satqına, üzə gülənə. 
Qapı-qapı gəzib sizə gələnə, 
Boynunu bükənə aldanma, xalqım. 
  
Harın bir məmurun sərvətinə bax, 
Millətə qoyduğu hörmətinə bax. 
Asfaltın dünənki qiymətinə bax, 
Gecə yol çəkənə aldanma, xalqım. 
  
Burda həyasızlar at oynadacaq, 
Noğul paylayacaq, küt oynadacaq. 
Cır-cında fırladıb, çit oynadacaq
Sən gödənsökənə aldanma, xalqım. 
  
Qardaşın olsa da saxtakar adam, 
Göstərmə etimad, göstərmə inam. 
Bu gün əsl seçim, dürlü bir məqam… 
Vaxtsız şum əkənə aldanma, xalqım. 


  
Seçimə gedirsən, uğurlar olsun… 
Azərbaycan adlı bir məmləkətə, 
Namusa, qeyrətə ver öz səsini! 
Əyilməz, yenilməz, ünlü millətə, 
Haqqa, ədalətə ver öz səsini! 
Seçimə gedirsən ehtiyatlı ol, 
Sırtıq şeytanlara aldanma, xalqım! 
Seçimə gedirsən qətiyyətli ol
Şirin yalanlara aldanma, xalqım! 
  
8.08.2005. 
  
DEDİLƏR 
  
"Düz danıĢan düzdə qalıb. 
"Atalar sözü. 
  
Düz danışan düzdə qala bilərsən, 
Bu zamanda quyruq oynat, dedilər. 
Yaltaqlardan dala qalma, dala sən, 
Birindən öt, birinə çat, dedilər. 
  
Qara qatıq boğanaqdan keçəcək, 
Qıl örkənlər doğanaqdan keçəcək. 
Qohum- qardaş çox sınaqdan keçəcək, 


Birinə at, birini sat, dedilər. 
  
Halal unu ələyəmməz ələyin, 
Yüz tər töksən çıxan deyil çörəyin. 
Gördün vermir bir şəhadət ürəyin, 
Dön özünü özün aldat, dedilər. 
  
Yalan burda məddahlığın baş tacı, 
Çalış demə, oraq əyri, duz acı. 
Tapa bilsən öz dərdinə əlacı, 
Əyriliklə başını qat, dedilər. 
  
Bu ölkədə sən ucalmaq istəsən, 
Qara sudan qaymaq almaq istəsən. 
Adlı- sanlı "kişi" olmaq istəsən, 
İtə ot at, ata ət at, dedilər. 
  
11.07.2003. 
  
ALA BİLMƏZ 
  
Mən bir dağam əsən külək, 
Çəni məndən ala bilməz. 
Bir aranam, qara bulud 
Günü məndən ala bilməz. 
  


Ana torpaq, sözün düzü 
İlk andımdı Vətən sözü. 
Mən ölməmiş ölüm özü 
Səni məndən ala bilməz. 
  
Eldar, elə, eylik qalar, 
Yad bacarsa böhtan calar. 
Dünyagirlər meydan sular, 
Məni məndən ala bilməz. 
  
10.10.89. 
  
ALLAHA PƏNAH 
  
Bir narahatlıq, 
bir sıxıntı gəzir canımda. 
Dərin bir kədər
sonsuz iztirab 
dolanır qanımda. 
Səksən səkkiz 
didərgin düşdüyüm. 
Səksən doqquz 
haqsızlıq içində 
qovrulub bişdiyim. 
Doxsanıncı ildə 
qan axıdıb 


canımdan keçdiyim. 
İndi doxsan birdəyəm. 
Nə göydəyəm, 
nə yerdəyəm. 
Açılacaq səhər, 
gələcək sabah. 
Nə deyim hələ 
Allaha pənah! 
  
1.01.1991. 
  
TALEYİN ATKEÇMƏZ ÇIĞIRI ÇOXDU 
  
Televiziya ekranında ərəb qadınının ağladığını çox görmüĢəm. Ancaq Ġsrail qadınının 
ağladığını görməmiĢdim. Bu günlərdə Ġraqdan atılan raketdən sonra yəhudi qadınının da 
ağladığını gördüm. 
  
Göz yaşı görəndə göynəyirəm mən, 
Niyə ağlayırsan, niyə bilmirəm? 
Heyif ki, bir anlıq görüşüb sənlə, 
Sözümü üzünə deyə bilmirəm! 
Ağlamaq nə demək, onu de görüm... 
Özgə ağlayanda ağlayıbsanmı? 
Ərəb qadınının oğlu öləndə 
Sən də öz sinəni dağlayıbsanmı? 
Taleyin enişli, yoxuşlu yolu, 
Taleyin atkeçməz cığırı çoxdu. 


  
Məzlumun halına dodaq büzənin 
Əvvəli olsa da axırı yoxdu. 
Nə deyim,Hərənin bir ürəyi var. 
Qan tökmək nə imiş? anlayıbsanmı? 
Sən bir yəhudini qan tökmək üstə, 
De görüm bircə yolm danlayıbsanmı? 
Nahaq qan heç zaman batmaz demişlər. 
Haçansa qılınc tək sıyrılacaqdı. 
Suyu süddən seçən gələcək bir gün
Haqq o vaxt nahaqdan   ayrılacaqdı. 
Bəs sənin oğulun bilmirmi məgər, 
Tamam sönə bilməz yanan ocaqlar. 
Özgə anasını ağladan yerdə 
Onun anasını ağladacaqlar! 
  
27.01.91 
  
ZAMANIN 
  
Tanrı məni mən olmağa yaradıb, 
Dağ başında çən olmağa yaradıb. 
Haqqa tərəf yol olmağa yaradıb, 
Heyrət dolu odasıyam zamanın. 
  
  


Vətən dərdi ürəyimi gəmirən, 
Öz qəzəbim öz içimə gömülən. 
Dörd yanını ağ ləpələr sümürən, 
Özüm boyda adasıyam zamanın. 
  
Yer şumladım, nə götürdüm əkindən, 
Haray çəkdim bu həyatın yükündən. 
Mən lal olsam dilim qopar kökündən, 
Bir hayqıran sədasıyam zamanın. 
  
Dəm tutmadım, yüyən vurdum nəfsimə, 
Pərsəng əllər ütük çəkdi tərsimə. 
Arif kəslər qulaq asdı səsimə, 
Gördülər ki, şeydasıyam zamanın. 
  
Bir şair də bir nəfərdi deməyin
Bir ömür də bu qədərdi deməyin. 
Mənə baxıb bəxtəvərdi deməyin, 
Qurbanıyam, fədasıyam zamanın. 
  
Bir şahinəm gözə perik görünən, 
Bir insanam dərdi şərik görünən. 
Bəzən güclü, bəzən ləlik görünən 
Sualıyam, nidasıyam zamanın! 
  
21.10.99. 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə