Sengiyn Erdene (Monqolustan) ÜRƏKDƏ daş (hekayələr) Bakı – “Təknur” – 2013



Yüklə 201,87 Kb.
Pdf görüntüsü
səhifə8/8
tarix30.12.2017
ölçüsü201,87 Kb.
#18740
1   2   3   4   5   6   7   8

30

Meşəbəyi özünün qoca, boz madyanında bir az yana əyil-

miş halda oturmuş və diqqətlə meşənin dərinliyinə baxırdı. 

Onun geniş kəmərinə qınında olan uzun bıçaq dürtülmüşdü. 

Çiynindən isə köhnə tüfəng asılmışdı. O, sanki paravoz kimi 

çubuğunu  tüstülədirdi.  Meşəbəyinin  başında  köhnə  başlıq 

vardı, onun da yarı açılmış qulaqlıqları küləkdə yellənirdi.

Meşəbəyinin  boz  madyanı  bu  yerlərə  elə  öyrənmişdi 

ki, yol gedərkən keçmək üçün özünə rahat yer seçirdi. Mən 

hərəkət edəndə isə kollar və budaqlar bəzən üzümə dəyir-

di. Atım güclə boz madyana çatırdı. Tezliklə meşə büsbütün 

işıqlaşdı. Lakin mənə elə gəlirdi ki, qayalar və ağaclrın kötük-

ləri iri ayılar və qəzəbli qabanlardır.

Birdən bizim atlarımız nədənsə öztərini narahat hiss et-

dilər və qulaqlarını şəklədilər. Meşəbəyi tez atdan sıçradı, elə 

o andaca tüfəngi çiynindən götürdü və yüyəni üstümə atıb, 

zülmət boşluğa daxil oldu. Bir neçə dəqiqə keçdi. Atlar qəf-

lətən kənara sıçradılar. Elə bu vaxt atəş səsi bütün tayqanı 

bürüdü.  Yenə  də  sakitlik  çökdü.  Quşların  cikkiltisindən  və 

çayların şırıltısından başqa heç nə eşidilmirdi. Mən atəş səsi 

gələn tərəfə tələsdim.

Meşəbəyi kötüyün üstündə oturub, qəlyanını tüstülədir, 

onun ayaqlarının yanında isə iri ayı uzanmışdı.

Biz qərara gəldik ki, dağ çayının yanında dincələk. Bu-

rada biz tonqal qaladıq, çay qoyduq və tonqalın yanında əy-

ləşdik. Mən meşənin səsinə fikir verdim. Həm quşların səsi, 

həm  çayların  şırıltısı,  həm  də  yarpaqların  xışıltısı  -  bütün 

bunlar meşə simfoniyasını yaradırdı.

Meşəbəyi dərindən köks ötürüb:

- Mənim Xonqor-Zulum məni həmişə burada qarşılayar-

dı, - deyə o, dilləndi.

Mən nəzərlərimi ona dikib nəfəsimi dərmədən onun he-

kayətini gözləyirdim.

- Xonqor-Zul çox qəribə qız idi, - deyə meşəbəyi söhbə-

tinə başladı. - O, sanki meşə pərisi, bu cənnətin hökmdarı idi. 



31

O, təbiətin çox sirlərini mənə öyrətmişdi. Mənim kiçik qar-

daşım, sən bilirsən, o, necə qeyri-adi qız idi? O, çiçəklərdən 

doğulmuşdu. O, bilirdi ki, hansı günlər novruzgülü açılacaq, 

nə vaxt meşə gilasının tumurcuğu partlayacaq. O, bu tayqa-

nın gözəlliyi idi.

Xonqor-Zul tez-tez mənə deyərdi ki, hər yerdə güllər-çiçək-

lər bitib. Səhər tezdən o, çiçəkləri və ağacların yarpaqlarını ağ-

zına alar və deyərdi ki, bu şehlər daimi həyatın mənbəyidir. O, 

bütün gülləri və giləmeyvələri rayihələrinə görə tanıyırdı. Hə, 

Xonqor-Zul həqiqətən çiçəklərdən doğulmuşdu.

O, əsmər bənizli, aydın qara gözlü, al dodaqlı bir gözəl 

idi. Onun gözəl qaməti vardı. Ana təbiət özündə nə yaxşı şey 

vardısa,  ona  bəxş  etmişdi.  Biz  birgə  böyüyürdük.  Uşaqlıq-

dan dostluq edir və varlı Qardın qoyunlarını otarırdıq. İllər 

keçdi. «Qoy Qardın Manqusun (monqol nağıllarında əjdaha, 

div) işıldayan hər şeyi görən gözləri mənim Xonqor-Zulumu 

görən yerdə kor olaydı. O vaxt qızın cəmi on yeddi yaşı vardı. 

Qard onu öz gənc oğluna aldı. Oğlan o qədər axmaq idi ki, sağ 

və sol tərəfi ayırd edə bilmirdi.

Beləliklə, Qardın oğlu mənim Xonqor-Zulumu özünə ar-

vad elədi. O, daim qızı alaçıqda bağlı saxlayır, özündən bir 

addım belə kənara qoymurdu. Oğlan onun üzünə ilan kimi 

fısıldayır, vəhşi heyvan kimi nərildəyirdi. O, qızı hər yetənə 

qısqanırdı. Gənc həm də, tez-tez Xonqor-Zulu döyürdü. Ya-

zıq Xonqol-Zul arıqladı və get-gedə kökündən ayrılmış çiçək 

kimi  solmağa  başladı.  Onun  qara  gözləri  çuxura  düşdü  və 

tutqunlaşdı, onun al-qıımızı dodaqları göyərdi.

- Hərçənd mənim bədənim ləkələnib, lakin mənim sənə 

olan dostluğum müqəddəsdlr, - deyə o, bir dəfə gizlin görü-

şümüz zamanı mənə bildirdi.

Yaz gəldi, çaytar aşıb-daşdı, ağaclar tumurcuqlandı, quş-

lar uçub gəldilər.

Qardın gic oğlu atından düşməyərək, arvadını qoruyurdu.

Meşələr  yaşıllaşdı  və  quşların  oxuması  ətrafa  yayıldı. 



32

Günəş parlaq işıq saçdı. Yer çiçəklərlə örtüldü, Xonqor-Zulun 

gözlərini isə kədər-qəm dumanı bürümüşdü. O, insanlara se-

vinc bəxş edən gülüşü yaddan çıxarmışdı.

Yayın ilk ayı idi. Birdən camaat arasında səs yayıldı ki, 

Qardın gəlini qaçıb.

Xonqor-Zul  mənə  burada  rast  gəldi.  Dağlar  və  tayqa 

bizim doğma evimizə çevrildi və onlar bizi xəbis adamlar-

dan gizlədirdilər. Buradakı dağ çayları bizim yanğımızı sön-

dürür,  meşələrin  giləmeyvələri  isə  bizim  azuqəmiz  oldu. 

Xonqor-Zulun əvvəlki gözəlliyi yenə də özünə qayıtdı.

Buludsuz, aydın yay gecələrində ulduzlar məhəbbətimi-

zi qoruyur, sərin külək bizi tumarlayırdı. Quşlar gözətçilər 

kimi  başımızın  üzərində  uçuşur,  mağaralar  bizi  qoynuna 

alır, ağaclar öz kölgələri ilə bizi qızmar Günəşdən qoruyur-

du. Manqus Qardın gic oğlu isə bizi tapa bilmədiyindən hir-

sindən dişlərini qıcayır, dodaqlarını gəmirirdi. O, dağlarda, 

meşələrdə vurnuxur, adamlarda qorxu, dəhşət yaradırdı.

Hərçənd Xonqor-Zul çiçəklərdən yaranmışdı, o, adamlar 

üçün darıxmağa başladı və biz tayqadan çıxdıq. Kim ağlına 

gətirə  bilərdi  ki,  burada  bizi  qəm-kədər  gözləyir.  Bir  gün 

mən ova getdikdən sonra Qardın oğlu Xonqor-Zulunu tapdı 

və onu boğdu.

Mənim dərdimin sonu yox idi. Mən qəzəblənərək, Qar-

dın oğlunun başını əzdim, onu xıncım-xıncım etdim, alaçığını 

yandırıb burdan uzaqlaşdım.

Mən  doğma  yerlərə  yalnız  köhnə,  ədalətsiz  hökumət 

dev riləndən və yeni inqilabi qaydalar bərpa ediləndən sonra 

qayıtdım. Onda sən hələ balaca idin, beşikdə yatırdın və bil-

mirdin ki, əvvəllər adamlar necə acınacaqlı vəziyyətdə yaşa-

yırdılar.

Meşəbəyi əyilib ayağının yanındakı çiçəyin butasını sı-

ğalladı.

- Mənim yazıq Xonqor-Zulum. O, bu çiçəkdən doğulmuş-

du, - bunu deyərkən onun səsi titrədi.



33

 

YOLDA

Y

azda  elə  günlər  olur  ki,  bəzən  insan  ayağı  dəy-



məyən  çöldə  külək  cövlan  edir.  O  bir  tərəfdən 

başqa  səmtə  vurnuxur,  fit  çalır,  ulayır,  inildəyir. 

Yolda güclə nəzərə çarpan kələ-kötür boz qayalarda külək 

dolaşaları, qumu qovur, yolda olan keçənilki ağımtıl otla ör-

tülmüş sahədə o süpürüm bitkisinin dalınca qaçır.

Lakin heç bir külək və boran həyatın səs-küyünü, gurul-

tusunu boğa, batıra bilməz. Bu adam olmayan yerdə dolaşan-

lar qışqırışır, qartallar qarıldaşırlar.

Belə yaz günlərinin birində çölü elə bir qeyri-adi səs-küy, 

gurultu bürüdü ki, dünyanın yaranmasından o beləsini eşit-

məmiş və görməmişdi.

Yolda möhkəm səs salaraq boz kələ-kötür qayalıqlarda 

güclə görünən iyirmi dörd nəhəng başqa yola, keçənilki sü-

pürüm bitkisi ilə örtülü sahəyə keçdi. Bu vaxta kimi bu çöl 

qədim tarixdən bu yana yalnız vəhşi atların kişnərtisini və 

tufan zamanı ildırımın səsini eşitmişdi. İyirmi dörd nəhən-




34

gin gurultusu çöl üçün əcaib bir şey idi.

İyirmi dörd nəhəng - bu, iyirmi dörd traktor idi. Onlar-

dan iyirmi üçündə bir sürücü oturmuşdu, iyirmi dördüncüdə 

isə sürücüdən başqa, iki adam da vardı. Bu traktor yedək-

lə içində çadırlar, yataq ləvazimatları və ehtiyat azuqə olan 

balaca vaqonu dartırdı. Sürücünün yanında qucağında uşaq 

olan qadın oturmuşdu.

Traktor kolonu xam torpaqla yeni dövlət təsərrüfatı ya-

radıcalaq  yerə  hərəkət  edirdi.  İrəlidəki  traktoru  şəhərliyə 

oxşayan gənc idarə edirdi. O, fikirləşirdi: ”Əgər biz o yoxuşu 

qalxsaq, tezliklə deyilən yerə çatarıq. Dayanmadan hərəkət 

etsək, axşama ordayıq. Bizimkilər yorulublar, yemək istəyir-

lər. Yaxşı olardı ki, arvadımı və oğlumu yedizdirim. Onlara 

istirahət verim”. Onun arvadı axırıncı traktorda oturmuş və 

ehtiyatla uşağı sinəsinə sıxmışdı. İrəlidəki traktorun sürücü-

sü arxaya çevrlləndə qadına əl elədi, gülümsədi və bu zaman 

tozlu sifətində onun qar kimi ağ dişləri göründü. Tezliklə çöl 

yenə qeyri-adi bir səs - körpənin şikayətedici səsini eşitdi. 

Gənc qadın uşağı daha möhkəm sinəsinə sıxdı. O, toz basmış 

yorğana bürünmüş balacanı yırğalayır, ona laylay deyir, la-

kin uşaq sakitləşmirdi. Ana oğlunun başına əlini gəzdirir, o, 

isti idi. Deyəsən, xəstələnib. Uşağın atasına demək lazımdır. 

Nə mənası var? O ki, həkim deyil. Bununla bütün kolonu da-

yandırmış olarıq. Bir də ki, birinci traktora kimi göndərmək 

olar?


- Uşağına nə olub? O, sağlamdır? - deyə sürücü qadından 

soruşdu.


- Deyəsən naxoşlayıb.

- Bəs nə edək?

- Bəlkə keçib getdi.

- Hər halda, ərinə demək lazımdır. Qoy dayansın.

- Niyə görə dayanaq? Deyilən yerə çatarıq, onda...

- Yox, indi desək yaxşıdır.

Axırıncı traktorun sürücüsü özünü narahat hiss edir. Bu 



35

gün o, birinci getməli idi, lakin təqsirkar oiduğu üçün müəy-

yən vaxtda dayanacaq zamanı o, qəsəbədə ləngidiyindən və 

yola düşməyə gecikdiyindən cəza olaraq ona axırda, quyruq-

da gəlməyi tapşırdılar.

Külək qurumuş otu xışıldadır. Ala-bula dolaşalar qışqırı-

şırlar. Axırıncı traktorda isə uşaq ağlayır. Təyin olunmuş yerə 

isə hələ çox qalıb. Əvvəlki traktorda oianlara məlum oldu ki, 

uşaq xəstələnib. Onlar bunu hardan bildilər, təsəvvürə gə-

tirmək mümkün deyildi. Heç kəs qışqırmamışdı, traktorları 

dayandırmamışdı. Hər bir sürücü arada geri dönür və başqa-

sının işarəsindən nə baş verdiyindən xəbər tutmuşdu. On-

lar yollarına davam etdikləri zaman bir-birləri ilə bax, belə 

əlaqə saxlayırdılar. Sürücülərə nə külək, nə də traktorların 

gurultusu mane ola bilmirdi.

Əgər bələdçi traktor dayanmış olsaydı, o biri iyirmi üçü 

də dayanacaqdı. Lakin o dayanmırdı - çöl boyu məqsədə doğ-

ru qətiyyətlə hərəkət edirdi.

İkiqat parça çadırda 3 nəfər uzanıb: kişi və qadın - ər və 

arvad. Balaca uşaq - oğul onların arasındadır. O, qızınıb və 

dinmir. Ər süngər kimi kobudlaşmış ovcu ilə arvadının yum-

şaq əlini tumarlayır:

- Əzizim, sakit ol. Balacaya dərman verdilər. Hərarəti indi 

düşəcək. Sizin hər ikiniz yorulmusunuz, vəssalam. Çox çətin 

yoldur... Yaxşı olardı ki, siz sonra gələydiniz...

- Hə, biz sənsiz bir gün belə yaşaya bilmərik, - deyə qadın 

dilləndi.

O, dərindən nəfəs aldı:

- Yaxşı, sən heç narahat olma. Hər şey qaydasında olacaq. 

Oğlumun hərarəti mütləq düşəcək. Səhərə yaxın külək daya-

nacaq, hava yaxşı, günəşli olacaq.




36

 

AĞ çİçƏK

B

elə gözəl payız günündə, Günəşin nəvazişli şüaları 



altında hər şey - dağlar və çaylar, heyvanlar, quşlar 

və həşəratlar nazlanırlar. Düşərgənin ucsuz-bucaq-

sız ənginlikləri üzərindəki buludsuz göy üzündə açıq mavi 

tüstü çöl çiçəklərinə ətir saçdı. Dünyamız necə də gözəldir?!

Şəhərin kənarında, şəffaf suyu olan balaca gölün yanın-

da yaranan kiçik çayın sahilində tikinti üçün çınqıl götürülən 

yerdə  iki  qız,  bir  oğlan  uzanmışdıiar.  Onlann  uzandıqları 

dar dərədəki böyük daşın böyründə Qu quşu lələyinə oxşar 

bir ağ gül bitmişdi. Gülün nazik gövdəsi və beş yana əyilmiş 

ləçəkləri vardı. Çiçək, uşaqlar kimi, Günəşin şüaları altında 

nazlanırdı.

Oğlan  arıqdır,  gündən  yanmış  ayaqları  sıyrıntılarla  ör-

tülmüşdür. Qızların çiyinləri və əlləri ağ və zərifdir. Oğlanın 

baxışları xəyala dalmış kimi göyə baxır. Qızlar isə fikirli halda 

çiçəyə tamaşa edirdilər.

- Yazıq, burada tamam tək bitmişdir, - deyə qızlardan biri 




37

dilləndi.

- Təklik pis şeydir, - deyə o biri qız onun dediyini təsdiq 

etdi.


Qızın meşə gilası kimi qara gözlərində günəşin şüaları 

bərq vururdu.

- Mən bilirəm, yayda sən olmayanda çox darıxırdım.

- O gör necə zərif və ağdır! Necə olub ki, o bu daşda bitib?

- Bacarıb də. Yəqin o çox istəyib ki, bitsin.

- O tezliklə solacaq.

- Gələn il isə yenə bitəcək, görərsən!

Qızların  boş-boşuna  danışıqları  xəyaia  dalmış  oğlanı 

bezdirdi. Özünü böyük kişilərə oxşatmağa çalışan oğlan cid-

di görkəm alıb, dedi:

- O yenidən necə bitəcək?

- Kökündən. Axı kökü qalacaq.

- Heç də yox! Çiçəklə birgə o da quruyacaq.

- Düz deyil! Budur, gələn payız gələrik və görərik,- deyə 

bir qız etiraz etdi.

Özünü sındırılmış kimi hiss edən və deməyə söz tapma-

yan oğlan əlini çiçəyə uzadaraq, onu qopartdı.

- Sən necə yaramaz adamsan! - deyə hər iki qız qışqırdı. 

Qaragözlü qız isə yerindən sıçrayıb bildirdi.

- Bundan belə biz səninlə heç yana gəzməyə getməyəcəyik.

Və qızlar çıxıb getdilər.

- Bunlara bax, necə dəymədüşərdirlər. İstəmirsiz, lazım 

deyil! - deyə oğlan onların dalınca söyləndi.

Və, birdən qopardığı çiçəyə baxıb, oğlan öz hərəkətindən 

utandı. Onun qopardığı çiçəyə yazığı gəldi.



38

 

NATİQ SƏfİYEV  

HAQQINDA

Natiq  Yusif  oğlu  Səfiyev 

1939-cu  il  mart  ayınm  21-də 

Bakı  şəhərində  həkim  ailəsində 

anadan olmuşdur.

1957-ci ildə Quba rayonu Al-

pan kənd orta məktəbini qurtar-

mışdır.


1962-ci  ildə  Azərbaycan 

Pedaqoji Universitetini, 1974-cü 

ildə Azərbaycan Rus dili və Ədə-

biyyatı  İnstitutunu,  indiki  Slav-

yan  Universitetini  müvəffəqiy-

yətlə bitirmişdir.

1965-ci  ildən  2008-ci  ilin 

sonlarına kimi Abşeron rayonu, Xırdalan qəsəbə (indi şəhər) 

orta məktəbində müəllim işləmişdir.

1963-cü  ildən  respublikanın  dövri  mətbuatında  jurna-

listlik fəaliyyətinə başlamışdır. O, “Qızıl qələm” media müka-

fatına layiq görülmüşdür.

Natiq Səfiyev məktəbdə işlədiyi müddətdə 6 ümumittifaq 

və 14 respublika pedaqoji mühazirələrində və elmi-praktik 

konfranslarında məruzələr etmiş, IV və V ümumittifaq mü-

hazirələrindən II və I dərəcəli mükafatlarla vətənə qayıtmış-

dır. 1981-ci ildə müəllim mühazirələri müsabiqəsində II yeri 

tutmuş və SSRİ Pedaqoji Elmlər Akademiyasının fəxri diplo-

muna layiq görülmüşdür.

Natiq Səfiyevin indiyədək iki metodiki, iki tərcümə (“Qə-

ribə tütək”, “Köhnə dəyirman”), üç memuar (“Məni yaşadan 

xatirələr”, “Yadda qalan günlərim”, “Ömür salnaməsi”), didak-

tik hekayələr toplusu (“Babam mənim”), fotoalbom (“İşıqlı 



39

dünyam” və “Nicat” (hekayələr)) kitabları çapdan çıxmışdır.

Onun haqqında yüzdən çox məqalə, oçerk, üç kitab yazıl-

mışdır (Akif Şahverdiyev “Ömrə sığmayan həyat”, Güntəkin 

İlyasova “Natiq Səfiyev - “Biblioqrafik göstərici”, Hikmət Mə-

likzadə “40 il mətbuatda”).

O,  məktəbdə  çalışdığı  müddətdə  1  yaradıcı  diplom,  46 

fəxri fərman, 5 təşəkkür məktubu və 5 nişan almışdır. 1989-

cu ildə ona “Əmək veteranı” medalı verilmişdir.

Natiq Səfiyev 1996-cı ildən Azərbaycan Jurnalistlər Bir-

liyinin, 2006-cı ildən isə Azərbaycan Yazıçılar Birliyinin üz-

vüdür.


Onun 3 qızı və 6 nəvəsi var.

Hal-hazırda təqaüddədir.




40

 

MÜNDƏRİCAT

Yazıçı Sengyin Erdene haqqında ............................................3

Ürəkdə daş .......................................................................................4

Yeni alaçıq ........................................................................................6

Ana ......................................................................................................9

Çəpiş ...................................................................................................13

Həyat dərsi .......................................................................................17

İntiqam ..............................................................................................21

Pinəçi ..................................................................................................25

Xonqor-Zul .......................................................................................28

Yolda ...................................................................................................33

Ağ çiçək .............................................................................................36

Natiq Səfiyev haqqında ...............................................................38



41

Qeydlər



~~~~~~~~~~~~~~~~~~~~~~~

Çapa imzalanmışdır: 29.07.2013.

Kağız formatı: 60х84 1/16. Həcmi: 2,6ç.v.

Sifariş 26. Tiraj 300.

«Тəknur» ММC-nin mətbəəsində

hazır elektronvariantdan çap olunmuşdur.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Mətbəə kitabın məzmununa, yazı üslubuna, orfoqrafiya

və qrammatikasına görə heç bir cavabdehlik daşımır.

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

Mətbəənin direktoru: Ələkbər Məmmədov

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~



Тelefon: 408-86-23; 050-222-40-25.

Yüklə 201,87 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə