SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə17/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   13   14   15   16   17   18   19   20   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

mutəvatir xəbərlərin
səhihliyi
və bunları 
təsdiqləmək məsələsində 
ittifaq
halındadırlar. Bəli, artıq buna 
Mürtəza, Saduq və Şeyx Təbərsi muxalif olmuşdur. Onlar belə 
hökm vermişdilər ki, iki üzlük arasında olan Quran, təhrif 
edilmədən və dəyişdirilmədən nazil olmuş Qurandır. Açıq-aşkardır 
ki, bu söz (yəni: təhrifi inkar etmək) çox saylı məsləhətlərdən (yəni: 
təqiyyədən) ötrü onlar tərəfindən deyilmişdir. Bu məsləhətlərdən 
biri də Qurana tənə etmək qapısını bağlamaq olmuşdur. Çünki 
Quranda təhrif caiz olsaydı onun hökm və qaydalarına necə əməl 
etmək olardı?” (Nemətullah əl-Cəzairi “Əl-Ənvərun-Numaniyyə” 
2/357-358). 
Nemətullah əl-Cəzairi qeyd etmişdir ki, vaxtı ilə Quranda 
imamların təriflənməsinə və səhabələrin pislənməsinə dair ayələr 
olmuşdur. Səhabələr isə bu ayələri Qurandan çıxardaraq onu 
dəyişdirmişdirlər (“Əl-Ənvərun-Numaniyyə” 1/97). 
1
“Luluətul-Bəhreyn” və “əd-Durarun-Nəcəfiyyə” adlı kitabların müəllifidir. 
Hədisdə və fiqihdə mahir bir alim idi. Onun bioqrafiyası üçün bax! “Əyanuş-şiə” 
10/317. 
2
Şiənin böyük bir mühəddisi və kəlamçısıdır. “Nəhcul-Bələğa”nı şərh 
etmişdir. Onun bioqrafiyası üçün bax! Ravdatul-Cənnə 7/204.


19 
Nemətullah əl-Cəzairi həmin kitabında bir sualı belə 
cavablandırır: “Əgər deyilsə ki, Quranın dəyişdirilməsi ilə birgə
onu oxumaq necə mümkün olur?” (Cavabında) mən deyirəm: “Artıq 
xəbərlərdə məsumlardan rəvayət olunmuşdur ki, onlar öz şiələrinə 
əldə mövcud olan Quranı namazda və başqa ibadətlərdə oxumağı və 
onun hökümlərilə əməl etməyi əmr etmişdilər. O vaxtacan ki, 
ağamız Sahib əz-Zaman zühur edəcək və insanların əllərində olan 
Quranı səmaya qaldıracaq, əmirul-mumininin (Əlinin) yazdığı 
Quranı ortaya çıxaracaq, onu oxuyacaq və onun hökmləri ilə əməl 
edəcək.” (“Ənvərun-Numaniyyə”2/363). 
Hörmətli oxucu!
Nəzərinə çatdırım ki, belə bir əqidəyə sahib 
olmaq Əhli-sünnətə görə küfrdür. Əhli-sünnət alimlərindən olan İbn 
Qudamə demişdir: “Müsəlmanlar arasında ixtilaf yoxdur ki, əgər bir 
şəxs Qurandan bir surəni və ya bir ayəni, yaxud bir kəlməni və ya 
bir hərfi belə inkar etsə o, ittifaqla kafirdir.” (“Lumatul-Etiqad” səh. 
19). 
Qazi İyad “əş-Şifa” adlı kitabında belə deyir: “Bil ki, kim 
Quranın, yaxud müshəfin nəyinəsə qiymətsiz bir şey kimi baxsa
yaxud onları söysə, ya da ki, onu və ya ondan bir şeyi, yaxud onda 
göstərilən bir hökmü və ya xəbəri yalan saysa, yaxud onun 
(Quranın) inkar etdiyini isbat etsə və ya onun isbat etdiyini bilə-bilə 
inkar etsə, yaxud ondan bir şeyə şəkk etsə, o şəxs, bütünlüklə elm 
əhlinin nəzərində kafir sayılar.” 
Belə bir hökmü Şeyxulislam İbn Teymiyyə də “Sarimul-
Məslul” adlı kitabının 586-cı səhifəsində qeyd etmişdir. 
Amma indi baxın və görün ki, yuxarıda küfrlə dolu olan 
sözlərini qeyd etdiyim Nemətullah əl-Cəzairi barəsində şiə alimləri 
nə fikirdədir: 
Hurr Amili onun barəsində belə deyir: “Əs-seyyid Nemətullah 
ibn Abdullah əl-Huseyni əl-Cəzairi qədir-qəyməti böyük olan 
fəzilətli, araşdırıcı bir alimdir...” (“Əməlul-Amil”2/336).
Abbas əl-Qummi demişdir: “Çoxlu əsərlərin sahibi, qədir-
qiyməti uca, fəzilətli və alim olan bir araşdırıcı idi. Təfsirdə, hədis 
və fiqhdə, ərəb dili və ədəbiyyatında öz əsrində yeganə bir şəxs idi.” 


20 
(“Əl-kunə vəl-Əlqab” 3/298). Əlavə olaraq “Ravdatul-
Cənnə”8/138-ci səhifəyə müraciət et!
Bütün bunlarla yanaşı Hicri 1320-ci ildə vəfat etmiş məhşur 
şiə alimi Nuri ət-Təbərsi Quranın təhrifini isbat etməkdən ötrü 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə