SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

“əl-Müşafəhə”
və ya 
“əs-
Səma”
deyilir. Beləcə Quranın on müxtəlif oxunuş forması əmələ gəldi ki, bu 
formaların hamısı da Peyğəmbər (saləllahu aleyhi və səlləm) tərəfindən əshabına 
öyrədilmişdir. Bu on qarinin hər biri bir qiraət formasını tabiinlərdən (səhabələrin 
tələbələrindən) və tabiinlər də Peyğəmbərin əshabından öyrənmişdirlər. Daha 
sonralar bu qiraətlər bu on qarinin vasitəsi ilə gələcək nəsillərə ötürüldüyündən, 
bu on qarinin adı ilə məhşurlaşmış və onların adları ilə adlandırılmışdır. Quranı 
bu on qarinin hər birisindən də iki tələbəsi nəql etmişdir. Bu gün yer üzərində ən 
çox oxunan qiraət, Həfsin öz ustadı İmam Asimdən nəql etdiyi qiraətdir. Demək 
olar ki, Quran-i Kərim dünyanın hər yerində bu qiraətlə oxunur. İmam Asim də 
Quran qiraətini Abdullah ibn Həbib əs-Süləmidən və Zirr ibn Hubeyşdən, onlar 
isə Osman, Əli, ibn Məsud, Ubey ibn Kəb və Zeyd ibn Sabitdən, bu beş səhabə 
isə Peyğəmbərdən (saləllahu aleyhi və səlləm) rəvayət etmişlər. Bu gün Quran 
nüsxələrinin əksəriyyəti Asim qiraətinə görə hərəkələnir. Ancaq digər qiraətlərdə 
də Quran nüsxələri çap olunmaqdadır. 


14 
ibn 
Süleymanın 
həyatına 
(tərcümeyi-halına) 
yer 
verməmişdirlər. Yalnız Tusi öz ricalında onun tərcümeyi-
halına yer vermiş və Həfsi İmam Cəfərin tələbələrindən 
saymışdır. (“Rical ət-Tusi” səh.189) Ancaq onun şiə, yaxud 
etibarlı və ya yalançı ravi olduğunu qeyd etməmişdir. 
Ayətullah ət-Tustəri də “Qamus ər-rical” (3/582) əsərində 
Həfsin tərcümeyi-halına yer vermiş, ancaq onun şiə ravisi 
olduğunu isbat edə bilməmişdir. 
4.
Sual verilsə ki: “Onun İ. Cəfərin tələbələrindən olması, şiə 
olmasının isbatı deyilmi?” Cavabım belə olacaq: “Əlbətdə ki, 
xeyr”. Çünki şiə alimlərinin özlərinin də dediyi kimi
imamların əshabı (yəni: dostları, tələbələri) içərisində nəinki 
Əhli-sünnət raviləri, hətta Əhli-beytin düşməni olan 
nəvasiblər də olub. Məsələn, şiə müəlliflərinə görə Əhməd ibn 
əl-Xasib adlı şəxs İmam əl-Hədinin əshabından sayılır. Ancaq 
o, nasibi (Əhli-beyti söyən) idi. (ət-Tustəri “Qamus ər-rical” 
1/180) 
5.
Xülasə, bilmək lazımdır ki, nə isə iddia etmək asan ola bilər. 
Amma əsas olan iddia etmək yox, o iddianı isbat etməkdir. 
Şübhəsiz ki, isbatı olmayan iddianı irəli sürməkdən də heç kəs 
aciz deyil. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə