SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ


“Peyğəmbərə bir ayə nazil olduğu



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə9/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   5   6   7   8   9   10   11   12   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

“Peyğəmbərə bir ayə nazil olduğu 
zaman, vəhy katiblərindən birini çağırar və belə deyərdi: Bu 
ayələri bu, bu mövzuların olduğu surəyə qoy!”
(Nəsai 7008, Əbu 
Davud 786, Tirmizi 3086, Əhməd 399). Beləliklə səhabələr, 
Peyğəmbərin sağlığında Quranın hamısını yazmışdılar. Dörd raşidi 
xəlifə, Zubeyr ibn Əvvam, Ubey ibn Kəb, Zeyd ibn Sabit, Muaviyə 
ibn Əbi Süfyan və Məhəmməd ibn Məsləmə Quranın katibliyini 
etmiş səhabələrdəndir. 
İkincisi:
Əbu Bəkrin xilafəti zamanı Quranın yazılması.
 
Bütün bunlarla birlikdə, Peyğəmbər (salləllahu aleyhi və səlləm) 
vəfat etdiyi zaman Quran, nə vəhy katiblərinin nə də digər 
səhabələrin əlində tam bir müshəf halında deyildi. Yazılı nüsxələr 
müxtəlif şəxslərdə dağınıq bir halda idi. Bir surə bir səhabənin, 
başqa bir surə isə başqa bir səhabənin evində idi. Əbu Bəkrin xilafəti 
zamanı h.12-ci ildə Yəməmə döyüşündə çoxlu sayda Quran hafizi 
şəhid edildi. Bu səbəbdən Ömər (r.a) Əbu Bəkrə (r.a) təklif etdi ki, 
Quranı bir müshəf halında toplasın. Əbu Bəkr isə bu şərəfli və 
məsuliyyətli işi Zeyd ibn Sabitə həvalə etdi. Çünki o, elə 


10 
Peyğəmbərin sağlığında Quranı ən mükəmməl şəkildə, tam olaraq 
əzbər bilən dörd nəfərdən biri idi. Bu dörd nəfər: Ubey ibn Kəb, 
Muaz ibn Cəbəl, Əbu Zeyd və Zeyd ibn Sabitdir. Ömər (radiyallahu 
anh) camaata elan edib bildirdi ki, kimdə Qurandan bir yazı varsa, 
gətirsin! Zeyd (radiyallahu anh) deyir ki: 
“Mən də Quranı xurma 
yarpaqları üzərindəki, daş üzərlərindəki yazılardan və əzbərdən 
bilən insanların qəlblərindən topladım.”
Onun Quranı toplayarkən 
qoyduğu şərtlər belə idi:
a.
Gətirilən ayələrin əzbərlənmiş olması. 
b.
Peyğəmbərin hüzurunda yazılmış olması. 
c.
Bütün bunların da ən azı iki şahidin şahidliyi ilə isbat 
edilməsi. 
Zeyd (radiyallahu anh) Allahın kitabını əzbər bildiyi halda, 
ona həvalə olunmuş bu məsuliyyətli işə bu qədər ciddi yanaşdı. Bir 
ilə yaxın bir müddət içərisində Quranın toplanması işi tamamlandı. 
Daha sonra Zeyd, Quranın müshəfini Əbu Bəkrə təhvil verdi. 
Müshəf, vəfat edincəyə qədər Əbu Bəkrin yanında qaldı. Daha sonra 
həyatı boyunca Ömərin yanında, sonra da Ömərin qızı Həfsənin 
yanında qaldı. 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə