SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ


“Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə7/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   2   3   4   5   6   7   8   9   10   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

“Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və 
Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar 
axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, 
böyük uğurdur. Kim Allaha və Onun Elçisinə asi olub Onun 
hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm 
oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.” (Nisə 
surəsi, 13-14);
“Onlara: "Allahın nazil etdiyinə və Elçisinə tərəf gəlin!"– 
deyildikdə, münafiqlərin səndən nifrətlə üz çevirdiklərini 
görürsən.” (Nisə surəsi, 61);
“Aralarında hökm vermək üçün Allahın və Onun Elçisinin 
yanına çağırıldıqda möminlərin sözü ancaq: "Eşidirik və itaət 
edirik!"– demələridir...”
(Nur surəsi, 51);
“Üzləri odda o yan-bu yana döndəriləcəyi gün onlar 
deyəcəklər: "Kaş biz Allaha və Onun Elçisinə tabe olardıq!"”
(Əhzab surəsi, 66);
“Ey iman gətirənlər! Allaha və Peyğəmbərə itaət edin və 
əməllərinizi puç etməyin!
(Muhəmməd surəsi, 33).
Bu mənada olan ayələr Quranda çoxdur. Onların hamısında da 
Allaha və Rəsuluna itaət etməkdən bəhs edilir. Deməli, şəriətdə əsas 
olan budur. Əhli-beytə tabe olmaq və onların yolu ilə getmək də 
mühüm məsələlərdəndir. Çünki onların Quran və Sünnətin 
qorunmasında əməkləri çox böyükdür. Bu ümmət, Quranın 
təfsirində ibn Abbasdan faydalandığı qədər bəlkə də heç kəsdən 
faydalanmayıb. Həmçinin, Aişə anamız da Peyğəmbərdən 
(salləllahu aleyhi və səlləm) ən çox hədis rəvayət edən səhabələrdən 
biridir. Onun rəvayət etdiyi hədislərin sayı 2000-dən artıqdır. Bu da 
onun dinə olan xidmətidir. Bu iki səhabə də Əhli-beytin ən şərəfli 
simalarındandır. İbn Abbasın yüzlərlə ayəyə verdiyi şərhlər də
Aişənin rəvayət etdiyi 2000-dən artıq hədis də, Əlinin nəql etdiyi 
yüzlərlə hədis və onun verdiyi şəri hökmlər, bütün bunların hamısı 



Əhli-sünnətin təfsir, hədis və fiqh kitablarında yer almışdır. Bu 
Əhli-beytə tabeçilik deyil də, bəs nədir? 


Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə