SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ


Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə4/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   2   3   4   5   6   7   8   9   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Şəriətə müvafiq qaydada danışın. Evlərinizdə qərar tutun! İlk 
cahiliyyə dövründə olduğu kimi açıq-saçıq gəzməyin. Namaz qılın, 
zəkat verin, Allaha və Onun Elçisinə itaət edin. Ey ev əhli! Allah 
sizdən günahınızı silib aparmaq və sizi tərtəmiz etmək istəyir. 
Evlərinizdə oxunan Allahın ayələrini və hikməti yada salın. 
Həqiqətən, Allah Lütfkardır, hər şeydən Xəbərdardır.” (Əhzab 
surəsi, 32-34)
.
Ancaq burada Əhli-beytə olan xitabın kişi cinsində olması 
şiələrin iddia etdikləri kimi Peyğəmbər (salləllahu aleyhi və səlləm) 
zövcələrinin Əhli-beytdən sayılmayacağına dəlalət etmir. Çünki 
evin kişisi ev əhlinin rəisi olduğundan ötrü, ev əhlinə (yəni 
zövcələrə) müraciət də kişi cinsində olmuşdur. Bu, ərəb dilçiliyində 
məlum olan bir qaydadır. Necə ki mələklər İbrahimin 
(aleyhissəlam) zövcəsinə övlad müjdəsi verərkən, ona kişi cinsində 
xitab etmişdirlər. Uca Allah buyurur: 
}ديمج ديحم هنإ تيبلا لهأ مكيلع هتاكربو الله ةحمر الله رمأ نم ينبجعتأ اولاق{
“Onlar dedilər: "Allahın əmrinə təəccübmü edirsən? Ey ev 
əhli! Allahın rəhməti və bərəkəti sizin üstünüzdə olsun!..” 
(Hud/73)
. Bu ayədə də Uca Allah İbrahimin (aleyhissəlam) 
zövcəsini Əhli-beyt adlandırır.

Sünnətdən dəlil
isə Peyğəmbərin namazlarında oxuduğu 
salavat duasının belə bir formasıdır: 
“Allahım! İbrahimə və onun 
ailəsinə bərəkət verdiyin kimi, Muhəmmədə və onun zövcələrinə, 
zürriyətinə də bərəkət ver!”
(Buxari və Müslim 1/306) Həmçinin, 
sədəqə almaq da Peyğəmbərin zövcələrinə haram idi. Bu da, onların 
Muhəmmədin (salləllahu aleyhi və səlləm) Əhli-beytindən 
olduğunun açıq bir isbatıdır. Çünki sədəqə insanların mallarının 
çirki sayılır və bu, Peyğəmbərin əhlinə haram idi. İbn Əbi Müleykə 
nəql edir ki, Xalid ibn Səid sədəqə malından bir inəyi Aişəyə 
göndərir. Aişə (radiyallahu anhə) isə onu geri qaytararaq deyir: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə