SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə8/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   4   5   6   7   8   9   10   11   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Dördüncüsü:
Peyğəmbər (salləllahu aleyhi və səlləm) 
demişdir: 
“Mənim sünnətimdən və məndən sonra gələcək
hidayətə çatmış Raşidi xəlifələrimin sünnətindən azı dişləriniz ilə 
yapışın!..”
(Əhməd “Müsnəd” 4/126, Tirmizi 5/44-də hədis üçün 
həsən-səhih demişdir, Əbu Davud 5/13, İbn Məcə 1/15, Darimi 
“Sünən” 1/57, Hakim “Müstədrək”də hədisi səhih saymış və Zəhəbi 
də onunla razılaşmışdır: 1/95-96, Şeyx Əlbani də hədisi 
səhihləmişdir: “Mişkətul-məsabih” 1/58). 
Həmçinin, o (salləllahu aleyhi və səlləm): 
“Məndən sonra iki 
şəxsə, Əbu Bəkrə və Ömərə tabe olun!”
– demişdir. (Əhməd 5/399, 
Tirmizi 5/610, Hakim 3/79. Hədis səhihdir. Bax! Əlbaninin 
“Silsilətul-əhadis əs-sahiha” əsəri 3/233 hədis no: 1233). 
Əhli-beytə tabeçiliyi əmr edən hədislər də bu cürdür. Bu 
hədislərə əsasən bəzi alimlər demişdir ki, Raşidi xəlifələrin
1
icması 
(bir məsələ üzərində yekdil rəyə gəlmələri) şəriətdə hüccət (dəlil) 
sayılır. Alimlərdən bir qismi isə yuxarıda qeyd etdiyim ikinci hədisə 
əsasən: 
“Əbu Bəkr və Ömər bir məsələdə ittifaq etsələr, bu 
mənim üçün hüccət sayılar” 
– demişdir. Əbu Yalə də: 
“Tirmizinin rəvayət etdiyi hədisə əsasən Haşim övladlarının 
(yəni Əhli-beytin) icması hüccətdir” 
– demişdir (Bax! “Minhəcus-
sunnə” 4/85). 
1
Yəni Əbu Bəkr, Ömər, Osman və Əli (Allah onlardan razı olsun!) 



BİRİNCİ ƏMANƏT: “QURAN” 
Səqəleyn hədisində qeyd olunan birinci və ən böyük əmanət, 
Allahın kitabı Qurandır. Bu hədisi Əhli-sünnətə qarşı dəlil olaraq 
irəli sürən və bütün nəzərləri ikinci əmanətə (Əhli-beytə) yönəltmək 
istəyən şiələr birinci əmanəti – Quranı unutmuşdurlar. 
Bu əmanəti 
qoruyan, bu əmanətə (Qurana) sadiq qalan və onunla əməl edən
ona düzgün münasibət bəsləyən kimlərdir? Əhli-sünnət yoxsa 
şiələr? 
Birincisi:
Elə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) 
sağlığında ikən, Quranı yazmaq işi onun tərəfindən səhabələrinə 
tapşırılmışdır. Bu dövrdə yazıdan çox əzbərləmək ön planda idi. 
Çünki hafizələr güclü idi. Yazı üçün lazım olan alətlər isə az idi. Bu 
səbəbdən Quran tam bir müshəf halında toplanmamışdır. Quranı 
tam olaraq əzbər bilən bir çox səhabə var idi. Ancaq hər nazil olan 
ayə əzbərlənməklə birlikdə yazılırdı. Osmandan (radiyallahu anh) 
belə dediyi nəql olunmuşdur: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə