SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə10/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   6   7   8   9   10   11   12   13   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Üçüncüsü:
 
Osmanın xilafəti zamanı Quranın yazılması.
 
Bu 
hadisə h.25-ci ildə baş vermişdir. Beləki, müsəlmanlar Hüzeyfə ibn 
Yəmənin başçılığı ilə Ermənistana və Azərbaycana cihada 
çıxmışdılar. Bu döyüşdə Şam camaatı ilə Küfə xalqı bir yerdə idi. 
Həmin vaxt Hüzeyfə (r.a) görür ki, bu iki bölgənin əhalisi Quranın 
bəzi kəlmələrinin oxunuşu barəsində ixtilafa düşür. Çünki Küfə 
xalqı Abdullah ibn Məsudun qiraəti ilə, Şam əhalisi isə Ubey ibn 
Kəbin qiraəti ilə oxuyurdular. Bu ixtilaf Hüzeyfəni qorxutdu və o, 
Mədinəyə, İmam Osmanın yanına gələrək bu ixtilafı həll etməsini 
istədi. Osman (r.a) da Ömərin qızı Həfzəyə xəbər göndərərək: 
“Əlindəki müshəfi bizə göndər ki, biz də onu çoxaldıb sənə 
qaytaraq”
dedi. Həfzə də müshəfi Osmana göndərdi. Osman da bu 
müshəfi çoxaltmaq üçün Zeyd ibn Sabiti, Abdullah bin Zubeyri, 
Səid ibn əl-Ası və Abdurrəhman ibn əl-Haris ibn Hişamı seçdi. Bu 
şərəfli iş tamamlanandan sonra Osman, müshəfi Həfzəyə qaytardı 
və bu Quranın xaricində nə qədər nüsxə var idisə, onları yandırmağı 


11 
əmr etdi. (Buxari 4987, Fəthul-Bəri 9/11). Osman bu işi səhabələr 
ilə məsləhətləşəndən sonra etmişdir. Bu barədə Əli (r.a) belə deyir: 
“Allaha and olsun ki, müshəflərə etdiyini bizimlə məsləhətləşəndən 
sonra etmişdi. Osman belə dedi: “Mən insanları bir müshəf 
ətrafında toplamağı məqsədə uyğun bilirəm...” Biz də: “Sənin bu 
fikrin çox doğru bir fikirdi, dedik.”
(İbn Əbid-Dünya “Kitabul-
Məsahif” 22, Xətib “əl-Fəslu li vusulil-Mudrək” 2/954). Musab ibn 
Sad isə belə demişdir: 
“Osman digər (səhabələrin əlində olan və 
özlərinin yazdığı) müshəfləri yandırmaq istəyəndə, hər kəs bu işi 
bəyəndi və heç kəs etiraz etmədi.” 
(İbn Əbid-Dünya “Kitabul-
Məsahif” səh.16) 
Bütün bunlardan sonra ortaya belə bir sual çıxır: 

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə