SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Allah Quranı 
kimlərin əli ilə qorumuşdur? Şiələrin yoxsa, onların nifrət 
etdikləri kişilərin?!
Bax, “Səqəleyn” hədisini Əhli-sünnətə qarşı 
dəlil gətirən şiələr ilk növbədə bu suala cavab verməlidirlər. 
Dördüncüsü:
 
Quranın 14 qiraəti mövcuddur. Bu qiraətlərdən 
7-si əsas, 3-ü köməkçi və 4-ü şəzz qiraətlərdir.
1
Bu gün yer üzərində 
olan milyonlarla müsəlman (məzhəbindən aslı olmayaraq) Quranı 
bu 10 qiraətdən birinin vasitəsi ilə oxuyurlar. Bu 10 qiraət mütəvatir 
(çoxsaylı) sənədlə Peyğəmbərin (salləllahu aleyhi və səlləm) 
səhabələrindən nəql olunmuşdur. Səhabələr də, bu qiraət 
formalarını Peyğəmbərdən (salləllahu aleyhi və səlləm) 
öyrənmişdirlər. Şübhəsiz ki, Quran, bu on qarinin (Quran 
bilicilərinin) sayəsində qorunmuşdur. Bu on qarinin hamısı da Əhli-
sünnətdəndir. Yəni, Quranın oxunuş qaydalarını Peyğəmbərin 
əshabından nəql edən ravilərin hamısı Əhli-sünnətin raviləridir. 
Deməli, Quran bizə Əhli-sünnət yolu ilə nəql olunmuşdur. Bunların 
1
4 şəzz qiraət məqbul qiraət sayılmır. Bu qiraətlər ilə namazda Quran oxuna 
bilməz. Qiraətin məqbul sayılması üçün bu üç şərtin bir yerdə olması labüddür: 
a
. Ayə və surənin Peyğəmbərə qədər çatan sənədinin səhih və mütəvatir 
(çoxsaylı) olması; 
b
. Osman (r.a) tərəfindən çoxaldılan və ümmətin icma etdiyi Quran 
nüsxələrinə uyğun olması; 
c. 
Ərəb dilinə uyğun olması. 
On qiraət bütün bu şərtləri özündə cəm etdiyi üçün səhih (doğru) və məqbul 
qiraət adlanmışdır. Bu on qiraətdən hər biri ilə Quran oxumaq olar. 


12 
içərisində bir dənə də olsa şiə ravisi yoxdur. Bəs hanı sizin Qurana 
olan xidmətləriniz? Axı o, Peyğəmbərin (salləllahu aleyhi və 
səlləm) bizə tərk edib getdiyi ən böyük əmanətidir. Harada qaldı 
“Səqəleyn” hədisinə tabeçilik? Haradadır Əhli-beyt imamlarından 
nəql etdiyiniz Quran? Nə üçün Zürarə ibn Əyun, Cabir əl-Cofi və 
Əbu Bəsir kimi raviləriniz İmam Cəfərdən minlərlə hədis rəvayət 
etdikləri halda, ondan və digərlərindən Quran (qiraətini) nəql 
etməyiblər? İmam Cəfərin vasitəsi ilə Quran qiraəti nəql edən qari 
Həmzə əz-Zəyyatdır. Bu qari də Əhli-sünnətdəndir. (İbn əl-Cəzəri 
“ən-Nəşru fil-qiraətil-aşara” 1/133, Zəhəbi “Siyəru Əlamin-nubəla” 
7/90) Bəs haradadır şiə raviləri? Şübhəsiz ki, şiələrin Quran üçün nə 
Peyğəmbərdən (salləllahu aleyhi və səlləm), nə də onun Əhli-
beytindən bir sənədləri yoxdur. Bu gün də yer üzərində yaşayan 
bütün şiələr, Quranı bu 10 qiraətdən biri ilə oxuyurlar. Deməli, onlar 
dinin əsas təməllərindən biri olan Quran barəsində Əhli-sünnətə 
möhtacdırlar. Quranı bizə nəql edən on qari isə bunlardır:

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə