SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə14/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   ...   10   11   12   13   14   15   16   17   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

Beşincisi:
 
Bu yerdə belə bir sual ortaya çıxır. Quranı Əbu 
Bəkr (radiyallahu anh) cəm etdiyi və onu Osman (radiyallahu anh) 
çoxaltdığı və onun qiraətini Əhli-sünnət qariləri nəql etdiyi halda, 
necə olur ki, şiələr bu Quranı qəbul edirlər? Onlar nəql edəni (yəni, 
səhabələri) qəbul etmədikləri halda, necə olur ki, nəql olunanı (yəni: 
Quranı) qəbul edirlər? Quranın oxunuş şəklini rəvayət edən və 
beləcə Quranı bizə çatdıran Əhli-sünnətin bu imamları (raviləri), o 
cümlədən də peyğəmbər hədislərini rəvayət etmiş və bizə 
çatdırmışlar. Bu hədislərin hamısı Əhli-sünnətin hədis kitablarında 
mövcuddur. Şiələr onlar tərəfindən rəvayət olunan Quranı qəbul 
etdikləri halda, nə üçün onların nəql etdikləri sünnəti (hədisləri) 
qəbul etmirlər? 


15 
Bütün bu sualların cavabında deyirəm:
 
Elə bu səbəblərə 
görə şiələrin bir çox alimi Quranın qorunmadığına və təhrif 
edildiyinə etiqad etmişdir. Hətta Quranın dəyişdirildiyini isbat 
etməkdən ötrü kitablar yazmışlar.
Əli ibn İbrahim əl-Qummi
1
öz təfsirində bu etiqadını belə 
açıqlayır: “Quranda dəyişilmiş, dəyişdirilmiş və...Allahın nazil 
etdiklərinin əksinə olan yerlər var.” Daha sonra o, dəyişdirilmiş və 
Allahın nazil etdiyi əsl Qurana muxalif olduğunu iddia etdiyi çoxlu 
sayda ayəni və buna dair məsumlardan nəql etdiyi hədisləri misal 
göstərir (Təfsirul-Qumminin müqəddiməsinə bax!). 
Muhəmməd ibn Yaqub əl-Kuleyni
2
öz etiqadını bu barədə 
olan hədisləri kitabında rəvayət etməsi ilə bəyan etmişdir. Həmin 
rəvayətlərdən ikisini qeyd edirəm. Cəfər əs-Sadiq deyir: 
“Həqiqətən, Cəbrayılın Muhəmmədə gətirdiyi Quran on yeddi 
min ayə idi.”
(“Usulu-Kəfi”-də “Fədlul-Quran” kitabı 28-ci hədis. 
1
Hicri 307-ci ildə vəfat etmişdir. “Təfsirul-Qummi” adı ilə məhşurlaşan 
təfsirin müəllifidir. Məclisi onun haqqında belə deyir: “Əli ibn İbrahim ibn Həşim 
Əbul-Həsən əl-Qummi imamilərin ən dəyərli ravilərindən və ən böyük 
şeyxlərindəndir. Bütün tərcümeyi-hallar onun dəyəri və etibarlılığı üzərində 
ittifaq halındadır.” Rical alimi Nəcaşi “əl-Fihrist”də demişdir: “Hədisdə 
doğrucul, nüfuzu təstiqlənmiş və düzgün məzhəbli birisidir.” (Bax! 
“Müqəddimətul-Bihar” səh.128.) Həmçinin, onun təfsiri haqqında belə 
deyilmişdir: “Əli ibn İbrahim əl-Qummi Kuleyninin ən dəyərli şeyxlərindən 
birisidir. Heç şübhəsiz ki, onun əlimizdə olan təfsiri bizə çatan ən qədim 
təfsirlərdəndir. Bu təfsir iki doğrucul adamın (Bəqir və Cəfər) əleyhissəlamın 
təfsiridir.” (İxtisarla nəql etdim. Bax! “Tabaqatu əaləmuş-şiə” (4-cü əsr) səh.167. 
“Əz-Zəria” 4/302. “Muqəddimətu Təfsiril-Qummi” Şeyx Musəvi əl-Cəzairinin 
qələmi ilə səh.14-16.) 
2
H.328-ci ildə vəfat etmişdir. Şiə məzhəbinin ən dəyərli kitabı olan “Kitabul-
Kafi”nin müəllifidir. Onun barəsində Şeyx Tusi demişdir: “Hədisdə alim idi...” 
(“Ricəl ət-Tusi”səh.495.) Ərdəbili demişdir: “Hədisdə insanların ən doğruculu 
idi. Kitabul-Kafini iyirmi ilə yazmışdır.” (“Cəmiur-Ruvat” 2/218. Hilli səh.145). 
Ağabozork ət-Tehrani demişdir: “Əl-Kafi, hədisdə etimad olunan əsas dörd 
kitabın ən dəyərlisidir. Rəsulullahın ailəsindən nəql olunmuş rəvayətləri onun 
kimi yazan olmamışdır.” (“Əz-Zəria”17/245) Onun bu kitabı haqqında həmçinin 
belə deyilmişdir: “O, İslami kitabların ən dəyərlisi, imamilərin əsərlərinin ən 
əzəmətlisidir. Əl-Əstərabadi deyir ki, biz, şeyx və alimlərimizdən eşitdik ki, 
İslamda bu kitaba bərabər bir kitab yazılmamışdır.” (Bax!Abbas əl-Qummi “əl-
Kunə vəl-əlqab” 3/98. “Mustədrəkul-Vəsail”3/532). 


16 
c.2 səh.634. Məclisi “Miratul-Uqul”12/536-cı səhifədə bu hədisə 
“səhihdir” deyir.) 
Cəfər (rahiməhullah) dedi: “Həqiqətən, bizdə Fatimənin 
müshəfi var. Amma sən bilmirsən ki, Fatimənin müshəfi nədir?” 
(Ravi deyir ki,) mən dedim: “Fatimənin müshəfi nə olan şeydir?” O 
(imam) isə dedi: “Bu elə bir müshəfdir ki, sizin bu Quranınızın üç 
mislinə bərabərdir. Allaha and olsun ki, onda Qurandan bir hərf belə 
yoxdur” (“Usulu-Kəfi”də “əl-Hüccə” kitabı 1/239-240. Məclisi 
“Miratul-Uqul”3/54-də bu hədisi səhihləşdirir). 
Əhməd ibn Əbi Talib ət-Təbərsi
1
də bu etiqadın sahibi 
olmuşdur. Bunu, onun Əl-İhticac kitabında qeyd etdiyi rəvayətlər 
də isbat edir. Bu rəvayətlərdən birində deyilir ki, “Peyğəmbər 
(salləllahu aleyhi və səlləm) vəfat edəndən sonra Əli Quranı topladı 
və Peyğəmbərin (salləllahu aleyhi və səlləm) vəsiyyət etdiyi kimi 
onu muhacir və ənsarların yanına gətirib onlara göstərdi. Əbu Bəkr 
onu açanda birinci səhifədə özlərinin biabırçılıqlarının yazıldığını 
gördü. Ömər sıçrayıb ayağa qalxdı və dedi: “Ey Əli! Onu buradan 
rədd elə! Bizim ona ehtiyacımız yoxdur.” Əli onu götürüb getdi. 
Sonra Zeyd ibn Sabiti çağırıb gətirdilər. O, Quran oxuyan birisi idi. 
Ömər ona dedi: “Əli bir Quran gətirmişdi, orada muhacir və 
ənsarların pis əməlləri yazılmışdır. Biz belə qərara gəldik ki
özümüz bir Quran yazıb ondan muhacir və ənsarları biabır edib 
hörmətdən salan yerləri (ayələri) çıxardaq” (“əl-İhticac” 1/155). 
Muhəmməd Bəqir əl-Məclisi

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə