SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə2/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   2   3   4   5   6   7   8   9   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

İDDİALAR 
 
Hörmətli oxucu!
Bu risaləni qələmə almağımın səbəbi şiə 
məzhəbinin bir hədis ətrafında ortaya atdıqları şübhələrlə dolu yalan 
iddiaları olmuşdur. Həmin hədisin mətni belədir: 
“Mən sizə iki şeyi: 
Allahın kitabını və Əhli-beytimi tərk edib gedirəm. Siz onlardan 
tutunsanız məndən sonra heç vaxt yolunuzu azmazsınız.”
(Tirmizi: 3786) 
Şiə məzhəbi bu hədisi dəlil gətirərək iddia edirlər ki, onlar 
(yəni şiələr) Əhli-sünnətdən fərqli olaraq Əhli-beytə tabe olmağı 
vacib bilirlər. Guya ki, onların məzhəbi Əhli-beytin məzhəbidir. Bu 
səbəbdən də onlar özlərini Əhli-beytdən olan İmam Cəfərə nisbət 
edərək
“Cəfəri”
adlandırırlar. 
Şübhəsiz ki, bu hədis şiələrin leyhlərinə yox, əleyhlərinə 
dəlildir. Mən bunu qısa olaraq bir nəçə yöndən izah etməyə 
çalışacam. 

Birincisi: 
Hədisin məhz bu formada Peyğəmbərdən 
(salləllahu aleyhi və səlləm) səhih sənədlə nəql olunmasında alimlər 
ixtilaf etmişdilər. Çünki bu hədisin sənədində Zeyd əl-Ənmati adlı 
bir ravi vardır. O, daima nəql etdiyi hədislərdə özündən daha etibarlı 
sayılan rəvayətçilərə müxalif olur. Bu hədisi İmam Müslim daha 
etibarlı bir sənədlə bu formada rəvayət etmişdir: 
Mən sizə iki ağır 
əmanəti qoyub gedirəm. Bunların birincisi Allahın kitabıdır. 



Onda hidayət və nur vardır. Siz də Allahın kitabına bağlanın və 
ondan möhkəm tutunun... (İkinci tövsiyəm) Əhli-beytimdir. Mən 
Əhli-beytim barədə sizə Allahı xatırladıram. Mən Əhli-beytim 
barədə sizə Allahı xatırladıram
(Müslim: 2408). Hədisin bu 
mətnindən də aydın olur ki, Peyğəmbər (salləllahu aleyhi və səlləm) 
Qurana tabe olmağı əmr etmişdir. Əhli-beytinə qarşı isə nəvaziş 
göstərməyi və onların haqlarını ödəməyi tövsiyə etmişdir. 
Tirmizinin rəvayətindən fərqli olaraq burada Əhli-beytə tabe 
olmaqdan söhbət getmir. Tabeçilik yalnız Quran barədə əmr 
edilmişdir. Bunu Müslimin Cabir ibn Abdullahdan (radiyallahu 
anh) rəvayət etdiyi digər bir hədis də təsdiqləyir. Hədisdə deyilir:

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə