SəQƏleyn iKİ AĞir yüK “quran və ƏHLİ-beyt” HƏDİSİNİN ŞƏRHİ


“Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.”



Yüklə 0,79 Mb.
Pdf görüntüsü
səhifə5/51
tarix17.08.2023
ölçüsü0,79 Mb.
#120662
1   2   3   4   5   6   7   8   9   ...   51
SƏQƏLEYN - İKİ AĞIR YÜK “QURAN VƏ ƏHLİ-BEYT” HƏDİSİNİN ŞƏRHİ

“Bizə, Muhəmmədin əhlinə sədəqə haramdır.”
(İbn Əbi Şeybə 
“Musənnəf” 3/214 səhihdir.)




Ərəb dilçiliyi
baxımından da bu belədir. Məhşur ərəb 
dilçiləri və ən möhtəşəm ərəb dili izahlı lüğətlərinin müəllifləri 
demişdirlər: Əhli-beyt dedikdə, o evin sakinləri nəzərdə tutulur. 
“Əhlur-rəcul” (kişinin əhli) dedikdə, ona ən yaxın olan adamlar 
nəzərdə tutulur. Peyğəmbərin Əhli-beyti dedikdə, onun zövcələri, 
qızları və yaxın qohumları nəzərdə tutulur. (Bax! İbn Munzir 
“Lisanul-arab” 11/28, “əl-Qamusul-muhit” səh.1245 ləm hərfi 
bölümü, “əs-Sihah” 4/1628, “Mucəm Məqayis əl-lüğə” 1/161)

 Adət baxımından
bu məsələyə yanaşsaq, yenə də zövcənin 
kişinin əhli sayıldığını görəcəyik. Uca Allah Musanın 
(aleyhissəlam) zövcəsinin onun əhlindən olduğunu bəyan edərək 
buyurur: 
دجأ وأ سبقب اهنم مكيتآ يلعل ارنا تسنآ نيإ اوثكما هلهلأ لاقف ارنا ىأر ذإ {
}ىده رانلا ىلع
“O zaman o, bir od görüb ailəsinə demişdi: "Dayanın! Mən 
bir od gördüm. Bəlkə, ondan sizə bir köz gətirdim, ya da odun 
yanında bir bələdçi tapdım!”
(Taha/10)
.
Bütün bu dəlillər göstərir ki, Peyğəmbərin zövcələri Əhli-
beytdən sayılır. Hətta şiə alimlərindən bəziləri əl-Əhzab/33-cü 
ayəyə qarşı bir cavab tapa bilmədiklərindən ötrü, iddia etmişdirlər 
ki, ayənin Əhli-beyt ilə əlaqəli hissəsi səhabələr tərəfindən qəsdən 
əl-Əhzab/33-cü
 
ayənin içərisinə daxil edilmişdir ki, bu ayəni 
oxuyan hər kəs elə bilsin ki, Peyğəmbərin zövcələri də Əhli-
beytdəndir. Bunu şiə məzhəbinin ən asas səkkiz kitabından birinin 
müəllifi olan Məclisi
1
“Biharul-ənvər” (c.35 səh.234) adlı əsərində 
demişdir. Bu da Quranın təhrif edildiyinə etiqad etməkdir ki, belə 
bir etiqadın sahibi İslam dairəsindən kənara çıxmış olur.
Həmçinin, Əhli-beyt dedikdə Əlinin, Cəfər ibn Əbu Talibin, 
Əqil ibn Əbu Talibin və Abbas ibn Əbdülmüttəlibin ailələri nəzərdə 
1
H.1111-ci ildə vəfat etmişdir. “Biharul-Ənvər”, “Miratul-Uqul fi-şərhi 
əxbərir-Rəsul”, Cilə-ul-Uyun”, “Əl-Ərbəin”, “Haq-qul-Yəqin” və başqa bir çox 
əsərin müəllifidir. Onun böyük bir hədisçi və fəqih bir alim olmasında heç bir şiə 
alimi ixtilaf etməmişdir. O, öz zamanında ən böyük şiə alimi idi. Onun 
bioqrafiyası üçün bu kitablara müraciət edin! Ərdəbili “Cəmiur-Rəvat”2/78-79, 
Məməqani “Tənqihul-Məqal”2/85, Hurr Amili “Əməlul-Amil”2/248. 



tutulur. Bunların hamısına sədəqə almaq haram idi. Bu barədə dəlil 
Müslimin Zeyd ibn Ərqamdan nəql etdiyi hədisdir. (Müslim 2408). 
Ümumiyətlə Haşim övladlarının hamısı Əhli-beytdən sayılır və 
onlara sədəqə malından pay almaq haram edilmişdir. Buna dəlalət 
edən hədisi Müslim (1072) Rabiə ibn əl-Harisdən rəvayət etmişdir. 
Hətta bunu isbat edən şiə rəvayətləri də mövcuddur. Belə 
rəvayətlərin birində deyilir: Peyğəmbər (salləllahu aleyhi və səlləm) 
dedi

Yüklə 0,79 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə