Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə27/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   23   24   25   26   27   28   29   30   ...   93

Üz-gözündən sözlü adama oxşayan Adil müəllim əlində oynatdığı qələmi 
qeyd dəftərçəmə tuşlayıb dedi: 
Bayaq professor Məmməd Qazıyevin sözlərini qeyd elədinizmi? 
- Bəli, - dedim, - yazmışam. 
- Zəhmət olmasın onu oxuyun, görüm olduğu kimi yazmısınızmı? 
Mən professor Məmməd Qazıyevin Adilə dediyi sözləri yenidən oxudum. 
“Adil, Səməd Vurğun sənin üçün çox çalışdı. Lakin Mərdan bəyin 
inadkarlığı qoymadı. Fikir eləmə, ona da Səməd Vurğun deyərlər. Məncə belə 
qoymaz qalsın”. 
- Bax, elə bu sözlər məni bir daha Səməd Vurğunun yanına qaytardı. Mən 
bir daha inandım ki, o, həqiqətən arxasızların, yetimlərin pənahıdır. Heç yadımdan 
çıxmaz, bu hadisədən təqribən iki ay keçmişdi. Bir dəfə akademiyaya gəlirdim, 
qapının yanında Səməd Vurğunla rastlaşdım. O, məni doğma balası kimi səmimi 
qarşıladı. Ayağımdakı köhnə ayaqqabıya, əynimdəki nimdaş göy mahud geyimimə 
baxıb: 
- A bala, - dedi, - təsdiq olunandan sonra təqaüd alırsanmı? 
- Alıram, - dedim, - Səməd müəllim, çox sağ olun, vəziyyətim lap yaxşıdı, 
iki ayı birdən verdilər. 
Amma əslində almırdım. Hələ bir qəpik də verməmişdilər. Fikirləşdim ki, 
deyərəm almıram, birdən kiməsə ağız açar, sözü yerə düşər, qanı qaralar. Onsuz da 
mənim üçün o qədər əziyyət çəkmişdi ki, qıymadım onu yenidən narahat eləməyə. 
Səməd Vurqun fikirli-fikirli üzümə baxıb: 
- Onda gedək, - dedi, qoluma girib məni öz kabinetinə apardı. Asta, ağır 
addımlarla keçib yerində oturdu. Əlilə mənə də oturmaq işarəsi verdi. Dəstəyi 
götürüb harasa zəng elədi. 
- Mərdan bəy, - dedi, - həmişə işdə-gücdə, istirahətin necə keçdi? Lap yaxşı, 
əla. Mənim də sənə şad bir xəbərim var. Bilmirəm, xəbərin oldumu,  bizim  
balacaboy, qarabağlı balası Adil də aspiranturaya qəbul olundu. Siyasi-iqtisadın...   
Bəli, bəli, professor Həsən Dadaşovun o günü Rəyasət heyətinin iclasında dediyi 
sözləri sənə də çatdırmaq istəyirəm:  “Yoldaşlar, mən bu oğlanın, Adilin hansı 
obadan, hansı ailədən çıxdığını bilmirəm. Yalnız bircə  şeyi bilirəm ki, Adil bizim 
siyasi-iqtisad üçün lazımdır”. Mərdan bəy, vallah, sən onun vəziyyətini başa düşə 
bilməzsən. Axı, hardan da biləsən ey... Çətinliyi ondadı ki... - mənim üst-başıma  
baxıb, - səninlə onun arasında dibigörünməz, qaranlıq bir uçurum var. Eşit, gör nə 
deyirəm, Mərdan bəy: 
  
Arxalıya arxa olma, 
Deyərlər ki, yamaqsan.. 
Arxasıza arxa ol ki, 
Desinlər ki, dayaqsan!.. 
 
Bu hikmətli bənd o zaman yarandı. 
 
21 mart, 1984 


 
 
İKİ GÖRÜŞ 
 
Yollar, cığırlar... İyirmi-iyirmi beş il əvvəl çəkilmiş: şəkillər, yazılmış 
məktublar. Onlar insan ömrünün izlərini qoruyur, yaşadır. Harda ondan söz 
salırsansa, elə bil daşlar dilə gəlir, görən də, görməyən də ondan məhəbbətlə söz 
açır. Bu yollar, adamlar mənə çox söz deyib, çox şey öyrədib... 
Mixail Şoloxovla görüşüb, onun Səməd Vurğun haqqında söhbətlərini 
eşitmək arzusunu üçlükdə çəkilmiş bir şəkil oyatdı. Rostova getmək haqqında 
götür-qoy edirdim. Bir axşam xəritə qarşısında dayanıb yenə “səfər” haqqında 
fikirləşirdim. Nədənsə ilk dəfə gözümə sataşan Nalçik şəhəri oldu. Bu şəhərin adını 
görəndə Kabarda-Balkan xalq şairi, SSRİ Dövlət mükafatı laureatı Qaysın 
Quliyevin bir neçə il bundan əvvəl Moskvadakı çıxışlarından birində Səməd 
Vurğun haqqında danışarkən onu pirə, peyğəmbərə oxşatdığı yadıma düşdü. Belə 
qərara gəldim ki, yolumu Nalçikdən salım. 
Əzəmətli Elbrus, mavi göl, əyri-üyrü dərələr, adamın ağlını başından alan 
əsrarəngiz təbiət mənzərələri Kabarda-Balkanın şan-şöhrətidir. Uca dağların 
qoynuna sığınan bu kiçik kurort şəhəri nal şəklindədir. Şəhərin adı da nalcıq 
sözündən götürülüb. 
Nalçikə çatan günü Qaysın Quliyevə bir neçə dəfə zəng etdim, amma nə 
evdə, nə də işdə tapa bildim. Şənbə günü evinə uzun-uzadı zəng vurduqdan sonra 
dəstək götürüldü. Bir qadın dedi ki, Qaysın Şuvayeviç dağlara gedib, bir də bazar 
ertəsi qayıdacaq. Kor-peşman mehmaixanaya qayıtdım. 
Bazar ertəsi Kabarda-Balkar MSSR-nin Yazıçılar İttifaqına gəldim. 
Pilləkənin başında üç kişi söhbət edirdi. Sağdakı panamalı, enlikürəkli, ortaboylu 
kişi Qaysın Quliyev idi. Kitablarda şəklini çox görmüşdüm, ona görə də dərhal 
tanıdım. Mən yaxınlaşanda onlardan biri (görünür, məni kiməsə oxşatmışdı) 
“Zdravstvuy”, - dedi. Mən isə: 
- Salam, - dedim, - özü də Azərbaycan salamı. 
Qaysın Quliyev gülümsünüb mənə yaxınlaşdı. “Oho” - deyib sağ əlini yuxarı 
qaldırdı, əlimi möhkəm-möhkəm sıxdı: 
- Mən elə güman elədim ki, siz məni gözləməyib Bakıya qayıtmısınız. - 
Sonra üzünü dostlarına tutub: - Hə, qardaşlar, - dedi, - məni bağışlayın, qonağım 
var. 
Qaysın Quliyev milliyyətcə balkardır. Biz onun Yazıçılar İttifaqındakı çox 
da böyük olmayan kabinetində üzbəüz əyləşdik. Hər ikimiz öz ana dilimizdə 
danışırıq. Adət-ənənələrimizdə də oxşarlıq olduğu kimi, Azərbaycan və balkar 
dilləri arasında da çox yaxınlıq var. 
- Mətləbə keçməmişdən qabaq gəlin tanış olaq, şübhəsiz mənim adımı 
bilirsiniz. Bəs, sizin adınız nədir, cavan oğlan? 
Adımı dedim. O, iki dəfə təkrar etdikdən sonra: 
- Demək, günəşli diyar, eləmi? (O, əslində Günnüm yurtu dedi). Gərək ki, 
Səməd Vurğunun əsərlərində sizin adınıza rast gəlmişəm, səhv etmirəm ki? 


- Bəli, Səməd Vurğunun iki əsərində - “Xanlar” pyesində və “Komsomol 
poeması”nda bu ad var. 
- Görünür, rəhmətliyin sevdiyi ad olub, xoşuna gəlirmiş. 
- Qaysın Şuvayeviç, Səməd Vurğunla görüşlərinizi xatırlayırsınızmı? 
O, ayağa durdu. Fikirli-fikirli otaqda var-gəl elədi. Bayaqkı şən və gülər üzü 
tutqunlaşmışdı. Zəhmli və cəsur sifəti onu şairdən çox cəngavərə, qəhrəmana 
oxşadırdı. Əlini tərtəmiz qırxılmış başına çəkdi. Sonra əllərini şalvarının cibinə 
saldı. Qayıdıb dinməz-söyləməz yerində oturdu. Bir əlini cibindən çıxarıb 
barmaqlarını stolun üstünə döyəclədi. 
- Azərbaycan sovet şeri dedikdə, mən istər-istəməz Səməd Vurğunu 
xatırlayır, onu düşünürəm. Səməd Vurğun Sovet İttifaqında ilk məşhur milli 
şairdir. Milli şairlərdən ümumsovet poeziyasına yolu Səməd Vurğun açıb desək,  
yanılmarıq. 
Sağlığında da, indi də o, hörmətlə xatırlanıb və xatırlanacaq. Çünki bu şöhrət 
çələngi ancaq ona qismət olmuşdu. O, romantik xarakterli, geniş dünyagörüşlü, 
sadə və gözəl insan idi. Yadımdadır, ilk dəfə Səmədlə 1938-ci ildə Bakı-Moskva 
qatarında tanış olduq. O, mənim balkar olduğumu biləndə gülümsünüb dedi: 
- Salam, dilimiz bir, dinimiz bir qardaş! - Onun kefi çox yaxşı idi. Böyük bir 
əsər yazdığını söylədi. Sonralar bildim ki, məşhur “Vaqif” dramıdır. 1942-ci ildə 
Qafqazla Rusiyanın Dəmiryol əlaqəsi müvəqqəti kəsilmişdi. Onda mən də 
Moskvada idim. Səməd Vurğunla Məmməd Rahim “Moskva” mehmanxanasında 
qalırdılar. Onlar cəbhədən qayıtmışdılar. Yollar bağlandı. Səməd bərk narahatçılıq 
keçirirdi, həm də darıxırdı.Bir dəfə: 
- Qafqaz üçün burnumun ucu göynəyir, - deyib doluxsundu. Sonralar 
Səmədlə çox görüşlərdə olmuşam. Moskvanın “Vneştorq” klubunda, “Qızıl Ordu 
evində”, “Mərkəzi Yazıçılar evində” Səməd Vurğunla birlikdə çıxış etmək, şer 
oxumaq xoşbəxtliyi mənə də nəsib olub.  Mən onu Azərbaycanın yox, dünyanın ən 
böyük şairi, gözəl insanı hesab edirəm. Onun gözəl poeziyası heç vaxt solmayacaq. 
Biz ana Vətəni, xalqı hərarətlə sevməyi Səməd Vurğundan öyrənmişik. Bu ənənəni 
son nəfəsimizə qədər davam etdirəcəyik... Açığını deyim ki, bu müqəddəs insan 
haqqında layiqli söz deməyə çətinlik çəkirəm. Bir də ki, insanda nə qədər yaxşı 
keyfiyyətlər varsa, hamısını bu pirə, peyğəmbərə aid etmək olar. 
- Qardaşımız Səməd Vurğun... - Ani olaraq dayanıb iftixarla, gur və məğrur 
səslə: - Mənim qardaşım Səməd, - deyib  sözünə davam edir. - Yenə deyirəm
mənim və dostlarımın gənclik vaxtında; Vurğun bizim iftixarımız olub, ilk 
növbədə Qafqaz poeziyası Azərbaycan dağları, Qafqaz dağları kimi gözəd idi. Bu 
poeziya yüksək müdrik, emosional, hərarətli, dərin məzmuna və təsir gücünə malik 
poeziya idi. 
Səməd Vurğunu mən böyük kədərlə xatırlayıram. Çünki o, çox erkən vəfat 
etdi, ömrünün kamil vaxtında aramızdan getdi: Əlli yaş Qafqazda həqiqi mənada 
kişilik yaşı hesab olunur. Düşünürəm, doğrudan da “Şair, nə tez qocaldın sən?”. 
Səməd bu qəmli sözlərlə bizi tərk etdi, ancaq qüdrətli poeziyası bizimlə 
qaldı; elə bir poeziya ki, yaşayır və uzun illər yaşayacaqdır. Gözəl Azərbaycan dili 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə