Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə25/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

Oxutmuşdu ki, elinin, obasının fəxri olsun, xalqına gərək olsun. Anaya  elə gəlirdi  
ki, oğlunun işini uğurlu edən, onu min bir bəladan hifz edib qoruyan, pillə-pillə 
ucaldan onun xeyir-duasıdı. Bu inam ana varlığında böyük bir sərkərdə idi.  
Qəlbinin bütün guşələrini, ayazdan bozarmış, gündən yanmış üzünü belə 
işıqlandırdı ana inamı. Ana oğluna güvənirdi, inamına bel bağlayırdı. 
Bütün gecəni qan-tər içində sayıqlayan, dəfələrlə durub yerinin içində oturan 
Adil heç bir çıxış yolu tapa bilmirdi. Səhərisi ağlına gələn qəfil fikir ümidsiz də 
olsa onu şairin yanına gətirdi. Dəfələrlə gəlib qapının yanından ürkək-ürkək ötdü. 
Cəsarət eləmirdi   içəri   girməyə. Nahardan xeyli sonra tərəddüdlü addımlarla 
katibənin otağına girdi. 
Qəbulda altı-yeddi nəfər gözləyirdi. Yaxşı ki, katibə heç kəsin ad-
familiyasını və nə üçün qəbula gəldiyini soruşmurdu. Sağ tərəfdə asılqanın 
yanındakı boş yerdə oturdu. Böyük pəncərədən günbatan tərəfdə səmanın bir 
parçası görünürdü. Qüruba enmiş günəşin qızılı şüası yolun o tərəfindəki 
pəncərələrdə, od tutub yanırdı. Nəhayətsiz dənizə bənzəyən səmada Adil gözünü 
çəkə bilmirdi. Mavi göyün ümman dərinliyinə baxdıqca xəyal onu Qarabağdakı 
doğma kəndinə, azad, geniş çöllərinə aparırdı. Qayıdanda anasının yalvara-yalvara   
yola salmasını, toyuq-cücəni satıb ona xərclik verməsini xatırlayıb yenidən 
kövrəldi. “Dərsindən muğayat ol, gözümün işığı, yemək-içməyinə korluq vermə. 
Daş da daşımalı olsam, sənə əlimdən gələn köməyi əsirgəmərəm. Bir də allaha 
şükür, nə olub, hər  şeyimiz var. Amandı, bircə sən oxumağından qalma”. 
“Ana, pul özünə lazım olardı. Mənim varımdı, yay təqaüdümü hələ xərcləyib 
qurtarmamışam..”. 
 
* * * 
 
- Qızım, orda yenə adam varmı, daha gələn yoxdu ki?.. 
Qız iri ayna qarşısında kürəyinə tökülən saçlarına sığal verirdi. Düz, 
yaraşıqlı çənəsini dik tutub bir çimdik pambığı ağ balaca qutuya batırır, bir rəssam 
məharətilə buxağına, çənəsinin yanlarına çəkirdi. Göz qapaqlarını aralayıb 
güzgüyə lap yaxın durdu. Qara, yoğun karandaşı kirpiklərində gəzdirdi. Sonra 
dodaqlarına qan kimi qırmızı rəng çəkdi. Balaca çantasını açıb darağını içinə 
qoydu. Gecdən-gec şairin təkrar etdiyi suala cavab verdi: 
- Xeyr hamı... - Birdən diksinmiş kimi yerindən duran Adilə baxdı, ani 
sukutdan sonra əlavə etdi. - Bir uşaq... bir oğlan da var. - İri, qəşəng gözləri   
təəccüblə açılan bəstəboy qız sanki deyirdi ki, sən haçan, hardan gəldin, mən 
görmədim? 
Böyük qapının bir tayı açıq idi. Ayaq üstə duran Səməd Vurğun sol əlindəki 
qovluğu stolun üstünə qoydu. Hiss olunurdu ki, getməyə hazırlaşır. O, Kazbek”inə 
bir qullab vurdu. Qatı dumana bənzəyən tustü onun sifəti bərabərində qıvrılırdı, 
Şair sol əlilə dumanı qovub çəkinə-çəkinə qapı ağzında dayanan oğlana: 
- Gəl içəri, a bala, - dedi, - gəl, çəkinmə, gəl görüm, kimsən? 
Adil özünü təqdim elədi. Başına gələn əhvalatı təfsilatı ilə danışıb susdu. 
Onu ayaq üstə dinləyən şair ağır, ehtiyatlı addımlarla yenidən stolun arxasına 


keçdi. Oturub telefonu az-az özünə tərəf çəkdi. Bərk yorğun olmağı 
hərəkətlərindən, üz-gözündən aydın hiss olunurdu. 
- Musa, burda mənim yanımda bir oğlan var. “Kapital”ı, izafi dəyəri əzbər 
bilir. Əla alıb bu oğlan. - Üzünü dəstəkdən aralayıb: - Adın nədi, a bala? - Adil 
Qasımov. - dedi. - Sonra Səməd dəstəyə - Nəsə anlaşılmazlıq olub onu 
aspiranturaya qəbul eləməyiblər. Onda prezidium adından qərarın layihəsini 
hazırlayaq. 
Dəstəyi yerinə qoyan şair xoş təbəssümlə gülümsündü. Üzünü Adilə tutub: 
- Bəxtli oğlansan, - dedi, - görünür anan namaz üstə imiş. Hər saat yerində 
tapılmayan prezident də bəxtindən cavab verdi, həm də işini düzəltdi. Razılıq 
aldıq. Bax, gör qız getməyib ki... 
 Şair katibəyə göstəriş verdi ki, prezidiuma qərar layihəsi hazırlasın. 
Layihəyə birinci özü qol çəkdi. Üzünü Adilə tutub, layihəni ona verdi. 
- İndi qalır üç nəfər. Elmi katib Həsən Əliyev, prezident Musa Əliyev, bir də 
Mərdan bəy Tahirbəyli (təkcə üçüncü ad-familiyanı dəyişməyi lazım bildik. - Ş.N.) 
bunları tapıb qol çəkdirə bilərsənmi? Prezidentin razılığı var. Qorxma, ürəkli ol, 
işin düzəlib, - deyib ona uğur arzuladı. 
Səhərisi Adilin ürək döyüntüsü ilə təqdim etdiyi sənədə akademik Həsən 
Əliyev də, Musa Əliyev də qol çəkdi. Lakin Mərdan bəy Tahirbəyli qol çəkməkdən 
imtina edib dedi ki, bu düzgün deyil, qoy bu məsələ akademiyanın prezidiumunda 
həll olunsun. 
Adil ikinci dəfə şairə pənah gətirdi. Tahirbəylidən başqa hamıya qol 
çəkdirdiyini bildirdi. Səməd Vurğun dərhal dəstəyi götürüb Mərdan bəyə zəng 
vurdu. Nəzakət və qayğı ilə: 
- Eşitdim, - dedi, - xalq təsərrüfatında böyük əhəmiyyət kəsb edən bir ixtiran 
müvəffəqiyyətlə keçib, təbrik edirəm. Bəs, o bizim işçi nə oldu? Hə, lap yaxşı, çox 
gözəl, təşəkkür edirəm. - Xoş xəbərdən iri, ağıllı gözləri gülümsənən Səməd 
Vurğun, - Mərdan bəy, sənin yanına aspiranturaya qəbul üçün bir oğlan 
gəlmişdimi? - Azacıq onu dinlədikdən sonra, - bu yazıq oğlanın nə günahı var, onu 
naümid, kor-peşman qaytarıbsan. Böyük bir ümidlə imtahan verib, özü də “əla” 
alıb. Yiyəsiz oğlandı. Nə olsun ki, bir azca boyu balacadı. - Ərklə gülümsünüb: - 
Sən bir bundakı Marks “Kapital”ına, elmə olan həvəsə bax. Namizədliyini də elə-
belə adam verməyib. Hamımızın yaxşı tanıdığı Həsən Dadaşov, hansı ki, onun 
siyasi-iqtisad sahəsindəki gələcək fəaliyyətinə böyük ümid bəsləyir. Özün məndən 
yaxşı bilirsən, professor Həsən Dadaşov bu sahədə böyük nüfuza malik nəzəriyyəçi 
alimdir. O, hər yoldan ötənə siyasi-iqtisadın ağır, lay qapılarını açıb içəri girməyi 
məsləhət bilməz. 
Şair telefonla xeyli söhbət etdi. Gah zarafatla, gah da ciddi bir rəsmiyyətlə 
Mərdan bəyi dilə tutdusa, mümkün olmadı. Bir neçə dəqiqə bundan əvvəl gülən 
gözlərinə kədər buludu çökdü. Xoş simasının hirsdən yavaş-yavaş qaraldığını hiss 
edən Adil ürəyində özünü danladı: “Kaş gəlməyəydim. Kefi necə də yaxşı idi. 
Səhər-səhər kişinin qanını qaraltdım. Mənim ucbatımdan neçə illik dostunu da 
itirəcək”. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə