Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə93/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

- Gecə çoxdan keçib, saat ikini ötüb ay Səməd, sən isə axşamın xeyir 
deyirsən. Bir azdan səhər açılacaq, xeyir ola belə bivaxt? 
- Neyləyirsən, nə ilə məşğul idin? 
- Bu vaxt neyləyərlər ay Səməd, hamı kimi mən də yatmışam... 
- Osman, bilirsən də gərək ki, sənə demişdim, Muğan haqqında bir dastan 
yazıram. Qulaq as, oxuyum yenicə bir fəslini də bitirdim. Məncə pis çıxmayıb. 
- Oxu görək qardaş, bu gecə gözü neyləmisən? 
- Bu fəsildə qəhrəmanım Sarvanın zəfərinin təntənəsini alqışlayıram, onun 
yarışda qalib olduğunu tərənnüm edirəm. Bilməmiş olmazsan, nə qartal, nə də 
pələng. şikarından sonra boş-boşuna öyünməz, sakitcə dayanıb durar. Mənim 
Sarvanım da zəfərdən sonra kürsüyə çıxıb boş danışmağı, öyünməyi mənasız hesab 
edir. 
Osman gülə-gülə: 
- Yaxşı az təriflə qəhrəmanını. Yeni fəslini oxu, özüm biləcəm nədən 
danışırsan. 
 
Pələng nərə çəkər hücumdan qabaq,  
Bir an da bir yerdə dayanmayaraq...  
Dağlar dilə gələr onun səsindən,  
Ağaclar titrəyər hər nərəsindən...  
Ancaq şikarını aldımı pələng,  
Hayqırmaz bir daha nərə çəkərək,  
Hay vurub, qıy vurub qışqırmaz yenə,  
Sakitcə baş qoyar öz pəncəsinə... 
 
- Dayan, dayan mümkünsə onu bir də oxu yaxşı eşidə bilmədim. 
Səməd Vurğun son misraları yenidən oxuyub fəxrlə: 
- Necədi, qara lələşin əla tapıb yox, deyəsən xoşuna gəldi. 
- Əladan da əladır, Səməd. O günü sənə oxuduğum “Deyirlər” şerimdə belə 
bir yer var. Oxuyum, qulaq as... 
 
Deyirlər: qovğadan çıxmış bir aslan  
Baxıb sinəsinin axan tərinə,  
Ağac kölgəsinə uzanıb bir an  
Başını söykədi biləklərinə. 
 
Deyirlər göylərdən çox məğrur gəlir  
Od alıb dönəndə şahin şikardan,  
Böyük sərkərdələr belə dincəlir  
Müzəffər çıxanda vuruşmalardan. 
 
- Fikirlərimiz toqquşub, qardaş. 
- Hə, hə, doğru deyirsən. - bir an duruxdu. - Yox, yox, bunu burdan çıxartdı, 
yoxdu Osman, lap incisən də. Tapdım. Onda belə eləyərəm: 


 
Oxucum, bu surət sizə bəllidir,  
Onun ilk avtoru Sarıvəllidir. 
 
İndi necə, bax indi oldu həm sənin, həm də Səməd Vurğunun, - deyib ürək 
dolusu güldü. 
Həmin fəsil “Muğan” poemasının bütün çaplarında beləcə də dərc olunur. 
 
 
 
SƏMƏD VURĞUNUN YENİ TAPILMIŞ ŞERLƏRİ 
 
Respublika Əlyazmalar İnstitutunun arxivində (Arx. 46) Səməd Vurğun 
əsərlərinin heç bir nəşrinə düşməyən ayrı-ayrı bəndləri və şerləri saxlanılır. 
 
Demə ki, boş yerə çöllər gəzirəm.  
Oymaqlar dolanıb ellər gəzirəm.  
Bu günün, sabahın fikri başımda  
Arzutək, gələcək illər gəzirəm
11

 
* * * 
 
Sən də səhralara bir ana kimi  
Döşündən süd verib şirin yuxu yat.  
Qazaxdan başlamış Muğana kimi  
Odlar ölkəsində bir cənnət yarat. 
 
* * * 
 
“Aygün” poemasının on beşinci fəsli üç səhifədə, iki nüsxədə (Arx. 46. Q-
20/127) arxivdə saxlanılır. Altında Səməd Vurğunun öz dəsti-xəttilə yazılma tarixi 
də qoyulub: “Şüvəlan, 15 iyun 1949-cu il”. 
Birinci nüsxə üzərində şair özü düzəlişlər aparıb, heç bir ixtisar və qaralama 
etməyib. Amma nədənsə fəslin dörd bəndi indiyədək Səməd Vurğun əsərlərinin 
                                                 
11
 Bu bəndin üstündə şаirin öz dəst-хəttilə bеlə bir qеydi vаr: “Muğаn” pоеmаsınа ricət” Sоnrа 
qırmızı kаrаndаşlа həmin bəndin аşаğısındа yаzıb: “Muğаndа bоş-bоşunа gəzmirəm”. Hər iki bənd 
“Muğаn” pоеmаsının “Оn birinci nəğmə”sinin sоnundаn düşmüşdür. Ikinci bəndi Səməd Vurğun: 
 
Еy könül, Kür ilə söhbəti qurtаr,  
Uzundur оnsuz dа bu dаstаnımız;  
Sаbаh dа Bоzdаğа səfərimiz vаr,  
Оrdа külüng vurur qəhrəmаnımız... - 
 
mürаciətindən əvvəl yаzılıb. (Ş.N.). 
 
 


heç bir nəşrinə daxil edilməyib. Bu fəsildə şair uzun qış gecəsində qəhrəmanı 
Aygünün təbii iztirablarını, həyəcanlarını təsvir edir. Aygün intizardadır, gecədən 
xeyli keçməsinə baxmayaraq Əmirxan evə qayıtmamışdır. 
 
Arabir də Aygün çıxır qarlı eyvana,  
Bir də baxır, yenə baxır yollara sarı, 
Ürəyindən alov tutub o yana-yana,  
Həsrət ilə salamlayır yenə yolları. 
 
Sinəsində yumruq kimi sıxılır ürək,  
Üşüməyir, istiləşir qar yağa-yağa.  
Bu vaxt ağac bir beşikdə ağlayır çağa.  
Anasının döşlərindən süd istəyərək. 
 
O hardadır? O gəlmədi açılır sabah...  
Bəlkə yaman bir xata var onin başında? 
Bəlkə ona travmayda, ya da maşında  
Bir müsibət üz vermişdir? 
- Yox, olmasın ah. 
 
Ona gələn xata-bala canıma gəlsin; 
Odur mənim ağzımdakı şirincə dilim. 
Sağ-salamat, deyə-gülə, yanıma gəlsin,  
Yaman gözdən uzaq olsun mənim sevgilim. 
   
* * * 
 
Respublika Əlyazmalar İnstitutunun arxivində (Arx. 46/151) Səməd 
Vurğunun on misra (iki bənddə) sərlövhəsiz bir şerinədə rast gəldim. Şer parçası 
“Aygün” poemasının əlyazmaları saxlanan qovluqdadır. Məzmunundan “Aygün” 
poemasının on səkkizinci fəslinə uyğun gəlir. 
 
Görürsən tovlayır qəlbi ehtiras, 
Kor kimi gedirik onun dalınca. 
Hardasa nəşimiz köklənir bir az. 
Sonra da soyuyub nəyus qalınca. 
Min lənət deyirik iradəmizə, 
Kefimiz sonradan dərd olur bizə... 
 
Şair! Nə üçündür bu sayaqlaman,  
Kim qulaq asacaq bu nəsihətə?  
Beş günlük dünyanın, qonağı insan  
Rəvamı qul olsun bir məhəbbətə?  
Dəymə! Öz kefindən qalmasın heç kəs,  


Həyat bir qəlibə sığışa bilməz. 
 
* * * 
 
Səməd Vurğunun vəfatından sonra iki şəxsin - şairin qardaşı Mehdixan 
Vəkilovun və yaxın dostu Osman Sarıvəllinin ünvanına çoxlu məktublar gəlib. Bu 
məktublarda Səməd Vurğun haqqında xatirələr, yaddaşlarda qalan şerlər, 
fotoşəkillər və əlyazmaları göndərilib. 
1960-cı ildə Səməd Vurğun əsərlərinin altı cildliyi nəşr olunmağa 
başlayanda hər iki şəxsə göndərilən oxucu məktubunun sayı daha da artmışdır. 
Qazax rayonunun Kirovkənd orta məktəbinin müəllimi Züleyxa xanım 
Qiyasbəylinin 1961-ci il, oktyabrın 22-də göndərdiyi məktub bu cəhətdən çox 
qiymətlidir. Züleyxa xanım Səməd Vurğun əsərlərinin birinci cildində təhriflə və 
ixtisarla dərc olunmuş “Matəm nəğməsi” şerinin tam variantını yazıb Mehdixan 
Vəkilova göndərib. Züleyxa xanım şerin 1928-ci il, aprelin 24-də Gəncədə nə 
münasibətlə yazıldığından ətraflı söhbət açır. O, yazır: 
 
“Hörmətli Mehdixan qağa. Salam! 
Mən Səmədin əsərləri toplanmış birinci cildin 49-cu səhifəsində “Matəm 
nəğməsi” adlı şerini oxudum. Bu şeri mən ilk dəfə 1928-ci il aprelin axırlarında 
Səmədin özündən alıb yazmışam. O vaxt mən Gəncə Pedaqoji seminariyasında 
oxuyurdum. Səməd də yeddi nömrəli orta məktəbdə müəllim işləyirdi. O, biz 
qazaxlı uşaqların yanına və ən çox sizin qohumunuz Səyyarə Əhməd qızı 
Vəkilovanın yanına tez-tez gələrdi. Bir gün mənim atam Qayıbalı kişi yanıma 
gəlmişdi. Biz seminariyanın qabağında dayanmışdıq. Səməd yolnan keçərkən 
atamı gördü. Dayanıb hal-əhval tutdu. Atam dedi: “Səməd, səninlə ikinci Şıxlıda 
müəllim işləyən Mirzə Həsəni gecə yatdığı yerdə öldürüblər. (O zaman Mirzə 
Həsən Qaymaqlı kəndində müəllim idi). Bu xəbər Səmədə çox pis təsir etdi, 
Səməd küçədəki böyük çinar ağacına söykənib, bu şeri yazdı. Sonra həmin şeri 
atama verdi. Mən onun üzünü köçürüb yenə atama qaytardım. Kitabda şerin hamısı 
verilməyib, həm də səhv verilib. Həmin şeri indi bütövlükdə Sizə göndərirəm. 
 
MATƏM NƏĞMƏSİ 
 
Gedərkən sükuta gecənin qəlbi,  
Eşitdim sulardan matəm nəğməsi.  
Bilmədim nəymiş o qətlin səbəbi,  
Bu hadisə heyran qoydu hər kəsi
12

 
Bu səs məni birdən yandırıb-yaxdı,  
                                                 
12
 Bu bənd Səməd Vurğun əsərlərini 6-cildliyinin 1-cildində, səh. 49-dа “Mаtəm nəğməsi” şеrində 
vеrilib, ikinci cilddə isə bundаn sоnrаkı bəndlə birlikdə “Nаtаmаm pаrcаlаr” bölməsində səhvən, аyrıcа, 
sərlövhəsiz təkrаr nəşr оlunmuşdur. Bах: Səməd Vurğun əsərləri 6 cilddə, 1960-ci il (Ş.N.). 
 


Gözümdən qəlbimə damcılar axdı,  
Buludlar oynadı, şimşəklər çaxdı,  
Bir ağlaşma qurdu göyün nərəsi. 
 
Öldən bir deyildir, eşit ay cəllad.  
Yaşıl bir yuvanı sən etdin bərbad. 
Aman, nədir o səs, nədir o fəryad?  
Dul qalan gəlinin odlu naləsi? 
 
Ey insan! O yazıq, o tökülən qan,  
Duyğusuz daşmıdır, deyilmidir gan?!  
Bu alçaq işləri duyduqca vicdan,  
İnsanın həyata qalmır həvəsi. 
 
Sən ölmədin, qardaş! Ölmədin inan!  
Haqqın intiqamı yaşar hər zaman.  
Nədir qələmindən axan bu dastan  
Yenə də çalxanır qəm piyaləsi. 
 
Necə qıydı sənə o xain, düşgün,  
Həsən! Matəmindən quruldu dügün.  
Qanını yerlərdən yığacaq bir gün,  
Şuraların doğru, düz məhkəməsi. 
 
Gəncə, 1928-ci il, 24 aprel 
 
Məndə olan şer bu cür yazılmışdır. Şairin özü öz cib dəftərinin vərəqəsinə 
belə yazmışdı. Sonra şeri kim dəyişibsə o düz deyil. Bu qədər, sağlıqla qalın. 
 
İmza: Züleyxa Qiyasbəyli
13

Qazax rayonu, Kirovkənd orta  
məktəbinin müəllimi 
 
Bu günlərdə (5 oktyabr 1995-ci ildə) bu sətirlərin müəllifi Respublika 
Əlyazmaları İnstitutunun 1606 nömrəli fondundai həmin “Matəm nəğməsi” şerinin 
                                                 
13
 Müəllimə Zülеyха  Qiyаsbəylinin tаm vаriаntdа göndərdiyi “Mаtəm  nəğməsi”  şеri Səməd Vurğun 
ruhunа dаhа yахındır. Əvvəlа о, şеrin nə münаsibətilə və kimə yаzıldıqı bаrədə şаhid kimi inаndırıcı məlumаt vеrir. 
Şеrin Səməd Vurğun külliyyаtındа vеrilən yаrımcıq vаriаntdа  təhriflər sаyаgəlməz dərəcədədir. Şеri оrijinаldаn 
köcürən Z.Qiyаsbəylidə: “Yаşıl bir yuvаnı sən еtdin bərbаd”. Kitаbdа isə: “Min bir yuvаnı, bах, sən еtdin bərbаd”. 
Qiyаsbəylidə: “Аmаn, nədir о səs, nədir о fəryаd?” Kitаbdа: “Insаn nədir о səs. Nədir о fəryаd?” - Qiyаsbəylidə: 
“Hаqqın intiqаmı yаşаr hər zаmаn”, Kitаbdа: “Еşqin intiqаmı yаşаr hər zаmаn”. Qiyаsbəylidə: “Nədir qələmindən 
ахаn bu dаstаn? Yеnə də çаlхаlanır qəm piyаləsi”, Kitаbdа: “Qəlbimdən ахаn bu kicik dаstаn. Аrаr qаrаnlıqdа 
ədаlət səsi? və s. təhriflər gеtmişdir. 
Qiyаsbəylinin əlyаzmаsındа həm də şеrin dəqiq yаzılmа tаriхi göstərilir. Səməd Vurğun külliyyаtındа dörd 
bənd vеrilən şеr оndа аltı bənddir. (Ş,N.) 
 
 


kiril əlifbası ilə yazılmış pərakəndə variantını da tapdı. Əlyazmalardan hiss olunur 
ki o Səməd Vurğuna məxsus deyil. Hələ 1928-ci ildə şair kiril əlifbası ilə yaza 
bilməzdi. O da aydın olur ki, kimsə şeri yaddaşından köçürüb və hansı bir şairsə 
onu redaktə edib. Vərəqlərdən birində yazılmış iki misranı şerə daxil etməyiblər, 
halbuki bu iki misra Səməd Vurğun dəsti-xəttinə daha çox oxşayır: 
 
Dedilər, dəryada qərq oldu gəmin,  
Dedilər qaralar degil həmdəmin. 
 
Hazırda: Züleyxa xanım Qiyasbəyli Sumqayıtda yaşayır. 
 
* * * 
 
Yenə Respublika Əlyazmalar İnstitutunda 27 nömrəli fondunun iyirmi 
səkkizinci saxlama vahidində əziz şairimiz Səməd Vurğunun “Mıs-mıs” adlı satirik 
şerinə rast gəldim. 1943-cü il sentyabrın 6-da yazılan şer indiyədək Səməd Vurğun 
əsərlərinin heç bir nəşrinə düşməyib. Şer şairin öz dəst-xəttilə əski əlifbada yazılıb. 
 
 
Ağız dolu bircə dəfə  
Danışmadın niyəsə,  
Mıs-mıs - deyib dayanırsan.  
Hər kəlməni yeyərək.  
Hər bir sözü hıcca-hıcca,  
Uda-uda deyərək. 
 
Sən özünü ağır təbli  
Göstərirsən nəzərə.  
Yüz sözündən bir söz belə  
Anlamadıq bir kərə... 
 
Nə yazıq ki, doğrudan da,  
Gülməlisən zavallı.  
Məncə ölüm şərəflidir  
Yaşamaqdan bu hallı. 
 
* * * 
 
1973-cü ildə Vurğunun izilə Qubada olarkən beş nömrəli səkkizillik 
məktəbin qocaman müəllimi Seyfəddin Rəcəbovun yaddaşından yazdığım bir 
bəndi Səməd Vurğun 1927-ci ildə bədahətən deyib: 
 
Sizə şərh olmadı ey-vah əməlim,  
Qumlu bir sahilə bağlandı gəmim.  


Bu daşa yaşlarla yazılsın qəmim,  
Məni torpaqlara qərq etdi bu dərd. 
 
Seyfəddin müəllim deyirdi ki, bu altı bəndlik “Dərd” adlı bir qoşma idi. 
Heyif ki, qalanını unutmuşam. Həmin günü Səməd müəllim Qazaxdan məktub 
aldı. Orada Dürrənin ərə getməsini yazmışdılar. 
 
 
* * * 
 
Xalq şairinin bağbanı İbrahim Cəfərovla 1974-cü ilin iyununda görüşdüm. 
On yeddi il şairin bağbanı olan İbrahim əminin sinəsi maraqlı xatirələrlə dolu idi. 
Onunla görüşümdən “Bağbanın sözü” adlı sənədli hekayə yazdım. Söhbət zamanı 
İbrahim əmi dedi ki, 1947-ci ildə Londondan yenicə qayıdan Səməd Vurğun 
Şüvəlandakı bağında füsunkar Muğan çölləri üçün qəribsəyərək bədahətən dedi: 
 
Muğan çöllərindən çeyran qaçmayır,  
Turac pırıldayıb koldan uçmayır,  
Başımın üstündən durna keçməyir,  
Mənsiz pərişanlar Muğan çölləri. 
 
* * * 
 
 
BİR ŞERİN TARİXİ 
 
Bir neçə il əvvəl (1979-cu il) Qazaxda olanda Səməd Vurğunun bibisi qızı 
Qızxanım Axundova ilə görüşdüm. Acılı-şirinli xatirələr Qızxanım ananın gah 
qəddini düzəldir, gah da yumağa döndərirdi. Səməd Vurğunun uşaqlıq illərindən 
maraqlı, ibrətamiz hekayətlər danışan Qızxanım ana söhbətarası dedi ki, bizim 
Vaqifdə Səmad Vurğunun çap olunmamış bir şeri var. 
Bakıya qayıdanda filologiya elmləri doktoru, professor Vaqif Vəliyevlə 
görüşdüm. Vaqif müəllimdən şeri yazıb götürdüm. 
- Şerin maraqlı yaranma tarixi var, - dedi - onu şairin qızı Aybəniz xanım 
dəqiq bilir. Onunla görüş.  
Aybəniz xanım nəql elədi ki, 1955-ci ilin fevralında Mehdixan əmim bizi 
ailəliklə qonaq çağırmışdı. Süfrə gözəl nemətlərlə bəzədilmişdi. Həmişəki kimi çox 
az yeyən atam şəkililərə məxsus yeməklərin hazırlanmasını və adını tez-tez 
soruşurdu. 
- Bu hardandı, a qardaş, bunun adı nədi? 
Mehdixan əmim stoldakı nemətlərin adını bir-bir sayır və hər dəfə də 
deyirdi: 
- Şəkidəndi qardaş, payınız var... 
Qonaqlıqdan bir müddət keçmişdi. Düzü biz unutmuşduq, pay-ürüş 
gözləmirdik. Sən demə, atam unutmayıbmış. O vaxt mən universitetdə oxuyurdum. 


Əmim Mehdixan da universitetin tarix fakültəsinin müəllimi idi. Bir səhər dərsə 
gedəndə atam məndən soruşdu ki, qızım, bu gün əmin Mehdixanın sizə dərsi 
varmı? 
- Bəli, - dedim, - var. 
- Bu kağızı ona verərsən. 
Mən fasilə vaxtı, foyedə atamın kağızını əmimə verdim. Mehdixan əmim 
kağızı açıb elə orada oxudu və bərkdən güldü. Sən demə həmin “Gəlmədi” şeri 
imiş. Şerin əsli indi Mehdixan əmimin şəxsi arxivindədir. 
 
Yığışdıq evinə vurduq araqdan,  
Çox vədlər verdin haqdan-nahaqdan.  
Gözümüz yoldadır, qardaş, o vaxtdan,  
Mürəbbənin heç sorağı gəlmədi. 
 
Zəyzidin düyüsü yaman dardadır.  
Ruqiyyə bərk tutub, torbalardadır.  
Xavərin iştahı intizardadır,  
Torbası cəhənnəm, bağı gəlmədi. 
 
Görüm abad olsun Şəkinin adı,  
Ağzımızda qaldı urufun dadı.  
Bizə beçə-plov qismət olmadı,  
Düyüsü gəlmədi, yağı gəlmədi. 
 
Görünür, bu yalan sizə adətdir,  
Badımcan turşusu böyük nemətdir.  
Onu da göndərmək bir səxavətdir.  
Saraldı gözümün ağı, gəlmədi. 
 
Yenə tərlan təbim coşub qan eylər,  
Plov həsrətilə min tufan eylər.  
Vurğun Kühənsala can qurban eylər,  
Süfrəmizin təm-tərağı gəlmədi. 
 
Oxucu üçün aydın olsun deyə şerdə adı çəkilən Ruqiyyə xanım (əsli 
Şəkilidir) Mehdixan Vəkilovun həyat yoldaşıdır. Xavər xanım isə Səməd 
Vurğunun. Zəyzid Şəkidə kənddir. Uruf Şəkidə hazırlanan ən ləziz yeməklərdən 
biridir.  
Mehdixan Kühənsal - Səməd Vurğunun ana babasıdır. Daha doğrusu, anası 
Məhbub xanımın atası Kühənsal (yaşlı, qoca, müdrik) təxəllüsü ilə şairlik etmişdir. 
O, həm də şair Səməd Vurğunun atası Yusif ağanın əmisi olub. Mehdixan 
Kühənsal vaxtsız vəfat edəndən sonra Yusif ağa böyük oğlunun adını Mehdixan 
qoyur. Səməd Vurğun da buna görə şerdə Mehdixana Kühənsal deyə müraciət 
etmişdir. 


Mehdixan Vəkilov Səməd Vurğun şerinə “Gələcək” adlı beş bəndlik cavab 
yazmışdır. 
 
Sənə qurban olsun ev də, eşik də,  
Arvad düyü saxlar güncdə, deşikdə.  
Mürəbbə, badımcan, yatır yeşikdə,  
Mən gözlərəm, atam haçan gələcək. 
 
“Atam haçan gələcək” eyhamında Mehdixan müəllim o vaxt Moskvada 
təhsil alan Səməd Vurğunun böyük oğlu Yusif Səməd oğlunun qayıtmasını 
arzulayır. 
 
1995-ci il 
  
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
 
 
Şəmistan Nəzirli 
 
Yadaşlarda yaşayan Vurğun 
(azərbaycan dilində) 
 
Bakı  
1996 
 
 
Yığılmağa verilib 8.10.96-cı il. Çapa imzalanıb  
5.11.96-cı il. Uçot nəşr vərəqi 17,25.  
Şərti çap vərəqi 19,0. Sifariş 222. Tiraj 1500. 
Müqavilə qiyməti ilə. 
Azərbaycan Respublikası Mətbuat və İnformasiya  
Nazirliyi, “Şərq-Qərb” nəşriyyatı. 
Bakı. Böyük Qala küçəsi, 41. 1№-li kitab mətbəəsi.  
Bakı. Əli Bayramov küçəsi, 3. 
 
 

Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə