Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə85/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   81   82   83   84   85   86   87   88   ...   93

Rustaveli teatrınıi binasında keçirilən antifaşist mitinqində qardaş Gürcüstan 
və Ermənistan zəhmətkeşlərilə birlikdə respublikamızdan da dörd nəfər iştirak 
etmişdir: Səməd Vurğun, Mirzə İbrahimov, Sabit Orucov və Ağa Nemətulla.  
Mitinqin aparıcısı Gürcüstan SSR Ali Soveti Rəyasət heyətinin sədri Georgi 
Strua nümayəndələrə növbə ilə söz verir. Birdən-birə ekranda titr yazısı görünür: 
“Azərbaycan şairi Səməd Vurğun”. Onun doğma dilimizdə gur, əzəmətli səsi 
eşidilnr: 
“Əziz qardaşlar və bacılar, Gürcüstanın, Ermənistanın, Azərbaycanın azad 
xalqlarının oğulları və qızları!”. 
Səməd Vurğun filmdə lap cavan görünür. Saçlarına hələ dən düşməyib. 
Nazirin katibi Nikolay İvanoviç qolumdan tutub soruşur: 
- O şermi oxuyur, hansı şerini? 
Mən gözümü ekrandan çəkmədən cavab verirəm: 
- Xeyr, şer oxumur, danışır. 
- Ola bilməz. - Nazirin katibi təəccüblənir, - yəni belə də danışıq olar? Bəlkə 
səhv edirsiz, şer oxuyur, yaxşı qulaq asın. 
- Xeyr, o danışır, səhv etmirəm, o sadəcə danışır. 
“...Zaqafqaziyanın qardaş xalqları olan gürcülər, ermənilər və 
azərbaycanlılar tarixdə dəfələrlə ümumi düşmənimizə qarşı, yəni yadelli işğalçılara 
qarşı əlbir mübarizədə birləşmişdir. Biz dəfələrlə düşmən qoşunlarını qırıb-
dağıtmış, onları Kür və Arazın coşğun sularında qərq etmişik. Bizim ata-
babalarımız Qafqaz torpaqlarını ərəblərin, monqolların və başqa işğalçıların 
hücumundan qəhrəmanlıqla qorumuşlar. Bu gün xalqlarımızın şərəf və 
istiqlaliyyətini yenə də müdafiə etmək zamanı gəlmişdir. Biz bu gün ümumi 
düşmənimiz olan alman faşizmi ilə üz-üzə durmuşuq. Böyük babalarımız olan 
Tariyel, Sasunlu David, Babək və Koroğlunun ölməz simaları fikrimizdə yenidən 
canlansın. Qoy keçilməz Qafqaz dağlarının dibi görünməyən dərələri alman 
işğalçıları üçün məzarıstan olsun...”. 
Səməd Vurğunun əzəmətli səsini eşitməkdən doymaq olmur. On səkkiz 
dəqiqəlik filmə 6 dəfə baxdıq. 
Yenidən nazirin kabinetinə qayıdıb söhbətimizi davam etdirdik. 
- Bakıdan zəng edəndə həmişə ilk sözü belə olardı: 
- Sabit, bəsdir çovğunlu şimalda oturduğun, haçan gəlib cənub günəşində 
canını qızdıracaqsan. 
O, mənimlə bir dost, bir qardaş kimi danışardı, hətta həyat yoldaşım Fatmanı 
da ərklə dindirərdi. 
- Sabit müəllim, Səməd Vurğunu ən çox nə zaman xatırlayırsınız? 
- Oğul, Səmədi xatırlamamaq olmaz, - dedi, - əlbəttə, ən çox seçkilərdə, 
yığıncaqlarda, poeziya məclislərində gözümü səhnədən çəkə bilmirəm. Mənə elə 
gəlir ki, o indicə kürsüyə qalxıb gur və əzəmətli səslə şer oxuyacaq, arabir də əlini 
ağ, dalğalı saçlarında gəzdirəcək.  
Son dəfə onu Moskvadan Vyetnama yola saldım. Bərk qızdırması vardı. 
“Səməd, - dedim, - belə vəziyyətdə niyə gedirsən?”. 
- Sabit qardaş, - dedi, - Şərqə borcum var. 


- O nə borcdur, - dedim, - ay Səməd? 
- Avropadan  az-çox  yazmışam, - dedi. - Şərq məni çoxdan maraqlandırır, 
böyük bir əsər yazmaq fikrindəyəm. 
- Sabit müəllim, bəlkə şairin sizdə əlyazması, fotoşəkli... 
- Yox, düzü elə bir şey yoxdur, ancaq üç-dörd il bundan əvvəl bilmirəm 
kimsə mənə Aleksandr Fadeyevin “Bakı” restoranı direktorunun adına yazdığı bir 
məktubunu verdi. Fadeyev yazırdı ki, yoldaş Baxış (familiyasını unutmuşam), bir 
neçə saatdan sonra Sovetlər ölkəsinin ən gəzəl şairi Səməd Vurğun sizin qonağınız 
olacaq. Xahiş edirəm ona milli Azərbaycan xörəkləri hazırlayasınız. Elə xörək ki, 
Səməd Vurğun onu yeyib özünü doğma Azərbaycanında hiss etsin. 
Mən həmin məktubu Fadeyevin həyat yoldaşının ünvanına göndərdim... 
Görkəmli sovet yazıçısı A.Fadeyevin həyat yoldaşı Angelina İosifovna 
Stepanova Moskva Dövlət Bədaye Teatrında işləyir. SSRİ xalq artisti, Sosialist 
Əməyi Qəhrəmanı Angelina Stepanovanı düz beş gün axtarmalı oldum. 
Qapıçı məni birbaşa qrim otağına apardı. 
Mavi gözlü, mülayim rəftarlı qadın əvvəl işin çoxluğundan şikayətləndi. O, 
Leninqradda “Xilaskarlar” adlı bədii filmdə baş rolda çəkilirdi. Bir müddət onun 
üzünə baxa-baxa qaldım. Sifətildəki qəmli qırışlar, gözlərindəki məhzunluq məni 
mütəəsir eləmişdi. Fikirləşirdim ki, bu sifət, bu gözlər necə də qəmli, kədərli 
olmasın. Gör kimləri görüb, kimləri son mənzilə yola salıb?!  
Hiss edirdim ki, Angelina İosifovna demək istəyir ki, niyə sual vermirsiniz, 
söhbətimizə başlamayaq? Düzü mənim üçün də çətin idi - yaxşı bilirdim ki, o 
günlərə qayıdan kimi yaralarına toxunacam. 
İki oğlu var. Aleksandr aktyordur. Mərkəzi televiziyada işləyir, bir neçə 
filmdə çəkilib. Mixail isə Moskva Dövlət Universiteti tarix fakültəsinin axşam 
şöbəsində oxuyur, həm də “Sovetski pisatel” nəşriyyatında redaktor işləyir. 
Angelina İosifovna deyir ki, Mixail arabir cızma-qara da edir. Bilmiram atasının 
şan-şöhrətinə, zirvəsinə yüksələ biləcəkmi? 
- Angelina İosifovna, Səməd Vurğunu necə xatırlayırsınız? 
- Saşa  həmişə deyərdi ki, Səməd bizim  məclisin canı və qanıdır. Hansı gün 
Səməd Vurğun qonağımız idi, biz hamımız onu dinlərdik, ona heyranlıqla 
baxardıq. İlk dəfə Səmədi görəndə onun zahiri məni valeh etmişdi. Sonralar 
gördüm ki, bu adam daxilən də çox maraqlı və heyranedicidir. Onun adama fikirli 
baxmağı, bığaltı gülümsəməsi, danışığı hamını əfsunlayırdı. 
O vaxtlar elə bir görkəmli şair, yazıçı yox idi ki, bizdə qonaq olmasın. Lakin 
mənim üçün dünyada ikicə şair var: Səməd Vurğun və Pasternak. Birinci növbədə 
onlar elə görünüşlərindən əsl şair idilər. Xarici görkəmlərində, danışıq tərzlərində 
nə isə bir qeyri-adilik, ilahilik vardı. 
Səməd Vurğun bizim qapını ərklə açıb içəri girərdi, ərklə də keçib stol 
arxasında əyləşərdi. 
Yadımdadır, Səməd min doqquz yüz əlli dördüncü ildə Peredelkinodakı 
bağımızda iki gün qonaq qaldı. İki gün Saşa ilə Səməd heç yana getmədilər. O 
zaman Səməd Vurğun yazıçıların ikinci Ümumittifaq qurultayında poeziya 
haqqında məruzəyə hazırlaşırdı. Arabir onlar bağa gəzməyə çıxardılar. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə