Шәмистан нәзирли



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə86/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   82   83   84   85   86   87   88   89   ...   93

Ədəbiyyatdan, tarixdən söhbət edə-edə deyə-gülə gəzişərdilər. İlahi, onun danışığı, 
gülüşü necə də təbii və gözəl idi. Onun başı müdrik loğmanlar kimi ağarmışdı. 
Adama yunan filosoflarını xatırladırdı. 
Moldaviya şairi Yemelyan Bukov nə gözəl deyib: “Səməd Vurğun böyük 
canda böyük ürək idi”. 
Angelina Stepanovaya Sabit Orucovun dediyi məktubu xatırlatdım. O, bir 
müddət fikrə getdi. Mən məktubun məzmununu ona izah etdikdən sonra: 
- Hə, hə, yadıma gəldi, elə bir məktub vardı, - dedi, - Fadeyevin əlyazmaları, 
məktubları və yarımçıq əsərləri üzərində tədqiqatçı Sergey Nikolayeviç 
Preobrajenski işləyir.  
Ədəbiyyatşünas S.N.Preobrajenskiyə zəng elədim. Xəstə olduğunu bildirdi 
və üç gündən sonra görüşməyə söz verdi. Çox təəssüf ki, səhhəti daha da 
ağırlaşdığına görə üç gündən sonra da görüşə bilmədim. 
Moskvada olarkən görkəmli yazıçı, “Yunost” jurnalıiın baş redaktoru Boris 
Nikolayeviç Polevoyla da görüşüb söhbət edə bildim. Əslində bizim görüşümüz 
təsadüfi oldu. Mən “Yunost” jurnalı redaksiyasına Səməd Vurğun haqqında bir 
neçə gözəl məqalənin müəllifi Vladimir Fyodoroviç Oqnevin görüşünə getmişdim. 
Oqnevlə söhbət edərkən otağa saçları alnına tökülmüş bir nəfər girdi. Vladimir 
Fyodoroviç məni ona təqdim etdi. 
Boris Nikolayeviç Polevoy zarafatla: 
- Əzizim, - dedi, - mənim dostum haqqında mənimlə söhbət edin, bu cavan 
oğlanı niyə sorğu-suala tutmusunuz, buyurun yanıma. 
Boris Nikolayeviç otağına girən kimi kitab rəfinə yaxınlaşıb Səməd 
Vurğunun min doqquz yüz əlli ikinci ildə Moskvada çap olunmuş, avtoqraf yazıb 
bağışladığı “Seçilmiş əsərləri”ni tapıb göstərdi. Stol arxasına keçib, kitabı 
vərəqləyə-vərəqləyə dostu haqqında xatirələrini danışdı. 
- İlk dəfə, - dedi, - Səməd Vurğunla müharibədən sonra tanış oldum, onda 
hələ hərbi şineldə gəzirdim. Bilmirəm nə məqsədləsə A.Fadeyevin yanına 
getmişdim. Bir neçə dəqiqə söhbətdən sonra A.Fadeyev dedi: “Dostlar, deyəsən siz 
əməlli-başlı tanış deyilsiniz. Gəlin, sizi tanış edim”. Üzünü mənə tutub: - Boris 
Nikolayeviç, - dedi, - son vaxtlar qardaş millətlər arasında ulduz kimi parlayan bir 
necə gözəl şair var, onların ən görkəmlisi... 
Mən dözə bilməyib: 
- Yəqin ki, Səməd Vurğundur, - dedim.  
Saşa: 
- Bəli, bəli, - dedi, - buna lap qısaca “Qafqaz pələngi” də deyə bilərsən, - 
əlini Səməd Vurğunun çiyninə qoydu. - Bir az diqqətlə baxsan, elə pələngə də 
oxşadarsan. 
O vaxtdan ta böyük və əvəzsiz dostumun faciəli ölümünə qədər tez-tez 
görüşərdik. 
Ən çox görüşdüyümüz yer Nazim Hikmətin evi idi. Nazim özü mətbəxdə 
işləməyi, mahnı oxuya-oxuya xörək bişirməyi sevərdi. Səməd zarafatla ona 
deyərdi: 


- Qardaş, sənin oxuduğun türk mahnılarını bunlar başa düşmür. İndi sən oxu, 
mən də tərcümə edim. 
Onlar mahnı oxuya-oxuya xörəyi birgə bişirərdilər. Nazim Səmədi və onun 
yaradıcılığını çox sevirdi. Səməd haqda danışanda ən çox bu sözləri işlədərdi: 
Səməd Vurğun xoşbəxt şairdir! 
Üçlükdə Moskvada “Fərhad və Şirin” pyesinə baxdığımızı da yaxşı 
xatırlayıram. Onda Səməd Vurğundan çox Nazim Hikmət sevinərdi. Onlar bir-
birini qəlbən sevən və yüksək qiymətləndirən əvəzsiz insan və gözəl şair idilər. 
Şəxsən mənim üçün Səməd Vurğun böyük şair idi. Mən onu həqiqi mənada 
dostluq carçısı hesab edirdim. Onun prinsipiallığı, dərin düşüncəsi, ağıllı 
mühakimələri və hər hansı bir məsələnin həllinə özünəməxsus inadkarlığı adamı 
heyran edirdi: Min doqquz yüz yetmiş beşinci ilin oktyabrında sovet ədəbiyyatı 
günlərində Bakıya dəvət olunanda düzü çox sevindim. Mənə Bakını və sizin 
füsunkar Azərbaycanı sevdirən Səməd Vurğun olmuşdur. Moskvaya gələndə öz 
xalqı, öz el-obası, haqqında o qədər aludəliklə danışardı ki, adam heyran qalardı. 
Bakıda olarkən ikinci sevincim onun ev-muzeyinin açılışı oldu. Bir də sevindim 
ona görə ki, Səməd Vurğunun anadan olduğu müqəddəs torpağa qədəm basdım, 
Bakının ən mənzərəli yerində onun qranit heykəlini gördüm. Nə gizlədim, göz 
yaşımı saxlaya bilmədim. Nazim Hikmətin evində öz dilində şer dediyini, Nazimlə 
Qoşa türk mahnısı oxuduğunu xatırladım, tanış səs qulaqlarımda cingildədi. Sanki 
onu yenidən dinləyirdim. Səməd öz dilində şer oxumağı sevərdi, mən başa 
düşməsəm də aludəliklə qulaq asardım. O şer oxuyanda qəfildən içəri girən, bu dili 
başa düşməyən hər kəs dərhal hiss edərdi ki, qarşısındakı şairdir, şer oxuyur. Eşq 
olsun əbədiyyət sənətkarı Səməd Vurğuna! 
 
Fevral, 1976 
 
 
AYRILIQ VƏ UNUDULMAZ GÜN 
 
Əslində mən Azərbaycan Yazıçılar İttifaqı tərəfindən ancaq Gürcüstana 
ezam olunmuşdum. Ezamiyyə müddətinin beş günü artıq keçmişdi. Şairin doğma 
ata yurdundan ayrılmaq istəmirdim. Faktlar, adamlar mənə o qədər doğma idi ki, 
Qazağı tərk etmək haqqında heç fikirləşmirdim. 
Vurğunun pərəstişkarı Bağman Həsənov məni yola salanda bədahətən bir 
bənd şer dedi. Xoşuma gəldi. Tbilisiyə kimi bu şerin təsirindən ayrıla bilmədim. 
Hələ də o şeri unutmamışam: 
 
Aşdım təpələri, keçdim düzləri,  
O vədə yerlərim uzaqda qaldı.  
Dayanın, dayanın, bir geri dönüm,  
Deyəsən ürəyim Qazaxda qaldı. 
 
- Kimindir bu şer? - deyə soruşdum. 


- Kimin olacaq, eloğlumuz Aslan Aslanovun. 1955-ci il iyulun iyirmisində 
Səməd Vurğun Qazaxda olanda gənc şairin bu bəndini çox bəyənib. 
Səməd Vurğunun Gürcüstana iki səfəri daha çox yadda qalıb: min doqquz 
yuz otuz beşinci ilin iyun, bir də min doqquz yüz əlli beşinci ilin oktyabr 
aylarındakı səfərləri. Kimi dindirsək onlardan birini mütləq xatırlayar. Hər iki səfər 
zamanı şair Qazaxda dayanıb. Son səfərində Aslan Aslanova bu şeri böyük şairə 
oxumaq xoşbəxtliyi nəsib olub. 
Dost Gürcüstan torpağı Səməd Vurğunun tez-tez gəlib-getdiyi, sevdiyi bir 
diyar olub. Səməd Vurğunu rus oxucusuna ilk dəfə bu torpaq tanıdıb. Onun rus 
dilində ilk şerlər kitabı min doqquz yüz otuz beşinci ildə Tbilisidə çap olunub. 
Bundan sonra şairin poeziyası ümumittifaq oxucusunda geniş maraq doğurub, 
onun pərəstişkarları artıb. Özünə sənət dostları qazanıb. Gürcüstan şairləri ilə yaxın 
dostluğunun təməli qoyulub. 
Qocaman ədib Qarakin Behbudov min doqquz yüz otuz beşinci ildə Səməd 
Vurğunun ilk kitabını böyük bir sevinclə, fərəhlə qarşılandığının indi bəlkə də 
yeganə şahididir. O, tərcüməyə, şerə, ölkəsinə və xalqına sonsuz məhəbbətlə bağlı 
olan gənc Səməd Vurğunun inamından, cəsarətindən söhbət açır. 
- Min doqquz yuz otuz beşinci ildə çap olunmuş “Şerlər və poemalar” adlı 
kitabça həqiqətən şairin rus oxucuları ilə ilk cəsarətli görüşü və söhbəti idi. 
Doğrudan da Səməd çox sevinirdi. O, kitabçanı doğma balası kimi qəbul etdi. 
Mənə həmin kitabçanın ilk müəllif nüsxələrindən birini bağışlayıb üstündə belə 
yazdı: “Dostuma, qələm yoldaşım Behbudova xatirə. S.Vurğun 17 iyun, 1935-ci il. 
Tbilisi”. 
Şair-tərcüməcilərə öz zövqlərinə, ruhlarına yaxın olan əsərləri tərcümə 
etmək imkanı verilmişdi. “Anam üçün” şeri sətri tərcümədə müəllifin özünə 
xüsusilə xoş gəlmişdi. Səməd Vurğun bu şeri 1930-cu ildə Moskva Universitetində 
oxuyanda yazmışdı. 
Daha sonra Q.Behbudov Səməd Vurğunla “Komsomol poeması” barədə 
söhbətindən, Tbilisidə tez-tez görüşlərindən və rəssam Vasili Amfimoviç 
Krotkovun şairin portretini çəkməsindən söhbət açır. Behbudov dönə-dönə, həm də 
maraqla Səməd Vurğunun əsərlərinin tərcüməsinə qayıdır. O yazır: “Təsadüfi deyil 
ki tərcümə üçün şer seçməkdə yaxşı səriştəsi olan Boris Pasternak öz diqqətini 
Səməd Vurğunun “Həyat fəlsəfəsi” şeri üzərində toplamış və şeri çox gözəl 
tərcümə etmişdir. 
İndi Səmədlə söhbətimizdə hansı məsələlərdən danışdığımızı xatırlamaq 
çətindir. Ölkənin, xalqın gələcəyinə ayıq gözlə baxan şairin həyatsevərliyi, 
nikbinliyi daha çox yadımda qalıb. Şerləri müzakirə edərkən onun hər sözü, hər 
sətri necə incə duyumla, bədii həssaslıqla dərk etməsi adamı valeh edirdi. Səməd 
Vurğunun poeziya duyumu mənim hafizəmdə həmişə geniş mənada qalır. 
1955-ci ilin oktyabrında klassik gürcü şairi David Quramişvilinin yubiley 
təntənəsində iştirak etmək üçün Tbilisiyə üç şair gəlmişdi: Səməd Vurğun, Osman 
Sarıvəlli və Rəsul Rza. O vaxt Süleyman Süleymanov A.S.Puşkin adına Dövlət 
Pedaqoji İnstitutunun birinci kursunda oxuyurdu. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə