Шәмистан нәзирли


“MƏN GÖRMÜŞƏM GÜRCÜSTANI”



Yüklə 1,91 Mb.
Pdf görüntüsü
səhifə88/93
tarix11.07.2018
ölçüsü1,91 Mb.
#55280
1   ...   85   86   87   88   89   90   91   92   93

 
 
“MƏN GÖRMÜŞƏM GÜRCÜSTANI” 
 
Xalq şairi Səməd Vurğun Gürcüstanı öz Vətəni kimi sevmiş, gürcü 
ədəbiyyatının təbliği üçün çox iş görmüşdür. O, Şota Rustavelinin “Pələng dərisi 
geymiş pəhləvan” əsərinin birinci hissəsini böyük sənətkarlıqla tərcümə etdiyinə 
görə min doqquz yüz otuz yeddinci ildə Gürcüstan SSR Mərkəzi İcraiyyə 
Komitəsinin Fəxri Fərmanını almışdır. 
Şota Rustavelinin yubileyində iştirak edən Azərbaycan nümayəndə heyətinin 
rəhbəri də Səməd Vurğun olmuşdur! Şair yubiley təntənəsində “Rustaveli 
poeziyasının qüdrəti onun xəlqiliyindədir” məqaləsini və “Rustaveli” adlı şerini 
yazmışdır. 
 
Mən görmüşəm Gürcüstanı, oylağıdır gözəlliyin,  
Coşğun axan çayları var, bulaqları sərin-sərin. 
Yaz gələndə çox sıx olur Gürcüstanın ormanları,  
Yel əsdikcə dörd bölünür bu dağların dumanları. 
 
Onun yaradıcılığında gürcü xalqının qəhrəmanlığı və milli istiqlaliyyət 
uğrunda mübarizəsi geniş əks olunub. 
Şair “Vaqif”, “Xanlar” dramlarında Tamara, Şaliko və Koba kimi müsbət 
gürcü surətləri yaratmışdır. 
“Kür çayı”, “Yoldaş, hinger, amxanaqo”, “Rəhbərin Vətəni” şerləri və bir 
neçə publisistik yazıları gürcü xalqına böyük məhəbbətin ifadəsidir. 
Səməd Vurğunun füsunkar Gürcüstan torpağında çoxlu dostları var: Georgi 
Leonidze, Karlo Kaladze, Qalaktion Tabidze, Simon Çikovani, Sandro Şanşiaşvili, 
Konstantine Qamsaxurdia, İrakli Abaşidze və başqaları. 
Gürcüstanda məşhur şair Karlo Kaladzeni canlı klassik adlandırırlar. Karlo 
ilə Səməd Vurğun dostluğunun böyük tarixi var. 
Karlo Rajdenoviç Kaladze bu dostluq haqqında bir neçə məqalə və iki yüz 
misradan çox şer yazıb. O, istər Zaqafqaziya, istərsə Azərbaycan haqqında şer və 
poemalarında dostu Səməd Vurğunu xatırlayır, ona odlu misralar həsr edir. 
 
...Səməd bunu duyur bir qətiyyətlə
Şirin arzu ilə, gözəl niyyətlə. 
Danışır, həvəsi gəlir insanın, 
Yüksəlir şöhrəti Azərbaycanın. 
Qara qaşlarını çataraq Səməd, 
Deyir: - Birlikdədir əsil səadət. 
Şahiddir hər şeyə nəsillərimiz, 
Onların ruhunu yaşadırıq biz... 
 


Karlo Racdenoviç ədəbiyyatımızın yaxın dostudur. O, Səməd Vurğunun, M. 
P.Vaqifin gürcü dilində çap olunmuş kitablarının redaktoru və tərcüməçisidir. 
Onun Süleyman Rüstəmə müraciətlə yazılan “Zülfüqar” poeması iki xalqın - gürcü 
və Azərbaycan xalqlarının istilaçı Qacara qarşı apardıqları mübarizəyə həsr 
olunmuşdur. 
Karlo Kaladze dolubəndli, şən əhvali-ruhiyyəli, xoşsimalı bir insandır. 
...Ağsaçlı Karlo Səməd Vurğunun adını eşidən kimi iri qəmli gözlərini 
üzümə zilləyib, bir müddət fikrə getdi. Handan-hana: 
- Qonaq, - dedi, - Səməd Vurğun bizim iftixarımız, şanımız-şöhrətimiz idi. 
Şəxsən mən, ağac kökünə arxalandığı kimi ona arxalanır, ona güvənirdim. O, hər 
bir dostun qayğısına qalar, ona əlindən gələn köməyi edərdi. 
Təkcə Azərbaycan poeziyası yox, sovet poeziyası məğrur səsli, mübariz bir 
şairi itirdi. 
Yadımdadır, min doqquz yüz iyirmi yeddinci ilin yayında böyük türk şairi 
Nazim Hikmət Bakıya gəlmişdi. Onda Süleyman Rüstəm (onunla min doqquz yüz 
iyirmi dördüncü ildən tanışam), Səməd Vurğun və mən çıxış etdik. Elə o zaman da 
ilk dəfə gördüyüm qıvrımsaçlı Səmədə heyran oldum. O, çox xoşsifət idi. 
Təbiətində qəribə, həm də cəzbedici bir məlahət vardı. Cəmi bir neçə kəlməsilə 
adamda özünə maraq oyadır, ətrafdakıları heyran edirdi. Dostum Süleyman bizi 
tanış elədi. 
- Tanış ol, - dedi, - bu od parçası Səməddir, özü də müəllim işləyir. 
İkinci görüşümüz min doqquz yüz qırx yeddinci ildə, Nizaminin yubileyində 
oldu. Mən onun “Şair, nə tez qocaldın sən?!” şerini tərcümə edib Nizaminin 
yubileyində gürcü dilində oxudum. Səməd Şalva Dadiani ilə məni yenicə tikilən 
Mingəçevirə apardı. Onun sevinci yerə-göyə sığmırdı. Qollarını geniş açıb ucsuz-
bucaqsız Muğan, Mil düzlərini göstərərək deyirdi: 
- Karlo, əzizim, mənim vətənimin boz çölləri gülüstana dönəcək. Şair üçün 
susuzluqdan yanan çöllərin gül-çiçək, var-dövlət, nemət yetirdiyini görməkdən 
böyük xoşbəxtlik ola bilərmi? Bunların hamısını bu qara qardaşın böyük bir 
dastana çevirəcək. Sonralar “Muğan” poemasını oxuyanda, - əhsən, - dedim, - 
Səməd, vədinə xilaf çıxmadın. Doğrudan da, bu poemada böyük quruculuq işləri, 
zəhmət adamlarının qəhrəmanlığı necə də gözəl və real verilmişdir. 
Biz Mingəçevirdən birbaşa Qazağa gəldik. Maşını öz kəndində qoyub: 
- Karlo, - dedi, - gedək sənin də, mənim də Kürümün sahilində uşaqlıq 
izimizi axtaraq. 
Kür boyunca iə qədər yolu piyada keçib Xram çayına kimi gəldik. Burda 
birgə balıq tutduq. Axşamüstü bir kəndə gəlib çıxdıq. Kəndarası yolla bir xeyli 
getmişdik, onu tanıdılar. Hamı Səmədi öpür, qucaqlayırdı... 
...Sonralar onunla Ukrayna yazıçılarının qurultayında, Şevçenko günlərində
Moskva zavodlarında birgə çıxış etmək xoşbəxtliyi mənə nəsib oldu. 
- Karlo Rajdenoviç, bizə məlumdur ki, bir neçə şair qərara almısınız ki, təzə 
şerlərinizi çap olunana qədər bir-birinizə göndərəsiniz. Səməd Vurğun bunu birinci 
etməli imiş. Bu sözləşmə harada olub, bir neçə şair deyəndə buraya kimlər daxil 
idi? 


Karlo Rajdenoviç kədərlə üzümə baxıb başını silkələyirdi:  
- Bəli, Səməd bunu birinci etməli idi. Bu hadisə bəlkə də kədərli bir 
nəğmənin mövzusu ola bilər. 
O, kresloya söykənib barmaqlarını bir müddət onun qol qoyulan yerinə 
döyəclədi. 
...Min doqquz yüz əlli beşinci ildə Gürcüstanda ikinci dəfə Rustaveli günləri 
oldu. Bakıdan Səməd, Moskvadan K.Simonov və ölkənin müxtəlif yerlərindən 
çoxlu şairlər gəlmişdi. Dostlardan birinin evinə yığışmışdıq. Ədəbiyyatdan, 
poeziyanın gələcəyindən, romantikadan mübahisə edir, hərə öz fikrini yürüdürdü. 
Səməd kefsiz idi, çox vaxt başıaşağı dayanıb loğman kimi nəsə uzun-uzadı 
düşünürdü. Birdən o sağ əlini zərblə stolun üstünə çırpıb: 
- Axı, niyə mən ölməliyəm, niyə? - deyə üsyankar bir səslə hamıya müraciət 
etdi. 
Biz hamımız bu gözlənilməz sualdan mütəəssir olub başımızı aşağı saldıq. 
Bir müddət heç kəs dinib danışmadı. Handan-hana o özü dedi ki, bu gündən sonra 
yazdığımız şerləri əlyazması halında bir-birimizə göndərəcəyik. Şerlərin mövzusu. 
ancaq ölüm haqda olacaq. Bunu birinci mən eləyəcəyəm. 
- Səmədcan, - dedim, - niyə məhz şerlərin mövzusu ölüm haqda olmalıdır? 
- Ona görə ki, insan yaranan gündən ölüm başının üstündədir, onu izləyir. 
İnsanın ən böyük qorxusu da ölümdür. Şair ən böyük fəlsəfi fikirləri də ölüm 
haqqında yazanda tapa bilər. 
Səmədin kədərli danışığından sonra biz hamımız yenə susduq. Bu dəfə 
sükutu Konstantin Simonov pozdu. O, Səməddən yenicə tərcümə elədiyi “Şair, nə 
tez qocaldın sən?!” şerini oxudu. Sonralar mən çox gözlədim, Səməddən xəbər 
çıxmadı. Eşitdim ki, xəstələnib, onda tab gətirməyib “Səməd” şerimi çap etdirib 
ona göndərdim. Cavab gəlmədi. Bir neçə həftədən sonra biz Səməd Vurğunu əbədi 
olaraq itirdik. 
Karlo əli çənəsində susdu. Onun uzaqlara dikilmiş iri, mavi gözlərində yaş 
damcıları parıldayırdı... 
Vaxtsız saç ağardan Səməd Vurğun vaxtsız ölüm üçün doğulmamışdı. O, 
yaşamaq, yaratmaq, insanların xoş güzəranını tərənnüm etmək üçün doğulmuşdu. 
Şairin min doqquz yüz qırx səkkizinci ildə görkəmli partiya xadimi A.A.Jdanovun 
vəfatı münasibətilə yazdığı sözlərini onun özünə də şamil etmək olar... “Böyük 
insanlar həyatdan getdiyi zaman həyatın dolğun və zəngin mənasında müəyyən bir 
boşluq yaranır! Bu boşluğu kim dolduracaq? Tezmi, gecmi dolacaq? Bu suallar 
təbii olaraq bizi düşündürür”. 
Həmin günü mən gürcü ədəbiyyatının daha bir görkəmli nümayəndəsi ilə 
görüşə bildim. Gürcüstan SSR Elmlər Akademiyasının vitse-prezidenti, şair İrakli 
Vissarionoviç Abaşidzenin ürəyində şer və sənət dostu Səməd Vurğuna, onun 
yaradıcılığına böyük məhəbbət və ehtiram var. Onların tanışlğı min doqquz yüz 
otuz dördüncü ildə Moskvada, SSRİ yazıçılarının birinci qurultayında olub. Səməd 
Vurğun Rustavelinin “Pələng dərisi geymiş pəhləvan” əsərini tərcümə edəndə 
Simon Çikovanidən, Georgi Leonidzedən və İrakli Abaşidzedən məsləhətlər alıb. 
İrakli Abaşidze Səməd Vurğun haqqında bir neçə elmi məqalənin müəllifidir. 


Yüklə 1,91 Mb.

Dostları ilə paylaş:
1   ...   85   86   87   88   89   90   91   92   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə